MiRZƏ ƏLƏKBƏr sabiR



Yüklə 12,74 Mb.
Pdf görüntüsü
səhifə5/138
tarix11.07.2018
ölçüsü12,74 Mb.
#54986
1   2   3   4   5   6   7   8   9   ...   138

14

Mirzə Ələkbər Sabir 

Sabir qurultayda milli əlifbanın tərtibi, təlim üsulunun təkmilləşdirilməsi, riyaziyyat 

və həndəsə fənlərinə geniş yer verilməsi, habelə ana dilində dərsliklərin yaradılması və s. 

məsələlərin  qoyulması  və  bu  vəzifələrin  həyata  keçirilməsi  nəticəsində  ümid  edirdi  ki, 

«hər kəs oxuyub elmdə bidar olacaqdın). 

Sabir mövzuya müəllimlər qurultayından sonra yenidən qayıtmışdır. Bu dəfə qələmə 

aldığı  «Zaman  nə  istəyir?  Amma  biz...»  başlıqlı  məqalədə  millət  nümayəndələrinin 

fəaliyyətlərinin  zamanın  qarşıya  qoyduğu  tələblərə  uyğun  olub-olmadığını  araşdırmağa 

çalışmışdır. Özü də həmin işi o, «... sözü, işi millət deyib işləməz, bəlkə, milləti təşkil edən 

əfradi-millət  (millətin  fərdləri,  nəfərləri  -  A.B.)  işlədən  qənaəti  ilə  gördüyünü  nəzərə 

çatdınr. Sabirin qəti və doğru qənaətinə görə, cəmiyyətdə uşaqların da, qocaların da qayğı 

və himayəyə ehtiyacı var. Bu yükü çəkmək, milləti dolandırıb onu işıqlı sabaha çıxartmaq 

isə  cavanların öhdəsinə düşür. Odur ki, ümidini cavanlara,  özü də ana dilində oxumuş, 

milli və dini əqidələrinə sadiq olan qeyrətli cavanlarımıza bağladığını bildirərək, onlara 

müraciətlə yazırdı: 

«Hərgah siz bu şanlı vəzifənizi layiqincə yerinə yetirsəniz, yəqin ki, yəqin ediniz ki, 

zənciri-əsarətdə,  qeydi-cəhalətdə  boğulub  qalmış  millətdaşlanmızı  qərq  olduqları 

vərteyi-həlakətdən sahili-nicata çıxarda bilərsiniz. Məktəb açdırın, məktəblər açdırın, ta ki, 

nəticəsində  o  biz  deyən  oxumuş,  böyük  oxumuş,  ana  dilində  əqaidi-diniyyəsindən 

xəbərdar olan cavanlar sahərayi-meydani-tərəqqi olsunlar. 

Bir də təqazayi-zəmani mülahizə edib də iş görməli!)) 

Azərbaycan müəllimlərinin ilk iki qurultayının qəbul etdiyi qərarlara uyğun  olaraq, 

yerlərdə ana dilində milli ruhlu məktəblər açılır, onlara uyğun proqram və dərsliklər, oxu 

kitabları hazırlanır, habelə «Dəbistan», «Rəhbər» və s. kimi uşaq jurnalları nəşr edilirdi. 

Sabir də bütün bu işlərdə öz imkanları daxilində yaxından iştirak edirdi. O, bir tərəfdən 

«Dəbistan»  və  «Rəhbər»  jurnalları  ilə  əməkdaşlıq  edib  orada  uşaqların  yaş  və  anlama 

səviyyələrinə  uyğun  olan  orijinal  və  tərcümə  əsərlərini  çap  etdirir,  digər  tərəfdən  də 

qurultayın qərarlarına uyğun olaraq, hazırlanan kitablar üçün şeirlər yazırdı. 1907-ci ildə 

çap  olunan  «Milli  nəğmələm  məcmuəsində  şairin  «Məktəbə  tərqib»,  «Birinci  il» 

dərsliyində isə «Uşaq və buz», «Yaz günləri», 1908 və 1909-cu illərdə çıxan «İkinci il» və 

«Yeni məktəb» dərsliklərində isə «Ağaclann bəhsi», «Cütçü)», «Qarğa və tülkü» şeirləri 

çap olunmuşdur. 

İdeya-bədii cəhətdən qüvvətli olan bu şeirlərin əsas məziyyətləri sırasına onların uşaq 

psixologiyasına uyğunluğu ilə yanaşı, böyük vətəndaşlıq  məsuliyyəti, səriştə  və  yüksək 

poetik istedadla yazılmaları da daxildir. Təsadüfü deyil ki, həmin əsərlər indinin özündə də 

dillər  əzbəri  olub,  orta  məktəb  dərsliklərimizin  ən  parlaq  səhifələrini  tutmaqdadır. 

Müasirləri - F. Köçərli, M.Mahmudbəyov, A.Səhhət, A.Şaiq, Ə.Cəfərzadə və b. Sabirin 

uşaq əsərləri yazmaqda malik olduğu böyük qabiliyyət və məharəti yüksək qiymətləndirir, 

özlərinin  pedaqoji  əsərlərini  hazırlayarkən  Sabirə,  onun  yaradıcılığına  tez-tez  müraciət 

edirdilər. 



15 

Hophopnamə 

* * * 

Arxiv və dövrün mətbuat materiallarından, müasirlərinin xatirələrindən Sabirə, onun 



vətəndaşlıq  fəaliyyətinə  qarşı  qaragüruhçuların  təzyiqlərini,  şairin  həyatının  ağırlığını 

aydın  görmək  olur.  Məsələn,  1907  və  1908-ci  illərdə  Şamaxıda  olub  oradakı 

mənəvi-psixoloji iqlim və Sabirin vəziyyəti barədə şəhadət verən «Tazə həyat» qəzetinin 

müxbiri Mahmud Nədim Qaragözovun və şairin həmyerlisi, dövrünün tanınmış maarif 

xadimi  Əbdürrəhman  Tofiq  Əfəndizadənin  «Tazə  həyat»  və  «İrşad»  qəzetində 

ayrı-ayrılıqda  çap  etdirdikləri  məqalələrdən  aydın  olur  ki,  Şamaxıda  Sabirin  getdikcə 

artan nüfuzuna və genişlənən fəaliyyət dairəsinə son dərəcə qısqanclıqla yanaşaraq, onun 

nüfuzunu  və  gördüyü  mütərəqqi  ruhlu  işləri  canfəşanlıqla  gözdən  salmağa  çalışan 

qüvvələrin sayı artmaqdadır. Özü də bu qüvvələrin cəmiyyətdəki mövqeləri və gücləri 

kifayət qədərdir. 

Bununla  belə,  o,  ictimai  fəaliyyət  meydanında  geri  çəkilməyib,  kəskin  ruhlu 

satiralar, yüksək ideya-estetik mahiyyətli növhələr, publisistik kəsərə malik felyeton və 

məqalələr vasitəsilə dövrün hadisələrinə özünün fəal vətəndaşlıq mövqeyini bildirirdi. 

Sabirin bu dövr yaradıcılığında duma seçkiləri, demokratik azadlıq uğrunda gedən 

ağır mübarizə prosesləri, fəhlə və kəndli hərəkatı, sosial-siyasi oyanışdan narahat olan 

qüvvələrin  təşviş  və  vahimə  dolu  şikayətləri,  gənc  nəslin  tərbiyəsi  problemləri,  milli 

mətbuatın taleyi, təriqətçiliyin ləğvi və milli birliyin yaradılması, türk xalqlarının tarixi 

taleyi  və  onların  birlik  və  həmrəyliklərinin  zəruriliyi  və  s.  məsələlər  bədii  əksini 

tapmışdır. 

Sabir  özünün  bu  cür  vətəndaşlıq  arzularının  həyata  keçməsi  yolunda  əngəl  olan 

cəhalət və xurafatı, millət «rəislərinin» şəxsi ambisiyalarından vətən övladları arasında 

getdikcə artmaqda olan tərəqqi və yeniləşmə əlamətlərinə qarşı doğan büğz, kin və nifrət 

hislərini islah etməyə, xalqı daha ayıq olaraq, hökumətin verdiyi yalançı siyasi vədlərdən 

dərhal məst olmayıb mübarizələrini davam etdirməyə çağırırdı. Bütün bunları biz şairin 

«Bilməm nə görübdür bizim oğlan oxumaqdan?!», «Tərpənmə, amandır, bala, qəflətdən 

ayılma!»,  «Uşaqlar», «Bakı  fələlərinə

»,  «Etdi  bu  fələk  hər  kəsə  bir  tövr  yamanlıq», 

«Küpəgirən  qarının  qızlara  nəsihəti

»,  «Əla-man  sərkəş  olub...»,  «Ey  fələk,  zülmün 

əyandır...»,  «Eylə  bilirdim  ki,  dəxi  sübh  olub»,  «Nolur  şirinməzaq  etsə  məni  həlvayi-

hürriyyət

», «Nəfsin qərəzi, əqlin mərəzi», «Xəsisin heyfi, varisin kefı» və s. satiralarda 

rəngin  bədii  boyalarla,  özü  də  qabarıq  şəkildə  görürük.  Sabir  öz  nəfsini,  şəxsi 

mənfəətini  bütün  milli-mənəvi  dəyərlərdən  üstün  tutan  riyasətpərəst  millət  rəislərinin 

cəmiyyətin tərəqqisi üçün necə bir maneə və bəlaya çevrildiyini onların öz dilləri ilə bizə 

təqdim edir. 

Təsadüfi  deyil  ki,  şair  həmin  satiranı  «İrşad»  qəzetində  məhz  «Mirat»  -  Güzgü 

imzası ilə dərc etdirmişdir. Sabir özünün satira güzgüsündə qabarıq bədii boyalarla əks 

etdirdiyi sosial-mənəvi eybəcərliklərin islahını xalqın geniş kütlələrinin 



Yüklə 12,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə