MiRZƏ ƏLƏKBƏr sabiR



Yüklə 12,74 Mb.
Pdf görüntüsü
səhifə14/138
tarix11.07.2018
ölçüsü12,74 Mb.
#54986
1   ...   10   11   12   13   14   15   16   17   ...   138

40

 

 



Mirzə Ələkbər Sabir 

* * * 


Məlikov, o Həsən bəyi-zişan, 

O əmini-xəzaneyi-ehsan

Elmü fəhmü kəmalilən mümtaz, 

Sineyi-safı kənzi-lö’löi-raz;  

Hünəri fəzldir, ədəb kari, 

Əqli pakizə, hüccət iqrari. 

Dəxi alicənab komitetlər, 

O ədalətməab komitetlər,  

Himmətü mərhəmətləri şayan, 

Rəhmi-bimüntəhaləri payan. 

Barəkallah ki, saf sinələri, 

Əlhəq elmü ədəb xəzinələri; 

Şamili-hal olub ifadələri

Mərhəmi-dərdü dil iradələri; 

Görmüşük lütfı-binəhayələrin,  

Ey xuda, qıl bülənd payələrin!  

Xəlqə çox görmə bu cənabləri.  

Hifz qıl sən bu müstətabləri!  

Bizə çox kişvərü vilayətlər -  

Etdilər lütflər, inayətlər. 

Ümənayi-əliyyeyi-dövlət, 

Rüəsayi-məzahibü millət, 

Üləmayi-izami-dinpərvər, 

Füqərayi-qəyuri-hər kişvər, 

Əhli-Qafqaz göstərib qeyrət, 

Əhli-Rusiyyə eylədi himmət.  

Leyk bu Badikubə əsnafı, 

Xah tüccar, xah əllafı  

Etdilər mübtəlalərin dilşad, 

Edə həq bu bələdləri abad! 

Zövceyi-xan, o banuyi-e’zaz, 

Sakini-kişvəri-Vladiqafqaz, 

Əbr tək himməti töküb baran,  

Seyi tək qeyrəti edib cərəyan,  

Gah çadır eyləyib bərat bizə,  

Gah pul etdi iltifat bizə;  

Mərhəba, qeyrət etdi mərdanə 

Sakinani-diyari-Şirvanə! 

Ey xuda, lütfıni inayət qıl, 



41 

Xani-xüldaşiyanə rəhmət qıl! 

Sabira, ey əsiri-qeydi-bəla! 

Şe’rdir gərçi şiveyi-şüəra, 

Leyk göftardən duadi qərəz, 

Şe’rdən eyni müddəadi qərəz... 



ŞÜKR LİLLAH Kİ,... 

Şükr lillah ki, afıtabi-süxən 

Şərqi-mə’nadən oldu çöhrənüma; 

Çıxdı bir gün ki, təl’ətindən edə 

Məşriqü məğrib əhli kəsbi-ziya; 

Oldu bir nur sateü lame’, 

Ola rövşən bu nur ilə dünya. 

O ki, dərgahi-həqqə illər ilə 

Gecə-gündüz edərdik istid’a, - 

Əhsənülvəch ilə müyəssər olub,  

Şükr kim, şamil oldu lütfı-xuda. 

İsticabət tapıb dualərimiz, 

Şəhri-Tiflisdə olub bərpa 

Bir qəzetxanə kim, ifadələri  

Hər müəmmayə göstərir mə’na. 

Bir qəzetxanə kim, mətalibinə 

Hər məmalikdə müştəri peyda. 

«Şərqi-Rus» ilə intixab tapıb, 

Ta verə gün kimi cəhanə ziya. 

«Şərqi-Rus»un yeganə mümtazi 

Bəhri-elmü ədəb Məhəmməd ağa; 

Mətləbi dilrüba, qəribülfəhm, 

Sözləri ruhbəxşü zövqəfza. 

Kəlimatı müfıdü müstəhsən, 

Hərəkatı həmişə sidqü səfa. 

Biz gərəkdir təyəmmünən bu günün 

Mislini ildə eyd edək icra. 

Var ümidim ki, əxtəri-iqbal 

Övci-məqsuddə tuta mə’na; 



42

 

 



Ola bidar talei-məs’ud, 

Aça minbə’d dideyi-şəhla

Ola kəsbi-ülumə sə’yi-bəliğ, 

Qıla təhsili-elm sübhü məsa. 

İndi bir əsrdir ki, elm gərək!  

Dolub alati-elmlən dünya. 

Hansı bir elmdir ki, təhsili  

Bizə üsrü hərəc olub, aya? 

Mehriban padşahi-adilimiz  

Edə həq səltənətdə kami-rəva

Hər məmalikdə, hər vilayətdə 

Qayəti-rəhmü lütfdən həqqa; 

Döşəyib kəsbi-elmə bəsti-bəsit 

Uşqolalar açıb, qoyub molla 

Ki, bizim tək dəni rəiyyətlər,  

Hərə bir elmdə olaq dana. 

Ah kim, xabi-qəflət ilə bizim 

Ömri-pürmayəmiz keçibdi fəna. 

Dolub elm ilə sahəti-aləm, 

Bizə yox bəhrə elmdən əsla. 

Rəmz həl-yəstəvi müdəlləldir,  

Bir deyil şəxsi-kurlən bina. 

Kəsbi-elmə səbəb fərahəmdir,  

Sabira, bir zəman ayıl, yatma! 

Qıl dualər ki, «Şərqi-Rus»muzun 

TəPətindən ola cəhan beyza. 




43 


44


45 

Mirzə Ələkbər Sabir 



MÜSƏLMAN VƏ ERMƏNİ VƏTƏNDAŞLARIMIZA 

Əsrimiz xahiş edərkən ittifaqü ittihad

Cümləmiz əmniyyət içrə almaq istərkən murad, 

Beynimizdə yox ikən bir gunə əsbabi-təzad. 

Bu vətən övladinə ariz olub büğzü inad, 

Müslimanla ermənilər beyninə düşdü fəsad. 

Yoxmu bir sahibhidayət, yoxmu bir əhli-rəşad?! 

Ey süxəndanan, bu günlər bir hidayət vəqtidir! 

Ülfətü ünsiyyətə dair xitabət vəqtidir! 

İki yoldaş, iki qonşu bir vətəndə həmdiyar, 

Əsrlərcə ömr edib, sülh içrə bulmuşkən qərar

Fitneyi-iblisi-mərun oldu nagəh aşikar... 

Gör cəhalətdən nə şəklə düşdü vəz'i-ruzigar! 

Qətli'ı qarət bişümarü şəhrü qəryə tarimar... 

Əl'əman, bu fitnəyə çarə qıl. ey pərvərdigar! 

Ey süxəndanan, bu günlər bir hidayət vəqtidir! 

Ülfətü ünsiyyətə dair xitabət vəqtidir! 

Fitnələr kim, faş olur, bilməm nə halətdən törər, 

Əql bavər eyləməz kim, adəmiyyətdən törər, 

Müslimiyyətdən və yaxud emıəniyyətdən törər, 

Şübhə yoxdur, cəhldən, yainki qəflətdən törər. 

Bu müsibətlər bütün büğzü ədavətdən törər. 

Bu ədavət mütləqa hali-zəlalətdən törər; 

Ey süxəndanan, bu günlər bir hidayət vəqtidir! 

Ülfətü ünsiyyətə dair xitabət vəqtidir! 

Fləqqi xəlqə bildirib dəfi-zəlalət etməli, 

Gün kimi taban edib, pamaii-zülmət etməli, 

Nabəca bu işlərin dəfində qeyrət etməli, 

Xatiri-müğbərrdən rəfi-küdurət etməli, 

Çarəsazi-sülh olub dəf i-xüsumət etməli, 

Sabira, beynəlmiləl tədbiri-ülfət etməli! 

Ey süxəndanan, bu günlər bir hidayət vəqtidir! 

Ülfətü ünsiyyətə dair xitabət vəqtidir! 



46


Yüklə 12,74 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə