MiRZƏ ƏLƏKBƏr sabiR



Yüklə 12,74 Mb.
Pdf görüntüsü
səhifə4/138
tarix11.07.2018
ölçüsü12,74 Mb.
#54986
1   2   3   4   5   6   7   8   9   ...   138

12

Mirzə Ələkbər Sabir 

əməllər əvəzinə, «hərcayi gəzib, hər yeri seyran edələr, cəngü cədəlü qarətü talan etməklə 

gün keçirələn»”. Bunlar azmış kimi: 



Vəqt oldu həvəs etməyəsiz məktəbə, dərsə. 

Tə ’lim alasız hər nə ki, aləmdə betərsə, 

Xeyri buraxıb, əxz edəsiz hər nə zərərsə, 

Mail olasız hər işə kim, fitnəsə, şərsə. 

Adət qılasız hərzəvü hədyanı, uşaqlar! 

Siz neyləyəsiz məktəbi, mollanı uşaqlar! 

Əlbəttə, bu cür başıpozuqluqla böyüyüb boya-başa çatan uşaqlar cəmiyyətdə, evdən 

kənarda olduğu kimi, ailədə, doğmaları arasında da müşkül bir problemə çevrilirlər. Sabir 

bu acınacaqlı aqibəti həyati və ibrətamiz bədii lövhələrlə göz önündə canlandırır: 



Vəqt oldu vurub yıxmağa müştaq olasız siz, 

Evdə gərək əvvəlcə ki, qoççaq olasız siz, 

Həm validə, həm validəyə ağ olasız siz, 

Dincəlmiyələr ta nə qədər sağ olasız siz, 

Hər gün döyəsiz madəri-nalanı, uşaqlar! 

Ta uf deməyə qalmıya imkanı, uşaqlar! 

Hər istədiyin olmasa hasil pədərindən, 

Vur, yıx, cala, ta qorxuya düşsün zərərindən, 

Söy ağzına cür'əllə, çəkinmə hünərindən, 

Biçarə xilas olmaq üçün şurü şərindən

Çıxsın canı, satsın qabı-qazqaııı, uşaqlar! 

Neylər dəxi ol sərvətü samanı, uşaqlar! 

Övladın  bu  cür  böyüməsi  cəmiyyət  üçün  problemə  çevrilməklə  yanaşı,  Sabirin 

yazdığı kimi, valideynə də «göz nuri hesab eylədiyi dərdi sər, zəhmətlə əmək verdiyi isə 

cümlə  hədər  olun).  Odur  ki,  şair  bir  pedaqoq  və  vətəndaş  kimi  öz  yeniyetmə 

həmvətənlərini cəmiyyətə və valideynə dərd-sər olmaq yox, layiqli övlad, vətəndaş kimi 

böyüməyi,  onlara  çəkilən  əməyi  doğrultmağı  tövsiyə  edirdi.  Onun  məqsədinə  çatmaq 

üçün satirada istifadə etdiyi bədii təsvir və ifadə üsulları qoyulan problemə müvafiq olaraq 

uğurla  seçilərək,  bir-biri  ilə  sənətkarlıqla  əlaqələndirilmiş,  bütöv  ideya-estetik 

kompozisiya yaradılmışdır. 

Sabir qələmə aldığı mövzuya, islahına çalışdığı problemə heç vaxt birtərəfli və ötəri 

yanaşmamışdır.  O,  hər  hansı  məsələni  axıradək  və  hərtərəfli  işıqlandırmağa,  bu  zaman 

rəngin, bir-birindən təsirli bədii təsvir vasitə və üsullarından istifadə etməyə çalışmışdır. 

Odur ki, hər hansı mövzunun ideya-estetik həllində şairin iti müşahidə, poetik istedad və 

bir pedaqoq və psixoloq məharəti üzə çıxır, özünü göstərir. Gənc nəslin tərbiyəsi, layiqli 

vətəndaş kimi yetişdirilməsi kimi vacib problemin ideya-bədii həllində də eyni mənzərə 

ilə qarşılaşırıq. Sabir bu məsələyə də bir neçə satira həsr 




13 

Hophopnamə 

edib. Lakin hər dəfə orijinal yolla gedərək problemin ayn-ayn mühüm tərəflərini diqqətə 

çatdırıb.  «Uşaqlara» satirasından sonra həmin problemlə bağlı qələmə  alınan «01mur, 

olmasın!», «Bəxtəvər», «Uşaqdır» və s. satiralarda olduğu kimi. 

«01mur,  olmasın!»  satirasında  övladına  həm  əməli  hərəkətləri,  həm  də  «nəsi- 

hətləri» ilə pis nümunə olan ata və həmin tərbiyənin mənəvi cəhətdən şikəst hala saldığı 

oğul göz önünə gətirilirsə, «Bəxtəvər» satirasında artıq bu cür zərərli tərbiyənin şikəst 

etdiyi  Feyzilərin  törətdikləri  bəd  əməllərdən  qəlbi  fərəh  hissi  ilə  dolan  nadan  atanın 

verdiyi pis tərbiyənin zərərli meyvələrindən özü üçün aldığı ürəkaçan təəssüratları arvadı 

Xansənəmlə  bölüşdüyünün  şahidi  oluruq.  Burada  anadan  fərqli  olaraq,  ata  fəaldır.  O, 

oğlunun içki düşkünü, fağır-füqəra qənimi kimi yetişib davakar bir varlığa çevrilməsində 

özünün  xüsusi  əməyi  olduğundan,  övladını,  yaxşı  ki,  məktəbə,  dərsə  göndərib  elmlə, 

biliklə onun əqlini zay etmədiyindən qürur duyur. «Uşaqdır» satirasında isə əksinə, ana 

fəaldır.  O,  ərini  danlaq  və  qınaq  yağışına  tutur  ki,  hələ  təzə-təzə  on  bir  yaşına  çatan 

uşaqda müşahidə etdiyi tərbiyəsiz hərəkətlərin (söyüş, tənbəllik və s.) qarşısını almağa 

niyə cəhd göstərir. 

«Bu  boyda!..»  satirasında  millət  balalarının  kiçik  yaşlarından  dünyəvi  elmlərin 

sirlərinə  bələd  olmaları,  onların  yazıb-oxumağı  bacarmaları,  ana  dilləri  ilə  yanaşı,  bir 

neçə xarici dil bilmələri, astronomiya, hesab, coğrafiya və sairdən baş çıxarmaları tipin 

monoloqunda zahirən inkar olunub, bütün bunlar «şeytan əməli» hesab edilsə də, əslində, 

həmin inkar yeniliyin ideya-bədii təsdiqinə, təbliğ və təlqininə xidmət edir, «bu inkarın 

üzərində təsdiq dirçəlin

». 


Sabir  1906-cı  ilin  avqustunda  I  müəllimlər  qurultayına  hazırlıq  mərhələsinin  bir 

epizodundan  bəhs  edən  kiçikhəcmli  müxbir  yazısında  «bu  vəqtə  kimi  Qafqaz 

məktəblərində müntəzəm bir proqram olmadığından şagirdanə (şagirdlərə) təlim edilən 

elmi-hal  və  elmi-tarixdən  bir  fayda  hasil  olmadığını»  nəzərə  çatdırıb  qabaqcıl  maarif 

xadimlərinin  «həmin  əmri-mühümü  nizam  və  intizam  dairəsinə  salmaq»  məqsədilə 

çalışdıqlarını,  dönə-dönə  yığışıb  apardıqlan  fikir  mübadilələrinin  nəticəsi  olaraq 

proqram  və  ona  «izahat  vərəqəsi

»  («məramnamə  və  ifadeyi-məramnamə»)  tərtib 

etmələrini sevinclə xəbər verirdi. Bir il sonra - 1907-ci il avqustun 25-dən sentyabrın 5-

dək  davam  edən  II  müəllimlər  qurultayına,  onun  irəli  sürdüyü  taleyüklü  məsələlərin 

işıqlandırılmasından  tutmuş  həmin  vəzifələrin  həyata  keçirilməsinədək  olan  bütün 

işlərdə isə şairin daha fəal iştirakının şahidi oluruq. 

Qurultay  davam  etdiyi  günlərdə  isə  Sabir  «UçitelIər» və  «Müəllimlər  siyezdi» 

satiralarını  yazıb  yenə  «Molla  Nəsrəddin

» jurnalına göndərdi. Satira jumalda qurultay 

başa çatandan sonra çıxmış olsa da, «Molla Nəsrəddin»in ona verdiyi «Bu şeirlər 33-cü 

nömrədə çap olunacaqdı. Bəzi səbəblərə görə bu nömrəyə qaldı» qeydindən məlum olur 

ki,  şair  onu  elə  qurultay  davam  etdiyi,  bəlkə  də,  elə  lap  açıldığı  günlərdə  yazıb 

redaksiyaya yola salmışdır. Çü

  nki «Molla Nəsrəddin» in 1907-ci il tarixli 33-cü nömrəsi 

sentyabrın  2-də  çapdan  çıxmışdır.  Bu  takt  mühüm  ictimai-milli  hadisələrə  Sabirin 

göstərdiyi vətəndaş fəallığına daha bir misaldır. 




Yüklə 12,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə