MiRZƏ ƏLƏKBƏr sabiR



Yüklə 12,74 Mb.
Pdf görüntüsü
səhifə8/138
tarix11.07.2018
ölçüsü12,74 Mb.
#54986
1   ...   4   5   6   7   8   9   10   11   ...   138

20

Mirzə Ələkbər Sabir 

Qəflət yuxusundan ayılmaqdansa, «balışa baş qoyub», «səhneyi-röyadə» şirin- şirin 

xəyallara dalmağı üstün tutan, başqa xalqların elm, texnikanın sirlərinə yiyələnmələrini 

özlüklərində xamlıq, ağılsızlıq hesab edən düşüncə sahiblərinin çürük fəlsəfələri belədir: 

Qoy olar kəşfi-bədaye ’ eləsin sə ’nəl ilə, 

Paraxod, ya vaqon icad eləsin zə/ırnət ilə, 

Biz verib pul minərik, yol gedərik rahət ilə, 

münasib ki, rəqabət edək hər millət ilə?! 

Bizə ağalıq edən əhlə qulam olmalıyız! 

Yaşamaq istər isək, sufi əvam olmalıyız! 

Bu hal Sabirin şair-vətəndaş ürəyini həm də ona görə dağlayırdı ki, həmin çürük fikir 

və xülyalarla yaşayan kütlənin mənsub olduğu xalq şöhrətli keçmişə, tarixən əldə etdiyi 

parlaq  uğurlara  malikdir.  Hazırda  isə  həmin  nəslin  övladları  xalqı  firqələrə  bölüb 

parçalamaqda,  digər  xalqlar,  xüsusən  xristianlar  inkişaf  etdikləri  halda  bunlar  yenə  öz 

ətalət  və  cəhalət  yataqlarında  «ağır  yatmaqda»,  üstlərindəki  yorğanı  belə 

tərpətməməkdədirlər. 

Şair  dərin  təəssüf  və  kədər  hissi  ilə  həm  də  Balaxanı  məktəbi  ətrafında  baş  verən 

hadisələrdən birini nəzərdə tutaraq bildirirdi ki, şimdi hər millət öz nəfsini elmə, irfana 

qurban  etdiyi  halda,  bizdəki  qara  məxluq  bir  yana  dursun,  ariflər  də  vətən  övladınm 

mənafeyini  öz  cibinin  xeyrinə  güdaza  verir.  Sabiri  ən  çox  təəccübləndirərək  onun 

qəzəbinə səbəb olan cəhətlərdən biri də bu idi ki: 



Başqa millətdən hüquq almaq üçün hər zaman 

İnqilabiyyun, səlahiyyun, rəşadiyyun çıxar! 

Bizdən isə satmağa namusü irzü-milləti 

Etidaliyyun, himariyyun, fiəsadiyyun çıxar! 

Bütün bu nizamsızlığın, sosial-siyasi şüurun, mənəvi-əxlaqi naqisliyinin nəticəsi idi 

ki, cəmiyyətdə varlı kasıbı, oxumuş savadsızı bəyənməyib, ona həqarətlə baxırdı. «Fə’lə, 

özünü sən də...», «Əkinçi», «Dilənçi» və s. satiralarda bu acınacaqlı vəziyyətin ayrı-ayrı 

mənzərələri ilə tanış oluruq. Fəhləni, pulsuz olduğu üçün, insan hesab etməyən, kəndliyə: 

Verdin keçən il borcuna yorğanını neynim? 

Ol indi palaz satmağa amadə, əkinçi! 

Lal ol, a balam, başlama fiəryadə, əkinçi! 

deyə onu soymaq, özünün və əhli-əyalının acından gəbərməsini belə vecinə almayıb ona 

hədə-qorxu gələn varlı təbəqə nümayəndələri bütün bu zülm və qansızlıqlar nəticəsində 

dilənçi  vəziyyətinə  düşən  həmvətəninin  üzünü  belə  görmək  istəmir.  Bir  parça  çörək 

vermək əvəzinə, qəzəblə onun üzünə bu sözləri söyləyir: 



21 

Hophopnamə 



Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi! 

Vaqqıldama bayquş kimi, idbar dilənçi! 

...Dəxli bizə nə boşda qalıb dəsti-süalın?! 

Yainki acından mələşir əhlin, əyalın?! 

Bax, bax, necə çirkindir o mənhus cəmalın! 

Hax-tüf üzünə, surəti murdar dilənçi! 

Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi! 

Belə  bir  düşüncə  və  münasibətin  nəticəsində  varlılar  özlərini  bir  insan  kimi 

kasıblarla yanaşı görməyi heç təsəvvürlərinə de gətirmirlər. Onların həyata, cəmiyyətə 

baxış və münasibətləri aşağıdakı kimidir: 



Fəqr əhli qənilərlə mülaqat edə bilməz

Dövlətliyə insanlığın isbat edə bilməz, 

Dövlətli fəqir ilə müsavat edə bilməz

Nöqsan gətirər şə ’ninə bu kar, dilənçi! 

Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi! 

Sabir cəmiyyətdəki ayrı-ayn təbəqə və qruplar arasındakı bu cür ayn-seçkiliyin və 

qarşıdurmanın olduğu bir şəraitdə millətin istiqbala gedən yolunu qaranlıq görürdü. O, 

«Təhəssür» şeirində cəmiyyətdə hökm sürən ayrı-seçkilikdən dərin təəssüf və kədər hissi 

ilə yazırdı: 

Olsaydı səfa zümreyi-irfan arasında, 

Qalsaydı vəfadan əsər əyan arasında, 

Dursaydı sədaqət bəy ilə xan arasında, 

Qalmazdı kədər zərrəcə insan arasında! 

Burada  Sabirin  milli-dini  təəssüb  və  özünüdərkdən  doğan  vətəndaş  kədəri  son-

suzdur.  Bu  azmış  kimi,  xalqın  canına  zəli  kimi  daraşan  başqa  bir  qrupun  işi-peşəsi 

cəmiyyətdaxili sabitliyi pozmaq, hər hansı yeniliyin qarşısını cürbəcür çirkin əməllərlə 

almaqdır. «Dini-müsəlmanı öz malı bilən bu şələsaqqal, yalı ağarm.ış» «mö- münləD) 

törətdikləri  əməllərin  müqabilində  çatacaqlan  cənnət  xülyası  ilə  keflənirlər.  Onlar 

özlərini satiranın əvvəlində əsl simalarına uyğun olaraq, belə təqdim edirlər: 

Bir bölük boşboğazıq, heyvərəlik adətimiz, 

Doludur lə 'nət ilə, qeybət ilə söhbətimiz

Oxumaqdan payımız yox, yazıdan qismətimiz, 

Bu əvamlıqla belə hər sözü təfsir edərik! 

Mümkün olduqca müsəlmanları təkfır edərik! 

Hər sözə çulğaşarıq, hər bir işi qurdalarıq, 

Harda bir nur görürsək, ona qarşı olarıq, 

Bəzinə diş qıcadıb, bəzinə quyruq bularıq, 

Bizə hər kəs çörək alsa, onu təqdir edərik! 

Mümkün olduqca müsəlmanları təkfır edərik! 



22

Mirzə Ələkbər Sabir 

Əlbəttə, Sabir bu sifətlərlə təqdim olunan və öz mənhus keyfiyyətləri (diş qıcadıb, 

quyruq  bulamaq,  çörək  atana  yalmanmaq  və  s.)  fəxr  edən  qaragüruhu  insanlığa  ləkə, 

cəmiyyətə dözülməz ağrılı yara hesab edir. İslam xalqlarının, o cümlədən soydaşlarının ta 

qədimdən özlərinə qənim kəsilib bir-birinin qanına susamalarını «Fəxriyyə» satirasında 

bir  daha  və  geniş  şəkildə  diqqətə  çatdıraraq  həmin  düşün-  cəsizliklərin  törətdiyi  qanlı 

faciələri,  nəticə  olaraq  bütün  bunların  milli  və  dini  tənəzzülümüzə  bais  olmasını  tarixi 

ardıcıllıqla, həm də yüksək poetik pafos və şair- vətəndaş yanğısı ilə qələmə almışdır. Şair 

kədərlə  bizim  yerimizdə  saydığımızı,  «əwəl  nə  idiksə,  yenə  biz  şimdi  həman»  olaraq 

qaldığımızı,  bizim  bir-birimizə  qənim  kəsilməyimizdən  istifadə  edən  düşmənin 

taxt-tacımızı qarət etdiyini bildirirdi. Gah təriqətlərə, gah da tayfa və dövlətlərə bölünüb 

qanlı müharibələrə qoşulma- ğımızı nəzərə belə çatdırır: 

... Bir vəqt dəxi Qaraqoyun, Ağqoyun olduq, 



Azərbaycana, həm də Anadoluya dolduq. 

Ol qədər qırıb bir-birimizdən ki, yorulduq. 

Qırdıqca yorulduq və yorulduqca qırıldıq... 

Turarililarız, adiyi-şiiğli-sələfız biz! 

Öz qövmümüzün başına əngəlkələfız biz! 

Bununla  Sabir  xalqın  milli-tarixi  yaddaşım  oyatmağa,  soydaşlarının  tarixin 

dərslərindən ibrət alıb nəticə çıxarmasına çalışırdı. O, bütün bu bəlalardan xilas olmağın 

yeganə yolunu cəmiyyətin, xalqın ümummilli təlim və tərbiyəsində görərək yazırdı: 



Ümmətin rəhnüması tərbiyədir, 

Millətin pişvası tərbiyədir. 

Tərbiyətlə keçir ümuri-cəhan. 

Hər işin ibtidası tərbiyədir. 

Sabirə görə, hər bir tərbiyənin elmi və əxlaqi əsası olmalıdır. Çünki sistemsiz, elmi 

cəhətdən  əsaslandırılmamış  hər  hansı  təşəbbüs  və  işdən  istənilən  sonluğu  gözləmək 

mənasızdır. 

Sabir dünyada, o cümlədən Avropa ölkələrində, Azərbaycanda, İranda və Türkiyədə 

(Osmanlıda) gedən proseslərə də ayıq siyasi və elmi bir nəzərlə baxırdı. Ona görə də onun 

həmin hadisə və proseslər haqqında gəldiyi nəticələr, söylədiyi qənaətlər öz obyktivliyi və 

sərrastlığı ilə digər müasirlərindən, o cümlədən alovlu romantik şair Məhəmməd Hadidən 

seçilir.  Əgər  qeyd  etdiyimiz  kimi,  M.Hadi  çox  zaman  hadisə  və  proseslərin  zahiri 

cazibəsinə  aldanaraq,  şövqə  gəlib  «İstiqbalımız  parlaqdır!»,  «Bariqeyi-zəfər  parlayır, 

istiqbal bizimdir» deyirdisə, Sabir dostunun bu sadəlövhlüyünə gülərək, onu hadisələrin 

mahiyyətinə  varmağa,  obyektiv  nəticələr  çıxarmağa  çağırırdı.  Odur  ki,  M.Hadinin  bu 

mövzuda  yazdığı  şeirlərini  və  məqaləsini  təhzil  edərək,  onlara  cavab  şəklində  qələmə 

aldığı «İstiqbalımız 




Yüklə 12,74 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə