MiRZƏ ƏLƏKBƏr sabiR



Yüklə 12,74 Mb.
Pdf görüntüsü
səhifə2/138
tarix11.07.2018
ölçüsü12,74 Mb.
#54986
1   2   3   4   5   6   7   8   9   ...   138

 

Hophopnamə 



qapan  günclərində  taxıl  almağa  gələn  kəndlilərin»  qeydinə  qalması,  «təbii  fəlakətlərə 

məruz  qalan  Padar  köçərilərinin»  halına  acıması,  «qışm  məşəqqətlərindən  xilas 

olduqlarına görə sevinirkən baharda da başsız sellərin qurbanı olan fuqərayi-kasi- bənin» 

dərdinə qalması... Girdiman çayı üzərindən davamlı körpü salmaq arzusu ilə yaşaması və 

mədəniyyətə, yeniliyə güllə atanlara dərin nifrət bəsləməsi olmuşdum. 

Sabir bu məqalələrdə xırda məişət hadisələrindən tutmuş mənəviyyat, əxlaq, maarif 

və iqtisadiyyat, kənd təsərrüfatı, taxıl yığımı, o cümlədən yol tikintisi, körpü salınması, 

Şamaxıya dəmiryolunun çəkilməsi və s. problemlər qaldıraraq, işin səmərəliliyi üçün əsl 

təsərrüfatçı  ayıqlığı  və  vətəndaş  yanğısı  ilə  məsləhətlər  verir,  təkliflər  irəli  sürürdü. 

Həmin problemlər onun poeziyasında da irəli sürülüb əsaslandırılırdı. 

Sabir  geniş  xalq  kütlələrinin,  zəhmətkeş  insanların  halına,  ağır,  məşəqqətli 

güzəranlarına,  mədəni  geriliklərinə,  milli-ictimai  şüurca  geri  qalmalarına,  ancaq  öz 

qarınlarını, şəxsi mənafelərini güdən «kisədustların» - mülkədar, sahibkar, ruhani, ziyalı 

və digər peşə sahiblərinin həris pəncələrində, dini fanatizm girdabında can çəkişməsinə 

dözə bilməyib, özünün vətəndaş təəssüb və yanğısından güc alan etiraz səsini ucaldırdı. 

Odur ki, sosial-mənəvi bəlalann islahı üçün publisistikaya nisbətən şüurlara daha fəal və 

ideya-estetik  təsir  qüvvəsinə  malik  olan  satirik  poeziyaya  üstünlük  verirdi.  Həmin 

ictimai  tipləri  bir  məclisə  toplayaraq  («Bir  məclisdə  on  iki  kişinin  söhbəti»  satirası) 

onların  öz  dilləri  ilə  özlərini  xalqa  təqdim  etdirirdi.  Bu  tiplər  hələlik  on  iki  zümrənin 

şəxsində  bir-birinin  ardınca  sanki  rüsvayçılıq  kürsüsünə  çıxaraq  özlərinin  iç  üzlərini, 

həyata  və  xalqa  baxış  tərzlərini,  yaşayış  prinsiplərini  açıb  göstərirlər.  Satiradan,  bu 

təqdimatdan aydın olur ki, dövrün vəkili «haqlıya haqsız deməklə, bir çox günaha batıb», 

həkim ona müraciət edənlərin dərdini «təşxis etməyib», tacir «halal ilə haramı bir-birinə 

qatıb», rövzəxan «üm- mətin pulun alıb», «gözlərini ağlar qoyub» (isladıb), dərviş hər 

yerdə  ancaq yalan söz satmaqla, sofı xalqı ələ salmaq, oynatmaqla,  molla isə hər gün 

verdiyi fitvalarla məxluqu aldatmaqla məşğuldur. Ən acınacaqlısı isə odur ki, belə bir 

mühitdə  elm  hər  şeydən  ümidini  üzərək  bu  qövmü  büsbütün  atdığı  üçündür  ki,  xalq 

cəhalət girdabında olduğunu dərk etmədən ortada kef etməklə hər bir mərama, məqsədə, 

arzuya  çatdığını  düşünürdü.  Avam  camaat  heç  nə,  hətta  cəhalət  adlı  yorğan-döşəkdə, 

yataqda yatdığını da başa düşmür. Belə bir şəraitdə isə «xalqm şairi» öz həmvətənlərinin 

ictimai  dərdlərindən  yazaraq  onları  ayıltmaq  əvəzinə  «bülbülə,  eşqə,  gülə  dair  yalan 

fırlatmaqla»,  qəzetəçi,  xalqın  milli-ictimai  şüurunun  formalaşmasını  düzgün  yola 

istiqamətləndirməli  zümrə,  təbəqə  isə  yazdıqları  söz  yığmı  olsa  belə,  ancaq  öz 

«cəridəsini»,  qəzetin  sütunlarını  doldurmaq  barədə  fikirləşir.  Onun  üçün  də  yeri 

düşdü-düşmədi mətləbi uzatmaqla məşğuldur. 

Göründüyü  kimi,  Sabirin  «bir  məclisə  yığdığı  bu  on  iki  kişinin»,  zümrənin 

sözlərindən aydm olur ki, onların hər biri üzdə özlərini, guya, xalqa, vətənə xidmətə həsr 

edən bir vətəndaş kimi gözə soxmağa çalışsa da, əslində, sən demə, əsl 




8

Mirzə Ələkbər Sabir 

məqsədləri bu pərdə arxasında öz güzəranlarını, yaşayışlarını təmin etməkdir. Xalqın 

millətin güzəranı, əqli, fiziki və mənəvi sağlamlığı, iqtisadi, sosial-siyasi vəziyyətinin 

yaxşılaşdırılaraq  qüdrətli,  düşmənə  bac  verməyib,  möhtac,  əsir  olmayan  bir  hala 

gətirilməsi  məsələləri  isə  onların  heç  veclərinə  belə  deyil.  Odur  ki,  şair  növbəti 

satirasında  bu  tüfeyli  zümrələrin  xorunu  qələmə  alıb  yenicə  nəşrə  başlayan  «Molla 

Nəsrəddin» jurnalında çap olunmaq üçün Tiflisə göndərdi. Bu dəfə həmin tüfeyli tiplər 

hamısı bir ağızdan: 

Millət necə tarac olur olsun, nə işim var?! 

Düşmənlərə möhtac olur olsun, nə işim var?! 

Qoy mən tox olum, özgələr ilə nədi karım, 

Diinyəvü cahan ac olur olsun, nə işim var?! - 

deyə xor oxumağa başladılar. Hər hansı ülvi, müqəddəs bir amaldan məhrum olanların 

bu  ürəkdağlayıcı,  üfunət  qoxulu  xoru  qulaqbatırıcı  bir  səda  ilə  elan  edirdi  ki,  onlar 

həmvətənlərinin  daim  qəflət  yuxusunda  yatmalarını  arzulayıb,  əgər  «tək-tək  ayılan 

varsa», Allahdan özlərinə kömək diləyirlər ki, belələrini, tək-tək ayılanları tezliklə yox 

etsin.  Həmin  ictimai  tiplər  öz  salamatlıqları  naminə  «cümlə  cahanın»  batmasına  da 

razıdırlar. 

Sabir poeziyası öz qarşısına məhz xalqın, həmvətənlərinin həyatlarının mövcud 

acınacaqlı vəziyyətini köklü sürətdə dəyişdirib, onları tamamilə təzə-tər, saf və sağlam 

bir  vücudla  işıqlı,  parlaq  istiqbala  aparıb  çıxartmaq  missiyası  ilə  yenilməz  əzm  və 

qətiyyətlə mübarizə meydanına atıldı. O, xalqın və vətənin xoş gələcəyini təmin etmək 

üçün  birinci  növbədə  bugünkü  övladların  layiqli  vətəndaş  kimi  yetişdirilməsinin, 

gələcək  həyat  və  mübarizə  yoluna  millətin  əqli,  zehni  və  düşüncə,  dünyagörüşcə 

hazırlanmasının vacibliyi məsələsini irəli sürdü. Bunun üçün uşaqların mövcud tərbiyə 

və həyata hazırlanma üsulunun eybəcərliklərini satira oxuna hədəf etdi. «01 gün ki, 

sənə xaliq edər lütf bir övlad, Olsun ürəyin şad!» misraları ilə başlanan həmin satirada 

zərərli  vərdiş,  düşüncə  və  üsullara  əsaslanan,  nəticə  etibarilə  uşağın  və  ailənin 

fəlakətinə səbəb olan tərbiyə metodları satirik bir dillə sadalanır. Nəzərə çatdırılır ki, 

bu  qədər  dırnaqarası  cah-cəlala,  əslində,  fəlakətə  oxuyub-öyrənməklə,  dünyəvi 

təlim-tərbiyə almaqla çatmaq mümkün deyil: 

... Olmaz 

oxumaqdan  

Tapmaq bu cəlali!.. 

Yəni roiHəti bu cür bəla və fəlakətlərdən ancaq gənc nəsli dünyəvi ruhda tə- ım tər 

iyə  edib,  elm  öyrətməklə  xilas  etmək  olar.  Növbəti  satiralarda  Sabir  həyata  u  cur 

axışın, öz ideal və arzularının həyatda yavaş-yavaş ayaq tutmasının və ura an mey ana 

çıxan ictimai ovqatın ayn-ayrı səhifə və əlamətlərini satirik bir 



Yüklə 12,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə