Mirzə Məmmədoğlu



Yüklə 342,5 Kb.
Pdf görüntüsü
səhifə1/23
tarix08.09.2018
ölçüsü342,5 Kb.
#67595
  1   2   3   4   5   6   7   8   9   ...   23



Mirzə Məmmədoğlu

Qədim Tiflis

(Tiflisin iç və dış toponimləri)

 

 



 

 

 



 

Redaktor:

 

Nəriman Əbdülrəhmanlı



 

Корректорлар:

 

Алмаз Мирзяоьлу



Анар Рафигоьлу

 

 



Mirzə Məmmədoğlu. Qədim Tiflis

Bakı, QANUN nəşriyyatı, 2017, 240 səh.

 

 

Araşdırmaçı-tərcüməçi Mirzə Məmmədoğlunun araya-ərsəyə gətirdiyi bu kitab qədim Tiflisin və



şəhərin həndəvərindəki toponimlərin işığı ilə bugünümüzü aydınlatmaq baxımından olduqca qiymətli

vəsaitdir. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu kitabda həm də bir çox məşhurların şəhərə aid

xatirələri, Tiflisə aid olan bir çox əski rəsmlər və fotoşəkillər də yer alıb. Kitabın maraqla

qarşılanacağına inanırıq.

 

ISBN 978-9952-36-307-4



 

 

 



© QANUN nəşriyyatı, 2017

© Mirzə Məmmədoğlu, 2017

 



QƏDİM TİFLİSİN İŞIQLANAN ZÜLMƏTİ

 

Bu unikal kitabı «Ön söz»süz də alın açıqlığı ilə hörmətli oxuculara təqdim etmək olardı. Çünki onun



«Qədim Tiflis» adının və bu adın işığında toplanmış qosqocaman toponimlərin, saysız əski rəsm və

fotoşəkillərin özlərinin də «dil açıb», çox şeylər «söyləməsini», şəxsən mən heç bir mübaliğəyə yol

vermədən iddia edə bilərəm. Onu da iddia edə bilərəm ki, az qala hər səhifəsi mənim gözlərim

önündə yaranan bu kitaba onun müəllifi bir çox alimciklərin bir ömürlük elmi fəaliyyətlərindən daha

çox zaman sərf edib. Bu da, şübhəsiz ki, müəllifin istedad və bacarığı ilə bərabər, həm də ömrünün

əsas hissəsini qoynunda yaşadığı və yaşamaqda olduğu bu gözəl şəhərə bəslədiyi dərin sevgi və

sayğısından irəli gəlir.

Mirzə Məmmədoğlu 1957-ci ildə Tbilisi şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin

filologiya fakültəsini bitirib. Uzun illər jurnalistika sahəsində çalışıb. Azərbaycanın və Gürcüstanın

çeşidli mətbu orqanlarında müxtəlif səpgili yazıları ilə çıxış edib. Hazırda daha çox araşdırma və

tərcüməçilik fəaliyyəti ilə məşğul olur. Oxuculara təqdim olunan bu kitab da onun səmərəli

yaradıcılığının tərkib hissəsidir.

Müəllifin topladığı bilgilərə görə, Tiflisin yaranması Vaxtanq Qorqasalın adı ilə bağlıdır. Belə nəql

olunur ki, çar Vaxtanq Qorqasal o vaxtlar Gürcüstanın paytaxtı olan Msxeta ətrafında ova çıxıbmış.

Çarın şahini səmadakı qırqovulun arxasınca düşdüyünə görə, onlar yavaş-yavaş Msxetadan

uzaqlaşırlar. Nəhayət, qırqovulun üzərinə şığıyan şahin onu yerə saldırır. Hər iki quş gölməçəyə

düşür. Çar görür ki, quşlar qaynar gölməçədə bişmişlər. Beləcə, Qorqasal, suyu qaynar olan bulaq

aşkar edir və həmin yerdə şəhər salmağı qərara alır. Adının mənası gürcücə «isti su» anlamını verən

Tiflis şəhəri belə yaranır. Qeyd edək ki, həmin bulaqlar əsasında tikilmiş hamamlar ulu Yaradanın

möcüzəsi və töhfəsi sayıla biləcək isti sularla uzun əsrlərdir ki, fasiləsiz olaraq təmin olunur.

Dostum Mirzə Məmmədoğlunun uzun illər üzərində işlədiyi bu kitab Azərbaycan oxucusu üçün həm

də ona görə qiymətlidir ki, Tiflis bir məkan kimi, öncə gürcü, xristian maddi-mənəvi dəyərlərinin

daşıyıcısı və qoruyucusu olmaqla bərabər, həm də türk, islam, Şərq dünyagörüşünün formalaşdığı və

inkişaf etdiyi yörələrdən biridir. Bir çox saxta tarixçilərin iddia etməsinə baxmayaraq, Tiflis nəinki

Şərq və Qərb mədəniyyətlərinin toqquşduğu, islam-xristian dəyərlərinin bir-birini sıxışdırdığı

məkandır, tam əksinə, sinəsi çoxsaylı müharibələrə meydan olmasına baxmayaraq, bu qədim və

bənzərsiz şəhər əsrlər uzunu müxtəlif ideologiyaların, dinlərin, mədəniyyətlərin bir-biri ilə çulğaşıb,

tərəqqi etdiyi məkan olmuşdur. Və heç şübhəsiz, həm bu səbəbdən, həm də müəllifin sadaladığı digər

səbəblərdəndir ki, Tiflis və Tiflisətrafı toponimlərin böyük əksəriyyəti ya gürcü, ya da türk-ərəb-fars

mənşəli sözlərdən və ya söz birləşmələrindən ibarətdir. Bu baxımdan təhlil edəndə, Tiflisin

Azərbaycan ədəbi-tarixi-ictimai fikrində, mədəniyyətində, ümumi dünyagörüşündə nədən bu qədər

önəmli yer tutduğu tamamilə aydınlaşır. Hələ mən bu yerdəcə doğuşu, həyatı, yaşam və yaradıcılığı bu

əsrarəngiz şəhərlə birbaşa bağlı olan onlarla dahi Azərbaycan türkünün siyahısını təqdim etməyə o

qədər də lüzum görmürəm.

Orası da maraqlıdır ki, «Qədim Tiflis» kitabındakı toponimlərdən, az da olsa, bir qismi öz qədim ad

və ünvanını indi də qoruyub saxlamaqdadır.

Bir çox tarixi, ədəbi mənbələrdən istifadə olunmaqla, kitabda Tiflisdə və onun həndəvərində mövcud

olan iki yüzdən çox toponim, onların ehtiva etdiyi məna, hazırkı durumu, bir çox meydan, qala,

məbəd, küçə və digər ərazilərin, ayrı-ayrı tarixi şəxsiyyətlərin rəsmi və ya fotoşəkli öz əksini tapıb.

Bradaca bir faktın altını cızaraq, xüsusi olaraq qeyd etmək istəyirəm ki, «Qədim Tiflis» kitabındakı




bütün materiallar, müəllifin yozum və fantaziyası əsasında deyil, istisnasız olaraq, təsdiqlənmiş,

fəqət, uzun zaman pərakəndə şəkildə səpələnmiş fakt və mənbələrin işığında qələmə alınıb. Və

müəllifin bu kitabla qazanacağı uğur ona görə şəksizdir ki, o, öz doğma Azərbaycan türkcəsi ilə

bərabər, gürcü və rus dillərini də kamil bilir, bu dillərdə olan gərəkli kitabları və arxiv

materiallarını, həmçinin, müxtəlif tarixi rəsm və fotoşəkilləri əldə etmək üçün son quruşunu belə

əsirgəməməyi bacarır. Uzun bir sürədir ki, ədəbi-bədii yaradıcılıqla birgə, bədii və tarixi tərcümə işi

ilə də uğraşması bu işdə onun karına gəlmişdir.

Tarixçilər, etnoqraflar, coğrafiyaşünaslar, diyarşünaslar, müəllim və tələbələr üçün qiymətli mənbə

olacaq bu kitabın geniş oxucu kütləsi üçün maraqla qarşılanacağına inanaraq və Tiflisin qədimlərdən

qədim qaranlığına işıq saldığına görə, yazar qardaşım Mirzə Məmmədoğlunu təbrik edir və ona

qələm dostları adından dərin təşəkkür duyğularımı çatdıraram.

 

Rafiq Hümmət,



Azərbaycan Yazıçılar Birliyi

Gürcüstan bölməsinin sədri

MÜƏLLİFDƏN

Hər bir ölkənin toponomiyası bir çox cəhətdən maraqlıdır. Toponimlər qədim torpaqlara aid tarixi

gerçəkliklərin daha yaxından öyrənilməsinə imkan verir.

Toponomika (yunanca topos – yer, onyma – ad deməkdir) onomastikanın tərkib hissəsi olaraq, coğrafi

adları (toponimləri), onların mənasını, quruluşunu, mənşəyini və yayılma arealını öyrənir. Hər hansı

bir ərazidəki toponimlərin məcmusu onun toponomiyasını təşkil edir. Bir sıra toponimlərdə qədimdən

müəyyən ərazidə yaşamış xalqların dillərinə məxsus arxaizmlər, dialektlər uzun müddət qorunub

saxlanıldığından, toponimika dil tarixinin öyrənilməsində mühüm mənbə sayılır.

Toponim dilin leksik vahididir. Toponimlər tamamilə dialekt və şivələr də əlavə olmaqla dilin lüğət

tərkibindən qat-qat çoxdur.

Gürcüstanda 5000-dən çox yaşayış məntəqəsi vardır ki, onların da çoxunun ayrı-ayrılıqda hərəsinin

150-200 toponimi qeydə alınmışdır. Ümumiyyətlə, respublikada bütün mikro toponimləri təxmini

hesablasaq və bəzilərinin az, bəzilərinin çox olduğunu nəzərə alsaq, orta hesabla lap elə 50 götürsək,

hər halda yenə 250 000-dək toponim alınar. Halbuki, gürcü dilinin 8 cildlik izahlı lüğətində cəmisi

113 min söz var. Başqa xalqlarda toponimlərin sayı daha da çoxdur. Məsələn, V.A.Nikonovun

«Toponomikaya giriş» kitabında yazdığına görə, «İsveçdə 12 milyon toponim vardır».

Mən bu kitabımda dünyanın ən gözəl və qədim şəhərlərindən biri olan Tiflisin bizim üçün də maraqlı

olan toponimlərindən qismən də olsa, söhbət açacağam. Tiflis toponomiyasının əsas fondunu türk,

fars, ərəb mənşəli adlar, sözlər təşkil edir.

Tiflis mənim üçün də əzizdir, doğmadır. Çünki onun qoynunda doğulmuşam. Uşaqlığım, yeniyetmə

çağlarım başqa-başqa yerlərdə keçsə də, burda əmək fəaliyyətinə başlamışam. Burda ailə qurub bu

yaşa çatmışam.

Tiflis toponimlərinə gəldikdə isə, deyə bilərəm ki, bu mövzu məni çoxdan narahat edirdi. Hələ

Azərbaycan Dövlət Universitetində təhsil aldığım illər toponimikaya böyük həvəs göstərirdim. Odur

ki, diplom işim də o vaxtlar yaşadığım el-obanın (Marneuli rayonunun Alget kəndi) toponimləri

barədə oldu. O vaxtlar dövlət komissiyası tərəfindən işim yüksək qiymətləndirildi və bu sahədə

axtarışlarımı davam etdirməyi mənə tövsiyə etdilər.

Tiflis toponimləri üzərində işləyərkən bir-birinə zidd olan bir çox mənbələrə baş vurmaqla yanaşı,




Yüklə 342,5 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə