Минэячевир Бялядиййясинин



Yüklə 138,13 Kb.
tarix27.03.2018
ölçüsü138,13 Kb.
#34952

Mingəçevir Bələdiyyəsinin ümumi yığıncağının


17 saylı PROTOKOLU

Mingəçevir şəhəri. « 25 » dekabr 2015-ci il




İştirak etməlidir: 19 nəfər

İştirak edir: 18 nəfər

Üzürlü səbəbdən iştirak etmir: 00 nəfər

Üzürsüz səbəbdən iştirak etmir: 01 nəfər


İclasın sədri: C.Ə.Abdullayev

İclasın katibi: Z.A.Qasımlı


GÜNDƏLİK:


  1. Bələdiyyənin 2016-cı il üçün proqnoz gəlir və xərclərinin təsdiq olunması barədə.

  2. 2015-ci ilin dekabr ayında xərclənmiş vəsaitin təsdiq olunması və özünüsaxlama xərcləri üçün vəsaitin ayrılması barədə.

  3. Kənd təsərrüfatı təyinatlı torpaqlar üçün yeni icarə qiymətlərinin müəyyən edilməsi və bəzi icarədarlara güzəştlərin tətbiq olunması barədə.

  4. Zəbt olunmuş, qanunsuz istifadədə olan bələdiyyə torpaqlarının geri alınıb bələdiyyənin ehtiyyat fondu torpaqlarına daxil edilməsi barədə.

  5. Mənzil fondunun idarə edilməsinin yeni üsuluna keçilməsi ilə əlaqədar əhalinin maarifləndirilməsi məqsədi ilə bələdiyyənin nəzdində Maarifləndirmə Mərkəzinin yaradılması barədə.

  6. Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar keçirilmiş tədbirlə bağlı bələdiyyə büdcəsindən maliyyə vəsaitinin ayrılması barədə.

  7. «Günəşli» və «Şəfa» bağçılıq massivinin ara yollarına çınqıl döşənməsi ilə bağlı bələdiyyə büdcəsindən maliyyə vəsaitinin ayrılması barədə.

  8. Yeni il şənliyinə hazırlıqla əlaqədar bələdiyyə büdcəsindən maliyyə vəsaitinin ayrılması barədə.

DİNLƏNİLDİ:

C.ABDULLAYEV – bələdiyyənin sədri. Bu günkü iclasımızda 1 nəfər bələdiyyə üzvü X.İsmayılov üzürsüz səbəbdən iştirak etmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə Regional Ədliyyə Şöbəsindən bu gün daxil olmuş 18.12.2015-ci il tarixli, 12-17-inM №-li tövsiyyə məktubunun müzakirəsi bu günkü gündəliyimizə daxil edilsin.

MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:

Z.QASIMLI – bələdiyyə üzvü. Xahiş edirəm ki, verilən təklif nəzərə alınmaqla gündəlik səsə qoyulsun.

Səsvermədən sonra gündəlik aşağıdakı kimi təsdiq olundu:



  1. Bələdiyyənin 2016-cı il üçün proqnoz gəlir və xərclərinin təsdiq olunması barədə.

  2. 2015-ci ilin dekabr ayında xərclənmiş vəsaitin təsdiq olunması və özünüsaxlama xərcləri üçün vəsaitin ayrılması barədə.

  3. Kənd təsərrüfatı təyinatlı torpaqlar üçün yeni icarə qiymətlərinin müəyyən edilməsi və bəzi icarədarlara güzəştlərin tətbiq olunması barədə.

  4. Zəbt olunmuş, qanunsuz istifadədə olan bələdiyyə torpaqlarının geri alınıb bələdiyyənin ehtiyyat fondu torpaqlarına daxil edilməsi barədə.

  5. Mənzil fondunun idarə edilməsinin yeni üsuluna keçilməsi ilə əlaqədar əhalinin maarifləndirilməsi məqsədi ilə bələdiyyənin nəzdində Maarifləndirmə Mərkəzinin yaradılması barədə.

  6. Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar keçirilmiş tədbirlə bağlı bələdiyyə büdcəsindən maliyyə vəsaitinin ayrılması barədə.

  7. «Günəşli» və «Şəfa» bağçılıq massivinin ara yollarına çınqıl döşənməsi ilə bağlı bələdiyyə büdcəsindən maliyyə vəsaitinin ayrılması barədə.

  8. Yeni il şənliyinə hazırlıqla əlaqədar bələdiyyə büdcəsindən maliyyə vəsaitinin ayrılması barədə.

  9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə Regional Ədliyyə Şöbəsinin 18.12.2015-ci il tarixli, 12-17-inM №-li tövsiyyə məktubunun müzakirəsi barədə.


Səsvermənin nəticəsi:

18 - lehinə; 0 – əlehinə; 0- bitərəf.
1) DİNLƏNİLDİ:

C.ABDULLAYEV - bələdiyyənin sədri. Gündəlikdəki 1-ci məsələ ilə əlaqədar söz verilir «Yerli büdcə məsələləri» daimi komissiyasının sədri M.Hacıyevə.


ÇIXIŞ ETDİ:

M.HACIYEV - bələdiyyə üzvü, komissiyanın sədri. O, «Yerli büdcə məsələləri» daimi komissiyasının hazırladığı qərar layihəsi haqqında məlumat verdi. (Qərar layihəsi və arayış 3 (üç) vərəqədə protokola əlavə olunur).


MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:

Z.QASIMLI – bələdiyyə üzvü. Təklif edirəm ki, respublikada gedən manatın devalvasiya nəzərə alınmaqla və bununla əlaqədar, Azərbaycan Respublikası Prezidentinin müəssisə, təşkilat və idarələrdə əmək haqqlarına yenidən baxılması barədə tövsiyə və göstərişlərini əsas götürərək, gündəliyin 1-ci məsələsinin «Xərclər» bölməsinin 1-ci maddəsindəki (əmək haqqı) məbləğ artırılsın.

Bələdiyyə üzvlərindən S.Hüseynov, F.Zeynalov verilən təkliflə razı olduqlarını bildirdilər.

N.NƏBİYEV – bələdiyyə üzvü. Təklif edirəm, «Xərclər» bölməsinin 22-ci maddəsindəki (abunə xərcləri) məbləğ azaldılsın, 23-cü maddəsindəki (mədəni-kütləvi tədbirlər) məbləğ artırılsın.

C.ABDULLAYEV – bələdiyyə sədri. Respublikada gedən devalvasiya nəzərə alınmaqla, 2016-cı ildə növbəti iclasların birində əmək haqqına dəyişikliklər edilməsi məsələsi müzakirəyə çıxarılacaqdır.


L.HÜSEYNZADƏ – bələdiyyə üzvü. Təkliflər nəzərə alınmaqla, qərar layihəsi səsə qoyulsun.
Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası


1) QƏRARA ALIR:

«Büdcə sistemi haqqında», «Bələdiyyələrin maliyyəsinin əsasları haqqında», «Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikası qanunlarını əsas tutaraq və bələdiyyənin «Yerli büdcə məsələləri» daimi komissiyasının Bələdiyyənin 2015-ci il üçün proqnoz gəlir və xərcləri barədə arayışını müzakirə edərək




  1. Mingəçevir Bələdiyyəsinin 2016-cı il yerli büdcəsinin proqnoz gəlirləri 351500 manat, xərcləri 351500 manat məbləğində təsdiq olunsun.

  2. Bələdiyyənin «Yerli sosial məsələləri» daimi komissiyasına tapşırılsın ki, qərarın KİV vasitəsilə yayımlanmasını təmin etsin.

  3. Qərarın icrasına nəzarət bələdiyyənin sədri C.Ə.Abdullayevə həvalə edilsin.

Səsvermənin nəticəsi:

18 - lehinə; 0 – əlehinə; 0 - bitərəf.
2) DİNLƏNİLDİ:

C.ABDULLAYEV - bələdiyyənin sədri. Gündəlikdəki 2-ci məsələ ilə əlaqədar söz verilir «Yerli büdcə məsələləri» daimi komissiyasının sədri M.Hacıyevə.


ÇIXIŞ ETDİ:

M.HACIYEV - bələdiyyə üzvü, komissiyanın sədri. O, «Yerli büdcə məsələləri» daimi komissiyasının hazırladığı qərar layihəsi haqqında məlumat verdi. (Qərar layihəsi və arayış 2 (iki) vərəqədə protokola əlavə olunur).


MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:


E.CƏFƏROV – bələdiyyə üzvü. Təklif olunan qərar layihəsi səsə qoyulsun.
Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası


2) QƏRARA ALIR:

«Yerli büdcə məsələləri» daimi komissiyasının 2015-ci ilin dekabr ayı üçün xərclənmiş və büdcədən ayrılacaq vəsait barədə arayışını və bələdiyyə üzvlərinin rəylərini nəzərə alaraq



  1. Mingəçevir Bələdiyyəsinin 2015-ci ilin dekabr ayı üçün büdcə xərcləri 1566,60 manat təsdiq olunsun və bələdiyyənin özünüsaxlama xərcləri üçün büdcədən 16031,92 manat ayrılsın.

  2. Qərarın icrasına nəzarət bələdiyyənin sədr müavini Ə.S.Əliyevə həvalə edilsin.

Səsvermənin nəticəsi:

18 - lehinə; 0 – əlehinə; 0 - bitərəf.

3) DİNLƏNİLDİ:



C.ABDULLAYEV - bələdiyyənin sədri. Gündəlikdəki 3-cü məsələ ilə əlaqədar söz verilir «Yerli büdcə məsələləri» daimi komissiyasının sədri M.Hacıyevə.


ÇIXIŞ ETDİ:

M.HACIYEV - bələdiyyə üzvü, komissiyanın sədri. O, «Yerli büdcə məsələləri» daimi komissiyasının hazırladığı qərar layihəsi haqqında məlumat verdi. (Qərar layihəsi və arayış 2 (iki) vərəqədə protokola əlavə olunur).


MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:

S.HÜSEYNOV – bələdiyyə üzvü. Təklif edirəm, Qərar layihəsinin 3-cü bəndi aşağıdakı şəkildə verilsin: «İcarə torpaq sahələri 200 kv.m-dən artıq olan, müxtəlif səbəblərdən torpaqlarından səmərəli istifadə edə bilmədiyi üçün mövcud normativ qiymətlərlə icarə müqaviləsi bağlamayan icarədarlarla fərdi ikitərəfli razılaşdırılmış qiymətlərlə bələdiyyənin ümumi iclasının qərarı ilə icarə müqaviləsi bağlansın.»
Ə.ƏLİYEV – bələdiyyə üzvü. Təklif nəzərə alınmaqla qərar layihəsi səsə qoyulsun.
Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası


3) QƏRARA ALIR:

«Yerli vergilər və ödənişlər» haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsini, «Bələdiyyənin Nümunəvi Nizaminaməsi»nin VI bölməsini və «Yerli büdcə məsələləri» daimi komissiyasının bir sıra icarədarlara güzəştlərin tətbiq olunması barədə arayışını nəzərə alaraq



  1. Kənd təsərrüfatı təyinatlı torpaqların hər hektarı üçün illik icarə haqqı aşağıdakı kimi müəyyən edilsin:





Torpağın təyinatı

İcarə haqqı

1

Əkinə yararlı torpaq sahəsi

40 manat

2

Əkinə az yararlı torpaq sahəsi

25 manat

3

Otlaq və örüş

15 manat



  1. Müəyyən edilmiş yeni qiymətlər 01.01.2016-cı il tarixdən tətbiq edilsin.

  2. İcarə torpaq sahələri 200 kv.m-dən artıq olan, müxtəlif səbəblərdən torpaqlarından səmərəli istifadə edə bilmədiyi üçün mövcud normativ qiymətlərlə icarə müqaviləsi bağlamayan icarədarlarla fərdi ikitərəfli razılaşdırılmış qiymətlərlə bələdiyyənin ümumi iclasının qərarı ilə icarə müqaviləsi bağlansın.

  3. Qərarın icrasına nəzarət bələdiyyənin sədr müavini Ə.S.Əliyevə həvalə edilsin.

Səsvermənin nəticəsi:

18 - lehinə; 0 – əlehinə; 0 - bitərəf.

4) DİNLƏNİLDİ:



C.ABDULLAYEV - bələdiyyənin sədri. Gündəlikdəki 4-cü məsələ ilə əlaqədar söz verilir «Yerli iqtisadi inkişaf məsələləri» daimi komissiyasının sədri N.Nəbiyevə.

ÇIXIŞ ETDİ:

N.NƏBİYEV - bələdiyyə üzvü, komissiyanın sədri. O, «Yerli iqitsadi inkiaşaf məsələləri» daimi komissiyasının hazırladığı qərar layihəsi haqqında məlumat verdi. (Qərar layihəsi və arayış 2 (iki) vərəqədə protokola əlavə olunur).


MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:
A.NAMAZOVA - bələdiyyə üzvü. Təklif olunan qərar layihəsi səsə qoyulsun.
Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası

4) QƏRARA ALIR:

Mingəçevir Bələdiyyəsinin 15 aprel 2015-ci il tarixli, 30 nömrəli əmri ilə, Mingəçevir şəhərində fəaliyyət göstərən ticarət, iaşə və xidmət obyektlərinin, fərdi mənzil tikintisi üçün ayrılmış torpaqlar, kənd təsərrüfatına yararlı, az yararlı və yararsız torpaq sahələrinin dislokasiyasını və icarədarların, torpaq mülkiyyətçilərinin, icarə və vergi öhdəliklərini dəqiqləşdirmək, qeyri-qanuni sahibkar və fərdi mənzil tikililərini araşdırmaq məqsədi ilə yaradılmış komissiyanın məlumatını, «Yerli iqtisadi inkişaf məsələləri» daimi komissiyasının zəbt olunmuş, səmərəli və təyinatı üzrə istifadə olunmayan bələdiyyə torpaqları haqqında arayışını və bu barədə bələdiyyə üzvlərinin rəyini nəzərə alaraq



  1. Mingəçevir şəhərində köhnə Doğum evinin arxasındakı ərazidə (2 saylı sahə-1 hissəsi) zəbt olunmuş (sənədləşdirilməmiş), qanunsuz istifadədə olan 453,65 sot torpaq sahəsi geri alınıb, bələdiyyənin ehtiyyat fondu torpaqlarına daxil edilsin.

  2. Qərarın 1-ci bəndindən irəli gələn məsələlərin həlli «Yerli iqtisadi inkişaf məsələləri» daimi komissiyasının sədri N.V.Nəbiyevə tapşırılsın.

  3. Qərarın icrasına nəzarət bələdiyyənin sədr müavini Ə.S.Əliyevə həvalə edilsin.



Səsvermənin nəticəsi:

18- lehinə; 0 – əlehinə; 0- bitərəf.

5) DİNLƏNİLDİ:

C.ABDULLAYEV - bələdiyyənin sədri. Gündəlikdəki 5-ci məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq, çoxmənzilli binaların idarə edilməsinə köməklik üçün əhali arasında təbliğat aparılması məqsədilə bələdiyyə nəzdində mərkəz yaradılmasını təklif edirəm.

MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:

Bələdiyyə üzvlərindən M.Hacıyev, F.Həsənov verilən təkliflə razı olduqlarını bildirdilər.
N.ƏSGƏROVA – bələdiyyə üzvü. Təklif olunan qərar layihəsi səsə qoyulsun.
Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası

5) QƏRARA ALIR:


Bələdiyyə sədrinin təklifini və bu barədə bələdiyyə üzvlərinin rəyini nəzərə alaraq



  1. Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi, Mülki Məcəllə və digər normativ-hüquqi aktlarla tənzimlənən mənzil hüququ sahəsində əhali arasında maarifləndirmə işlərinin aparılmasını gücləndirmək məqsədi ilə bələdiyyənin nəzdində Maarifləndirmə Mərkəzi yaradılsın.

  2. Maarifləndirmə Mərkəzinin işinin Koordinasiya edilməsi «Yerli sosial məsələləri» daimi komissiyasına həvalə edilsin.

  3. Qərarın icrasına nəzarət bələdiyyənin sədr müavini Ə.S.Əliyevə həvalə edilsin.


Səsvermənin nəticəsi:

18- lehinə; 0 – əlehinə; 0- bitərəf.

6) DİNLƏNİLDİ:



C.ABDULLAYEV - bələdiyyənin sədri. Gündəlikdəki 6-cı məsələ ilə əlaqədar söz verilir «Yerli sosial məsələləri» daimi komissiyasının sədri Z.Qasımlıya.

ÇIXIŞ ETDİ:

Z.QASIMLI - bələdiyyə üzvü, komissiyanın sədri. O, «Yerli sosial məsələləri» və «Yerli büdcə məsələləri» daimi komissiyalarının birgə hazırladığı qərar layihəsi haqqında məlumat verdi. (Qərar layihəsi və arayış 2 (iki) vərəqədə protokola əlavə olunur).


MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:
E.NAĞIYEV-bələdiyyə üzvü. Təklif olunan qərar layihəsi səsə qoyulsun.
Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası

6) QƏRARA ALIR:

«Yerli sosial məsələlər» və «Yerli büdcə məsələləri» daimi komissiyalarının birgə arayışını və bələdiyyə üzvlərinin rəyini nəzərə alaraq



  1. Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar 250 nəfərin iştirakı ilə keçirilmiş tədbirə (ehsan mərasiminə) bələdiyyə büdcəsindən 2500 (iki min beş yüz) manat maliyyə vəsaiti ayrılsın.

  2. Qərarın 1-ci bəndindən irəli gələn məsələlərin həlli «Maliyyə, vergi və ödənişlər» şöbəsinə və baş mühasibə tapşırılsın.

  3. Qərarın icrasına nəzarət bələdiyyənin sədr müavini Ə.S.Əliyevə həvalə edilsin.



Səsvermənin nəticəsi:

18- lehinə; 0 – əlehinə; 0- bitərəf.

7) DİNLƏNİLDİ:



C.ABDULLAYEV - bələdiyyənin sədri. Gündəlikdəki 7-ci məsələ ilə əlaqədar söz verilir «Yerli sosial məsələləri» daimi komissiyasının sədri Z.Qasımlıya.

ÇIXIŞ ETDİ:

Z.QASIMLI - bələdiyyə üzvü, komissiyanın sədri. O, «Yerli sosial məsələləri» və «Yerli büdcə məsələləri» daimi komissiyalarının birgə hazırladığı qərar layihəsi haqqında məlumat verdi. (Qərar layihəsi və arayış 2 (iki) vərəqədə protokola əlavə olunur).


MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:

N.NƏBİYEV – bələdiyyə üzvü. Təklif edirəm, 2016-cı ildəki fəaliyyətimizdə bələdiyyə tərəfindən yeni salınacaq yaşayış massivlərinin yollarına da çınqıl döşənməsi nəzərdə tutulsun.

C.ABDULLAYEV – bələdiyyə sədri. «Yerli sosial məsələləri» daimi komissiyasının sədri Z.Qasımlı və «Yerli iqtiskadi inkişaf məsələləri» daimi komissiyası sədri N.Nəbiyev, xahiş edirəm ki, 2016-cı ilin bələdiyyənin və komissiyalarınızın illik fəaliyyət planı tutularkən, verilən təklif nəzərə alınsın.

S.HÜSEYNOV-bələdiyyə üzvü. Təklif olunan qərar layihəsi səsə qoyulsun.


Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası

7) QƏRARA ALIR:

«Yerli sosial məsələlər» və «Yerli büdcə məsələləri» daimi komissiyalarının birgə arayışını və bələdiyyə üzvlərinin rəyini nəzərə alaraq



  1. «Günəşli» və «Şəfa» bağ massivlərin ara yollarının bir hissəsinə çınqıl tökülməsinə bələdiyyə büdcəsindən 310 (üç yüz on) manat maliyyə vəsaiti ayrılsın.

  2. Qərarın 1-ci bəndindən irəli gələn məsələlərin həlli «Maliyyə, vergi və ödənişlər» şöbəsinə və baş mühasibə tapşırılsın.

  3. Qərarın icrasına nəzarət bələdiyyənin sədr müavini Ə.S.Əliyevə həvalə edilsin.



Səsvermənin nəticəsi:

18- lehinə; 0 – əlehinə; 0- bitərəf.

8) DİNLƏNİLDİ:



C.ABDULLAYEV - bələdiyyənin sədri. Gündəlikdəki 8-ci məsələ ilə əlaqədar söz verilir «Yerli sosial məsələləri» daimi komissiyasının sədri Z.Qasımlıya.

ÇIXIŞ ETDİ:

Z.QASIMLI - bələdiyyə üzvü, komissiyanın sədri. O, «Yerli sosial məsələləri» və «Yerli büdcə məsələləri» daimi komissiyalarının birgə hazırladığı qərar layihəsi haqqında məlumat verdi. (Qərar layihəsi və arayış 2 (iki) vərəqədə protokola əlavə olunur).


MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:
S.HÜSEYNOV-bələdiyyə üzvü. Təklif olunan qərar layihəsi səsə qoyulsun.
Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası

8) QƏRARA ALIR:

«Yerli sosial məsələlər» və «Yerli büdcə məsələləri» daimi komissiyalarının birgə arayışını və bələdiyyə üzvlərinin rəyini nəzərə alaraq



  1. İnzibati binanın daxilindəki süni şam ağacının bəzədilməsi, yan tərəfdəki parkın girişindəki bir neçə şam ağacının, binanın eyvanının rəngbərəng işıqlandırılması üçün bəzək əşyalarının, «işıqların» alınmasına və quraşdırılmasına bələdiyyə büdcəsindən 235 (iki yüz otuz beş) manat maliyyə vəsaiti ayrılsın.

  2. Qərarın 1-ci bəndindən irəli gələn məsələlərin həlli «Maliyyə, vergi və ödənişlər» şöbəsinə və baş mühasibə tapşırılsın.

  3. Qərarın icrasına nəzarət bələdiyyənin sədr müavini Ə.S.Əliyevə həvalə edilsin.



Səsvermənin nəticəsi:

18- lehinə; 0 – əlehinə; 0- bitərəf.

9) DİNLƏNİLDİ:


C.ABDULLAYEV - bələdiyyənin sədri. Gündəlikdəki 9-cu məsələ ilə əlaqədar bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bərdə Regional Ədliyyə Şöbəsinin Mingəçevir Bələdiyyəsinin aktlarına İnzibati nəzarət qaydasında baxılmasının nəticələri barədə bələdiyyəyə daxil olmuş 18.12.2015-cİ il tarixli, 12-17-inM №-li məktubunda bildirilir ki, Mingəçevir Bələdiyyəsinin 30.11.2015-ci il tarixli. 16 nömrəli iclas protokolunda göstərilən 54 bələdiyyə aktına (qərarına) inzibakti nəzarət qaydasındja baxılmışdır. Müəyyən edilmişdir ki. 1, 6, 7 və 8-ci məsələlər üzrə yerli büdcədən əmək haqqına, AŞMA-na, enerji haqqının ödənilməsinə, təsərrüfat xərcinə və sair məsələlərə vəsaitin ayrılmasına dair qərarlar qəbul edilmiş, lakin 1-ci məsələ üzrə əmək haqqı cədvəli, təsərrüfat xərcinə ayrılmış vəsaitin qaimə fakturası, həmçinin 7-ci məsələ üzrə 525 manatın hansı malların alınması və ya hansı xidmətlərin göstərilməsinə xərclənməsi barədə sənədin surəti qərara əlavə edilməmişdir. Həmçinin o da bildirilir ki, 25.10.2011-ci il tarixli Qanunla «Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında» Qanuna 6.0.8-ci maddə əlavə edilərək mütləq təqdim olunan aktların dairəsi genişlənmişdir. Belə ki. Həmin dəyişikliyə görə qanunçuluq prinsiplərinə riayət olunmasının təmin edilməsi ilə bağlı bələdiyyənin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın təklif və tövsiyələrinin bələdiyyələrin iclaslarında müzakirəsi barədə qərarların da surəti digər mütləq təqdim olunan aktlar kimi 15 gündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqana təqdim olunmalıdır. Göstərilənlərə və «Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında» Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən tövsiyə edilir ki, məktub bələdiyyə iclasının müzakirəsinə çıxarılmaqla, qanunvericiliyin göstərilən tələbləri nəzərə alınsın, habelə qəbul edilmiş qərarın və tələb olunan sənədlərin surəti 15 gündən gec olmayaraq Bərdə regional ədliyyə şöbəsinə təqdim olunsun.

Xahiş edirəm ki, münasibətinizi bildirəsiniz.

MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:

A.HÜSEYNOV–bələdiyyə üzvü. Təklif edirəm ki, məktubda göstərilən tələblər nəzərə alınsın.

N.NƏBİYEV–bələdiyyə üzvü. Məktubda göstərilən tələblər nəzərə alınmaqla, A.Hüseynovun təklifi səsə qoyulsun.


Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası

9) QƏRARA ALIR:

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə Regional Ədliyyə Şöbəsinin 18.12.2015-ci il tarixli, 12-17-inM №-li məktubunda göstərilən tövsiyyəsi və bələdiyyə üzvlərinin rəylərini nəzərə alaraq



  1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə Regional Ədliyyə Şöbəsinin 18.12.2015-ci il tarixli, 12-17-inM №-li tövsiyə məktubunda göstərilən tələblər nəzərə alınmaqla, müvafiq sənədlərin surəti protokola əlavə edilsin.

  2. Qərarın icrasına nəzarət bələdiyyənin sədri C.Ə.Abdullayevə həvalə edilsin.


Səsvermənin nəticəsi:

18- lehinə; 0 – əlehinə; 0- bitərəf.

SƏDR: ______________________ C.Ə.ABDULLAYEV


KATİB: ______________________ Z.A.QASIMLI




Yüklə 138,13 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə