MiRZƏ ƏLƏKBƏr sabiR



Yüklə 12,74 Mb.
Pdf görüntüsü
səhifə1/138
tarix11.07.2018
ölçüsü12,74 Mb.
#54986
  1   2   3   4   5   6   7   8   9   ...   138


 



2

 

 




 

MİRZƏ ƏLƏKBƏR SABİR 

HOPHOP 

NAMƏ 


 


4

 

 



 

Tərtib edən, müqəddimə və qeydlərin müəllifi: 

Alxan Bayramoğlu, 

filologiya elmləri doktoru, professor 

Naşir: Bəhruz Axundov 

Elmi redaktor: Teymur Kərimli, 

AMEA-nıu müxbir üzvü 

Rəssam: Arif Hüseynovxalq rəssamı 

Nəşriyyat redaktoru: Mustafa Çəmənli 

Mirzə Ələkbər Sabir. Hophopnamə. 

66 Bakı, «Təhsil», 2012, 552 səh. 

Yeni Azərbaycan şeirinin yaradıcılarından olan Mirzə 

Ələkbər Sabirin şeirləri yarandıqları zamanın 

bədii sənədləri, XX əsrin əvvəlinin poetik və publisistik 

salnaməsidir. Sabirin bütün əsərlərini əhatə edən bu 

kitabda onun satirik şeirləri ilə yanaşı, müəllifin 

ictimai-siyasi və fəlsəfi lirikası, növhə və mərsiyələri, 

qəzəlləri, məktəb uşaqları üçün qələmə alınmış şərqi, 

mənzum hekayə və təmsilləri, tərcümələri, hekayə və 

felyetonları, ədəbi-publisist məqalələri, müxbir yazılan 

və məktublan yeni tərtib prinsipləri üzrə toplanmış, 

onlara qeydlər verilmiş, çətin başa düşülən sözlər üçün 

lüğət əlavə edilmişdir. 

«Hophopnamə»ni M.Ə.Sabirin bəzi əsərlərinə  

çəkilən illüstrativ rəsmlər də bəzəməkdədir. 





4702060202  

          053   

2012

 

© «Təhsib» 2012 


 

MİRZƏ ƏLƏKBƏR SABİR İRSİ VƏ 



ONUN NƏŞRİNƏ DAİR 

Y

 



eni dövr dünya ədəbiyyatının şöhrətli simalarından olan Sabir 

Azərbaycanın böyük xalq şairi, vətənsevər mütəfəkkiri və ictimai 

xadimidir. O, milli ədəbiyyatın, Xaqani, Nizami, Füzuli, Vidadi, Vaqif, 

Axundov, Seyid Əzim kimi klassiklərin, çoxəsrlik Şərq poeziyasının qabaqcıl 

ənənələri üzərində yetişib kamala çatmışdır. Sabirin «Hophopnamə» adı ilə 

tanınan kitabı realist ədəbiyyatın gözəl nümunəsi, milli-bədii fikrin böyük abidəsi 

sayılır. 

Sabir türksoylu xalqlar arasında tək-tək şairə nəsib olan şan-şöhrət sahibidir. «Molla 

Nəsrəddin» ədəbi məktəbinin başçılarından biri kimi o, Azərbaycanla birlikdə Şərqin bir 

çox ölkələrindəki ədəbi inkişafa qüvvətli təsir göstərmiş, orijinallığı, böyük fikri-estetik 

qüvvəsi ilə seçilən poeziya məktəbi yaratmışdır. 

Mirzə Ələkbər Sabir satirik şair kimi məşhurlaşsa da, eyni zamanda klassik səviyyəli 

lirik  qəzəllər,  sənətkarlıqla  yazılmış  duzlu,  məzəli  felyetonlar,  dərin  məzmunlu  elmi, 

tənqidi  və  publisistik  məqalələr,  müxbir  məktubları  və  poetik  tərcümələr  müəllifidir. 

Bütün  bu  yazılar  janrından  və  həcmindən  asılı  olmayaraq,  böyük  istedadın,  qəlbi 

vətəndaşlıq duyğusu ilə döyünən bir qələm sahibinin əsəri kimi diqqəti cəlb edir. Çünki 

Sabirin təsvir etdiyi ən kiçik hadisə və detallarda belə zamanın nəbzi, insanların duyğu 

və düşüncələri duyulur. Əziz Mirəhmədovun təbi- rincə desək, «təsvir etdiyi hadisə və 

insanların  xarakterindən,  daha  doğrusu,  inqilabın  yüksəlib,  enməsindən  asılı  olaraq 

Sabirin sözləri də müxtəlif qammalarda səslənirdi. Onun əsərlərində gah inqilabçıların 

qələbəsinin təsviri, sevinci, fərəhi, gah təhlükə gözlənilməsi ilə əlaqədar olaraq təşviş, 

gah  da  məğlubiyyət  nəticəsində  əmələ  gələn  qüssə,  qəmginlik  hiss  edilin).  Bir  sözlə, 

Sabir  yaradıcılığında  dövrün  sosial-siyasi,  milli-psixoloji,  mənəvi-əxlaqi  və 

ideya-estetik  ritmi  bütün  rənginliyi  ilə  görünür,  təsvir  edilir.  Bu  da  şairin  ideya 

baxımından  ayıq,  sənətkarlıq  cəhətdən  iti,  bədii-estetik  xüsusiyyətlərinə  görə  realist 

təsvir ustalığından irəli gəlir. Çünki Sabir, hər şeydən əvvəl, dövrünün şairi olaraq, milli 

təəssüb hissi ilə 



6

 

 



Mirzə Ələkbər Sabir 

alışıb-yanan, vətəndaşlıq duyğusu ilə yazan qələm sahibidir. XIX əsrin sonlarına doğru isə 

milli-ictimai düşüncədə maarifçilik ideologiyası ilə yanaşı, cəmiyyətdə bir siyasiləşmə də 

özünü  göstərməkdə  idi.  Təsadüfi  deyil  ki,  həmin  dövrdə  siyasi  dərnəklər  yaranır  və 

RSDFP-nin  I  qurultayı  (1898)  keçirilir.  XX  əsrin  ilk  illərində  isə  bu  dərnəklər  siyasi 

partiyalara çevrilməyə başlayır. Odur ki, 1905-ci il inqilabından sonra milli-ictimai şüurda 

maarifçiliklə yanaşı, demokratikləşmə, milli-mə- nəvi varlığın, türklük ruhunun Avropa 

müasirliyi  zəminində  möhkəmləndirilməsi  məsələləri  də  ön  mövqeyə  keçir.  «Molla 

Nəsrəddin»,  «Həyat»,  «İrşad»,  «Füyuzat»,  «Bəhlul»  və  s.  mətbuat  orqanlarının,  habelə 

digər 


nəşrlərin 

səhifələrində 

həmin 

yeniləşmə, 



siyasiləşmə, 

milli-ictimai 

demokratikləşmənin mənzərəsi aydın nəzərə çarpır. Bütün bu məsələlər Sabir qələmində 

özünün real bədii əksini aydın ideya- estetik, həm də vətəndaşlıq mövqeyindən tapır. 

Sabir dövrün mühüm sosial-siyasi, milli-bəşəri hadisələrinə, bu proseslərin düzgün 

məcraya  yönəldilməsinə  fəal  və  ayıq  vətəndaşlıq  mövqeyindən  müdaxilə  etməyə 

çalışmışdır.  Bunu  onun  «Mətbuat»,  «Qeyrət»,  «Ləbbeyk  icabət»,  «Zaman  nə  istəyir? 

Amma  biz...»,  «Cümə»  və  s.  məqalələrində  də  qabanq  şəkildə  görmək  olur.  Əgər 

«Mətbuat»  və  «Ləbbeyk  icabət»  məqalələrində,  «Əlminnatü  lillah  ki,  «Dəbistan»  da 

qapandı», «Ay can!.. Ay can!..» satiralarında olduğu kimi, milli mətbuatın xalqın tərəqqi 

və inkişafındakı rolundan danışılıb, onun davamlılığının qorunmasının vacibliyi məsələsi 

qoyulursa,  «Qeyrət»  məqaləsində  dünya  xalqlarının  mədəni  və  mənəvi  irsindən 

bəhrələnmənin  yollarından,  dünyaya  inteqrasiya  zamanı  həm  də  milli-bəşəri  dəyərlərin 

dayanıqlığının  diqqət  mərkəzində  saxlanması  və  bununla  da  milli  mənliyin  itirilməsinə 

deyil, əksinə milli özgünlüyün və koloritin daha sistemli bir şəkildə davam etməsinə nail 

olunmasının taleyüklü bir problem olduğunu diqqətə çatdırırdı. «Zaman nə istəyir? Amma 

biz...», «Cümə» məqalələrində cəmiyyətin normal inkişaf edib, xalqın və vətənin parlaq 

istiqbala çatması və bu problemin həlli yollan araşdırılır. Sabirə görə, hər cəhətdən kamil 

bir  cəmiyyətə  və  dövlətə  nail  olmağın  başlıca  yollanndan  biri  də  gənc  nəslin  maarif-

ləndirilməsi, onların əsl vətəndaş kimi yetişdirilməsidir. Bunun üçünsə zamanla ayaqlaşa 

bilən məktəb və maarif ocaqlarının şəbəkəsinin mümkün qədər genişləndirilməsini həlli 

vacib bir məsələ kimi irəli sürürdü. 

Bu  sual  və  çağınşlann  arxasında  Sabirin  şair-vətəndaş  ürəyinin  narahatlıq  dolu 

döyüntüləri eşidilir. 

Sabirin  teatr  tamaşalarına,  məktəb  və  mədəni-maarif  ocaqlarının  təşkilinə,  məişət 

hadisələrinə  və  s.  həsr  etdiyi  məqalələrində,  müxbir  məktublarında  da  zamanın  nəbzi, 

xalqın ürək döyüntüsü, əsəb tellərindəki gərginliyin ifadəsi duyulur. Akademik Məmməd 

Cəfərin yazdığı kimi: «Bu kiçik yazılar bizə Sabiri daha yaxşı başa düşmək üçün böyük 

köməkdir.  Belə  ki,  bu  məqalə  və  məktublardan  biz,  heç  olmasa  bunu  öyrənə  bilirik  ki, 

Sabiri  əsrin  böyük  sənətkan,  böyük  xalq  şairi  səviyyəsinə  çatdıran  bir  cox  səbəblər 

olmuşsa, onlardan biri də onun «xurcunları çiynində 



Yüklə 12,74 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə