Mirzə Məmmədoğlu



Yüklə 342,5 Kb.
Pdf görüntüsü
səhifə9/23
tarix08.09.2018
ölçüsü342,5 Kb.
#67595
1   ...   5   6   7   8   9   10   11   12   ...   23

A. S. Puşkin daha sonra yazır:

 

«Hamam sahibi məni kisəçi tatara (azərbaycanlıya - M. M.) təhvil verdi. O, mənim qayğımı çəkməli



idi. Həsən (bu tatarı belə çağırırdılar) öz işinə başladı, yonulmuş daş döşəməyə məni uzatdı, sonra da

qabırğalarımı ovxalamağa, oynaqlarımı gərməyə, yumruğu ilə bərkdən vurmağa başladı. Mən cüzi

ağrı belə hiss etmirdim, əksinə xüsusi bir ləzzət hiss edirdim. Asiyalı kisəçilər bəzən çuşa gələrək

çiyinlərin üstünə çıxırlar, ayaqları ilə ombalarda sürüşürlər və kürəkdə çöməlirlər. Bundan sonra yun

kisə ilə uzun müddət bədənimi sürtdü, isti su ilə məni yaxaladı və kətanda köpüklənmiş hava şarı ilə

yumağa başladı. Dil ilə deyilməyən duyğudur: isti sabun hava kimi üstünə püskürür. Sabun

püskürməsindən sonra Həsən məni hamama saldı və mərasim sona yetdi».

 

1812-ci ildə İrana göndərilən Rusiya diplomatı Vilhelm fon-Freyqanq və onun arvadı Frederika fon-



Freyqanq yazırlar:

 

«Tiflis hamamları çox gözəldir. İsti su qayadan qaynayaraq hovuza özü tökülür. Suda böyük miqdarda



kükürd vardır, revmatizm, səpmə, qaşınma və yaraları sağaltmaq üçün çox müalicəvidir. Şəhər kənarı

yerdə (hamamların əksəriyyətinin yerləşdiyi Seyidabad məhəlləsi nəzərdə tutulur) ona qədər hamam

var ki, onlar da bir növ yuxarı və aşağı temperaturdadır.

Hamamlar mağaralarda qurulmuşdur. İlk dəfə aşırımlı bir neçə lampanın zəif işıqlandırdığı qaranlıq

salona daxil olursan. Orda xalçaların sərildiyi iki taxt durur. Taxtda istədiyin palaz sərilir ki, onun

üstündə də bir neçə vaxt dincəlib çimməyə hazırlaşırsan. İki-üç aşırımlı salonu keçəndən sonra

hamama daxil olursan və dönmədən su kranı vasitəsi ilə doldurulan hovuza girirsən. Ən qaynar su

olan hovuz son aşırımlı salondadır. Hovuz, eləcə də onun vasitəsi ilə bu hovuza düşdüyün pilləkan da

qayada yonulmuşdur.

Gürcülər, əlalxüsus, varlı-hallı gürcü qadınları həftədə bir dəfə bütün günü və əksər hallarda

gecələri də hamamlarda keçirirlər. Birinci aşırımlı salonda onlar taxtda yayxınaraq saçlarını və

dırnaqlarını boyadırlar. Yaşlı gürcü qadınları da saçlarını boyadığına görə hörükləri kəhrəba kimi

qaradır. Orda onlar üzlərinə ənlik-kirşan çəkirlər. Qaşlarını boyayıb sürmə çəkirlər və sair. Bunlar

olmadan burda gözəlliyi təsəvvür etmək çətindir. Bu, onlar üçün böyük gündür, ağrı və məhəbbət

günü».

Fransız yazıçısı Aleksandr Düma Qafqaza səyahət edərkən yazdığı «Qafqaz» əsərində Tiflis



hamamları barəsində qeyd edir:

«Qafqazda mineral sular var. Onların istiliyi 65 dərəcəyə çatır. Onlar soyuq dəyməyə xeyirlidir və

yalnız buxar şəklində istifadə olunur. Hovuzda yuyunan mələfəyə bürünərək uzanır, mələfənin

uclarından dörd nəfər tutur. Yuyunma 6-8 dəqiqə davam edir. 10 dəqiqə yalnız ən sağlam hamam

həvəskarları dözə bilir. Həmin ildə faciəli şəkildə erməni yepiskopu öldü. Utandığından o,

proseduranı bilən şəxsləri mələfənin uclarından tutmağa icazə verməmiş, onları 4 nəfər diakon (aşağı

dərəcəli keşiş) əvəz etmişdir. Onlardan birinin diqqətsizliyi üzündən mələfənin ucu əlindən çıxmış və

yepiskop aşağı yumalanaraq qaynar suya düşmüşdür. Xidmətçilər bərkdən qışqıraraq onu oradan

çıxartmağa cəhd etsələr də öz əllərini yandırmışlar. Onların hay-küyünə hamamçılar gələrək

yepiskopu hovuzdan çıxartsalar da artıq gec idi, yepiskop yanmışdı».

 

Jozef Piter Turneforun qravüründən bir fraqment.




Çar bağının bir görünüşü. XVIII əsrin əvvəlləri

 

S.Kişmişov «Nadir şahın Herata, Qəndahara, Hindistana yürüşü və onun ölümündən sonrakı



hadisələr» kitabında yazır:

 

«Sentyabrın 13-də Şah Tiflisə gəldi. O, Gəncə qapısı yaxınlığında dayanıb öz yaxın adamlarının



məsləhəti ilə özünün əzab çəkdiyi xacəliyindən müalicə olmaq ümidi ilə Çar hamamında çimdi. Lakin

onun xəstəliyinə, mənbələrin verdiyi məlumata görə, bulaqlar kömək etmədi. O, qəzəblənərək hamamı

yerli-dibli uçurmaq əmrini verdi».

 

Turneforun qravürü. Tiflis 1701-ci ildə



 

J. Turnefor «Şərq ölkələrinə səyahət» əsərində yazır:

 

«Saraydan, elə oradaca yerləşən hamamlara baş çəkməyə getdik. Burada dözüləsi temperaturda



ləzzətverici isti sular var. Təxminən Ərzurum yaxınlığındakı İlçə suları kimidir. Tiflis hamamlarında

qaynar sulardan başqa isti və soyuq sular da var. Hamamlar yaxşı təşkil olunmuşdur və şəhərlilər

üçün həm də gap etmək yeridir».

 

Hovuzxana – Qalada yer. 1708-ci il hüdud sənədlərinə uyğun olaraq hardasa Çarşı bazarının



yaxınlığında yerləşirdi.

İlanlı cala – Betaniya və Sğnet yaxınlığında cala.

İraklinin hamamı – İndiki Qorqasal küçəsində Balneoloji kurortun yerində olub. Bu hamam II

İraklinin arvadı Dariyanın (Darecanın - M.M.) adını da daşımışdır.

 

 

 



İrəvan meydanı – Tiflisin əsas meydanı. Bu meydanın əsr yarımdan çox tarixi var. Meydan yaxın

keçmişdə şəhərin qala barısının kənarında boş bir biyabanlıq idi. İndiki Leselidze küçəsinin Azadlıq

meydanına birləşdiyi yerdə şəhərin əsas darvazalarından (Kocor) biri dururdu. Buradan iki yol

başlayırdı. Onlardan biri şimala doğru, indiki Rustaveli prospekti istiqamətində, o birisi isə indiki

Georgi Leonidze küçəsi istiqamətində Kocora doğru gedirdi. Sololak dərəsindən gələn yağış, qar

suları burdan keçərək Kürə tökülürdü.

XIX əsrin məşhur gürcü tarixçisi Platon İoselianinin verdiyi məlumata görə, indiki meydanın şimal

tərəfində təxminən indiki İncəsənət Muzeyinin yerində XVII əsrin sonlarında çar karvansarası

dururdu. O kifayət qədər böyük olub. 80-ə qədər yatacaq yeri var imiş. Vaxuşti tərəfindən və 18-ci

əsrin 80-ci illərində tərtib olunmuş Tiflis planında meydanın ərazisi cənubdan və şimaldan bağlarla

əhatə olunmuşdu. Vaxuştiyə görə, burada çarın, çariçanın və mamasaxlisin (kəndxudanın) bağları var

idi. İ.Paskeviçin 1785-ci il tarixli planında çar və çariçanın bağlarından başqa şahzadə Georginin də

bağı qeyd edilmişdir. Vaxuşti Baqrationi bu yerlərdə yeganə bina göstərmişdir ki, onu da «Bejanın

karvansarası» adlandırır. İndi həmin yerdə şəhər bələdiyyə idarəsinin binası yerləşir.

1825-ci ildə Yakov Zubalaşvili Türküstanisşvilidən aldığı torpaq sahəsində, meydanın şimal

tərəfində mehmanxana tikir. Sonralar, 1838-ci ildə binanı patriarxlıq dini seminariyanı və sinodu




Yüklə 342,5 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə