Mirzə Məmmədoğlu



Yüklə 342,5 Kb.
Pdf görüntüsü
səhifə2/23
tarix08.09.2018
ölçüsü342,5 Kb.
#67595
1   2   3   4   5   6   7   8   9   ...   23

Tiflisin bəzi qocaman sakinlərinə də müraciət etdim. Əldə etdiyim məlumatları bir-birilə müqayisə

və təhlil etdim. Tiflis ilə əlaqəsi olan görkəmli şəxslərin xatirələrindən parçaları əlavə etdim.

Müxtəlif rəssamların qədim Tiflisə aid rəsm əsərlərinin reproduksiyalarını, Tiflisin qədim yerlərini

əks etdirən foto şəkilləri toplayaraq bu kitabın daha dolğun və gözəl çıxmasına səy göstərdim.

Əziz oxucu, istəyimə nə dərəcədə nail olmağım sizin rəyinizdən asılıdır. Müəyyən təklif və

iradlarınıza görə irəlicədən minnətdarlığımı bildirirəm.

Abbasabad meydanı – Sonralar Alaverdov meydanı olmuş, indi isə Lado Qudiaşvili meydanı adlanır.

Bəzi mənbələrdə görə, o cümlədən, Qriqol Zardalişvilinin «Tiflis və onun həndəvərlərinin toponimi»

əsərində göstərilir ki, «Bura İran təbəələrindən hansısa Abbasa məxsus imiş. Onun evi indi də bu

meydanda yerləşir». (1896-cı il Tiflis planına daxil edilmişdir).

 

 

A.Simakuridze. Abbasabad meydanında ev. 1926-30-cu illər



 

 

T.Kvirkveliya isə özünün «Tiflisin qədim adları» əsərində yazır:



«XIX əsrdə Abbasabad meydanı Qafqazın inzibati mərkəzi idi. Rusiya canişinliyinin və ordu

sərdarının olduğu yer idi. Tiflisin bəzi meydanlarına bəzən rus ordusu tərəfindən alınmış qalaların

adlarını qoyurdular. Abbasabad da bu cür yaranmışdır. Belə ki, 1827-ci ildə rus ordusunun sərdarı

İ.Paskeviçin komandanlığı ilə İranın eyni adlı qalasının alınmasını qeyd etmək üçün buraya onun adı

verilmişdir. Burada bir vaxtlar rus ordusunun qauptvaxtı da (dustaqxana) mövcud idi. Həmin yerdə

vaxtilə Mixail Lermontov gecələmişdir».

 

Abolescala – Baqebi kəndi yaxınlığında ensiz yamacın ətəyindəki ərazi.



Alafxana – Dən və un alverçilərinin cərgə ilə düzüldüyü yer belə adlanıb. Qədim Tiflisin Tatar

(indiki Qorqasal) meydanında sinaqoqa yaxınlığında ərzaq bazarı təşkil edilirdi. Alaf dükanları

Meydanın qərb hissəsində yerləşdirilmişdi.

«Ələf» ərəb sözüdür. Heyvan yemi, saman, silos deməkdir. Bizim dildə də ot sözünün sinonimi kimi

işlədilir.

Amarat (İmarat) – Vaxuşti Baqrationinin tərtib etdiyi Tiflisin 1735-ci il tarixli planında Sololak

məhəlləsində 41 saylı divarla hasarlanmış tikililər kompleksi işarə olunmuşdur ki, bunun da adı

Amarat adlanır. «Amarat» fars sözüdür. Dilimizdə işlənən «imarət» sözünün başqa mənaları olmaqla

ti-kili, saray mənasını da verir. Elə həmin kompleksi yarım əsrdən sonra (1785-ci ildə) A. Pişşeviç

də Tiflis planında qeyd edir. İndi həmin tikili uçub dağılmış, xarabalığa çevrilmişdir. Əfsanələrin

birində nəql olunur: «Bu xarabalıqlar Gürcüstan çarının iqamətgahıdır». Şəhərətrafı bu iqamətgah

Sololak dağının yamaclarında təxminən indiki Qeronti Kikodze küçəsi boyu Lado Asatiani küçəsinin

yuxarısında yerləşirdi. Köhnə planlarda Amaratın qərbində yalnız silah ləvazimatı zavodu və Tiflis

bağı göstərilmişdir. Azərbaycan Respublikasının Ağdam şəhərində də İmarət adlı yer vardır. Pənah

xanın qəbri məhz elə buradadır.

Aptekxana – Tatar (indiki Qorqasal) meydanında həkimbaşıların aptekxanası yerləşirdi. Burada

müxtəlif «dava-dərman»: həna, basma, hind cevizi, qərənfil, hil, xaşxaş, darçın, zəncəfil və sair

ədviyyat, dərman bitkiləri satılırdı.

Aramyans xəstəxanası – Avlabarda yerləşir. Vaxtilə 1 saylı bu xəstəxananı inşa etdirən tacir



Aramyansın adını daşıyır. Mirzə Cəlil Məmmədquluzadənin məsləkdaşı, Tiflisdə doğulub fəaliyyət

göstərmiş İsmayıl Həqqi Mirzə Ələkbər Sabir haqqında xatirələrində yazırdı:

«Həkimlər bir neçə dəfə Sabiri tədqiq etdikdən sonra xəstəxanada yatmağını məsləhət gördülər.

Məhəmmədəli ilə bərabər (Məhəmmədəli Sidqi nəzərdə tutulur - M. M.) onu Tiflisdə məşhur

Aramyans tərəfindən tikdirilmiş birinci şəhər xəstəxanasına yerləşdirdik».

Arsenal – Arsenal ətrafında məhəllə. Əvvəllər burada silah hazırlanırdı. Çuquretin şimalında dəmir

yolunun üst tərəfindən VII məhəlləyə daxil olurdu. 1896-cı il Tiflis planına daxil edilmişdir.

«Arşın mal alan restoranı» – Hamamlar məhəlləsində 5 saylı hamamın yaxınlığında «Dursun bəyin

həyəti» deyilən yerdə yerləşirdi. Vaxtilə bu bina Hacı ağa adlı iranlının karvansarası olmuş,

Naxçıvanın Ordubad bölgəsindən gəlmiş Ağabala adlı bir nəfər 1914-cü ildə onu 100 qızıl çervon

pula alır (o vaxtlar bir çervon 9 manat 50 qəpiyə bərabər imiş), 80 qızıl çervonu isə onun təmirinə və

ləvazimatına xərcləyir. Restoranın üstü o vaxtlar klub imiş. Və orada Azərbaycan tamaşaları

göstərilirdi. Burada o vaxtlar bir müddət «Arşın mal alan» tamaşası göstərildiyindən restorana gələn

müştərilər bu afişanı oxuyurlarmış. Beləliklə, restoranın adı məhəllə arasında «Arşın mal alan»

adlanır. 1939-cu illərdə onun rəsmi adı «Vostok» olur. İndi hazırda onun yerində bağça salınıbdır.

2007-ci il mayın 10-da anadan olduğu gün ilə əlaqədar həmin bağçaya Azərbaycanın sabiq prezidenti

rəhmətlik Heydər Əliyevin adı verilmişdir.

Arx – Avanaantxev – Avanaant dərəsinin digər adıdır. Savkis-Sololak dağından axan çaydır. Kürün

Muxran körpüsü yaxınlığında ona qarışırdı. Hazırda yerin altı ilə axır.

Aşpazxana – Aşpazxana və yaxud yeməkxanalar, xaşxanalar, kababxanalar və çayxanalar cərgəsi.

Tatar (indiki Qorqasal) meydanının cənub hissəsində və Qorqasal küçəsinin başlanğıcında yerləşirdi.

Şair-akademik İosif Qrişaşvili aşpazxanalardan yazarkən qeyd edirdi: «Hər bir restoranın sahibinin

müştəriləri cəlb etmək üçün «simli orkestr» əvəzinə qəfəsdə bir cüt quşu olardı».

Aşxarbəyin köhnə məhəlləsi – Şəhər məlikinin Qalada bir neçə evi vardı. Belə evlərdən biri Noraşen

kilsəsi yaxınlığında idi və bu məhəlləyə onun adı verilmişdi. Həmin məhəllə qısaca Məlik məhəlləsi

də adlanırdı. Aşxarbəyin köhnə məhəlləsi 18-ci əsrin 20-ci illərində Tatar (Qorqasal) meydanında da

mövcud idi.

 

Tiflisdə XVI əsrin ortalarında məlik vəzifəsi təsis olunmuşdu ki, bu da ilk öncə erməni əhalisi üçün



kəndxuda funksiyasını yerinə yetirirdi. XVIII əsrin 30-cu illərində Bebutaşvililər tayfasının əlində

kəndxuda və məlik vəzifələri birləşdirildi.

 

Atəşgah – Atəşpərəstlərin ibadət etdiyi məbədin adıdır. Farsca olan «atəş» və «gah» kəlmələrindən



düzəlmişdir. «Atəş məbədi» mənasını verir. İranın Yəzd şəhərində bu günə qədər qorunub saxlanılmış

atəşgahda qaranlıq məbəddə atəş yanır. Həmin atəş üçün yalnız hansısa meyvə ağacının odunundan

istifadə olunur. Bunun nəticəsində də ətrafa xoşa gələn ətir, rayihə yayılır. Bu müqəddəs atəşin

ətrafında onu «bəd nəzərlərdən» hifz etmək üçün daimi olaraq kahin durur və onu sönməyə qoymur.

Kldisubanda Petxain məbədi yaxınlığında hündür yerdə kərpiclə hörülmüş dördkünc tikili vardır.

Onun üstü uçub dağılmışdır. Yalnız tağının bir hissəsi qalmışdır. Platon İoselianinin verdiyi məlumata

görə, burada ta qədimdən atəşpərəstlərin məbədi – atəşgah olub. Qədim bir abidə kimi onu gürcü

çarları qoruyub saxlamışdır. Platon İoselianinin dediyinə görə, XVIII əsrin 20-ci illərində osmanlılar

Tiflisdə iki məscid tikmişlər. Onlardan biri bu qədim atəşgahın yerində olub. Nadir şahın əmri ilə hər

ikisi 1735-ci ildə dağıdılmışdır. XIX əsrdə bir müddət bu tikili xüsusi mülkiyyət olub. Onun qədim




Yüklə 342,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə