Miras başliq header miras



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə3/31
tarix15.03.2018
ölçüsü0,75 Mb.
#31967
1   2   3   4   5   6   7   8   9   ...   31

SENTYABR   SEPTEMBER     MİRAS 11

  

PİR HüSeyN xANƏGAHI, xI-xIV ƏSRLƏR,  



 

HACIQABuL RAyONu RƏNCBƏR KƏNDİ

 

  

KHANAGAH Of PIR HUSSEIN, 



 

11-14 CENTURY, HAJIGABUL, RANJBAR




BAŞLIQ   HEADER

12 MİRAS   SENTYABR   SEPTEMBER

   BAŞ ReDAKtOR 

 Qafar Cəbiyev,  tarix elmləri doktoru

AzƏRBAyCAN – AVROPA ƏLAQƏLƏRI

Hər kəsə bəlli olduğu kimi erkən sivilizasiya min illər öncə 

Şərqdə intişar tapıb. Misirdə, Çində, Babilistanda  bu gün də 

dünyanı  heyrətləndirən  ilkin  və  nadir  mədəniyyət  inciləri 

meydana gəlib. Bəşəriyyətin bu gün Ipək yolu kimi tanıdığı 

o tarixi yol təkcə Çində və Yaponiyada istehsal olunan ipək 

məmulatlarının  deyil,  həm  də  mədəniyyətlərin  qarşılıqlı 

transferi yolu olub. Xalqların köçü, hərbi yürüşlər və yeni-ye-

ni ərazilərin fəthi son nəticədə dağıntı və məhrumiyyətlərlə 

yanaşı,  nə  qədər  təəccüblü  olsa  da  ilk  vaxtlar  həm  də 

mədəniyyətlərin mübadiləsi üçün zəmin olub. Şərq Avropanı, 

Avropa da Şərqi əvvəlcə məhz bu yolla tanıyıb.

Azərbaycan  Avropa  ilə  Şərqin  qovşağında,  həm  də  old-

uqca əlverişli geosiyasi məkanda yerləşən qədim və zəngin 

mədəniyyət ölkəsidir. Azərbaycan ərazisində insanların erkən 

məskunlaşma tarixi 2000000 ildən artıqdır. Əlverişli geosiya-

si məkanda yerləşməsi, qədim tarixi və zəngin mədəniyyət 

ənənələri Azərbaycanın həm də əsrlər boyu mədəniyyətlərin 

transferindəki  xüsusi  yeri  olduğundan  xəbər  verir.  Bəli, 

Azərbaycan əsrlər boyu böyük orduların toqquşduğu, səyyah 

və  tacirlərin  tez-tez  rastlaşdığı,  görüşdüyü  və  mübadilə 

apardığı bir ölkə olub. 

Antik və orta əsrlər dövründə Avropa və Azərbaycan əlaqələri 

daim  yüksələn  xətt  boyunca  inkişaf  edib.  Azərbaycan 

ərazisində aparılan arxeoloji tədqiqatlar zamanı aşkar edilən 

çoxsaylı tapıntılar Qədim Roma və Bizansla olan ticarət və 

mədəni əlaqələrə dəlalət edir. VII əsrdə yaşayıb yaratmış Al-

ban  tarixçisi  Musa  Kalankatlının  “Albaniya  tarixi”  əsərində 

Albaniya-Bizans  əlaqələrinə  dair  çox  qiymətli  məlumatlar 

var.  Həmin  əsərdə  Bizans  imperatoru  II  Konstantın  Al-

ban  hökmdarı  Cavanşirlə  yazızşmaları  və  görüşləri,  onlar 

arasındakı  dostluq  və  müttəfiqlik  əlaqələri,  Bizans  impera-

torlaru  tərəfindən  Alban  hökmdarına  verilən  çox  qiymətli 

hədiyyələr və rütbələr barədə çox ətraflı məlumatlar verilir.

Hələ  XIII  əsrdə  Mərkəzi  Asiyadan  Çinədək  olan  ölkələri 

səyahət  etmiş  italyan  səyyahı  Marko  Polonun,  Venetsiya 

Respublikasının 1474-75-ci illərdə Azərbaycan – Ağqoyunlu 

dövlətində  səfiri  olmuş  Ambroco  Kontarininin,  1635-39-

cu illərdə Azərbaycan Səfəvilər dövlətində səyahətdə olmuş 

Alman alim –diplomantı AdamOlearinin xatirə və qeydləri 

orta əsrlərdə Avropa –Azərbaycan münasibətlərinin palitrası 

və  dinamikasını  öyrənmək  baxımından  olduqca  dəyərli 

mənbələrdir. 

Göründüyü  kimi,  Ağqoyunlular  və  Səfəvilər  dövründə 

Azərbaycan  –  Avropa  əlaqələri  yeni,  nisbətən  daha  ak-

tiv  mərhələyə  yüksəlib.  Azərbaycan  -  Avropa  əlaqələrinin  

qurulması və tənzimlənməsində Ağqoyunlu hökmdarı Uzun 

Həsənin  anası,  görkəmli  Azərbaycan  diplomatı  Sara  xatu-

nun xidmətləri xüsusi olaraq qeyd olunmağa layiqdir.  Məhz 

onun  diplomatik  fəaliyyəti  sayəsində  Venetsiya  krallığı  ilə 

Ağqoyunlu  dövləti  arasında  əlaqələr  güclənib.  Xatırladaq 

ki,  o  dönəmdə  Venetsiyanın  toxuculuq  manufakturaları 

başlıca  olaraq  Azərbaycandan  gətirilən  xam  ipək  hesabına 

işləyirdi. Bu səbəbdən Venetsiya tərəfi də Ağqoyunlu dövləti 

ilə  işgüzar  münasibətlərin  inkişafında  maraqlı  idi.  Venet-

siya diplomatları Katerino Zeno, İosafat Barbaro, Ambroc-

co  Kontarini    və  başqaları  Təbrizə  məhz  elə  bu  məqsədlə 

göndərilmişdi. Öz növbəsində Ağqoyunlu hökmdarı Uzun 

Həsənin elçiləri Həsən, Məhəmməd, Murad və başqaları da 

Venetsiya, Neapol və Romada danışıqlar aparırdı. 

Son  illər  Azərbaycan  ərazisində,  o  cümlədən  Ağsuda 

aparılan  arxeoloji  tədqiqatlar  nəticəsində  Azərbaycan-

Avropa  əlaqələrinin  indiyədək  elmə  məlum  olmayan  bir 

çox  məqamlarına  da  aydınlıq  gətirmək  imkanları  yaranıb. 

Məsələn, Ağsuda tapılan nəfis şüşə və çini məmulatının böyük 

bir  hissəsi  Britaniya  istehsalıdır.  Bu,  o  deməkdir  ki,  Ağsu 

əhalisi hələ XVIII əsrdə süfrə və mətbəx düzəni baxımından 

Avropa şəhərlərindən demək olar ki, az fərqlənirdi. 2012-ci 

ildə  Ağsu  qazıntıları  zamanı  aşkar  olunmuş  XVIII  əsrə  aid 

qızıl Holland dukatlarından  ibarət dəfinə də Azərbaycanın 

Avropa şəhərləri ilə ticarət əlaqələrinin səviyyəsi və miqyası 

barədə çox şey deyir. 

      Azərbaycan – Avropa əlaqələrinin keçmişi, bu günü və 

gələcək  perspektivləri barədə çox şey demək olar. Ən ümu-

mi və diqqət çəkən məqamlar isə ondan ibarətdir ki, bir za-

manlar ucu-bucağı görünməyən karvanlar qədim Ipək yolu 

ilə  Azərbaycandan  Qərbə-Avropaya  ipək,  xəz,  təbii  boyaq 

maddələri və quru meyvə aparıb. Maraqlıdır ki, Azərbaycan 

bu gün də özünün strateji məhsullarını Qərbə ötürür. Orta 

əsrlər dövründə tək İpək yolu işləyirdi. İndi isə bir zamanlar 

dəvə karvanlarının tozanaq etdiyi quru yollarla yanaşı, həm 

də neft və qaz kəmərləri, dəmir yolu, hava və su nəqliyyatı 

yolları da Azərbaycanı Avropa ilə birləşdirir.




BAŞLIQ   HEADER

SENTYABR   SEPTEMBER     MİRAS 13

   EDITOR-IN-CHIEf

 Gafar Jabiyev, Doctor of Historical Sciences 



AZERBAIJANI – EUROPEAN RELATIONS

As is known to all, early civilization developed in East thou-

sand years ago. Primary and unique cultural pearls amazed 

the world today had appeared in Egypt, China and Baby-

lon. The historical way known by mankind as Silk Way was 

not only mutual transfer of silk ware produced in China and 

Japan, but also transfer of cultures. Move of peoples, mili-

tary attacks and conquest of new territories created  circum-

stances  consequently  for  destructions  and  hardships,  to  a 

greater surprise for the first period for exchange of cultures. 

East  could  recognize  Europe  and  the  latter  East  mainly 

through this way.

Azerbaijan is an old and rich cultural country located in the 

junction with Europe and East, as well as extremely suitable 

geopolitical space. Early settlement of people in the area of 

Azerbaijan leads to more than 2000000 years. Location in 

a suitable geographical area, possession of old history and 

rich cultural traditions indicate our country’s special role in 

transfer of cultures for centuries. It is true that  Azerbaijan 

had  been  a  country  where  large    armies  gathered  for  cen-

turies; travellers and merchants encounter frequently, meet 

and make exchange. 

Azerbaijani  –  European  relations  developed  highly  in  an-

tique  and  medieval  ages.  Numerous  finds  revealed  during 

achaeological explorations in the area of Azerbaijan, prove 

trade and cultural relations with antique Rome and Byzan-

tine. There is much valuable information on Albanian-Byz-

antine relationships in “Albanian history” work of Albanian 

historian,  Musa  Kalankatly  who  lived  in  7th  century.  In 

that work correspondence and meeting of Byzantine emper-

or Constantine II with Albanian ruler Javanshir, friendship 

and alliance and very precious presents given to Albanian 

ruler by Byzantive emperors and the rankes are comprehen-

sively covered.

Recollections and notes of Italian traveller Marco Polo who 

travelled the countries from Central Asia to China as early 

in  13th  century,  Ambrocco  Contarini,  an  ambassador  of 

Venice Republic to Azerbaijan-Aggoyunlu States in 1474-

75,  German  scientist  and  diplomatist  Oleari  being  on  a 

trip to Sefevyds State of Azerbaijan in 1635-39 years are 

extremely valuable source within the terms of study of pal-

ette and dynamics of Azerbaijani – European relations in 

middle ages. 

Apparently, Azerbaijani – European relations raised to new, 

relatively  more  active  stage  in  the  time  of  Aggoyunlu  and 

Sefevyds. Attendance of outstanding Azerbaijani diploma-

tist Sara khatun, Aggoyunly ruler Uzun Hasan’s mother in 

establishment and regulation of Azerbaijani and Europan 

relations should be underscored.  Mainly as a result of her 

diplomatic  activity  relations  between  Venetian  Kingdom 

and Aggoyunlu State strengthened. To remind, in that pe-

riod weaving manufactures of Venetia worked basically on 

the account of raw silk brought from Azerbaijan. For this 

reason, the Venetian party interested in the development of 

business relations with Aggoyunlu State. Venetian diploma-

tists Katerino Zeno, Iosafat Barbaro, Ambrocco Contarini 

and others were sent to Tabriz mainly for this purpose.  En-

voys of Aggoyunlu ruler, Uzun Hasan, Muhammad, Muras 

and others negotiated in turn in Venetia, Neapol and Rome.

The  opportunities  of  making  clearance  to  unknown  mo-

ments of Azerbaijani- European relations appeared as a re-

sult of archaeological explorations conducted lately in Azer-

baijan, including Agsu. For instance, a great part of delicate 

glass and porcelain wares revealed in Agsu were produced 

in G. Britain. It means that Agsu population differed little 

from that of Europan cities for the meal and cuisine in 18th 

century.  A  treasure  of  gold  Holland  trade  ducats  of  18th 

century revealed during 2012 Agsu excavations prove many 

facts on the level and scale of trade relations of Azerbaijan 

with European cities. 

It can be said many things about past, today and future per-

spectives of Azerbaijani-European relations. The most gen-

eral and notable moments are that caravans which had no 

end one time took silk, fur, natural dyes and dry fruit from 

Azerbaijan to Western Europe via old Silk Way. It is inter-

esting that Azerbaijan transmits today its strategical prod-

ucts to West. In Middle Ages only Silk way acted. Nowadays 

along with off-shore raised clouds of dust one time by camel 

caravans, oil and gas pipelines, railway, air and water trans-

port unites Azerbaijan with Europe. 


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə