Mirzə Aləkbər Sabir. Hophopnamədən: Satiralar. İzah və şərqlər 1909 Şahnamə



Yüklə 66,5 Kb.
tarix19.07.2018
ölçüsü66,5 Kb.
#57346
növüYazı

Balalar-Az.Com

Mirzə Aləkbər Sabir. Hophopnamədən: Satiralar.
İzah və şərqlər
1909
Şahnamə

(“Şəhim, tacidarım, qəvi, şövkətim!”)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (4 yanvar 1909, № 1) “Yazıldı Eynuddövlə tərəfindən – nazimi Əbunəsir Şeybani” imzası ilə çap olunmuşdur.
Məhəmmədəli şah İranda azadlıq hərəkatını boğmağa çalışdığı vaxt Səttarxanın rəhbərliyi altında Təbriz inqilabçıları üsyan qaldırır. Üsyanı yatırmaq üçün şah tərəfindən Eynüddövlənin başçılığı ilə Tehrandan böyük əsgəri qüvvə göndərilir. Eynüddövlə Təbrizi mühasirəyə alır, uzun müddət mücahidlərlə çarpışırsa da, axırda məğlub olub geri qayıdır. Şer bu münasibətlə Firdovsinin “Şahnamə” dastanına bənzətmə şəklində yazılmışdır.

*Səttarxana işarədir.

*Səttarxan (?-1914) – Cəsur xalq qəhrəmanı, Cənubi Azərbaycandakı demokratik hərəkatın görkəmli xadimi idi. Qaracadağ rayonunda kəndli ailəsində doğulmuşdur. Uzun müddət Zaqafqaziya sənaye mərkəzlərində çalışmış, fəhlə hərəkatında fəal iştirak etmiş, social-demokrat “Hümmət” təşkilatının üzvü olmuşdur. 1905-1911-ci illər inqilabı dövründə mürtəce İran hakimləri əleyhinə mübarizə aparmışdır. 1908-1909-cu illərdə şah hakimiyyəti və yerli feodallara qarşı konstitusiyanın bərpası uğrunda Təbrizdə başlanan xalq üsyanına rəhbərlik etmişdir.

*Eynüddövlə (dövlətin gözü) – Təbrizə hücum edən şah qoşunları sərkərdəsinin ləqəbi idi.


Arzu

(“Nə dərs olaydı, nə məktəb, nə elmü sənət olaydı!”)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (18 yanvar 1909, № 3) “Duaguyi-millət Əbunəsr Şeybani” imzası ilə çap olunmuşdur.

*1905-ci il inqilabı ərəfəsində, rus-yapon müharibəsi vaxtı mətbuatda ən çox işlədilən və o zamankı oxucu üçün yeni olan sözlərə işarə edilir.

*”Suri-İsrafil” – 1907-1908-ci illərdə Tehranda nəşr olunan ictimai-siyasi və ədəbi jurnal idi. Redaktoru Cahangir xan, naşiri isə Ələkbər xan Dehxuda olmuşdur. 1905-1911-ci il inqilabı dövründə İranın ədəbi-ictimai həyatında mühüm rol oynayan “Suri-İsrafil”in “Çərən-pərən” adı altında xüsusi satirik şöbəsi var idi. “Suri-İsrafil” jurnalı bir sıra məsələlərdə “Molla Nəsrəddin”ə səs vermişdir.

*Mirzə Cahangir xan (1874-1908) – İranın görkəmli ictimai xadimi və yazıçısı, “Suri-İsrafil” jurnalının redaktoru.

*Mirzə Nəsrulla Məlikül-Mütəkəllimin (1859-1908) – İranın görkəmli ictimai xadimi, cəsur inqilabçı, yazıçı və mütəfəkkiri idi. 1908-ci ildə İrandakı əksinqilabi çevriliş zamanı Məhəmmədəli şahın əmri ilə vəhşicəsinə öldürülmüşdür.

*Gənc türklər – 1889-cü ildə İstambulda əsası qoyulmuş türk millətçi burju-mülkədar “İttihad və tərəqqi” partiyasının Avropada tanındığı addır.


Tapmacanın təbiri

(“Nə lap kiçik, nə çox da çox iridir”)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (8 fevral 1909, № 6) “Əbunəsr Şeybani” imzası ilə çap olunmuşdur.
Şer “Molla Nəsrəddin” jurnalının 4 yanvar 1909-cu il tarixli 1-ci nömrəsindəki “Tapmaca”ya cavabdır. Tapmaca budur:

“Yumruduqdur etiqadım,


Xəlqi basıb fəsadım,
Hazır durub cəlladım,
Zülmü sitəm muradım,
Hər yerdə vardır adım”.

Tapmacanın axırında belə bir qeyd vardır: “Tapın görək kimdir bu adam?”

*Məhəmmədəli şah nəzərdə tutulur.
(Bir bəhanə əldə ünvan etməli bundan sora!)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (22 fevral 1909, № 8) “Əbunəsr Şeybani” imzası ilə çap olunmuşdur.


(Qəmu möhnət füzun oldu)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (1 mart 1909, № 9) “Əbunəsr Şeybani” imzası ilə çap olunmuşdur.


Bu satira Məhəmmədəli şah tərəfindən İran parlamanının topa tutulması münasibəti ilə yazılmışdır. Şair “boynuyoğun” dedikdə Məhəmmədəli şaha işarə edir.

*”Əxbar”


*”Əbrar” - İranda çap olunmuş qəzetlərdir.
*”Əhrar”
İstiqbal bizimdir

(“Yetər, canım, çəkil get, etmə çox təbxiri-hürriyyət!”)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (15 mart 1909, № 11) “Əbunəsr Şeybani” imzası ilə çap olunmuşdur.

*Şiri-qürran – Səttarxana işarədir.


(Neyliyim, ey vay! Bu urus başdılar)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (19 aprel 1909, № 16) “Əbunəsr Şeybani” imzası ilə çap olunmuşdur.


(Çatlayır xanbacı, qəmdən ürəyim)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (26 aprel 1909, № 17) “Əbunəsr Şeybani” imzası ilə çap olunmuşdur.


Mənimki belə düşdü!

(“Qəm rahnümun oldu, mənimki belə düşdü!”)

Türkiyə sultanı Əbdülhəmidin taxtdan salınması münasibəti ilə yazılan bu şer ilk dəfə “Molla Nəsrəddin” jurnalında (3 may 1909, № 18) “Əbunəsr Şeybani” imzası ilə çap olunmuşdur.

*Türkiyə sultanı II Əbdülhəmidin dilindən İran şahı Məhəmmədəliyə müraciət edilir.


* II Əbdülhəmid taxtdan salındıqdan sonra İstambulda “Yıldız” sarayında saxlanırdı. Işçilərdən birinin paltarını geyinib qaçmaq istərkən tutulmuşdu. Həmin əhvalata işarə olunur.
*Kamil paşa – Sultan Əbdülhəmidin hakimiyyəti dövründə türk naziri idi.
* II Əbdülhəmid qaçmaq istərkən tutulub Salonikə sürgün edilmişdi.
(Vah!.. Bu imiş dərsi-üsuli-cədid?!)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (17 may 1909, № 20) “Əbunəsr Şeybani” imzası ilə çap olunmuşdur.


Satıram

(“Moldayı, salmadı el dil boğaza...”)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (7 iyun 1909, № 23) “Əbunəsr Şeybani” imzası ilə çap olunmuşdur.
O zamandakı qəzetlərdə Məhəmmədəli şahın İran xəzinəsində olan asari-ətiqəni satmaq istədiyinə dair xəbər çap olunmuşdu. Bu şer həmin hadisə ilə əlaqədar yazılmışdır.

*Cami-Cəm – Cəmşidin camı. Əfsanəyə görə, İran padşahı Cəmşidin gövhərlərlə və şarabı tərif edən yazılarla bəzədilmiş məşhur camıdır.

*Rəyəti-Key – Kəyan sülaləsinin bayrağı nəzərdə tutulur.

*Təxti-Qubad – Sasanilər sülaləsinin 19-cu hökmdarı, Nuşirəvanın atası məşhur Qubadın taxtına işarədir.

*”Abəki-şur” – Fətəli şahın vaxtilə söyləmiş olduğu tarixi sözdür. Rus çarizmi Zaqafqaziyanı tutandan sonra Xəzər dənizini tamamilə öz əlinə keçirmək üçün İran hökumətinə müraciət edir. Baş vəzir bu məsələni şaha ərz etdikdə Fətəli şah belə cavab verir: “Abəki-şurəst, çi faidə darəd, bedəh birizəd bəkuri-pədərəş!” Yəni “şor sudur, nə faydası var, ver töksün atasının goruna!”

*Qəsri-Şirin – İranda Kirmanşahın cənub-qərb tərəfində yerləşən tarixi qəsəbədir.


Neçin verməyir?

(“Bircə bu məşrutəni şah neçin verməyir?”)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (14 iyun 1909, № 24) “Əbunəsr Şeybani” imzası ilə çap olunmuşdur. Bütün nəşrlərə daxil edilmişdir.

*Məhəmmədəli şahın Qacar sülaləsindən olmasına işarədir.



(Doğrudan da, Məmdəli, qeyrət həlal olsun sənə!)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (12 iyul 1909, № 28) “Əbunəsr Şeybani” imzası ilə çap olunmuşdur.


*Bağı-şəh – Tehranın yaxınlığında şaha və şahlığa məxsus bağdır.
(Nədir, aya, yenə üsyanları iranlıların?)

Məhəmmədəli şahın İran mücahidləri tərəfindən taxtdan salınması münasibəti ilə yazılan bu şer ilk dəfə “Molla Nəsrəddin” jurnalında (19 iyul 1909, № 29) “Əbunəsr Şeybani” imzası ilə çap olunmuşdur.

*Tehran mücahidlər tərəfindən tutulduqdan sonra Məhəmmədəli şah qaçıb rus səfarətxanasında gizlənmişdi. Həmin hadisəyə işarə olunur.

*Gənc türklərə işarədir.

*Sipəhdar – İranın iri mülkədarlarından biri idi. Gilan əyalətində bir çox kəndi var idi. Əvvəlcə Məhəmmədəli şahın tərəfdarı olmuş, sonralar isə məşrutəçilərin tərəfinə keçərək, Tehrana hücum edən mücahidlərə başçılıq etmişdir.

*Sərdar Əsəd – Bəxtiyari elinin rəislərindən biri idi. Məşrutəçilərə qoşulub, Məhəmmədəli şahın əleyhinə mübarizə aparmışdır.

*Yefrem xan – Qafqaz ermənilərdən olub, İran inqilabına kömək üçün gedən könüllülərdən biri idi.
(Ey annın ay, üzün günəş, ey qaşların kəman!)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (26 iyul 1909, № 30) “Əbunəsr Şeybani” imzası ilə çap olunmuşdur.


Bura say!

(“Cəmaət: Zilli-Sultan, bura say döydürüb aldıqlarını!”)
İlk dəfə “Molla Nəsrəddin” jurnalında (23 avqust 1909, № 34) “Məstəli şah Gərguci” imzası ilə çap olunmuşdur.
Bu şer Ağa Məsih Şirvaninin “Tövbənamə” adlı tərci-bəndinə bənzətmədir.
Tərçibənd belə başlanır:

“Sənə zahirdir, əya, heyyü xəbirü dana,


Olsa hər mazivü müstəəbəlü məxfi peyda,
Qul şəhindən eliyən cürmü yaşurmaq nə rəva,
Əfv qıl, eyləmişəm çox qələtü səhvü xəta!
Tövbə, ya rəbb, xəta rahinə getdiklərimə!
Bilib etdiklərimə, bilməyib etdiklərimə!”...

*Zilli-Sultan – Məhəmmədəli şahın atası Müzəffərəddin şahın qardaşı idi. İranda məşrutə vaxtı o, Avropaya getmişdi. İrana qayıtmaq istərkən camaat onu Rəştdə tutub saxlamış, İrandan çıxmasını, əmlakının isə müsadirə edilməsini tələb etmişdi. Həmin hadisəyə işarə olunur.


Füzuliyə bənzətmə

(“Məndə ar olsaydı, ölmək ixtiyar etməzmidim?”)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (13 sentyabr 1909, № 37) “Yetim Mədəli” imzası ilə çap olunmuşdur.


Taxtdan salınmış Məhəmmədəli şahın İrandan Odessaya getməsi münasibəti ilə yazılmışdır.
Bu şer Füzulinin qəzəllərindən birinə bənzətmədir. Həmin qəzəlin ilk beyti belədir:

“Əql yar olsaydı-tərki-eşqi-yar etməzmidim?


İxtiyar olsaydı, rahət ixtiyar etməzmidim?”

*Şapşal – Məhəmmədəli şahın mürəbbisi olmuşdur. Rəvayətə görə əksinqilab zamanı şahın məsləhətçisi idi.

*Şeyx Fəzlüllah – Tehranın nüfuzlu müctəhidlərindən biri idi.

*Türkiyə sultanı II Əbdülhəmid nəzərdə tutulur.

*Təqizadə - İran milli məclisinin məşhur natiqlərindən biri olmuşdur. Məclisdə Məhəmmədəli şah arasında olan ixtilaflı məsələləri müzakirə üçün saraya göndərilən heyətin tərkibində idi. Məhəmmədəli şah görüşmək üçün ona əl uzatmış, o isə şaha əl verməkdən imtina etmişdir. Şerdə həmin hadisəyə işarə olunur.
(Vaiz, qələm əhlin niyə təhqir eləyirsən?)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (20 sentyabr 1909, № 38) “Obaşdançı” imzası ilə çap olunmuşdur.


(Yaşamaq istər isək sırf əvam olmalıyız!)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (11 oktyabr 1909, № 41) “Güləyən” imzası ilə çap olunmuşdur.


(Adəmi adəm eyləyən paradır)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (25 oktyabr 1909, № 43) “Güləyən” imzası ilə çap olunmuşdur.


Vermirəm a!..

(“Mən ölüm, Molla, bizim Xankişinin qanına bax”)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (29 noyabr 1909, № 48) “Ağlar güləyən” imzası ilə çap olunmuşdur.
Canın çıxsın!

(“Canın çıxsın gözündən qanmayaydın!”)

İlk dəfə “Molla Nəsrəddin” jurnalında (6 dekabr 1909, № 49) “Ağlar güləyən” imzası ilə çap olunmuşdur.
Yox, yazmaram!

(“Molla dayı, çox dərk daşır qazanın!..”)



İlk dəfə “Molla Nəsrəddin” jurnalında (20 dekabr 1909, № 51) “Yarı könül” imzası ilə çap olunmuşdur.



Balalar-Az.Com

Yüklə 66,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə