Mirzə Məmmədoğlu



Yüklə 342,5 Kb.
Pdf görüntüsü
səhifə14/23
tarix08.09.2018
ölçüsü342,5 Kb.
#67595
1   ...   10   11   12   13   14   15   16   17   ...   23

Narınqala müdafiə divarları ilə möhkəmləndirilmiş qala tipli orta əsr istehkam kompleksidir.

Hökmdar və ya feodal hakiminin əsas iqamətgahı olan Narınqalada saray, xəzinə, cəbbəxana, müxtəlif

inzibati və təsərrüfat binaları və s. yerləşirdi. Narınqalalar, adətən şəhərin qala divarları yaxınlığında

(Mərvdə Ərk qalası və s.), şəhər daxilində (Dərbənddə Narınqala, Bakıda Xan sarayı və s.) və ya

şəhərdən nisbətən aralı, strateji baxımdan əhəmiyyətli sahədə (Şamaxıda Gülüstan qalası, Suriyada

Hələb qalası və s.) salınırdı.

D.Qvritişvili və Ş.Mesxiya «Tiflisin tarixi» kitabında yazır: «Kiçik və yaxud Narınqala, Ana qala

qala-qəsrdən və yaxud Baş (əsas) qaladan fərqlənirdi».

Təkçə Tiflis qala-qəsri Narınqala adlanmırdı. Eləcə də Qori, Suram, Ananur, Borjom, Qrem və başqa

qalalar da belə adlanırdı.

Bu qalanın salındığı yer təsadüfi deyildir. Bu yerdə Kür çayının məcrası daralır. Burada çayın

qayalıq olan sahilləri bir-birinə yaxınlaşır. Belə ki, strateji baxımdan bu ərazi çox əlverişli idi. Məhz

elə bu strategiya qalanın tikilməsini, sonralar şəhərin salınmasını şərtləndirmişdir.

 

Narınqalanın qalıqları



 

 

Narınqaladan bir fraqment



 

Narınqala və qədim şəhərin bir hissəsi.

1880-ci illərin fotosu

 

 



 

Narınqala və qədim Tiflisin bir hissəsi. 1850-ci illərin sonu

1960-cı illərin əvvəllərinin fotosu

Bu qala paytaxtın çoxəsrlik sərgüzəştlərinin şahidi və iştirakçısıdır. Onun divarları və bürcləri

dəfələrlə dağıdılmışdır. Sonralar bərpa olunmuş, yenidən tikilmişdir. Bu günə qədər qorunub

saxlanılmış fraqmentlər müxtəlif dövrlərə məxsusdur. Bunu hörgü materialı, quruluş xarakteri və

başqa şeylər sübut edir. Qalanın şimal-şərq guşəsində olan yonulmuş daşlar ilə inşa olunmuş bürcün

fraqmentini qalanın qorunub-saxlanan ən qədim hissəsi hesab etmək olar.

Tiflis Narınqalası əlçatmaz yer idi. Bunu bir çox amillər sübut edir. Dağlıq, təpəlik relyefdə

yerləşmiş qala tikililəri mürəkkəb sistem yaradırdı. Narınqalanın bürcləri arasında «Təbriz» və

«İstanbul» bürcləri daha çox fərqlənirdi. Bu hər iki ad qədim dövrün adlarıdır. Bu adlar da,

göründüyü kimi, türklər və iranlılar ilə əlaqədardır.

Narınqalaya giriş onun şimal-şərq tərəfində ucaldılmış bürcün tağından idi. Buradan da silindr

şəklində dolama yol ilə qaladan çıxış var idi.

Nisbətən asan giriş yolu qərb tərəfdən idi ki, buna görə də bu tərəfdən qala daha çox

möhkəmləndirilmişdi. Narınqalanın Kür və Savkis çayına doğru iki yeraltı çıxış yolu var idi. Bu

yeraltı çıxış yolları Tiflisin 1800-ci il planına daxil edilmişdir. Narınqalanın su ilə təchiz olunması

fövqəladə sistemlə: arxla, suvarma kanalı ilə həyata keçirilirdi. Bu fakt Jozef Piton Turneforun Tiflis

mənzərəsi qravürasında əks olunmuşdur.

Narınqalada kilsə də olub. Bu kilsə Vaxuşti Baqrationi tərəfindən tərtib edilmiş 1735-ci il planında




və daha sonralar poruçik V.Çuyko tərəfindən tərtib edilmiş 1800-ci il planında da göstərilmişdir. O,

19-cu əsrin əvvəllərində silah ləvazimatı anbarına çevrilmiş və 1827-ci ildə isə dağıdılmışdır. Bu

kilsə 1966-cı ildə arxeoloji qazıntılar zamanı aşkar edilmişdir.

