MiRZƏ AĞadadaş MÜNİRİ



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə1/15
tarix23.08.2018
ölçüsü1,05 Mb.
#63877
  1   2   3   4   5   6   7   8   9   ...   15


 

 

 

 

          AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 



MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTU 

 

MİRZƏ AĞADADAŞ MÜNİRİ 

 

 

 

 

 

 

 

BAHAR AĞLAYIŞI 

 

 

                             

 

 

Kitab Mirzə Ağadadaş Münirinin 

150 illik yubileyinə ithaf olunur 

 

 

 

 

 

 

BAKI-2016 

 

 




 



Bahar ağlayışı 

 

 

 



AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunun elmi 

şurasının 12 saylı (29 dekabr 2014) iclasının qərarı ilə çap olunur. 

 

                                      Toplayanı: 



                           Əliabbas Müznib, Sona Xəyal 

 

Transfoliterasiya edib nəşrə hazırlayan 



və ön söz müəllifi: 

SONA XƏYAL 

 

Redaktorlar: 



MİRCƏLAL ZƏKİ 

RAUF ŞEYXZAMANLI 

                                   

Rəyçilər: 

ƏZİZAĞA NƏCƏFZADƏ 

filologiya üzrə fəlsəfə doktoru 



QUTİYERA CƏFƏROVA 

                                  

 

 

 



 

Mirzə Ağadadaş Müniri. Bahar ağlayışı.  

Bakı, “Ekoprint”, 2016. 80 səh. 

 

 



Kitabda  XIX-XX  əsrdə  Bakı-Abşeron  ədəbi  mühitində  yazıb-

yaradan  görkəmli  Azərbaycan  şairi  Mirzə  Ağadadaş  Münirinin 

müxtəlif janrda və müxtəlif mövzuda yazdığı şeirləri toplanmışdır. 

 

 



 

 



 



Mirzə  Ağadadaş  Müniri 



 

 

 

“BAHAR AĞLAYIŞI” 

 

XIX-XX əsrlərdə Bakı və Abşeron ədəbi mühiti bir sıra 



istedadlı  şairlər  yetişdirmişdir  ki,  onlar  dəyərli,  dillər  əz-

bəri  olan  klassik  şe’r  nümunələri  yaratmışlar.  Bu  dövrdə 

“Məcməüş-şüəra” ədəbi məclisinin fəaliyyəti xüsusilə ma-

raq  doğurur.  Məclis  üzvlərindən  Məhəmmədağa  Cürmi, 

Mirzə Əbdülxalıq Yusif, Mirzə Əbdülxalıq Cənnəti, Mika-

yıl  Seydi,  Haşım  bəy  Saqib,  Muxtar  Bisavad,  Seyid  Zər-

gər,  Əbdülhəmid  Mina,  Mirzə  Ağadadaş  Müniri,  Ağada-

daş Sürəyya, Kərim ağa Salik, Mirzə Məhəmməd Müsəv-

vir, Əbülhəsən Vaqif, Azər Buzovnalı və başqaları öz ya-

radıcılıq  nümunələri  ilə  dövrün  tanınan,  sevilən,  dəyərli 

insanları olmuşlar. Sovet dönəmində uzun illər bu şairlərin 

yaradıcılığı tədqiqatdan uzaq qalmış, o qədər də xalqa ta-

nıtdırılmamışdır. 

Zaman  keçdikcə,  Azərbaycan  ziyalıları  əlyazmaların 

toplanılması  məsələsini  gündəmə  gətirmiş,  Əlyazmalar 

fondu təşkil edilmiş, sonralar fond elmi tədqiqat institutu-

na çevrilmiş və ciddi tədqiqat işlərinə başlanılmış, bir sıra 

kitablar nəşr edilmişdir. O cümlədən, Bakı-Abşeron ədəbi 

mühitində yaranan ədəbi irs nümunələri də mətbuatda çap 

olunmuş və mərhum tədqiqatçı alim, filologiya elmləri na-

mizədi Cəfər Rəmzinin nəşrə hazırladığı “Deyilən söz ya-

digardır” adlı şeir toplularında, eləcə də filologiya elmləri 

namizədi Nəsrəddin Qarayevin “Poetik məclislər”, filolo-

giya elmləri namizədi Məmməd Nuru oğlunun “Azərbay-

can qəzəlləri” adlı şeir toplularında verilmiş qısa tərcüme-

yi-hallar  və  şeirlər  oxuculara  istedadlı  şairlərin  varlığını 




 



Bahar ağlayışı 

bildirmişdir.  

Dövr  dəyişildikdən  sonra  isə  məqsədyönlü  tədqiqatlar 

aparılmış,  Bakı-Abşeron  şairlərinin  kitablarının  nəşrə  ha-

zırlanması  Dövlət  planına  daxil  edilmiş,  əlyazmalar  üzə 

çıxarılmış,  Mirzə  Həsib  Qüdsinin,  Yusifin,  Cənnətinin, 

Pərişanın,  Müznibin,  Əmin  Abidin,  Səməd  Mənsurun, 

Azərin əsərləri ayrı-ayrı kitablar şəklində nəşr edilmişdir. 

Mirzə Ağadadaş Münirinin şeirlər kitabı da bu sıradandır.  

Ağadadaş Cəfərov (Müniri) 1863-cü ildə Bakının Höv-

san kəndində anadan olmuş, yeddi yaşında atasını itirmiş 

və  anasının  himayəsində  böyümüşdür.  Şairin    tərcümeyi-

halını əks etdirən olduqca maraqlı bir şeiri vardır ki, ora-

dan şair haqqında dəqiq məlumatlar alırıq. Məlum olur ki, 

atası  öz  zəhməti  ilə  dolanmış,  Xəzər  dənizində  üç  onluq 

maaşla çalışmış, təəssüf ki, elə dənizə qərq olub dünyasını 

dəyişmişdir. Məhəllə dərzisi olan anası yeddi yaşında ye-

tim  qalan  Ağadadaşı  oxutdurmuşdur.  Şair  “Özüm  oldum 

cocuqlara rəssam” deyə peşəsini bildirir və eyni zamanda 

xəyal quşunun göylərdə pərvaz etdiyini, qələmlə həmdəm 

olduğunu, şe’rlər nəşr etdirdiyini qeyd edir. 

Münirinin  şeirlərini  ilk  dəfə  “Deyilən  söz  yadigardır” 

toplularında  oxumuşuq.  Kitabın  I  hissəsində  şairin  “əlin-

də”, “olmayan yerdə”, “özgədir”, “xali”, “sevər” rədifli və 

“Gəh salıb rüsxarə zülfün, gəh açıb zülfün tamam”, “Elm 

etdi rövşən, ey dil, Avropani”, “Könül quşin edüb ol şuxi-

canşikar şikar” misraları ilə başlayan rədifsiz qəzəlləri, II 

hissəsində  isə  “Tərcümeyi-hali-Ağadadaş  Müniri  Cəfər 

oğlu” adlı bir əsəri, “Poetik məclislər” kitabında “Eşqində, 

ey sənəm, nə qədər varam, ağlaram” və “Gəh salıb rüxsarə 

zülfün,  gəh  açıb  ruyin  təmam”  misraları  ilə  başlayan  qə-

zəlləri,  “Azərbaycan  qəzəlləri”  toplusunda  “Könül  quşun 

edib  ol  şuxi-canşikar  şikar”  mətləli  və  “olmayan  yerdə”, 




Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə