Mineral güBRƏLƏRİn təSNİfati



Yüklə 12,67 Mb.
səhifə1/44
tarix26.04.2022
ölçüsü12,67 Mb.
#86037
  1   2   3   4   5   6   7   8   9   ...   44
C fakepathMühazir .bakalavr Min.gübr


MİNERAL GÜBRƏLƏRİN TƏSNİFATI

Gübrələri mənşəyinə, təyinatına, tərkibinə, xassələrinə və alınma üsullarına görə təsnif edirlər.

Mənşəyinə görə gübrələr mineral, üzvü, üzvü-mineral və bakterial gübrələrə bölünürlər. Mineral və ya süni gübrələr kimya müəssisələrində xüsusi istehsal olunan qeyri-üzvü maddələr, ilk növbədə mineral duzlardır. Lakin onlara bəzi üzvü maddələr də aiddir, məsələn karbamid. Üzvü gübrələrin tərkibində qida elementləri adətən üzvü birləşmələr şəklində olurlar və adətən təbii mənşəli məhsullardırlar (peyin, nəcis, torf, saman, küləş). Üzvü-mineral gübrələr üzvü və mineral gübrələrin qatışığıdır. Ya mineral, ya da üzvü gübrələrin verilməsi zamanı bitkilər kökləri vasitəsilə torpaq məhsullarından eyni ionları ayırırlar. Bakterial gübrələrin tərkibində torpaqda mənimsənilə bilən formada olan qida maddələrini toplamağa qadir olan mikroorqanizmlər olur.

Daxil edilmə müddətinə görə gübrələr əkin qabağı, əkin vaxtı verilən gübrələr, əlavə verilən gübrələr (əlavə yem), bitkinin inkişafı dövründə verilən gübrələrə bölünürlər.

Qida elementlərinin növlərinə görə gübrələr azotlu, fosforlu, kaliumlu, maqneziumlu, borlu və sair gübrələrə bölünürlər. Azotlu gübrələrin əsas növləri ammonium duzları-fosfatlar, sulfatlar, xloridlər, nitrat turşusun duzları-kalium, kalsium, natrium şoraları, ammonium nitrat NH4NO3 karbamid CO (NH2)2 kalsium, sianomiddir CaCN2.

Fosforlu gübrələr fosfat turşularının duzlarıdır. Kalium gübrələrin tərkibinə xlorid, sulfat, karbonat, fosfat və nitrat duzları şəklində daxildir. Torpaqda və bitkilər də 0,01 faizdən 1 neçə faizə qədər olan qida elementləri mikro elementlər adlanır.

Aqrokimyəvi roluna görə gübrələr birbaşa və dolayı təsir edən gübrələrə bölünürlər.

Birbaşa təsir edən gübrələr bitkilər üçün qida elementi mənbəyidirlər. Dolayı təsir edən gübrələr torpağın fiziki, kimyəvi və bioloji xassələrini yaxşılaşdırmaq yolu ilə torpaqdakı təsiredici maddələri toplamağa xidmət edir (məs. əhənglə gübrələmə yolu ilə netrallaşdırılması və ya meliorasiya üçün gipslə gübrələmə). Birbaşa təsir edən mineral gübrələrin tərkibində bir və ya bir neçə müxtəlif qida elementləri ola bilər. Ən çox miqdarda üç əsas qida elementi-azot, fosfor və kaliumu əkinlərə verirlər. Onların miqdarına görə gübrələri təkkomponentli və ya sadə və kompleks gübrələrə bölürlər. Sadə gübrələrin tərkibinə yalnız əsas qida elementlərindən biri daxil olur. Kompleks gübrələrin tərkibində isə iki və ya üç əsas qida elementi olur. Məs. NaNO3 , Mg(NO3)2 - birkomponentli azot gübrələridir (baxmayaraq ki, bitkilər tərəfindən Na və Mg-da istifadə olunur). KNO3, (NH4)2HPO4 kompleks gübrələrdir. Əsas qida elementlərinin sayma görə kompleks gübrələr ikiqat (NP və ya PK və ya NK) və ya üçqat (NPK) olurlar. Axırıncı gübrələri tam gübrələr də adlandırırlar. Tərkibində 33 %-dən çox təsiredici elementlər olan gübrələri qatı, 60 %-dən çox olan gübrələri isə yüksək qatılıqlı gübrələr adlandırırlar.

Tərkibinə (qruluşuna) görə gübrələr qarışıq və mürəkkəb olurlar. Tozşəkilli və ya dənəvərləşdirilmiş təkkomponentli və ya mürəkkəb gübrələrin sadəcə qarışdırılması yolu ilə alman gübrələrin mexaniki kompozisiyası qarışıq gübrələr adlanır. Əgər tərkibində bir neçə qida elementi olan gübrə zavod aparatlarında kimyyəvi reaksia nəticəsində alınmışdırsa onu mürəkkəb gübrə adladırırlar. Mürəkkəb gübrələr eyni və ya yaxın kimyəvi tərkibi olan bircinsli hissəciklərdən təşkil olunurlar. Onların tərkibində qida elementləri bir neçə formada olur. Mürəkkəb gübrələr mayeşəkilli də ola bilərlər. Gübrələrin mürəkkəb və qarışıq gıbrələrə bölünməsi şərti xarakter daşıyır. Qarışıq gübrənin saxlanması zamanı onu təşkil edən komponentlər arasında gedən reaksiyalar nəticəsində bəzən onlar mürkkəb gübrəyə çevrilirilər. Bəzən bərk məhsulların qaz və ya maye şəkilli əlavələrlə qarışması, qarışığın yenidən kristallaşma və digər proseslərlə müşaiyət olunan bərkiməsi nəticəsində alman gübrələr mürəkkəb-qarışıq gübrələr adlanır.

Kompleks gübrələr də təsiredici elementlərin miqdarı və nisbəti müxtəlif ola bilər. Tərkibindəki qida elementlərinin miqdarı aqrotexniki normalara cavab verən gübrələr, tarazlaşdırılmış adlanır. Əgər gübrədə hər hansı bir qida elementinin miqdarı tələb olunan normadan aşağı olursa digər qida elementləri yüksək məhsuldarlıq verməzlər. Qida elementlərinin izafi miqdarından da kənd təsərrüfat məhsullarının keyfiyyəti pisləşir. Tərkibindəki bütün komponentləri bitkilərin qidalanmasına xidmət edən gübrələr ballastsız gübrələr adlanırlar. Bunlara həm kationunun, həm də anionunun tərkibində qida elementləri olan KNO3, NH4NO3 kimi duzlar aiddir.

Aqreqat halına görə gübrələr bərk, maye (məsələn ammonyak, sulu məhlullar və suspenziyalar) və qaz şəkilli (məsələn karbon 4 oksid) olurlar. Bərk gübrələr tozşəkilli (hissəciklərinin ölçüsü 1 mm- dən kiçik olan), kristalşəkilli (0,55-dən artıq ölçüyə malik olan kristallar) və dənəvərləşdirilmiş (dənələrin ölçüsü 1-dən 6 mm-dən olan).

Bitkilərin böyüməsini stimullaşdıran və çox az miqdarda tələb olunan elementlərlə bitkinin qidalanması üçün istifadə olunan gübrələr mikrogübrələr, onların tərkibindəki qida elementləri isə mikroelementlər adlanırlar.

Gübrələrin bitkilər tərəfindən mənimsənilməsi onların həll olmasından və torpağın xüsusiyyətindən, ilk növbədə də torpaq məhlullarında hidrogen ionlarının qatdığından ibarətdir. Məsələn bəzi torpaqlar elə xüsusiyyətlərə malikdirlər ki, onlar hətta suda tamamilə həll olmayan kalsium fosfatdan P2O5 -i mənimsəməyə (yavaş-yavaş da olsa) imkan verir. Bu fosfatlara fosforid unu və sümük ununu aid etmək olar. Torpaq məhlullarında hidrogen ionlarının qatılığı müxtəlif növ fosforlu gübrələrdən P2 O5 -in mənimsənilməsi üçün vacibdir.


Yüklə 12,67 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə