MiRZƏ ƏLƏKBƏr sabiR



Yüklə 12,74 Mb.
Pdf görüntüsü
səhifə3/138
tarix11.07.2018
ölçüsü12,74 Mb.
#54986
1   2   3   4   5   6   7   8   9   ...   138

Hophopnamə 

dillə  göz  önündə  canlandırmağa  başladı.  Övladının  elmə,  təhsilə,  oxuyub  öyrənməyə 

qızğın həvəsindən danlan cahil ata «Bilməm nə görübdür bizim oğlan oxu- maqdan», - 

deyə gileylənməyə başladı. 

Lakin  az  sonra  yenə  geri  dönüb  «Təhsili-elm»,  «Ata  nəsihəti)),  «Tərpənmə, 

amandır, bala, qəflətdən ayılma!» və s. satiralarda təsvir edildiyi kimi, oğluna zamanın 

tələbinə  uyğun  tərəqqidən,  elm  öyrənməkdən  həzər  etməyi  təlqinə  çalışır.  Oğlunu 

inandırmağa çalışır ki: 

Təhsili-iilum etmə ki, elm afəti-candır, 

Həm əqlə ziyandır; 

Elm afəti-can olduğu məşhuri-calıandır, 

Mərufı-zəmandır; 

...Elm içrə xəta olduğun ondan bilirəm kim

Bilsə nola hər kim, 

Elmə gəzənin küfrü zəbanlarda bəyandır, 

Təkfırə nişandır... 

Bütün  bunlann  əvəzində  ata  öz  oğluna  məsləhət  görür  ki,  («Ata  nəsihəti»)  elm 

yolunda malını, canım, irzü namusunu tələf etməkdən, sonra da divan-dərə, şah və vəzir 

üzünə ağ olub onlara qanun öyrətməkdənsə: 



...Bundan sonra qıl tövbə dəxi, məktəbə getmə. 

Bircə usan, oğlum! 

Ta baxma müəllim sözünə, ta əməl etmə, 

Axır utan, oğlum. 

Çıx dağa, daşa, yol kəsibən qarətə başla, 

Axırda qaçaq ol; 

Sal bir beşalan boynuna, bu adətə başla; 

Həmmali-yaraq ol, 

Xəlqə dadanaq ol. 

Hər işdə sayaq ol, 

Var cana ziyam - 

Qeyrətdən uzaq ol!.. 

Ancaq  atanın  öyüd-nəsihətləri  səmərəsiz  qalır.  Getdikcə  cəmiyyətdə  zamanla 

ayaqlaşmağa çalışan yeni ruhlu, müasir düşüncəli gənc nəslin çəkisi artmağa, hətta qız 

məktəbləri  belə  açılmağa  başlayır.  Öz  məkanlarının,  fəaliyyət  meydanlarının 

daraldığım, güclərinin zəiflədiyini, mövqe və hökmlərini itirdiklərini görən qara-güruh 

təşviş  və  həyacanla  səs-səsə  verirlər.  Onlar  cəmiyyətdə,  əxlaq  və  mənəviyyatda, 

şüurlarda  baş  verən  hər  cür  mütərəqqi  addımın  qarşısım  almaq  üçün  bir-birilərini 

səfərbər olmağa, əlbir fəaliyyətə çağırırlar: 




10

Mirzə Ələkbər Sabir 



Səs ucalaşdı, qoymayın! 

Millət oyaşdı, qoymayın! 

Rişteyi-dərsə, məktəbə... 

Cümlə dolaşdı, qoymayın! 

İş yavalaşdı, qoymayın! 

El uyuşub azanlara, 

Gündə qəzet yazanlara

Od vundub qazanlara. 

Qaynadı, daşdı, qoymayın! 

Həddidən aşdı, qoymayın! 

Bu  çağınşdakı  təşviş  və  həyəcan  satirik  tipin  özünü  real,  qarşısıalınmaz  fəlakət 

qarşısında görən adamın fəryad və ah-naləsi, məhv olmaqdan xilasolma cəhdləridir. Sabir 

yeniliyə, tərəqqiyə düşmən qüvvələrin etiraz və fəryadlarının tək bir təzahürünü deyil, üzə 

çıxan hər hansı dalğa, ritm və qammasını qələmə almaqla mövcud vəziyyət və mənzərə 

haqda  dolğun  təsəvvür  yaratmağa  çalışır.  Odur  ki,  növbəti  satirasında  əli  hər  şeydən 

üzüldüyü üçün gücü ancaq oturub iki əlli öz başına döyməklə ah-vaya çatan tiplərin bədii 

portretini göz önündə canlandırır: 



Vay, vay! Nə yaman müşkülə düşdü işim, Allah! 

Fəıyadimə yet kim, yanıram atəşə, billah! 

Satirik  tip,  gizli  və  məkrli  niyyətini  mümkün  qədər  ört-basdır  edib  özünü  islam 

təəssübkeşi kimi gözə soxmağa çalışsa da, onun fəryad və şikayətlərinin davamı olaraq 

təəssüf, yanıb-yaxılma və təhdidlərindən əsl yırtıcı siması, tüfeyli, parazit xisləti üzə çıxır: 



Ax, ay keçən illər, nola bir də dolaneydin, 

Tazə yenə beş yüz il olunca dayaneydin

Elmi, ədəbi, fəzli, kəmaləti daneydin! 

Yaxud: 


Bilməm nə işim vardı, başım harda qarışdı, 

Elm ilə belə düşmən olan qövm barışdı, 

Təcdidi-vəfa birlə məariflə sarışdı, 

Rahət yata bilməm mənə qəm muri darışdı; 

Etməkmi olar bir də bu uymuşları ikrah? 

Lalıövlə vəla qih’vətə illa və billah!.. 

Yenilik ruhlu tərəqqi və inkişafa düşmən qüvvələrin artıq hər şeydən ümidlərini kəsib 

əlacsızcasma  gileylənmələrinin  daha  bir  çalarını  isə  «Şikayət!..»  satirasında  bu  cür 

görürük: 



A kişi, bundan əzəl xəlqdə hörmət var idi, 

Binəva mollalara hörməlü izzət var idi! 


11 

Hophopnamə 



Ağa hər yam ki, anqır desə, xəlq anqır idi, 

Yer üzündə bərəkət, ne 'mətü dövlət var idi! 

.. .Elm hardaydı, müsəlman harda, qardaşım, 



Nə tərəqqi sözü, nə söhbəti-millət var idi! 

.. .Müftəxorluq nə gözəl peşə idi tutmuş idim

Nə açan üstünü karın, nə şəmatət var idi! 

.. .Ah, əfsus ki, keçdi o gözəl dövranım! 

Rahət idim ki, bu xəlq içrə cəhalət var idi! 

Satirik  tipin  ötən  günlərin  həsrəti  ilə  hansı  duyğularla  yaşaması  onun  ictimai 

mövqeyini təyin edir. Ancaq nəzərdən keçirdiyimiz satiralardakı tiplərin hamısı yeniliyə, 

cəmiyyətdə baş verən mütərəqqi meyillərə qarşı eyni sosial mövqedən çıxış etsələr də, 

onların  hər  birinin  öz  danışıq,  öz  ifadə  tərzi  var.  Çünki  onların  hamısı  eyni  sosial 

mövqedən  çıxış  etsələr  də,  ifadə  və  etiraz  tərzlərini  fərdi  xarakter  və  dünyabaxışları 

müəyyənləşdirir.  Odur  ki,  satirik  monoloqların  hər  biri  özünün  fərdi  çalarları  ilə 

bir-birindən  fərqlənir.  Bir  sözlə,  Sabir  satiralanndakı  danışıqların  heç  biri  digərinə 

bənzəmir.  Onlar  ifşa  hədəfi  olan  tiplərin  özləri  qədər  rəngarəng,  özləri  qədər 

xarakterikdir.  Eynilə  məktəb  və  maarif,  tərəqqi  və  yeniliyə  qarşı  mürtəce  qüvvələrin 

müqavimətlərinin  ifşasına  həsr  edilmiş  bu  satiralardan  başqa  «Ey  fələk,  zülmün 

əyandır...»,  «Arzu»,  «Vah!..  Bu  imiş  dərsi-üsuli-cə-  did?!»,  «Vermirəm  a!..»  və  s. 

satiralardakı tiplərin monoloqları, müraciət tərzləri və ya ifşa hədəfinin təqdimi formaları 

bir-birinə zahirən bənzəsə də, fərdi çatarlarına, obrazın xarakterinə görə seçilirlər. Bütün 

bunlar  da  Sabir  poeziyasının  obrazlar  qalereyası  ilə  ifşa  üsulu  və  ifadə  tərzinin  eyni 

dərəcədə zəngin olmasını təmin edir. Şairin ifşa üsulları, onların çeşidləri satiralarının, 

hətta  satirik  qəhrəmanlarının  sayı  qədərdir.  Ancaq  buraya  təsvir  və  təhkiyə  tərzini  də 

əlavə etsək, bütövlükdə Sabir poeziyasının üslub, ifadə, deyim tərzi baxımından daha 

böyük və çoxçalarlılığını görmək çətin deyil. 

* * * 


Sabir bir tərəfdən məktəb açılması, proqram və dərsliklərin hazırlanmasında bu və 

ya  başqa  şəkildə  iştirak  edir,  uşaq  mətbuatı  və  ibtidai  sinif  dərslikləri  üçün  klassik 

şeirlərini yazır, digər tərəfdən də elm və təhsilə, əxlaq və mədəniyyətə yad münasibət 

bəsləyib, qeyri-əxlaqi vərdiş və hərəkətlərə meyilli olan uşaqları ezop- vari öyüdlərlə düz 

yola yönəltməyə çalışırdı. «Uşaqlara» satirası bu cəhətdən xarakterikdir. Şeirin əvvəlki 

bəndlərində övladın bəslənib boya-başa çatdırılması üçün ata-ananın qatlaşdığı əzab və 

məhrumiyyətlər  nəzərə  çatdırılır.  Göstərilir  ki,  valideynlər  bütün  bunlara  həm  də 

övladlarından gözlədikləri sabahkı mənəvi, fiziki və iqtisadi rahatlıq, zövq-səfa naminə 

qatlaşırlar.  Ancaq  vay  o  gündən  ki,  həmin  uşaqlar  cürbəcür  pis  əməllərə,  tühaf  işlərə 

müştaq olalar. Xeyirli, faydalı 




Yüklə 12,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə