MiRZƏ ƏLƏKBƏr sabiR



Yüklə 12,74 Mb.
Pdf görüntüsü
səhifə9/138
tarix11.07.2018
ölçüsü12,74 Mb.
#54986
1   ...   5   6   7   8   9   10   11   12   ...   138

23 

Hophopnamə 

lağlağdır

»,  «İstiqbal  bizimdir»  satiralarını  çap  etdirmişdir.  Əslində,  hər  iki  sənətkarın 

parlaq  istiqbal  haqqında  düşüncələrini  özündə  əks  etdirən  nümunələrə  daha  çox  əsər 

daxildir. Hər iki mütəfəkkirin eyni problem ətrafında fikir və düşüncələrini özündə əks 

etdirən  əsərlər  silsiləsinə  M.Hadinin  «Rəhgüzari-mətbuatda  bir  şukufeyi-məarif», 

«İstiqbahmız  parlaqdır»,  «Lövheyi-bahar»,  «Əski-ənini-Vətən»,  «Bariqeyi-zəfər 

parlayır,  istiqbal  bizimdir»,  «Yaşamaq  istər  isək»  və  s.  şeirləri  və  «Maziyi-müzlimə 

ircayi-nəzər.  Halımız  münəvvər,  İstiqbalımız  yenə  parlaqdır»  məqaləsi,  Sabirin  isə 

«Tömeyi-nəhar», «Dilbər», «Rəhgüzari-məxluqatda bir möhitaci-məsarif», «İstiqbalımız 

lağlağdın», «İstiqbal bizimdir» və «Yaşamaq istər isək...» satiraları daxildir. Bu əsərlərdə 

Sabir,  öz  qələm  dostundan  fərqli  olaraq,  soydaşlarının  fitri  istedad  və  qabiliyyətinə, 

onların  parlaq  istiqbala  layiq  olub,  bu  nemətə  gec-tez  çatacaqlarına  bütün  varlığı  ilə 

inandığını bildirirdi. Lakin o, bunun üçün qarşıda duran bir cox mühüm vəzifələrin - milli 

ətalət və cəhalətin maariflənmə yolu ilə aradan qaldırılmasının, milli mənlik şüurunun 

düzgün formalaşdı- rılaraq sosial-siyasi düşüncənin inkişafına, habelə beynəlxalq siyasi 

və  diplomatik  proseslərdən  düzgün  nəticələr  çıxarıb  onlara  müvafiq  hərəkət  etmək 

qabiliyyət və vərdişlərinə yiyələnmək və s. kimi işlərin həyata keçirilməsinin vacibliyi 

məsələsini irəli sürürdü. Şair inanırdı ki, bütün bu işlər layiqincə görülərsə (və görülə-

cək), xalqımız özünə layiq olan istiqlalı əldə edib parlaq, işıqlı istiqbala qovuşacaq. 

Əlbəttə, soydaşlarının milli azadlıq və istiqlaliyyət uğrunda qəhrəmancasına döyüş 

meydanına atılmaları Sabirin ürəyini bir vətəndaş kimi cuşə gətirirdi. O özünün bu hədsiz 

sevinc  hissindən  doğan  sonsuz  hissiyyatlı,  cəzb  olunmuş  vəziyyətinə  baxıb  onu  dəli 

hesab  edə  biləcək  oxucusuna  müraciətlə  bildirirdi  ki,  bütün  bunlar,  yəni  şairin  cəzb 

olması «hali-məcmbu» Səttarxanın mərdliklə atıldığı azadlıq mübarizəsində əldə etdiyi 

qələbələrdən, həmin qələbələrin doğurduğu fərəh və qürur hissindən irəli gəlir. Özü də bu 

işdə gənc türklər də Səttarxanla həmrəy olduqlarını bildirmişdilər. Bu milli-etnik və dini 

həmrəylikdən  doğan  razılıq  qələbə  sevincinə  qarışdığı  üçün  Sabir  sözünə  belə  davam 

edirdi: 


Ta ki, millət məcməin Tehranda viran etdilər

Türklər Səttarxan ilə əhdü peyman etdilər, 

Zülmü istibdadə qarşı nifrət e'lan etdilər, 

Millətə, milliyyətə can nəqdi qurban etdilər

Ayeyi - «zibhi-əzim» itlaqı ol qurbanədir, 

Afərininı himməti-valayi-Səttarxanədir. 

Sabir sevinirdi ki, nəhayət, «həq mədədkar oldu Azərbaycan ətrakına)) (türklərinə). 

Lakin bu sevinc uzun sürmədi. Tezliklə rus, ingilis, fransız və digər imperialist qüvvələr 

İran  hökumətinə  kömək  edərək,  burada  başlayan  milli  azadlıq  hərəkatını  fitnə-fəsad 

burulğanında və qan dənizində boğdular. Pərdəarxası oyunları, İran şahının və yüksək 

rütbəli əyanlarının xalqa və vətənə zidd əməllərini, xarici 




24

Mirzə Ələkbər Sabir 

imperialist  qüvvələrin  əlində  oyuncağa  çevrilib  hər  cür  alçaqlığa  getmələrini,  xalqın 

onlara yönələn nifrət və qəzəblərini gördükcə şair «Satıram», «Bura say!», «Şahnamə», 

«Avropada-Məmdəlinin  eşqbazlığı»,  «Müxabirə»,  «Osmanlılar,  aldanmayın,  Allahı 

sevərsiz!», «Əhli-İranda. pah oğlan, yenə himmət görünür», «Mür- təce xadimlərim, ha 

indi xidmət vəqtidir», «İranlı deyir ki:», «Mürtəcelər, sevinin, kişvəri-İranə yenə», «Şurə 

gəlib  şad  olun,  iranlılar»,  «Almaniya  imperatoru  Vilhelm  deyir  ki:»  və  s.  satiralarını 

qələmə aldı. Bu əsərlərdə İrandakı milli azadlıq hərəkatı ətrafında həm ölkədaxili, həm də 

beynəlxalq  aləmdə  baş  verən  proseslərlə  yanaşı,  Osmanlıda  (Türkiyədə)  cərəyan  edən 

siyasi proseslərə də münasibət bildirilir, gənc türklər siyasi ayıqlığa, fitnələr burulğanında 

«iranlı kimi yanma- mağa» çağırılırdı. O, İran şahı Məhəmmədəli Mirzənin öz taxt-tacını 

xilas  etmək  üçün  gah  o,  gah  da  bu  dövlətə  üz  tutub  kömək  istəməsini  və  bu  uğursuz 

cəhdlərin  biabırçı  sonluqlarını  «Mürtəcelər,  sevinin...»,  «Zilli-Sultana,  amandır, 

verməyin İrana yol», «Şur

  ə gəlib şad olun, iranlılar!», «Derlər İran günbəgün xar olur, 

əlbəttə  ki!»,  «Almaniya  imperatoru  Vilhelm  deyir  ki:»,  «Hatifdən  gələn  bir  nida  deyir 

ki:», «Avropada Məmdəlinin eşqbazlığı», «Məmmədəli deyir ki:» və s. satiralarda dönə-

dönə, həm də hər dəfə bu beynəlxalq siyasi oyunların yeni bir səhifəsini işıqlandırıb ifşa 

etdiyi  kimi,  Osmanlı  sultanı  Əbdülhəmidi,  onun  xalq  və  vətən  mənafeyinə  zidd 

hərəkətlərini yeri gəldikcə ifşa etmişdir. «Müxabirə», «Tərcüma- ni-Həqiqət» deyir ki:» 

və 


«Əbdülhəmid deyir ki:» adlı qoşalaşdmlmış taziyanə- lərdə Əbdülhəmidin qəddarlığı, 

hakimiyyəti  dövründə  sultana  zidd  hərəkətlərinin  mahiyyəti  və  s.  cəhətlər  satirik  bir 

şəkildə  poetik  dillə  ifşa  edilmiş,  onun  nəinki  hökmdar,  ümumiyyətlə,  bir  insan  kimi 

cəmiyyətə yararsızlığı açılıb göstərilmişdir. 

Bütün  bu  əsərlərdən  iranlıları  və  turanlıları  (osmanlı  türklərini),  eyni  zamanda 

onların şəxsində Azərbaycan xalqını öz istiqlalı və istiqbalı uğrunda apardığı mübarizədə 

siyasi  və  diplomatik  ayıqlığa,  qarşıya  qoyulan  əsas  məqsədə  çatmaq  üçün  bütün 

incəlikləri nəzərə almağa çağırır. Bu baxımdan Sabir həmin əsərlərdə gözümüz qarşısında 

həm  də  siyasi  və  diplomatik  şüuru  yetkin  olan  bir  ictimai  xadim,  siyasətşünas  kimi 

canlanır. Akademik M.Arif M.Ə.Sabirin bu satiralarında digər mövzularla yanaşı, İran və 

Türkiyədə  baş  verən  siyasi  proseslərin  də  doğru  və  düzgün,  bütün  tərəfləri  əks 

etdirilməsini nəzərdə tutaraq yazır: «Bu mövzunun qabaqcıl mövqedən işıqlandırılması, 

hadisələrə  ayıq  münasibət,  hər  cür  irticanın  amansızcasına  ifşası,  kapitalist  dövlətlərin 

ikiüzlü siyasətindən, hiyləgər diplomatiyasından şairin baş çıxarması bir daha göstərir ki, 

Sabir dünyaya çox geniş baxış dairəsinə malik olmuşdur. Öz yaradıcılığında Sabir böyük 

bir insanpərvər, həssas bir ictimai xadim kimi hərəkət etmiş, səsi çatan, ünü yetən hər yerə 

öz  təsirli  şeirləri  ilə  müraciət  etmiş,  xalqlarda  oyanan  ictimai  şüurun  daha  sürətli 

parlamasına çalışmışdın). 

Sabir  yaradıcılığında  Rusiya  Dövlət  Dumasına  seçkilər,  imperiyanın  seçki 

oyunbazlığı, bir çox siyasətbazın bu proseslərdən öz mənafeləri üçün istifadə 




Yüklə 12,74 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə