Mirzə Məmmədoğlu



Yüklə 342,5 Kb.
Pdf görüntüsü
səhifə4/23
tarix08.09.2018
ölçüsü342,5 Kb.
#67595
1   2   3   4   5   6   7   8   9   ...   23

 

 

 



 

 

«Tiflisdə xoruz və qoç döyüşdürmək, meydançalarda güləşmək kimi işlər düşgünü olanlar da var idi.



Bir gün evdən çıxıb yoldaşım Hüseyn Minasazov ilə «Virana bağ»a oynamağa gedirdik. Yolda iki

nəfər kişinin öz qoçlarının zəncirindən tutub, yanlarında bir dəstə adam ilə həmin bağa tərəf

addımladıqlarını gördük. Bildik ki, qoçları döyüşdürməyə aparırlar. Biz də onlara qoşulduq.

Qoçların ikisi də ağ idi. Qoçbazlardan biri öz qoçunu yol uzunu tərifləyib deyirdi:

– Tiflisdə mənim qoçumun qabağına çıxan qoç olmayıb. Heydər ağanın qoçu ki, səsi Tiflisi tutmuşdu,

onu mənim qoçum beşcə dəqiqədə qaçırtdı.

O biri qoçun sahibi sakit-sakit onu dinləyəndən sonra:

– İgidin gücü meydanda bilinər! – deyə cavab verdi.

Onlar qoçlarını «Virana bağ»a yox, onun aşağısındakı Qarpız meydanına gətirdilər. Ora çatıncaya

qədər yolda adamlar çoxalmışdı. Qarpız meydanında böyük bir açıqlıqda dayandıq. Hər iki kişi

qoçların boynundakı nazik zəncirə bağlı qalın meşin xaltaları açıb, qoçların buynuzlarından

yapışdılar; onları bir-birinə yaxın gətirib buraxdı-lar. Qoçlar əvvəlcə bir-birilə iyləşdi, sonra

dəhşətli bir döyüş başlandı. Vuruş getdikcə qızışır, hər iki qoç geri çəkilir, sonra irəli cumub bir-

birinin kəlləsinə «şaraq-şaraq» buynuz vururdu. Qoçların yiyələri: «ha, qoçum, ha» deyə-deyə elə bil

onlara ürək-dirək verirdilər. Vuruşma uzun sürdü. Öyünən qoçbazın qoçu axıra yaxın bir-iki dəfə

yediyi buynuzdan başını yana çevirib qaçmaq istədisə də, sahibinin: «ha qoçum, ha» – deyə

bağırması ilə yenə döyüşməyə başladı. Lakin bu axırıncı həmlə ona kömək etmədi. Öz rəqibindən bir

də ağır zərbə aldıqdan sonra meydandan qaçdı. Hamı qalib gələn qoçun sahibini alqışladı. O biri

qoçbazın rəngi qaçmış, dərin hüzn və həyəcan içində durmuşdu. Çox çəkmədi ki, cibindən bir onluq

çıxarıb, qalib gələn qoçun sahibinə verdi.

– Al, bu sənin mərcin.

Qalib qoçun sahibi Qurban pulu almaq istəmədi. Rəqibi Baba zor ilə pulu onun ovcuna basdı.

Bu zaman Qurbanın qoçu yiyəsinə yaxınlaşıb əlini yaladı, başını onun ayaqlarına sürtdü. Baba acıqlı-

acıqlı qoça baxdı, onun buynuzundan tutub dilləndi:

– Kim deyirdi ki, bu dinc, sakit görünən qoç mənim od-alov qoçumu qaçıra bilər?! – Sonra o, üzünü

Qurbana tutub əlavə etdi: – Qurban, bu qoçu sat mənə.

– Yox, satmıram!

– Qoy bu adamlar qiymət qoysun. İki dəfə artıq verərəm. – Bu sözləri deyib Baba şəst ilə əlini cibinə

saldı.

– Yox, Baba, satmıram.



– Bu qoçumu da üstəlik verirəm...

– Dedim ki, mən qoçumu satmıram.

Lakin qoç döyüşdürmək büsatı bununla bitmədi. Məğlub olan qoçbaz birdən qaçıb öz qoçunu tutdu.

Onu yerə yıxdıqdan sonra cibindən bıçağı çıxarıb qoçun başını kəsmək istədi. Ətrafdakılar nə qədər

ona mane olmaq istədilərsə də, hirsindən dodağını gəmirən kişi razı olmadı: «Adam içində mənim

başımı yerə soxan qoç mənə lazım deyil!» – deyib qoçun başını kəsdi. Sonra üzünü adamlara tutdu:

– Götürün soyun, ətini aranızda bölüşdürün, mən belə namərd qoçun ətindən yemərəm! – Baba qoçun



zəncirini oynada-oynada o biri qoça baxdı. Sonra necə oldusa onunla o biri qoçun sahibi arasında

mübahisə başlandı. Mübahisə bir anda elə alovlandı ki, bu dəfə qoç sahibləri özləri döyüşə

girişdilər...»

Gürcüstanın xalq artisti, adı Tiflis Dövlət Azərbaycan Dram Teatrı ilə sıx bağlı olan İbrahim İsfahanlı

isə öz xatirələrində yazır:

«Cümə günləri adət üzrə Qarpız meydanında qoçbazlar öz qoçlarını mərcə mərc gəlib

buynuzlaşdırırdılar. Bir tərəfdə xoruzları boğuşdururdular, digər tərəfdə ilanoynadanlar öz ilanlarını

oynadırdılar. Meydançanın o biri guşəsində meymun oynadanlar öz nümayişlərini teatr şəklində elə

təsvir edirdilər ki, guya bunlar xüsusi teatr «tamaşaları» verməkdə mütəxəssis bir «aktyor» idilər...»

Qədim Tiflisə yaxşı bələd olan, onun vurğunu şair-akademik İosif Qrişaşvili qoç döyüşlərini belə

təsvir edirdi:

«Yarışlardan ən çox yayılanı qoç döyüşü idi. Yarış həvəskarları erkək toğlunu evdə saxlayırdılar.

Ona xüsusi qayğı göstərərək yaxşı bordayırdılar. Onu zəncirlə bağlayırdılar ki, heç kimi vurmasın.

Qoç döyüşü zamanı onu arpa ilə meyxoş edirdilər. Boğazına rəngli muncuqlardan ibarət boyunbağı

asırdılar. Geriyə əyilmiş buynuzlarının uclarını ehmalca yonurdular. Qoç döyüşlərindən sonra hamı

Kürün sahilindəki çarxlar yanında əylənib kef çəkirdi».

Ötən əsrin ortalarında burada hərbi meydança təşkil olunur. 1859-cu ildə isə yamacları əhatə etmiş

bağ salınır. Tiflisin ilk ictimai bağı təntəli şəkildə 1865-ci ildə açılmışdır. Onun yuxarı hissəsi bir

vaxtlar qəbristanlıq üçün istifadə olunub. XIX əsrin 50-ci illərində bu yeri canişin A. Baryatinski

alır. III Aleksandr buraya gələndə öz əli ilə bağda ağac basdırır. Odur ki, onun şərəfinə bağa

Aleksandr adı verilir.

 

 



Qolovin prospekti. Hərbi-tarixi muzey.

«Əyanlar məbədi». 1893-cü illərin fotosu.

Hazırda Gürcüstan Dövlət Rəsmlər Qalereyası.

 

 



 

 

 



 

 

 



 

 

 



Q.V.Rozen A.P.Tormasov

 

 



1885-ci ildə bağın ərazisində, Qolovin prospektində (hazırkı Rustaveli) indiki Rəsmlər qalereyası

binası inşa olunur. Bu bina vaxtilə «Əyanlar məbədi»nin binası, daha sonra hərbi-tarixi muzeyin

binası olub. 1903-cü ildə heykəltəraş F. Xodoroviçin layihəsi ilə bağda N. Qoqolun abidəsi qoyulur.



1924-cü ildə onu Muzey bağı adlandırırlar. Sonralar heykəltəraş N.Nikoladzenin yaratdığı Eqnate

Ninoşvilinin büstü qoyulur.

Bu bağın layihəsini hazırlayan memar Otto Simonson olmuşdur. O, XIX əsrdə Tiflis memarlığında

təsadüfi şəxs olmamışdır. Otto Simonson (1832-1914) Rusiyaya mühacirət edən bir isveçli ailənin

varisidir. 1858-ci ildə Peterburq Bədaye Akademiyasının akademiki adına layiq görülüb. O, Tiflisdə

1858-1903-cü illərdə fəaliyyət göstərmişdir. Tiflisdə ümumiyyətlə, Qafqazda bir çox binanın

layihəsini işləyib hazırlamışdır. Tiflisdə onun layihəsi əsasında inşa olunan binalar arasında Canişin

sarayı (indiki Yeniyetmələr) xüsusilə qeyd edilməlidir.

Sovet hakimiyyəti dövründə bağ Kommunarlar bağı adlandırılmışdır. Bağın Bakı bağı adlandırılması

bizcə, Bakı kommunarları ilə əlaqəli ola bilər. Çünki tarixdə kommunarlar Bakı adı ilə də bağlıdır.

Baqqalxana – Qədim Tiflisdə iki ərzaq bazarı var idi. Onlardan biri Avlabarda, indiki Metex küçəsi

boyu, o birisi isə, yəni əsası Tatar (Qorqasal) meydanında yerləşirdi. Burada baqqalların (meyvə,

tərəvəz və digər ərzaq məhsulları ilə alver edənlərin), qəssabların, alafçıların (unla və dənlə alver

edənlərin) və balıqçıların dükanları cərgə ilə düzülmüşdü. Bəzi məlumatlara görə baqqal dükanları

Versxli (Gümüş) küçəsinin sonunda da var idi.

Bazar – Versxli (Gümüş) küçəsi belə adlanırdı. Bu küçədə bütün növ üzrə dükanlar mövcud idi.

Bazarxana – Bunun başqa adları da var: Qaranlıq cərgə, Misgərlər cərgəsi və yaxud da Üstüörtülü

bazar.


 

 

Oskar Şmerlinqin rəsmləri



 

 

 



Xalça alverçiləri Xırdavatçı Çayxanada

 

 



 

 

 



 

Şeytanbazar

 

Qiqo Qabaşvili. Silah alverçisi



 

Bazar meydanı – («Rus bazarı», «Soldat bazarı»). Hazırda Kolxoz meydanı yaxınlığında mövcud

olan məhəllə və bazar belə adlanır.

Bazirxana (Bazeyirxana) – Diğom çayı vadisində əvvəllər kənd olmuşdur.

Behbudun bağı – Vaxuşti Baqrationi Qıraq Avlabarın şimal-şərqində hasarla əhatələnmiş bağı bu adla

qeyd edir. XVII əsrin ortalarında çar Rostom (Xosrov Mirzə) Tiflisdə yaşayan varlı tacir Xoca

Behbudu zərraflara rəhbər təyin edir və zərbxananı icarə ilə ona verir. K. Raçvelişvili «Gürcüstan

feodalizminin tarixi» kitabında yazır: «Sikkə kəsmək işi də sahmana salındı. Tiflisdə zərbxana

yarandı. Çar mədən işlərini bilən yunanları işə cəlb etdi. Onlar Axtala mədənlərini işə salmalı idilər.



Yüklə 342,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə