MiRZƏ ƏLƏKBƏr sabiR



Yüklə 12,74 Mb.
Pdf görüntüsü
səhifə7/138
tarix11.07.2018
ölçüsü12,74 Mb.
#54986
1   2   3   4   5   6   7   8   9   10   ...   138

18

Mirzə Ələkbər Sabir 

pul  hərisini  ən  çox  narahat  edən  varislərinin  ondan,  topladığı  puldan  mənfəət-  bərdar 

olmağa çalışmalarıdır. 

Yığdığı, daha doğrusu, xalqı talayaraq topladığı sərvətdən bir quruşunu belə millətin 

ııəfınə sərf etməyib «Vermirəm a!.. Vermirəm a!..» - deyə həyasızlıqla tüklərini qabardan 

bu tiplər öz rahatlıqları naminə «Arzu» edirlər ki, «Nə dərs olaydı, nə məktəb, nə elmü 

sənət olaydı! Nə dərsə, məktəbə, elmə, fılanə hacət olaydı!..» 

Sabir millətdən zəhləsi gedən, millət adı gələndə bədəni süstəlib heydən düşən satirik 

tiplərin öz talelərindən və zəmanələrindən şikayətləri, gündən-günə artan yenilik, tərəqqi 

və  inkişaf  əlamətlərinə  qarşı  çılğınlıqla  göstərdikləri  müqavimətləri  göstərməklə  işini 

bitmiş  hesab  etmirdi.  O,  köhnəpərəstlər,  milli  ictimai  bəlaya  çevrilən  düşüncə  və  əxlaq 

daşıyıcılarından heç də az təhlükəli olmayan  millətə  yadlaşmış  cavanların tüfeyli həyat 

tərzinə meyil etmələrinə, getdikcə onların öz köklərindən qopub milli təəssüb hislərindən 

məhrum olmalarına da laqeyd baxa bilmirdi. Məsələn, «Ürəfa marşı» satirasında həmin 

özlərinə vurğun intelligentlər öz milli simalarını o qədər itiriblər ki, ana dilində danışmağı, 

oxumağı,  hətta  əllərinə  qəzet  almağı  belə  şənlərinə  sığışdırmırlar.  Milli  və  dini 

hissiyyatlarını belə itirən bu zümrə: 



Yox işimiz məcməi-islam ilə

Püxtə nasıl söhbət edər xam ilə? - 

deyə öz millətdaşlanna və dindaşlarına həqarətlə baxırlar. 

Sabir belələrinə bel bağlamağı ağlına belə gətirmir. Bu barədə şairin «Millət deyir 

ki:» başlıqlı taziyanəsində oxuyuruq: 



İnteligent ağalar, biz sizi çoxdan tanırıq... 

Bilirik sizdə bu gün qeyrəti-millət yoxdur! 

Biz niyə məktəbi, təhsili-ülumi sevirik

Çünki məktəb adma bizdə xəyanət yoxdur. 

Şairi intelligentlərdə milli hissin yoxluğu nə qədər kədərləndirirsə, millətdə oxumağa, 

elmə olan tükənməz sevginin varlığı bir o qədər (bəlkə də, artıq) sevindirir. Ancaq dünyəvi 

təhsil alanların bir çoxunun dindən-dondan çıxması onu bir vətəndaş kimi düşündürürdü. 

Bu ağrılı düşüncələrini taziyanələrinin birində belə ifadə edirdi: 

Çox təəccüb edirəm tərzi-cədidə ki, onu 

Əcnəbilər oxuduqca hünər izhar ediyor. 

Halbuki millətimizdən onu kim ki, oxuyur, 

Qalıba həzrəti-Allahı da inkar ediyor. 

Sabir  əcnəbi  millətlərdən  fərqli  olaraq,  yeni  üsullu  tədris  ocaqlarında  təhsil  alan 

millətdaşlarının bəzilərinin yolunu azıb öz soydaşlarına arxa çevirmələrinin səbəbini həm 

də tədris proqramlarının düzgün qurulmamasında, orada gənc nəslə 




19 

Hophopnamə 

milli-əxlaqi  dəyərlərin  aşılanması  məsələlərinin  nəzərdən  qaçırılmasında  görərək,  bir 

qədər sonra yazırdı: 



Dinsizlik ilə kəsb olunan bir mədəniyyət, 

İnsanlığın olduqca bəlayası deyilmi? 

Mə/ıdi-mədəniyyət ki, deriz mülki-Jırəngə, 

Vəlışiyyətiıı ən qorxulu səhrası deyilmi? 

Sabirə görə, dünyəvi təhsil, üsuli-cədid təlimi milli ruhun və dini heysiyyətin diqqət 

mərkəzində  olması  şərtləri  daxilində  qurulmalı  və  bu  işi  ancaq  açıq  fikirli,  elmli  və 

«islamiyyət  qədri,  insaniyyət  rütbəsi,  milliyyət  şəni,  maarif  dərəcəsi  tanıyan 

qeyrətməndi-vətənimiz»  olan  ziyalılara  tapşırmaq  lazımdır  ki,  görülən  işlərin,  çəkilən 

zəhmətlərin sayəsində «...hər cəhətlə qeyrəti-islam və namusi-millət mülahizə olunsun». 

Şairin  həyat  və  fəaliyyətinə  dair  çoxsaylı  tarixi  faktlar  və  ədəbi-publisistik  nü-

munələr göstərir ki, o, dinə, şəriətə bütün varlığı ilə inanmış və həmvətənlərini də milli 

inamlı,  dini  əqidəli,  sabitqədəm  görmək  istəmişdir.  Ancaq  Sabir  İslam  dinini  əldə 

«quldurçuluq  tüfəngi»  kimi  yox,  qəlblərdə  etiqad  yeri  kimi  görmək  istəyirdi.  İslam 

qanunlarını təhrif edib onu dolanışıq, xalqı ətalət və cəhalətdə saxlamaq vasitəsi edənləri 

Sabirin görməyə gözü yox idi. O, belələrini «vəz etdiyin inandı, amma sən inanmadm», 

«kəssin məni həqiqi isə (məhz sənin tapındığın) «dinin», ey əmu!» - deyə ittiham edir, 

həmin qansoranların pəncəsinə düşüb cəhalət məngənəsində özlərindən xəbərsiz çırpınıb 

fəlakət  girdabına  yuvarlananları  isə  hər  cür  rəzalətdən  çıxmağa,  səbir,  təvəkkül 

fəlsəfəsindən  qurtarmağa,  xabi-qəflətdən,  quru,  boş  cənnət  xülyalarından  reallığa 

enməyə çağırırdı. 

Sabir  öz  həmvətənlərinin  heç  də  hamısının  qəflət  yuxusundan  oyanmadığını 

gördükdə dərin təəssüf hissi ilə belələrini silkələyərək, «Durma, yıxıl yat hələ, Fəhrad 

kişi, Əsri görüb qalma belə mat, kişi!» - deyib onları məzəmmətləyirdi. 

Sabir dərin təəssüf və kədərlə düşünürdü ki, xalqın geniş kütləsi ətalət və cəhalət 

məngənəsindən,  xurafat  torundan,  tənbəllik  azarından  xilas  olmayınca  ümummilli 

tərəqqi və hürriyyətə çatmaq mümkün deyil. Odur ki, qələm dostu Məhəmməd Hadinin 

hər  hansı  ötəri  parıltı  və  ya  qığılcımdan  vəcdə  gəlib  yazdığı  «Yaşamaq  istər  isək, 

haizi-şan  olmalıyız»  şeirini  təhzil  edərək  qələmə  aldığı  «Yaşamaq  istər  isək...» 

satirasında dostunun siyasi sadəlövhlüyünə gülürdü: 



Yaşamaq istər isək dəhrdə əmniyyət ilə, 

Elmə, fənnə, üdəbayə baxalım nifrət ilə

Uyalım fitnələrə əldəki vəhşiyyət ilə, 

Yatalım bəstəri qəflətdə uzun müddət ilə

Piixtəlikdən nə yelər, biz hələ xam olmalıyız! 

Yaşamaq istər isək sırf əvam olmalıyız! 


Yüklə 12,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə