169
MƏDƏNİYYƏT DÜNYASI
Elmi-nəzəri məcmuə
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti,
XXIIII buraxılış, Bakı, 2012
МИР КУЛЬТУРЫ
Научно-теоретический сборник
Азербайджанский Государственный Университет Культуры и Искусств,
ХХIII выпуск, Баку, 2012
THE WORLD OF CULTURE
Scientific-theoretical bulletin
Azerbaijan State University of Culture and Art, ХХIII edition, Baku, 2012
PSİXOLOGİYA
UOT 159.95
Şə
fahət Abdullayeva
psixologiya üzrə fəlsəfə doktoru, dosent
Azərbaycan Respublikası Prezidenti Yanında
Dövlət İdarəçilik Akademiyası
Az 1001, Bakı şəhəri, Lermontov küç.,74
E-mail:
anfas.07@mail.ru
V.ŞTERNİN “ŞÜURUN YANLIŞLIQLARI” ANLAYIŞINA DAİR
Xülasə: Məqalə görkəmli alman psixoloqu V.Şternin psixika, şüur, şüursuzluq,
onların fərqi və vəhdəti, yaşantıların dərk edilməsinə aid fikirlərinə həsr olunmuşdur.
Məqalədə göstərilmişdir ki, V.Şternə görə şüurun məzmunu bu dünyanın dəqiqi əkssi
olmayıb, onun ayrı-ayrı tərəflərinin təxmini əksidir. Şüur prinsipial olaraq “Mən”-in
dərinliklərinə vara bilmir.
Açar sözlər: şüur, şüursuzluq, yaşantılar, subyektivlik, şüurun yanlışlıqları
Bilik əldə etməyin istənilən üsuhlu risklidir
Polani
Dünya haqqında bizim fikirlərimizi subyüktivlikdən azad etmək cəhdləri
absurddur
Polani
O da absurddur ki, guya yeni istiqamət insan haqqında elmi xilas edəcək
Rocers
İlk dəfə psixologiya elminə “intellekt əmsalı”nı (İQ) gətirən görkəmli alman
psixoloqu və filosofu Vilyam Ştern (1871-1938) əsasən differensial və uşaq psixologiya
ilə məşgul olsa da, personalitik psixologiya sahəsində də uğurlu tədqiqatların müəllifdir.
“Personalitik psixologiya” (1) əsərində psixikanın mahiyyətini izah edən V,Ştern
psixikanı “şəxsiyyəyin daxilinə yönəlmək” kimi təqdim etmiş və ilk dəfə “şüurun yan-
lışlıqları” ifadəsini işlətmişdir. Psixikasının mahiyyətini “şüur və şüursuzluğun məc-
musu” kimi izah edən V.Ştern şəxsiyyətin həyatında şüurn çöyük rol oynadığını gös-
tərməklə yanaşı, şüursuzluğun da böyükb rol oynadığını vurğulamışdır. Onun fikrincə,
170
şüurla əlaqəli olan şüursuzluq şəxsiyyətin strukturunda pozitiv xarakterə malikdir, lakin
belə əlaqəyə baxmayaraq, şüursuzluq “daxilə yönəlmiş aktın deyildir.” Deməli, Şternin
“şüursuzluğu” şüurla əlaqəsi olsa da, ondan aslı olmadan mövcud olan mahiyyətidir.
Lakin maraq doğuran başqa məsələdir: Şternə görə, şüursuzluq daxili xarakter alan dərk
edilmiş yaşantıların (переживани) nəticəsi kimi də yarana bilər. Bu məqamda
V.Şternin şüur haqqında bir fikrinə nəzər salaq:- Şüurun məzmunu bu dünyanın dəqiq
əksi olmayıb, onun ayrı-ayrı tərəflərinin təxmini əksidir- və onu yadda saxlayaq.
İndi qayıdaq onun yaşantılar haqqındakı fikrinə. V.Şternə görə “həyat hadisələri”
daxili aləmə yol tapanda yaşantıya çevrilir. Lakin həyat hadisə- lərinin daxili aləmə
keçməsi üçün onlar şüura proyeksiya etməlidirlər, yəni dərk olunmalıdırlar. Deməli,
V.Şternə görə “hadisələr” nə qədər daxilə “girə” bilirlərsə, bir o qədər də yaşantıya
çevrilirlər. Bizcə, bunun belə başa düşmək lazımdır ki, “hadisələr” nə qədər dərk
olunurlarsa,bir o qədər də “daxili” olurlar və həmin qədər də yaşanmış olurlar. Şüurun
qeyri-dəqiqliyi haqqındakı yadda saxladığımız müddəaya görə “hadisələrin”əksinin də
qeyri-dəqiq olma ehtimalı böyükdür.
Yaşantı nədir? Şternə görə yaşantı “Mən”lə dünya, subyektlə obyekt arasında canlı
vəhdətin daöılmasıdır. “Yaşantılar” “mən”in tam və aydın olmayan,fraqmentar və qeyri-
dəqiq olan, hətta ola bilər ki,təhrif olunmuş proyeksiyasıdır,zira şüur prinsipial olaraq
“mən”in dərinliklərinə vara bilmir” (1,s.681).Eynilə qavrayışda və xatırlamada obyektiv
aləmin müəyyən sahələri simvollaşır və bu halda, yuxarıda qeydetdiyimiz kim, şüurun
məzmunu bu dünyanın dəqiq əksi olmayıb, onun ayrı-ayrı tərəflərinin təxmini əksidir.
Bu, məzmun dünyanın “işlənmiş”- dəyişdirilmiş modelidir. Bu məqamda belə bir sul
ortaya çıxır ki,”Şüur nə üçün dünyanı olduğu kimi əks etdirmir?” V.Ştern belə cavab
verir:”İnsan nə qədər obyektivliyə can atsa da, heç vaxt “Mən”lə dünya arasında sıx
konvergent əlaqələri tam qırmaq mümkün olmayacaq, insan həmişə obyektləri özbildiyi
kimi, öz subyektivliyipərdəsi ilə qavrayır, xatırlayır və fikirləşir”(1,s.681). Və V.Ştern
bunu “şüurun yanlışlıqları” adlandırır. O, qeyd edir ki: “şüurun yanlışlıqları onu bildirir
ki, predmetlə yaşantının məzmunuarasında fərqlər ola bilər” (1,s.681). Ən maraqlısı
insanın daxili aləmi – hiss-həyəcanları obyektə çevriləndə baş verir. V.Şternə görə,
şüurun belə yanlışlıqları hisslərdə də ola bilər:”Mənim hisslərim mənim halətim haqda
mənə yanlış informasiya verər;mə öz motivlərimi arzu-istəklərimi səhv olaraq
hərəkətlərimin (davranışımın-A.Ş.) həqiqi səbəbi kimi dərk edirəm; mənim öz
“Mən”im” haqqında biliklərim həqiqətə uyğun deyil (1,s.682). Deməli, hər cür yaşantı
şəxsiyyətin özünüdərki ola bilməz.
Beləliklə, V.Şternə grə şüurun yanlışlıqları insanın dünyanı (həyat hadisələrini) və
öz daxili aləmini qavrayanda, dərk edəndə baş verir ki,bunu da səbəbi subyektivlikdir.
Sul verək: Subyektivlik nədir? Fenomenoloji fəlsəfə (Hüsserl və b.)və ondan
qaynaqlanaraq yaranan fenomenoloji psixologiya,daha dəqiq desək psixologiyada
fenomenoloji yanaşma (2,s.578) K.Rocersin timsalında buna cavab verməyə səhv edir.
Belə ki, subyektivlik K.Rocersə görə psixoloji reallıqdır”(3).Psixoloji reallıq insanın
daxili aləmi – onun hissləri,qavrayışı, təsəvvürləri, mühakimələri, təfəkkürü, arzuları,
yönəlişliyi, mövqesi, dünyagörüşüdür. Lakin bu, başqa bir məqalənin mövzusudur (4)
(məsələn,subyektivliyin kompanenti kimi çıxış edən yönəlişliyin qavrayışa nail olmaq
üçün necə formaladırmalı və.s.) Bizə maraqlı görünən başqa məsələdir: Şüur daxili
aləmə aid deyilmi? Əslində şüur həm xarici, həm də daxili aləmlə əlaqəli olan
fenomendir və fikrimizcə, birbaşa psixikaya xidmət edir. Psixikanın tamlığını,
tarazlığını qoruyur. Şüurun səhvləri insanın daxili aləminə xidmət etmək üçündür. Məhz
psixikanın qorunması üçün psixoloji müdafiə mexanizmi işə düşür,şüurun yanlışlıqları
bu səbəbdən yaranır. Şüurun yanlışlıqları psixi müdafiə qatıdır. Mən hadisəni istədiyim
171
kimi qavrayıram, onu arzuladığım kimi “yozuram”, mənim interpreatsiyam mənim
yönəlişliyimə, mənim mövqemə uyğundur. Əgər mən nə isə hardasa görüb, onu mənə
uyğun qavrayırımsa, dəyərləndirirəmsə psixikam təmin olunur (hansısa maddi olmayan
tələbatım təmin olunur), razılıqyaşayır, əks halda isə dissonanas, məhz koqnitiv
dissonanas baş verir. Şüurun yanlışlıqları bizim istədiyimiz “həqiqəti” var-o, yanlış olsa
belə!
Lakin şüurun yalışlıqları heç də həmişə psixikaya xidmət etmir. Əgər bu
yanlışlıqlar tarazlığı pozursa (məs.günah hissi), bu yanlışlıqlardan xilas olmağın da yolu
elə şüurdadır. Alman psixoloqu Kurt Teppervaynın dediyi kimi, “zindandan” (əzablar
nəzərdə tutulur-A.Ş.) pəncərə daxilə açılır. Bircə anlıq, cəmi barcə anlıq “düzgün fikir”
(bu, obyektivfikirdirmi, görəsən?!-A.S.) şüurundan keçirəbilsən (şüurunda yerləşdirə
biləsən), zindandan qurtula bilərsən” (5,s.205).
Yuxarıda deyilənlər insanın öz daxili aləmini dərk edib-etməməsinə aiddir. İndi iki
insanın bir-birini, bir-birinin daxili aləmini, hisslərini başa düşməsi prosesində
V.Şternin “şüurun yanlışlıqları”nı nəzərdən keçirməyə cəhd edək. Hətta öz daxili
aləmini dərk etməkdə yanlışlıqlara yol verən əlahəzrət şüur,görəsən başqa adamların
daxilini başa düşməyə yönələndə nə baş verir?
Daxili aləm-hiss və həyəcanlar baxışlarda, tutaq ki, jestlərdə, səs tonunda və
davranışda təzahür edir. Və biz bunları oxumağı bacarmalıyıq ki, burda şüursuz
keçinmək olmaz. Məsələ bazam onları necə “oxumağımızdadır.” Əgər insan baxışlardan
bir şey, davranışdan başqa şey oxuyursa, belə informasiyaya malik olan şüurun
buraxacağı yanlışlıqları təsəvvür etmək olar. Şübhəsiz ki, burda şüurun yanlışlıqları
üçün geniş imkanlar açılır. İnformasiyanın azlığından təxəyyül işə düşür və fantaziya
rəngarəng ehtimalları, necə dəyərlər,şüura təklif edir. S.Xəlilovun sözləri ilə desək,
“hisslərin dərk edilməsi və dərketdiyinin yaşanması” baş verir (6,s.192-197). S.Xəlilov
bunu şəxsin öz hisslərinin dərki haqqında deyib, bizim dediyimiz isə başqasının
hisslərinin qavranılmasından yaranan yanlışlıqların dərk edilməsinə aiddir. Belə şüur
yanlışlıqlar, istər pozitiv, istər neqativ istiqamətli olmasından asılı olmayaraq, tez-tez
müşahidə olunur. Nə yaxşı ki, insan təkcə şüur hadisəsi deyil, nə yaxşı ki,
subyektivliyin strukturunda başqa definisiyalar da vardır. Nə yaxşı ki, “duyğular duyğu
vasitəsi ilə duyulur”(7,s.24) və bununla da şüurun yanlışlıqlarına yer qalmır.
Əlbəttə, XIX əsrin sonu və XX əsrin əvvəlləri üçün görkəmli filosof və
psixoloqların insanı tədqiqat obyekti etmələri,onun daxili aləmini, ümumiyyətlə,
subyektivliyi önə çəkmələri fenomenoloji fəlsəfənin və psixoloji fenomenologiyanın
yaranması üçün elmi zəmin (elmi lay) yaradırdı ki, V.Şternin fikirləri də məhz bu
baxımdan çox əhəmiyyətlidir.
Ə
dəbiyyat:
1.
Штерн В. Персоналитическая психология. //В к Н: Историуа психологии. ХХ век./Под
ред.П.Я.Галъперина, А.Н.Ждан. 4-е изд.- М.; Академический Проект; Екатеринвург: Дело-
вая книга, 2002-832с.
2.
Хъелл Л., Зиглер Д. Теории личности.-СПв: Изд: «Питер», 2000-608с.
3.
Роджерс К. Стонавление личиости. Взгляд ИА психотерапию. Пер. М.Злотника, изд-во:
Эксмо-Пресс, 2001,-416с.
4.
Fbdullayeva Ş. Pozitiv həyat yönəlişliyi.//Dövlət İdarəçiliyi: nəzəriyyə və prakyika//, 2011,N2,
səh.235-242
5.
Tepperwein K/ Die Kraft der pozitiven Psychologie/ Goldmann Arkanan? 2007? -480s.
6.
Xəlilov S.//Fəlsəfə və social-siyasi elmlər//, 2010,N4.
7.
Xəlilov S.Məhəbbət və intellekt. Fəlsəfi esserlər. Bakı, “Nurlan”, 2006,-176s.
172
Шафаят Абдуллаева
О понятии «ощибки сознания» В.Штерна
Резюме
Статья посвяшено на взгляды В.Штерна о психике, сознание, вессознательное, об осознании
переживаний и проекции «Я» на сознание.
Автор показывает, что согласно Штерну содержания есть неточное отражение этого мира,
приблизительное отражение его отделных сторон. Ибо сознание принципиально не может достичь
глубочайших слоев «Я».
Ключевые слова: сознание, бессознательное, пережевание, субьективности, ощивки сознания
Shafayat Abdullayeva
About Shtern”s consept of “error of consciousness”
Summary
The article is devoted to the prominent German psycologist V.Shtern’s thoughts regarding his con-
sciousness and unconsciousness, their difference and combination, realization of experiences, the projection of
“I” in consciousness. The author shows that according to Shtern the content of consciousness is intexact
reflection of this world, and approximate reflection of its separate sides. Fundamentally consciousness is
unable to reach the deepest layers of the “I”.
Keywords: consciousness, experiences, subjectivity, errors of consciousness.
Məqalənin redaksiyaya daxil olma tarixi: 05.03.2012
Məqalənin təkrar işlənməyə göndərilmə tarixi: 13.03.2012
Məqalənin çapa qəbul olunma tarixi: 13.04.2012
Məqaləni çapa tövsiyə edən sahə redaktorunun (və ya üzvünün) adı: pedaqogika üzrə fəlsəfə doktoru,
dosent Zərifə Əliyeva
ADMİU
-nun Elmi Şurasının 01 iyun 2012-ci il, 8 saylı qərarı ilə çap olunur.
Dostları ilə paylaş: |