Narxacev (Arxaclıq) – Kiket kəndi yaxınlığında çökəklik. Azərbaycan elementlərini özündə ehtiva

edən bu sözün mənasından da görünür ki, vaxtilə burada mal-qaranın saxlandığı yer, arxac olub.

Neftcala – Tiflisin cənub-şərq hissəsində Naftulluqda kiçik guşədir. Onun şimal və şimal-şərq

tərəfindən kiçik Orxev çayı axır. Cənub-şərqini isə Kür çayının məcrası hüdudlaşdırır. Calanın adı

burada kəşf olunan neft yataqlarından əmələ gəlmişdir. Quyu, çökəklik, çuxur mənasında işlənmişdir.

Neftcala toponimi Azərbaycanda da vardır. Rayon mərkəzinin adıdır.

Neft vadisi – Çaydır. Aşağı Samqor arxına birləşir. (Qardaban rayonu, uzunluğu 15,2 km-dir).

Neft dərəsi (Naftisxev) – Aşağı Samqor arxına birləşən çaydır.

Ortacala – Vaxuşti Baqrationi 1735-ci il Tiflis planında Ortacalanı eksplikasiyada Krtsanis bağı adı

ilə qeyd edir. Bu onu göstərir ki, Ortacala Krtsanis kəndinə aid idi. Bu adacıq şəhərin şərqində

Seyidabad məhəlləsinin aşağısında yerləşirdi. O, Kürün əsas məcrası ilə onun sağ qolu arasında

yerləşirdi. Bəzi təqdiqatçılar onun adının «orta» su, iki su arasında yerləşən cala ilə əlaqədar

olduğunu yazırlar. «Ori», «orta» gürcücə iki deməkdir. Kürün ortasında yerləşən bu adacığın, bizcə,

Ortacala adlandırılması daha inandırıcıdır. Yəni ortada olan cala. Belə ki, Tiflisdə cala sözünə bağlı

bir neçə toponim mövcuddur.

Ortacala bağları çarın ailəsi və tavad-aznaurlar üçün ayrılmışdı. XIX əsrdə bu bağlar şəxsi

mülkiyyətə çevrilmişdi.

50-ci illərdə burada Ortacala SES-i inşa olunmuş, sonralar sahil yolları salınmışdır. Kürün qolu yox

olmuş, adacıq da aradan götürülmüşdür.

Ortacala bağı – İndiki 300 araqviyalı bağı. Bu bağ II İraklinin göstərişi ilə salınmışdır. Çar XII

Georgiyə məxsus idi. Onun vəfatından sonra bağ arxiyepiskop Dosipeyo Pitsxelaurinin əlinə

keçmişdir. Tiflisin şərqində Xarpux, Naftulluq və Dirsicala arasında Kürün özünün və onun kiçik bir

qolunun yaratdığı adada yerləşirdi. Yay aylarında tiflislilərin istirahət yeri idi. Burada A.S.Puşkin ilə

təntənəli görüş keçirilmişdir. Bağ Kürün özü ilə onun sağ qolu arasında yerləşirdi. Dairəvi forması

var idi. Onun şərqində Dirsicala bağları, qərbində isə Krtsanis bağları yerləşirdi.

Ot meydanı (Sennaə plohadğ) – Kürün sol sahilində, Qorqasal (Tatar) meydanının qərbində

yerləşirdi.

Örtülü bazar – Qazançılar cərgəsi, Qaranlıq cərgə, Bazarxana da adlanırdı.

Pambıq cərgəsi – Bu küçə Vaxtanq Qorqasal meydanı yaxınlığında yerləşirdi. Əvvəllər burada

pambıq, yun, çit, parça alverçilərinin dükanları var idi. Bu küçə Tiflisdə orta əsrlərdən bu günə qədər

özünün adını qoruyub saxlayan nadir küçələrdən biridir.

Ponicala (Fonicala) – Bu sənaye-yaşayış rayonu Tiflisin şimal-şərq hissəsində, Irəvana gedən dəmir

yolu ilə Kür arasında (Soğanlıq kəndinin həndəvərlərində) yerləşir.

Ponicala iki söz birləşməsindən əmələ gəlmişdir. Cala sözü bildiyimiz kimi, bizim dildə çayın sahili

mənasını verir. Poni - fon sözü isə mənzərə deməkdir.

Postallar cərgəsi – Tatar (indiki Qorqasal) meydanında ayaqqabı tikən ustaların cərgəsi. Borçalının

əksər kəndlərində indi də ayaqqabıya həm də postal deyirlər.

Qab-qacaq satanlar cərgəsi (Kasaxana) – Tatar (Qorqasal) meydanı yaxınlığında qab-qacaq

alverçilərinin cərgəsi belə adlanırdı.

 



Yüklə 342,5 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə