Mirzə Şəfi Nəğmələri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə1/10
tarix23.08.2018
ölçüsü0,89 Mb.
#63875
  1   2   3   4   5   6   7   8   9   10


 

 

 



Mirzə Şəfi Nəğmələri 

 

 

 

 


 

 



 

Mirzə Şəfi Vazehin 220 illik yubileyinin 

keçirilməsi haqqında Azərbaycan Respublikası 

Prezidentinin 

 

SƏRƏNCAMI 

 

2014-cü  ildə  Azərbaycan  ədəbiyyatının 



görkəmli  nümayəndəsi,  böyük  şair  və  tanınmış 

maarifçi  Mirzə  Şəfi  Vazehin  anadan  olmasının 

220 illiyi tamam olur. 

Vazeh 


Şərq 

poeziyasının 

çoxəsrlik 

ənənələrini  layiqincə  yaşatmış  və  yüksək 

insanpərvərliyi, mənəvi gözəlliyi tərənnüm edən 

diqqətəlayiq 

irs 

qoyub 


getmişdir. 

Onun 


yaradıcılığı  Azərbaycanın  Avropa  ilə  ədəbi-

mədəni  əlaqələrinin  inkişafında  özünəməxsus 

mühüm yer tutur. 



 

Azərbaycan  Respublikası  Konstitusiyasının 



109-cu  maddəsinin  32-ci  bəndini  rəhbər  tutaraq, 

görkəmli şair və maarifçi Mirzə Şəfi Vazehin 220 

illik  yubileyinin  keçirilməsini  təmin  etmək 

məqsədi ilə qərara alıram: 

1.  Azərbaycan  Respublikasının  Mədəniyyət 

və  Turizm  Nazirliyi  Azərbaycan  Milli  Elmlər 

Akademiyası  və  Gəncə  Şəhər  İcra  Hakimiyyəti 

ilə  birlikdə,  Azərbaycan  Yazıçılar  Birliyinin 

təkliflərini  nəzərə  almaqla,  Mirzə  Şəfi  Vazehin 

220  illik  yubileyinə  həsr  olunmuş  tədbirlər 

planını hazırlayıb həyata keçirsin. 

2.  Azərbaycan  Respublikasının  Nazirlər 

Kabineti  bu  Sərəncamdan  irəli  gələn  məsələləri 

həll etsin. 

 

İlham Əliyev  

Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 3 fevral 2014-cü il. 

 



 

 



 

AZƏRBAYCAN RESPUBLİKASI 

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının  

S Ə R Ə N C A M I  

 

 



 

“Mirzə  Şəfi  Vazehin  220  illik  yubileyinin 

keçirilməsi  haqqında”  Azərbaycan  Respublikası 

Prezidentinin  03  fevral  2014-cü  il  tarixli 

sərəncamının  icrasını  təmin  etmək  məqsədilə 

qərara alıram:  

Gəncə  şəhərində  Azərbaycan  ədəbiyyatının 

görkəmli  nümayəndəsi,  böyük  şair  və  tanınmış 

maarifçi Mirzə Şəfi Vazehin 220  illik yubileyinin 

keçirilməsi 

ilə 


bağlı 

təşkilat 

komissiyası 

yaradılsın. 

 

Gəncə Şəhər İcra Hakimiyyəti 

 başçısı Elmar Vəliyev 

 

 




 

TƏRCÜMƏÇİDƏN 



 

Mirzə  Şəfi  Vazeh  dünya  xalqlarının  ən 

çox  tanıdığı  şairlərdən  biridir.  Onun  bədii 

yaradıcılığı  ilə  dünyanın  ən  görkəmli 

sənətkarları  maraqlanmışlar.  “Ədəbiyyat  və 

incəsənət”  qəzetinin  1960-cı  il  3  sentyabr 

tarixli  sayında  Mirzə  Şəfi  haqqında  geniş 

qeydləri ilə çıxış edən macar ədəbiyyatşünası 

Dyerd  Radonun  məqaləsi  bu  marağın  nəinki 

azaldığını, bəlkə daha da artdığını sübut edir. 

İstismar,  zülm  və  əsarətin  hakim  olduğu 

cəmiyyətdə  yaşayan  əsil  şairlərin  hər  birinin 

mütləq  bir  faciəsi  olur.  Xaqanini,  Nəsimini, 

Vaqifi, 


Hadini, 

Sabiri, 


Puşkini 

və 


Lermontovu  xatırlamaq  kifayətdir.  Mirzə 

Şəfininfaciəsi isə ikitərəfli olmuşdur. 

Ömrünü  çətinilik  və  məhrumiyyətlə 

keçirən  şairin  yaradıcılıq  taleyi  də  faciəlidir. 

Başqa xalqların dilində yüzlərlə şeiri səslənən 

Mirzə Şəfinin indiyə kimi ana dilində cüzi bir 




 

qisim  şeiri  məlumdur.  Bu  şeirləri  tapıb  üzə 



çıxardıqlarına  görə,  heç  şübhəsiz,  görkəmli 

ədəbiyyatşünaslarımız 

S.Mümtaz 

və 


Ə.Ə.Seyidzadəyə minnətdar olmalıyıq. Lakin 

bununla  belə  bu  sahədə  çox  az  iş 

görülmüşdür. 

Mirzə  Şəfi  şeirlərinin  Azərbaycan  dilinə 

tərcüməsi  hələlik  böyük  şairin  ədəbi  irsini 

müəyyən  cəhətləri  ilə  də  olsa  oxucularımızı 

tanış etmək məqsədini izləyir. 

1879-cu 


ildə 

Peterburqda 

çıxan 

“Jivopisnoe 



obozrenie” 

qəzeti 


öz 

nömrələrindən  birində  yazmışdı: “Mirzə  Şəfi 

şeirləri  hətta  tatar  (Azərbaycan)  dilinə 

tərcümə edilmişdir”. 

Eyni  fikri  13  il  sonra  “Das  maqazin  fur 

literatur” 

qəzeti 

də 


yazmışdır. 

Bunu 


yazanların,  məsələnin  əsl  mahiyyətindən 

xəbərdar  olub-olmadıqlarını  bir  kənara 

qoysaq,  məqsədləri  əsl  müəllifin  Bodenştedt 

olduğunu göstərmək idi. 




 

İndi 



Mirzə 

Şəfinin 


bəzi 

şeirlərinialmancadan 

Azərbaycan 

dilinə 


tərcümə  etməklə  biz  vaxtilə  deyilmiş  bu 

yalanı doğruya çıxarmırıqmı? Qətiyyən yox! 

Çünki  artıq  Bodenştedtin  plagiatorluğu 

çoxlu  təkzibedilməz  dəlillər  əsasında  sübut 

edilmişdir.  Əldə  olan  bəzi  orijinal  alman 

tərcüməsi  ilə  tutuşdurulması,  Bodenştedtin 

Mirzə Şəfi şeirlərini əsasən düzgün və poetik 

bir dillə tərcümə etdiyini göstərir. Onun bədii 

tərcümə  sahəsində  təcrübəsi  şübhəsiz,  az 

deyildi.  Bu  barədə  Puşkin,  Lermontov 

poeziyasının  yaxşı  tərcüməçisi  kimi  tanınan 

Bodenştedt  haqqında  A.İ.Gertsenin  fikirləri 

ilə  tanış  olmaq  kifayətdir.  Lakin  onun 

tərcümələri,  heç  şübhəsiz,  bir  sıra  əlavə  və 

təhriflərdən  də  azad  deyil.  “Mirzə  Şəfi 

nəğmələri”, 

“Mirzə 

Şəfi 


irsindən” 

kitablarında 

Xəyyam, 

Hafiz, 


Füzuli 

şeirlərindən 

parçalar 

da 


tapmaq 

mümkündür. 




Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə