MiRZƏ AĞadadaş MÜNİRİ



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə12/15
tarix23.08.2018
ölçüsü1,05 Mb.
#63877
1   ...   7   8   9   10   11   12   13   14   15

 

52 


Bahar ağlayışı 

 

MÜXTƏLİF ŞEİRLƏR 

                    



TƏRCÜMEYİ-HALİ-AĞADADAŞ MÜNİRİ 

 

Ey soran şərhi-halımı, qulaq as. 



Eylə tariximə təvəccöhi-tam. 

İnqilab oğlun etmişəm tarix

16



Doğulan vaxtım olmuş ol əyyam. 



Əslimiz olmuş əhli-Hövsandan, 

Gəmi zəhmətkeşi olubdur atam. 

Alub illik məaş üç onluq, 

Güzəran etmişik onunla müdam. 

Qərqi-bəhri-Xəzər olub atamız, 

İxtisarən, məni oxutdu anam. 

Yeddiillik yetim on beşə tək 

Eylədim sevdiyim ülumu tamam. 

Anam oldu məhəlləyə dərzi, 

Özüm oldum cocuqlara rəssam. 

Neçə illər bu gunə keçdi günüm, 

Olmuş idim əciri-külli-ənam. 

Rəftə-rəftə xəyalımın mürği 

Qafı, ənqa tək uçdu, etdi məqam. 

Neçə ovqat yekkəvü tənha 

Zikrim olmuşdu bir qələmlə müdam. 

Hər nə cəm’ etdi başə yarü rəfiq, 

Munisim oldu sağər ilə müdam. 

Rüfəqa oldu cümlə əhli-yəqin

Tapmadı yol xəyalıma övham. 

Etdi mir’ati-dildə cilvə həvəs, 

                                                       

16

 1280/1863 




 

53 


Mirzə  Ağadadaş  Müniri 

Eylədim şe’r nəşrinə iqdam. 

Görmədim nəzmdən səvayi həyat, 

Zövqlən etdim ol həyata qiyam. 

Qələmim seyd edib qəzali-qəzəl, 

Qurmamış bir fəzadə bir sənə dam. 

Munis oldu mənə əruzü heca, 

Yazdığım nəzm olarla tapdı nizam. 

Bu işıqlıq göründü ta məndə

Xətm olundu Müniri ilə kəlam. 

 

        


            

ƏNAR QƏSİDƏSİ 

  

Saqiya, dur bir ayağə, ələ al minani, 

Cami-Cəmşidi gətir, ver o meyi-həmrani. 

Açılıb kakili-sünbül, dağılıb sudeyi-eşq, 

Eyləyib badi-səba ətrfəşan reyhani. 

Şəkkərəfşan ol, əya tutiyi-nitqi-hünərim. 

Eylə tə’rif xoş ünvan ilə bu dəstani.   

Raviyi-xoşsüxən eylibdü rəvayət bu sözü, 

Böylə məşhur idi, ey can, bu sözün qurbani. 

Həzrəti-Xeyrünisa bir gün olmuşdi məriz, 

Çox zəif olmuş idi cismü təni-nalani. 

Gahi bihuş düşüb, gahi gəlirdi huşə, 

Zə’fdən tapmış idi mahi-ruxi nöqsani. 

Qalmamışdı bədənində rəməqi, qüvvəti-hal, 

Haldən-halə salırdı təb oni hər ani. 

Nagəhan gəldi Əli ibni-Əbutalib evə, 

Evi öz nuri ilə eylədi çox nurani. 

Gəldi xatuni-qiyamət yanına ol mövla, 

Dindirib xoş dililə Fatimeyi-Zəhrani. 

Dedi, ey banuyi-insiyyeyi-hura, necəsən 




 

54 


Bahar ağlayışı 

Və nə istər ürəyin, qıl mənə zahir ani. 

Gəldi təqrirə o dəm hər iki dünya xanımi, 

Dürfəşan dürrin açıb eylədi dürrəfşani. 

Dedi, cəddim buyurubdur ki, bu dünyadə, qızım, 

Nə qədər təng tutarlarsa sənə dünyani

Etmə zahir ürəyində necə dərdin olsa, 

Ey qızım, saxla əmoğlundan oni pünhani. 

Qılma hər şey ona təklif ki, şərməndə ola, 

Yana xiclət oduna, arta onun cəryani. 

Gəldi təqrirə inayətlə yenə sərvəri-din, 

Qıldı izhari-məhəbbət o mürüvvət kani. 

Dedi, ey Fatimə, istə ki, nə istər ürəgin, 

Hazıram etməgə hazır, o Hüseynin cani. 

Söylədi, könlüm, əmoğli, ola gər, istər ənar

Gərçi bu fəsldə yox olmağının imkani. 

Könlümün istədigi oldu, müyəssər gər ola, 

Bəzlü ehsan elə, ey dini-mubin ərkani. 

Ləngəri-ərşi-bərin qövsi-zəmin, qövsi-zəman, 

Məzhəri-kənzi-xəfa, həm sifəti-Sübhani. 

Baisi-kövnü məkan, sərvəri-din, nuri-cəhan, 

Maliki-mülki-əhəd, mərhəməti-rəhmani. 

Duruban dişrə çıxıb gəzdi o gün şəhri təmam, 

Tapmadı, tapdı kədər qəlbi-şəhi-mərdani. 

Cüstücu çox qılıb axir belə verdilə soraq 

Ki, filan kuçədə var bircə yəhud ə’yani. 

Olsa, onda olar, ey sərvəri-iqlimi-səfa, 

Qeyri-ondan kəsə yox olmağının imkani. 

Gəlibən dögdi yəhudi qapısın şiri-Xuda, 

Çıxdı biçarə yəhudi, görüb ol mövlani, 

Dedi, aya, nə xəbərdür belə bir vəqt, oğul, 

Gəlibən yadə salıbsan məni-nafərmani? 

Buyurub şahi-üməm, varsa əgər səndə ənar



 

55 


Mirzə  Ağadadaş  Müniri 

Mənə ver birsin onun, vəchini al əl’ani. 

İzz ilə ərzi-hüzur etdi o biçarə yəhud, 

Vardi, əmma qutarıb, leyk durun bir ani, 

Soruşum evdə əyalimdən əgər ki, tapıla, 

Tapıla, eyləyərəm ol qədəmün qurbani. 

İzn alıb getdi evə, aldı gətirdi bir ənar, 

Dedi, var-yox, budu, əfv et məni-sərgərdani. 

Aldı şövq ilə yəhudidən ənari, qayıdıb, 

İstədi gəlsin evə kövnü məkan sultani. 

Yolu bir kuçeyi-viyranə tərəfdən düşdi, 

Durdu, bir səs gəlir ehzan ilə çox suzani. 

Dedi, aya, bu səsin sahibinin dərdi nədir 

Ki, tutub suzi-dili aləmi-mafihani. 

Söylədi, ol kərəmü bəzlü səxa dəryasi, 

Nədi dərdin, de mənə, qoyma qala pünhani. 

Ərz qıldı ki, şəha, naxoşü rəncurəm mən, 

Yandırır qəlbimi çox naireyi-ətşani. 

İstəyir könlüm ənar, ey məhi-iqlimi-vəfa, 

Olsa bu fəsldə gər olmağının imkani. 

Gətirib sərvəri-kövneynü imami-səğəleyn 

O ənari iki təqsim elədi asani. 

Verdi bir qismini ol naxoşa çox rəğbətilən, 

Dedi, al ye, elə həmdü Əhədi-yektani.  

Ta alıb etdi tənavül o ənari naxoş

Ol şəhin mərhəmətindən təzələndi cani. 

Söylədi, bir o qədər həm ola, şahim, gər ənar, 

Qurtarır könlüm evindən bu mərəz bünyani. 

Dustan, naxoşa bəzl etdi ənarın hamısın, 

Əliboş dişrə çıxıb tapdı ... heyrani. 

Xah-naxah gəlib həzrəti-Zəhra yanına, 

Daxil olcaq evə gördü qoyulub bir xani. 

Dedi, ey Fatimə, bu xonçeyi-nurani nədir? 



Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə