Mirzə Məmmədoğlu



Yüklə 342,5 Kb.
Pdf görüntüsü
səhifə7/23
tarix08.09.2018
ölçüsü342,5 Kb.
#67595
1   2   3   4   5   6   7   8   9   10   ...   23

«Qədim Tiflis adları», Tbilisi 1985.)

«Dərə»nin Azərbaycan-türk sözü olduğundan, «Dərəcala» toponiminin Dirsicala, Darsicala kimi

gürcü variantına çevrilməsi ağlabatan və inandırıcıdır.

Dirsicala meydanı – Dirsicala bağları yaxınlığında Mamukas sopelinin (Mamuka kəndinin) qərbində

yerləşirdi. Bu, böyük yaşayış məhəlləsi idi. Müqəddəs Barbare kilsəsindən 31 saylı zavodun

ərazisinə qədər ərazini əhatə edirdi. Onun əsas məhvəri indiki Xmelnitski küçəsi idi.

Teymuraz Beridze bu sözün Azərbaycan mənşəli sözdən düzəldiyinin inandırıcı olması üçün Kaxetdə

bu gün də Uzundərə adlı dərənin mövcudluğunu misal gətirir.

Divanxana (Katiblik) – Çar meydanında yer adı. Gürcü çarı Svimonun sarayı yaxınlığında olub.

1795-ci ildə Ağa Məhəmməd şah Qacarın Tiflisə hücumu zamanı dağıdılmışdır.

Dovşan calası – Avlabarda yer. (Dəqiq yeri müəyyən olunmamışdır.)

Duknisxev – Dükan vadisi – Kür çayının sağ sahilini Samqor ilə birləşdirir.

Dükan torpaqları – Kiket kəndinin şimalında Samadlo yaxınlığında yamac və əkin sahəsi.

Eşşək körpüsü – Kürün aşağı hissəsində son vaxtlaradək mövcud olan Ortacala adası öz bağları ilə

məşhur idi. Bu bağlar Tiflis əhalisini meyvə və tərəvəz ilə təmin edirdi. Sahil küçələrinin salınması

zamanı Kürün qolu yox oldu və ada daha mövcud deyildir. Əvvəllər adanı sağ sahil ilə şahnişinlərə,

qozlalara qoyulmuş dar ağac körpüsü birləşdirirdi. Onu tiflislilər «Eşşək körpüsü» adlandırdılar.

Belə ki, bu körpü ilə dolu səbətlərlə uzunqulaqlar meyvə daşıyırdı. Sonralar qədim Metex körpüsü də

belə adlandı. Belə ki, bu körpü ilə nəqliyyatın hərəkəti qadağan idi.

Fasulxana – Tatar meydanının (indiki Qorqasal) şimal-şərq hissəsində, Zərrafxana yaxınlığında olan

yer. 1678-ci il «Nasğidoba» kitabında xatırlanmışdır.

Firənglər – Fransızlar məhəlləsi – İndiki 1 may küçəsində katolik (fransızlar) kilsəsi yerləşirdi. Buna

görə də küçə Fransızlar küçəsi, kilsənin ətrafyanı qəsəbəsi isə – Fransızlar məhəlləsi adlanırdı.

Əncirli cala – Baqeb kəndi yaxınlığında dar yamacın ətəklərində yerləşir.

Əncirli dərə – Dabbağxana dərəsi çayı üzərində bir aşırımlı körpü olub. Bu körpü Vaxuşti

Baqrationinin 1735-ci il planında «Okoyevlərin körpüsü» adı ilə göstərilmişdir. Hazırda həmin

körpünün çatma tağtavanı qalmışdır. Bu körpü bütün tikinti göstəricilərinə görə XVII əsrə aiddir.

Gəncə qapısı – Onun başqa adları da mövcud idi: İrəvan qapısı, Cənub qapısı, Sololak qapısı,

Qapılar qapısı, Ucarma qapısı. Şəki qalasının – Narınqalanın da Şirvan və Gəncə adlanan

darvazaları var idi. «Şərqdən və cənubdan Tiflisə daxil olan əsas ticarət yolunda yerləşirdi» (XI

əsrin salnaməçisi Cavanşir). Bu yol Seyidabaddan keçərək cənub hasar qapısından daxil olurdu, buna

görə də ona Cənub qapısı da deyilirdi. Elə buraya Tabaxmeldən və Krtsanisdən də yol gəlirdi. Bu yol

əsas yol idi və buna görə də ona Qapılar qapısı da deyilirdi. Orta əsrlərin ənənəsinə görə şəhərə

daxil olan yolun adını həmin yerə qoyurdular. Gəncə qapısı adı da belə yaranmışdı. Gəncə qapısı

şəhər barısının cənub hissəsində bərqərar olunduğu qayanın dibində yerləşirdi. Gəncə qapısının

yaxınlığında Savkis çayı axırdı. Həmin çayın üzərində də körpü var idi ki, o da Gəncə qapısının

körpüsü adlanırdı.

Gorxana – Şəhərin Saburtalo rayonunda geniş ərazi olan Delisinin qərbindəki yerin adı olub. İndi bu

yerdə yeni mikrorayon salınmışdır. Şair-akademik İosif Qrişaşvilinin yazdığına görə, indiki Nəbatat

bağındakı müsəlman qəbiristanlığı əvvəllər də, indi də Gorxana adlandırılmışdır.

İndiki Aleksandr bağının yuxarı hissəsində, təxminən bu günkü Corciaşvili küçəsinin üst tərəfində

şahzadə Vaxuşti «Tatar qəbiristanlığı»nın da olduğunu göstərir.

Gümüşün yolu – Avlabardan başlayaraq şimal-qərb tərəfə uzanırdı. 1735-ci il Tiflis planında qeyd



olunmuşdur.

Hamam qapısı (Seyidabad qapısı) – Tiflisin 1800-cü il planına uyğun olaraq şəhərin şərq divarında,

onun orta hissəsində, Savkis körpüsü üzərində yerləşirdi. Hamam qapısı şəhəri Hamamlar məhəlləsi

və Seyidabad ilə birləşdirirdi. Bu ad onunla izah olunur ki, onun yönü Hamamlar məhəlləsinə doğru

idi. Hamam qapısı təxminən indiki Qrişaşvili küçəsinin mehvərində yerləşirdi. Hamam qapısından

yolçu bugünkü Boyaqçılar küçəsi ilə gedən yolla Qala, daha doğrusu Tatar (indiki Qorqasal)

meydanına çıxırdı.

Adi şəhər qapısı gömrük məntəqəsi təyinatını yerinə yetirirdi. Belə ki, məsələn, Rostom çarın

(Xosrov Mirzənin) əmrində (17-ci əsrin 40-cı illəri) konkret olaraq gömrüyün miqdarı göstərilmişdi

ki, qala işçiləri şəhərə daxil olan tacirlərdən gətirilən mallara uyğun olaraq gömrük rüsumu alırdılar.

Buna görə də İ.Paskeviç tərəfindən 1785-ci ildə tərtib edilmiş Tiflis planında Hamam qapısı 53

nömrə ilə, gömrük məntəqəsi kimi göstərilmişdir.

Hamamlar məhəlləsi – Bu məhəllə Tiflisin ən qədim hissəsidir. İlk yurd burda salınmış, Tiflisin

beşiyi burda yaranmışdır. Bu məhəlləni və onun həndəvərlərini əsil Tiflis adlandırırlar. O, bilavasitə

şəhərin qəsrinə – qalasına söykənirdi. Hamamlar məhəlləsində və onun həndəvərindəki Seyidabadda

orta əsrlərdə əsasən müsəlmanlar məskunlaşmışdı. Vaxuşti Baqrationi yazır: «Qayadan Tiflisə isti su

axır, onun altı hamamı var».

Tiflis hamamlarının müalicəvi xüsusiyyəti barəsində əfsanə mövcuddur:«Gürcüstan çarı meşədə

(indiki Tiflisin yerləşdiyi ərazidə) ov ovlayarkən maralı oxla yaralamışdır. Qana bulaşmış maral

kükürdlü bulağa yıxılmış, qanı yuyulmuşdur. O, sonra sahilə çıxaraq çarın gözü önündə meşəyə doğru

götürülmüşdür. Sən demə, isti suya girən maralın qanı kəsilmiş və yara tamamilə sağalmışdır».

Səyyah Jan Şarden qeyd edir: «Tiflis hamamlarının suyu kükürdlüdür, çox isti və yaxşı olmasına görə

burda çimirlər, eləcə də xəstəlikləri də müalicə etmişdir...».

 

 



Vaxuşti Baqrationi Hamamlar məhəlləsini Seyidabadın bir hissəsi kimi göstərir. Poruçik V. Çuykonun

tərtib etdiyi 1800-cü il planında isə həmin vaxtlar Seyidabadın qalan ərazisində yaşayış məntəqəsi

olmadığından və tamamilə bağlarla əhatə olduğundan yalnız Hamamlar məhəlləsi göstərilmişdir.

 

Hamamlar məhəlləsi. XIX əsrin fotosu



 

 

Hamamlar küçəsi. XIX əsrin fotosu



 

Çekalina. Bəzəkli Hamam. 1860-cı illər

 

 

Bəzəkli hamam



 

 

 



 

 



Yüklə 342,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə