112
həmfikirlərinə demiĢdi: Yalançı Dmitrini ona görə əsil Ģahzadə kimi qəbul etdim ki,
məqsədim Qodunovu yıxmaq idi.
Qodunovun isə qayğıları bitib-tükənmirdi. Ölkədə baĢ verən bütün bəlaların
səbəbini onun boynuna qoyurdular. Ġvan Qroznının son arvadından olan oğlu
epilepsiya xəstəsi Ģahzadə Dmitri ehtiyatsızlıq üçündan ölür. Bu təsadüfi hadisə qətl
kimi qələmə verilir. Qətli Boris Qodunovun üstünə yıxdılar. Ġndiyədək tarix bu
hadisənin əsil səbəbini açmadan susur. Ġstintaq materiallarının özündəki saxtakarlıq
bu gün belə sezilməkdədir. Belə olan halda iĢin əslini kim və necə biləcəkdir?!
Balaca Ģahzadə Dmitri ürəkkeçmə xəstəliyinə baxmayaraq atasının tam
eyni idi. o anası və yaxınları ilə onlara udel verilmiĢ (müstəqil idarəyə) Uqliçdə
yaĢayırdı. Qar yağarkən bu qardan müxtəlif heykəllər düzəldir və hər birinə bir
boyarın adını yazır, bundan sonra qılıncını çıxarıb bir zərbə ilə onların boyunlarını
vururdu. Elə təkcə uĢağın bu hərəkəti ətrafda bərk qorxu və həyəcan yaradırdı. Hamı
Ġvan Qroznı dövrünü xatırlayıb yarpaq tək əsirdi.
Boris Qodunov yalnız ona məxsus olan ağıl və fərasətlə çar Fyodorun ana
qohumlarını, dayısı və dayı uĢaqları Romanovları çarın əhatəsindən uzaqlaĢdırırdı.
Rəsmi çar Fyodor olsa da Moskva çarlığının hakimi Qodunov idi.
1598-ci ilin yanvarın 6-da çar Fyodorun vəfat eməsi ilə Boris Qodunov rus
taxt-tacına rəsmən də sahib oldu. Rus yüksək dairə zadəganları vərəsəsiz qalan bu
yerə Rüriklər nəslinə mənsub olan ġuyskilərin (ġuyskilər Aleksandr Nevskinin
nəslindən idilər) və ya Romanovların sahib olacağını güman edirdilər. Lakin çara
saxlanan matəm bitən kimi Moskvalılar yeni çarın seçilməsi iĢinə giriĢdilər. Boyar
Duması bir səslə Qodunovu çar seçdi. Tacqoyma mərasimində Qodunov and içdi ki,
ölkəni ədalət və mərhəmətlə idarə edəcək, onun hakimiyyəti
dövründə heç kim edam
edilməyəcək. Çar Boris Rusu irəli aparmaq üçün lazım olan zəruri Ģəraiti də əldə
etdi, Reç-Postolita ilə 20 illik sülhə nail oldu. Türkiyə və Kırım ilə münasibətləri
qaydaya saldı. Ġlk dəfə o zadəgan uĢaqlarını təhsil almaq üçün Avropa ölkələrinə
göndərdi. Livoniya müharibəsi zamanı Moskvaya gətirilən almanlara səxavət
göstərərək, onlara həm ölkə daxilində, həm də xaricdə tacirlik etmək üçün imkan
yaradıb, imtiyazlar verdi.
Moskvanı görünməmiĢ vüsətlə abadlaĢdırır. Ələ keçirib Moskva dövlətinə
qatdığı Smolensk ətrafına müdafiə divarları çəkdirir.
Rusiya tarixinin ən dinc və bərəkətli 7 ili beləcə, keçməkdə idi.
Müasirlərinin, xüsusən xarici ölkə səfirlərinin müĢahidə və qeydlərinə görə
o simaca çox cəlbedici, ədaları Ģahanə, səsi isə anadangəlmə Ģirin və təsiredici idi. O
özünün səsdən çox ecazkar musiqi tək təsirli səsi ilə, danıĢığı ilə bir an içində hər
kəsi ofsunlaya bilirdi. Böyük iradə sahibi olan bu adam ətrafındakılarla münasibətdə
ən mehriban, ən yumĢaq adam idi.
Tarixçilər bu insanın hər Ģeyə qadir idisə, yalnız hərb sənətində piyada
olduğunu desələr də çar Boris kazakların daim müharibə Ģəraitində yaĢadığı Böyük
Çölə ("VəhĢi çöl" də deyilir), yəni Qıpçaq çölünə olan istilasına qoĢulub Moskva