Mirzə Məmmədoğlu



Yüklə 342,5 Kb.
Pdf görüntüsü
səhifə5/23
tarix08.09.2018
ölçüsü342,5 Kb.
#67595
1   2   3   4   5   6   7   8   9   ...   23

Əla da işə saldılar. Bu mədənlərdən dövlət hər il təxminən 60 000 manat gəlir əldə etdi (Ümumi

büdcənin beşdə biri)».

Xoca Behbud Bebudaşvililər soyadının əsasını qoyandır. Avlabardakı kilsə ilə birlikdə qəbiristanlıq

(Xocavəng adlanan qəbiristanlıq) elə ona məxsus idi. Qəbiristanlığın yanında o, bağ salmışdır.

Suvarma üçün çarın razılığı ilə Maxat dağından arx çəkdirmişdir. Bağın cənub-şərq tərəfindən Liloya

doğru yol uzanırdı. Onun şimal-qərb tərəfi isə dərə idi.

Behbudun körpüsü – Bu körpü son vaxtlara qədər Vera çayının aşağı hissəsində (Qəhrəmanlar

meydanında) mövcud idi. Bu körpü də elə bu şəxsin adı ilə bağlıdır. Körpü mühüm karvan yolunda

«Diğom yolu»nda salınmışdı. İndiki Kostava küçəsi üzərindən keçirdi. 1981-ci ildə «Qmirta

meydani»nin (Qəhrəmanlar meydanın) yenidən qurulması zamanı düşünülmədən bu qədim körpü

məhv edilmişdir.

Berzenxana – Tatar (indiki Qorqasal) meydanının şimal-qərb zolağında yerləşən dükanların arxasında

tikilmiş Müqəddəs Yekaterina adına yunan kilsəsi yerləşirdi. Kilsənin əsası Qurucu Davidin

hökmranlığı dövründə qoyulmuşdur (XI əsr). O, Teymurləng tərəfindən XIV əsrin sonlarında

dağıdılmışdır. I Aleksandrın çarlığı dövründə, 1430-cu ildə məbəd bərpa olunmuşdur. 1795-ci il Ağa

Məhəmməd şah Qacarın Tiflisə hücumu nəticəsində kilsə darmadağın edilmişdir. Platon İoselianinin

verdiyi məlumata görə, onun xarabalıqları üzərində Sina dağından gələn rahiblər yenə kilsəni bərpa

etmişlər. Kilsədən başqa məbəd də, müxtəlif növ təsərrüfat tikililəri də mövcud idi. Gəlir Sina

dağının rahibləri üçün ayrılmışdı. Məbədin öz dükanları da var idi. Onlardan biri bilavasitə Tatar

meydanına baxırdı. Həmin dükanı II İrakli 1781-ci ildə məbədə vermişdir. Məbəddə yunan

arximandritin sarayı yerləşirdi. Məbədi tiflislilər Berzenxana adlandırırdılar. Bu ada sənədlərdə,

ayrı-ayrı müəlliflərin əsərlərində rast gəlmək olar.

Berzenxananın düzbucaqlı çevrə şəklində olan məhəlləsi Tatar meydanının Liləxana və Kababxanası

arasında idi.

Kababxana (Aşbazxana) məbədin cənub-şərq divarı boyunca, Kür tərəfdə yerləşirdi. Liləxana isə ona

paralel olan qarşıdakı divar boyunca (sonralar küçə Boyaqçılar küçəsi adlanmışdır) yerləşirdi.

 

 

M.Toidze. Bəzzazxana. 1914-cü il



 

Bəzzazxana – Bəzzazlar cərgəsi – Mahud, çit, pambıq və yun alverçiləri dükanlarının cərgəsi belə

adlanırdı. Feodal Tiflisdə iki bəzzazxana var idi. Böyük Bəzzazxana və yaxud Yuxarı Bəzzazxana

indiki Leselidze küçəsinin Sion küçəsi ilə paralel olan kəsiyində yerləşirdi. Lado Asatiani küçəsi ilə

kəsişən yerdən təxminən Sion və İrakli küçələrinin birləşdiyi yerə qədər. Bu yerdə Çarşı bazarı

deyilən bazar yerləşirdi. Kiçik və yaxud Aşağı bəzzazxana isə Tatar (Qorqasal) meydanında idi.

«Pambıq dükanları cərgəsi» ilə məşhur olan küçədə XIX əsrdə Tiflisdə Qaranlıq cərgələr adlanan

yerdə, indiki Şarden küçəsində Yeni bəzzazxana meydana gəldi.

Bostanlar bağı – Avlabarda Xaraqaul küçəsində yerləşirdi.

 

 



Nəbatat bağının girişində qədim aşırımlı körpü.

XIX əsr


 


Botanika bağı (Nəbatat bağı) – Qədimlərdə Sixis baği - Qala bağı, Gəncə bağı və yaxud Tiflisin

xəzinə bağı adlanan bu bağ şəhərin şimal-şərq tərəfində Sololak dağının ətəklərində, Qalanın

şərqində yerləşir. Bağları Qaladan Savkis çayının dərəsi ayırır. IX əsrdə suvarma kanalı çəkilmiş və

burada su hövzəsi yaradılmışdır. XVIII əsrdə burada çarın sarayı olub. Ağa Məhəmməd şah Qacarın

Tiflisə hücumu (1795-ci il) zamanı bu saray dağıdılmışdır. Sonralar isə Xəzinə bağı olmuş, 1845-ci

ildən isə Nəbatat bağı adlanır.

Onu da qeyd etmək lazımdır ki, burada 1947-ci ilədək müsəlman qəbiristanlığı da mövcud idi. XIX

əsrdə Tiflis şəhəri Güney Qafqazın mədəni və inzibati mərkəzi olduğundan o dövrlər Tiflisdə yaşayıb

yaradan Azərbaycan xalqının görkəmli oğul və qızları: o cümlədən Həsən bəy Ağayev, Fətəli xan

Xoyski, Əliqulu Qəmküsar, Rzaqulu Nəcəfov, Hüseyn əfəndi Qayıbov, Eynəli bəy Sultanov, Mahmud

Çakər, Ədilə xanım Şahtaxtinskaya, Behbud ağa Şahtaxtinski, Mehdiqulu xan Vəfa, Məhəmmədhəsən

Hacınski, Nisə xanım Məmmədquluzadə, Həmzə bəy Qayıbov, Fazil xan Şeyda, Müzəffər Nərimanov,

Əlimirzə Nərimanov, xanəndə Allahverdi, xanəndə Səttar, xanəndə Cəfərqulu, tarzən Rzabala Rzayev,

generallardan Həsən bəy və İlyas bəy Ağalarovlar, Həsən bəy və İsrafil bəy Yadigarovlar və

başqaları bu qəbiristanlıqda dəfn edilmişdir. Həmin müsəlman qəbiristanlığı Vaxuşti Baqrationinin

1735-ci ildə tərtib etdiyi Tiflisin ilk planında öz əksini tapmışdır.

 

 

 



Şahzadə Vaxuşti tərəfindən 1735-ci ildə tərtib olunmuş Tiflis planı

 

 



1. Çar sarayı. 2. Çariçanın sarayı. 3. Saray kilsəsi. 4. Çar meydanı. 5. Şahzadə sarayı. 6. Ançisxat

kilsəsi. 7. Amilaxvarinin evi. 8. Şahzadənin evi. 9. Luarsabın evi. 10. Muxran batononun evi. 11.

Sion. 12. Tbilelinin karvansarası. 13. Məlikin karvansarası. 14. Çarın tövləsi. 15. Qala meydanı. 16.

Müqəddəs Nikolay kilsəsi. 17. Qala kilsəsi. 18. Uca qala. 19. İstanbul bürcü. 20. Şaxtaxtı. 21. Kocor

qapısı. 22. Diğom qapısı. 23. Meydan qapısı. 24. Aşağı qapı. 25. Vank kilsəsi. 26. Erməni

qəbiristanlığı. 27. Meydan sarayı. 28. Meydan və yaxud cıdır düzü. 29. Qeybullanın bağı. 30. Çarın

şahin həyəti. 31. Tatar qəbiristanlığı. 32. Sisişvilinin evi. 33. Kaşvet. 34. Qala məhəlləsi. 35. Araqvi

eristavisinin sarayı. 36. Erməni kilsəsi. 37. Bejanın karvansarası. 38. Mamasaxlisin bağı. 39.

Şahzadə bağı. 40. Çarın bacısının bağı. 41. Amarat. 42. Tbilelinin bağı. 43. Sololak çayı. 44.

İşitutruk. 45. Mtasminda. 46. Qalaltı Tiflis körpüsü. 47. Tiflis (Seyidabad) bağları. 48. Salatkari. 49.

Mtabor. 50. Tatar qəbiristanlığı. 51. Qala bağı. 52. Okoyevlərin körpüsü. 53. Savkis çayı. 54.

Krtsanis bağı. 55. Metex qala ilə birlikdə. 56. Erməni kilsəsi. 57. Yunan kilsəsi. 58. Məlikin kilsəsi.

59. Behbutun bağı. 60. Erməni kilsəsi. 61. Çuğuret. 62. Kvirasxovel gürcü kilsəsi. 63. Yeni kilsə. 64.

Yeni meydan bağı. 65. Mamasaxlis kilsəsi. 66. Erməni kilsəsi. 67. Latın kilsəsi. 68. Bejanovun bağı.

69. Moğnis. 70. Qala məhəlləsi kilsəsi. 71. Aşağı qala. 72. Yuxarı qala. 73. Avlabar körpüsü. 74.

Avlabar qapısı. 75. Katolik qəbiristanlığı. 76. Gəncə qapısı. 77. Kilsə. A. Qala və yaxud Tiflis. B.

Tiflis və yaxud Seyidabad. S.İsan və yaxud Avlabar. D. Qareuban (şəhərətrafı məhəllə).

 

 



Planın 50-ci nömrəsində Tatar qəbristanlığı, 76-cı

nömrəsində isə Gəncə qapısı qeyd olunmuşdur




Yüklə 342,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə