Mirzə Şəfi Nəğmələri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə10/10
tarix23.08.2018
ölçüsü0,89 Mb.
#63875
1   2   3   4   5   6   7   8   9   10

65 

 

Onlar bir ağıllı iş görən zaman 



Tamam heyran qalıb sevinir buna”. 

 

**** 



Bir gün gedirdim mən bir dalda yolla

Nəqafil qarşıma çıxdı bir molla. 

-Ay Mirzə, xeyir ola, nə olmuş yəni, 

Heç görmək olmayır məsciddə səni? 

-Çünki əziz dostum, qaralır qanım, 

Səni görən kimi azır imanım. 

 

**** 


Nə qədər olsa da qəm, qüssə, kədər, 

Dünyada dərd varmı yoxsulluq qədər? 

Yazıq insanları bu dərdli tilsim 

Qoymur nə yaşasın, nə də ki, ölsün. 

 

**** 


Məhv edib insanın diləklərini,  

Tökdürür ömrünün çiçəklərini. 

Ən möhkəm adamın girib qəsdinə, 



66 

 

Qırır qürurunu dəyib şəstinə. 



 

**** 


Aqili axmaqdan eyləyir asılı, 

Saxlayır qəlbini hüzünlü, yaslı, 

Acı fəlakətlər törədir hər an, 

Axı yaşamağa yaranmış insan! 

 

**** 


Yoxsulluq şairə bir boş məzardır, 

Sərvət də, miknət də alçaqlardadır. 

Onların önündə əyilən bir baş, 

Gərək ayaqlarda əzilsin birbaş. 

 

**** 


Ruhdan düşməməli, dərd, qəm nədir ki, 

Bircə partlamasın qəlbimiz təki! 

Zülmün bu dünyada hikməti yoxdur, 

Hikmətin zülməsə davamı çoxdur. 

 

**** 



67 

 

Dərdü qəm əlində nə yan, nə inlə, 



Qovla sən onları nəğmələrinlə ... 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



68 

 

 



 

 

 



 

ORİJİNAL ŞEİRLƏR 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




69 

 

AZƏBAYCANCA ŞEİRLƏR 

 

QƏZƏL

 

 

Nə qədər kim, fələyin sabitü səyyarəsi var, 

Ol qədər sinədə qəmzən oxunun yarəsi var. 

 

Deyil əflakdə kövkəb görünən çərxi-bülənd 



Oluban didə, sərapa sənə nəzzarəsi var. 

 

Ruzigari qara, daim gecəsi tar keçir, 



Hər kimin eşqdə bir yari-sitəmkarəsi var. 

 

Necə qan cuşə gəlib, eyləməsin ahü-fəğan? 



Könlümün dideyi-giryan kimi fəvvarəsi var! 

 

Ol qəzəldir ki, Vazeh dedi, bir dərd əhli, 



Zahirən lalə otağında qonaq-qarəsi var. 

 

 



 

 



70 

 

MÜXƏMMƏS 

 

Ey nəzakət çəməni içrə xuraman Süsəni, 



Xublıq kişvərinin təxtinə sultan Süsəni, 

Sədəgin yayı qaşın sədəqəsi qurban Süsəni, 

Bir baxışla yaraşur kim, ala qüz can Süsəni

Belə getsə, tez olur dillərə dastan, Süsəni. 

Hərəkatü rəvişin qıldı səhi sərvini pəst, 

Sünbülə türreyi-zülfün şikəni verdi şikəst, 

Laləni dağda salıb ruyin, edib badəpərəst, 

Ey  könül,  qaş-göz  aradə  nə  gəzərsən  belə 

məst, 

Yoxdu vəhmin ki, ara yerdə tökə qan, Süsəni. 



 

**** 


Ey  mələk,  əbr  yüzün  gündümü,  ya  bədri-

tamam? 


Kim ki, ruyindən olur məst, ona badə həram, 

Pərdəsiz cilvələnib, naz ilə ver qəddə qiyam, 

Küfri-zülfün dağıdıb, məst çıxıb, eylə xüram, 

Bilələr ki, nədir küfr ilə iman, Süsəni. 




71 

 

 



**** 

Bu qəddü qamətinə ətləsü xara yaraşur, 

Qaşların guşəsinə qətlimə eyma yaraşur, 

Edə gər zində ləbin ləfzi Məsiha, yaraşur, 

Səni hər kim ki, sevər, başına sevda yaraşur, 

Ola səgəştəvü divanəvü heyran, Süsəni. 

 

**** 


Gün ki, hər gün çıxar, dərgəhinə səcdə edər, 

Sərv rəftara gəlür, qılsa qədin bağə güzər, 

Qönçə gər ağzın ilə qarşu dura, boynu əyər, 

Küfri-eşqin yetişib bir yerə kim, ey kafər, 

Desələr Vazehə böhtandı müsəlman, Süsəni! 

**** 


Min ev yıxıb, tikirsiniz bir boş minarə, 

Ərşə çıxıb, qonaq gedin pərvərdigarə

*



 



**** 

Hicran qəminin badeyi-gülgündür əlacı

*

 

Vazeh, danışırlar bunu meyxanələr içrə. 




72 

 

MİRZƏ ŞƏFİ VAZEHLƏ NACİ 



VƏ NASEHİN MÜŞAİRƏSİ  

Vazeh: 

 

Şəbxpuş olmuş qədin ruxsari-atəşgunilə, 



Musiyi-İnranə guya, Tur şəklin göstərir. 

 

Naci: 

 

Tigin almış dəstinə, ol çeşmi-cəlladın sənin, 



Canə qəsd etmək dilər, məxmur şəklin göstərir. 

 

Сismi-zarımdan çıxar hicrin əlindən nalələr, 



Böylə bir təndir  tənim, tənbur şəklin göstərir. 

 

Xətti-rüxsarın edib tarac hüsnün mülkünü, 



Bir xərabə şəhr içində mur şəklin göstərir. 

Naseh: 

 

Güz sirisgi mərduməknin nöqtəsin bərbad edib, 



Aqibət bir gün olur kim, kur şəklin göstərir. 

 



73 

 

Tilbə könlüm tillər ilə asılıb, tildir səbəb, 



Filməsəl, baxqan kəsə Mənsur şəklin göstərir. 

 

Kəhrəba dik rəngi-zərdim sanmağay bihudə kim, 



Dərdi-eşqə uğramış, rəncur şəklin göstərir. 

 

Dinu dil nəqdini isar etsə Naseh, tang imas,  



Bir mühəqqər töhfə ilə mur şəklin göstərir. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



74 

 

FARSCA ŞEİRLƏR 

 

QƏZƏL 

 

Hər zəman kan qədd-o bala ze nəzər miçozərəd. 



Vəh, çeha bər del-o bər dideye-tər mıqozərəd! 

Mənəm,  ey  şeyx,  ze  nəzzare  məkon,  kəz  roxe 

dust 

To çe dani ke, çe bər əhle bəşər  



Ey ke, hər mən qozəri, məhv koni əz xişəm, 

Həm ço xorşid ke, bər dovre qəmər mıqozərəd! 

To ke, çəndin bekeşi damən əz  jftadeye-eşq

Deste kutahe mənət, key, bekəmər mıqozərəd? 

Qofteye Vazeh əz an ru həme şirin aməd, 

Bezəbanəş soxən əz ləl-o şəkər mıqozərəd. 

 

(şərti tərcümə) 

 

O qəddü qamət xəyalımdan keçərkən, 



Ah, könlümdən və yaşlı gözlərimdən nələr keçər! 

Ey  şeyx,  yarın  üzünə  baxmağı  mənə  qadağan 

etmə, Bəsirət əhlinin nəzərindən nələr keçdiyini  

sən nə bilirsən? 




75 

 

Günəş  ayın  yanından  ötərkən  onu  yox  etdiyi 



kimi, 

Sən də mənim yanımdan ötüb keçərkən 

varlığımı məhv edirsən. 

Bunca ki, sən ətəklərini yığılmış aşiqindən  

çəkib uzaqlaşırsan,  

Mənim qısa əllərim sənin kəmərindən bəs necə  

tuta biləcək?! 

Vazehin şeiri ona görə bu qədər şirin oldu ki, 

O sənin ləlü şəkərindən söhbət açdı. 

 

QƏZƏL 

 

Ey ke, həmhöcreye mai, vəraqe zohd beşuy, 



Vey ke, sabetqədəmi, ğeyre rəhc eşq məpuy. 

Əz mane ğəmzəde coz eşqe roxe yar məpors, 

Ba mane delşode coz sohbəte deldar məquy. 

Ta əz an dəm ke, hərime dele mən xəlvate ust, 

Faş binəm roxe u, gər neğərəm bər hame suy. 

Çərx sərgəşte nə anəst monəqqəş benecum, 

Bəlkeəndər tələbəş mande fru gərqə be xun. 

Ruze qolgəşt, bahar əst-o, təmaşa-vo tərəb, 

Xiz, ta xeymə bezən ba mey-o ney bər ləbe cuy. 



76 

 

Vazeh əz xak sər arəd be nəsime dəre dust



Koşteye-eşq bəle, zende təvan gəşt be buy! 

 

(Sətri tərcümə) 

 

Sən ey bizimlə həmnişin olan, zahidlik 



dəftərini suya at. 

Sən ey sabitqədəm dost, eşq yolundan qeyri bir  

yol tutma! 

Bu qəmli aşiqdən yar  məhəbbətindən qeyri bir  

şey soruşma. 

Bu zavallı aşiqlə, dildar söhbətindən qeyri bir  

şey danışma! 

O zamandan ki, mənim könül otağım onun  

xəlvətgahı olmuş, 

Hər tərəfə baxıram, ancaq onun şəklini görürəm. 

Bu sərgərdan fələk ulduzlarla bəzənmiş  

kimi görünməsin. 

Bəlkə  o  da  bir  aşiqdir,  yar  həsrətilə  qan-yaş 

tökür! 


Gül  çağı,  bahar  vaxtı,  tamaşa  və  şadlıq 

zamanıdır. 

Qalx, çay kənarında mey məclisi qur, ney çal! 



77 

 

Vazeh yar qapısından gələn nəsimi duyunca  



torpaqdan 

baş 


qaldırar, 

Bəli, eşq ilə həlak olan məşuq ətrilə həyat tapar. 

 

QƏZƏL 

 

Şahede xərgğhneşin zolf ze rox kərd baz, 



Nure həqiqət padid əz zolemate məcaz. 

Dide bedidare dust, dəst dər ağuşe yar, 

Eşq əz an su niyaz, hosn əz an suy naz. 

Sədre hərime qəbul dər xore hər xam nist. 

Pəs denişin, şəmvar sər bekəş əz suz-o saz. 

Torbəte Məhmud ra ruze cəza in nedast: 

“Hacəte ferdos nist koşteye tiğe Əyaz” 

Vazehe avare ra bange cərəs, - sovte zağ, 

Paye tələb dər bemand, mənzele məqsəd deraz. 

(Sətri tərcümə) 

 

Çadırda oturan gözəl saçlarını üzündən yığdı, 



Məcaz zülmətindən həqiqət nuru parladı. 

Göz dost gözündə, əl yar qoynunda qərar tutdu. 

Eşq bir tərəfdən, hüsn o biri tərəfdən  



78 

 

nazü-niyaza başladılar. 



Onun qəbul otağına yol tapmaq hər xam adamın  

işi deyil. 

Indi ki belədir, otur, şam kimi alış, yan və döz. 

Mahmud türbətindən cəza günü bu nida qopar: 

“Əyaz qılıncı ilə ölmüşə cənnət nə lazım?” 

İstək kəhəri yarı yolda, məqsəd mənzili  

uzaqlarda qaldı. 

İndi qarğa sədaları avarə Vazeh üçün cərəs  

sədaları yerini tutubdur. 

 

*** 



Ta key del on delaram zin del rəmide darəd, 

Vəz dustane bidel, del arəmide darəd? 

 

(Sətri tərcümə) 

 

Havaxta qədər o, gözəl könlünü məndən  



ürkmüş saxlayacaq, 

Havaxta qədər o, sevən aşiqinə laqeyd qalacaq?! 

 

RÜBAİ 

 



79 

 

Gər mərdi ze ma zəni darəd dust,  



Yarist neku-bo eybəş nə nekust. 

Əmma, ze çe ruy çon zəni mərdi xast, 

Dər çeşme cahan pəlid-o bəd siyreyi ust. 

 

(Sətri tərcümə) 



 

Bizlərdən bir kişi bir qadını sevsə, 

O, gözəl bir dost sayılar və ona nöqsan tutmaq 

 yaxşı görünməz 

Bəs nə üçün qadın bir kişini sevsə, 

Dünyanın gözünə xar və pozğun görünər?! 

 

RÜBAİ 

 

Can-o təne mən fədaye yek buseye yar, 



Amal-o xəyale mən, bər u bad nesar. 

Aşeq mənəm-o be eşqe u dər ğəm-o dərd, 

Şeyda mənəm-o be hecre u zar-o nezar. 

 

(Sətri tərcümə) 



 

Mənim canım və qəlbim yarın bir busəsinə fəda, 




80 

 

Mənim arzu və amalım ona fəda olsun. 



Mən 

aşiqəm, 


onun 

eşqilə 


qəmə, 

dərdə 


düşmüşəm, 

Mən şeyda bülbüləm, onun hicrilə belə  

ağlar olmuşam. 

 

RÜBAİ 

 

Ləb bər ləbe bordənəş, vəh, çe xoş əst! 

Cam əz peye cam xordənəş, vəh, çe xoş əst! 

Ziba sənəmi, poste ləbi, şirin quy, 

Ənbər bare xod foşordənəş, vəh, çe xoş əst! 

 

(Sətri tərcümə) 

Yarla dodaq-dodağa durmaq, ah nə xoşdur! 

Onunla qədəh ardınca qədəh doldurmaq,  

ah, nə xoşdur! 

Püstə dodaqlı, şirin sözlü, gözəl bir sənəmi 

Alıb ağuşa sıxmaq, ah, nə xoşdur! 

 

 



 

 



81 

 

 



HƏSB-HAL 

 

Məhs nosəfərəm! 

Rəfti ze nəzər, dide ze del əşk rəvan kərd, 

Rəsmist peye  nosəfəran ab feşan kərd. 

Vəlleyli iza yəğşa! Həlake aşeq şəbe fəraq əst, 

Vənnəhari iza təcalla! Sərmayeye omr ruze vesal. 



(Sətri tərcümə) 

Hicran gecəsin məhnətini gəl görə kafir. 

Şək yoxdu ki, inkar eləməz ruzi-qiyamət. 

Gər zahidi-xüdbin bilə zövqini vüsalın, 

Cənnət tələbindən nə bulur ğeyri nidamət! 

**** 


Vədaye  dustan  rəsmist  qədim  və  ətvare  yaran 

xolqist kərim, pəs əz çe cəhət an mobəddəl be laf 

şod və in  

motəğəyyer be xelaf. 

Ey şohreye şəhr, əz çe şodi şəhr-beşəhri? 

Kəl bədri iza sirtə fəsirtə kəhilali. 

Dur əz to əgər dide çenin xune çegər rixt 

Ma tünzürü qəd vəchəkə illa bexeyali. 




82 

 

Kodam xake rah betəqbile gərde ləl səməndət sər 



be  çərxe  bərinəst  və  kodamin  sərmənzel  ze 

nəsime  


torreye meşqinət rəşge səhraye  Çin. 

Dər xaneye zin celvekonan, ərdəbəcuyan, 

Hər ca ke, bedin şəkl-o şəmayel bexorami,, 

Ər rəşğ şəvəd çərxe bərin həlqebequşət. 

Vəz eçz nəhəd rəh be cəbin dağe ğolami. 

(Sətri tərcümə) 

Bu məsəl qələtdir ki, deyərlər gözdən gedən  

könüldən gedər. 

Madam ki, gözdəydin, gözdə idin. 

Indi ki, gözdən getdin, könüldəsən. 

Göz ağlar kim, səni görməz, könül xüd səndən  

ayrılmaz, 

Məgər, cismi-lətifin nazəninim, sərbəsər candır? 

**** 

Hər  ca  ke,  eşraqate  qəlbist,  çe    doa,  çe  salam  və 



anca ke baride məhəbbətəst çe qased, çe pəyam? 

Sədre hərəme vəsle to ra rahe səba ku? 

Yaraye qozəştən nəkonəd peyke xəyaləm. 

 

(Sətri tərcümə) 




83 

 

 



Tərkibi-vicudum iqtiyazi-vüsali-mehrinlədir və  

Ədəm imkanım qibleyi-fəraqi-qəhrinlə. 

Məni eşqin oduna yandırdın, 

Çünki gördün yanıram, yan durdun. 

 

**** 


Baz ay, baz ay, ke, bi to dide ra nur nist və del ra  

sürur ney. 

Nə çareye xende, nə məcale qoftar, 

Nə zəhreye neşəst, nə yaraye rəftar, 

Nə qodrate səbr, nə qovvəte ah, 

Can dər kəf-o çeşm bər rah. 

Baz ay, baz ay, xorşide tələtət benəma,  

pərde əz cəma! 

Beqoşa, məclese hərifan biyara.  

Çe caye qətən əydihin? 

Dəst əz toronc əcəb nist nşenaxtən boridən, 

Dər tare hər kəməndət səd sərboride dari! 

 

 

 

 



84 

 

HƏSB-HAL 



 

(Tərcümə) 

 

Yeni səfərə çıxan ayım! 



Sən mənim nəzərlərimdən uzaqlaşarkən, 

gözlərim bağrımdan yaş axıtdı. 

Bu bir rəsmidir, qaydadır, səfərə  

çıxanların dalınca su səpərlər. 

Ah, o zaman ki, gecə zülmət çökür!  

Aşiqin həlakı bu ayrılıq gecəsindədir.  

Ah, o zaman ki, gündüz cilvələnir!  

Ömür səadəti bu vüsal gündüzündədir.  

Hicran gecəsin möhnətini gər görə kafir,  

Şək yoxdu ki, inkar eləməz ruzi-qiyamət.  

Gər zahidi xudbin bilə zövqini vüsalın.  

Cənnət tələbidən nə bulur qeyri-indamət?  

Dostların ayrılıq zamanı bir-birilə vidalaşması  

Bir  rəsmdir  qədim,  məşuq  ətvari  bir  adətdir 

kərim.  

Bəs nə üçün o laf oldu bu xilaf?  

Ey şəhərin məşhur gözəli, nə üçün  

Şəhərdən şəhərə üz tutdun.  




85 

 

O bədirlənmiş ay kimi dolanıb  



(uzaqlaşıb) hilalə döndün?  

Səndən  uzağa  düşəndən  bəri  göz  beləcə  ciyər 

qanı axıdır.  

Sənin üzünü doğrudan da, xəyaldan başqa qeyri 

yerdə görmək olmazmış!  

Hansı yolun torpağı sənin al kəhərinin ayaq tozu 

sayəsində  uca  fələyə  qalxmışdır,  hansı  yol 

ayrıcına  müşk  qoxuyan  tellərinin  ətri  üçün  Çin 

səhrası paxıllıq etməyə başlamışdır?  

 

**** 



Sən yəhər üstündə bu cilvələnən gözəlliyin,  

bu vüqarınla, 

Bu şəklü şəmayillə haraya ayaq qoysan, 

Uca   fələk   həsədindən   sənin   qulağı  

sırğalı qulamın olar, 

Yer isə, itaətindən öz alnına nökərçilik  

damğası vurar. 

Bu məsəl qələtdir ki, deyərlər gözdən gedən  

könüldən gedər.  

Madam ki, gözdəydin, gözdə idin.  

İndi ki, gözdən getdin, könüldəsən. 



86 

 

Göz çox ağlar kim, səni görməz, könül  



xüd səndən ayrılmaz, 

Məgər cismi-lətifin nazəninim, sərbəsər candır? 

Orda ki, könül aydınlığı var, nə dua, nə səlam.  

Orda  ki,  məhəbbət  peyki  var,  nə  qasid,  nə 

pəyam! 

Sənin vəsl otağına səba necə yol tapa bilər ki,  



Oraya keçmək üçün mənim xəyal qasidim  

belə acizdir! 

Tərkibi-vicudum  iqtizayi-vüsali-mehrinlədir  və 

ədəm imkanım qibleyi-fəraqi-qəhrinlə. 

Məni eşqin oduna yandırdın, 

Çünki gördün yanıram, yan durdun. 

Qayıt, qayıt ki, sənsiz nə gözdə nur, nə könüldə  

süur var. 

Nə gülməyə bir həvəsim, nə söhbətə meylim 

Nə  oturmağa  qərarım,  nə  getməyə  taqətim 

qalmış. 

Nə səbr etmək qüdrətim, nə ah çəkmək  

qüvvətim var 

Canım dodağında, gözüm yollardadır. 

Qayıt, qayıt öz günəş camalını göstər,  



87 

 

Üzündəki  pərdəni  at,    aşiqlər  məclisini 



ziynətləndir. 

 Nə əlini kəsmək yeridir? 

Əllə turuncu bir-birindən seçməyib 

kəsmək təəccüblü bir şey deyil, 

Sənin 

kəməndinin 



hər 

bir 


telində 

yüz 


başıkəsilmiş  

qərar tutmuşdur. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 


88 

 

MÜNDƏRİCAT 



 

Tərcüməçidən............................................ 

 

Mirzə Şəfi Vazeh....................................... 



 

ALMAN DILINDƏN TƏRCÜMƏLƏR 

 

Məhəbbət təranələri.................................. 



 

Züleyxa..................................................... 

 

Köhnə məhəbbət........................................ 



 

Hikmətli sözlər, zəmanədən 

şikayət və etirazlar.................................... 

 

 



İbn Yəmin.................................................. 

 

Sərv ağacı.................................................. 



 

Şah Abbas.................................................. 

 

Şah manifest yazdı əliylə bir 



gün………... 

 

ORİJİNAL ŞEİRLƏR 



 

Azərbaycanca şeirlər 

 

Qəzəl.......................................................... 



 

Müxəmməs................................................ 

 

Mirzə Şəfi Vazehlə Naci və Nasehin 



 


89 

 

müsairəsi................................................... 



 

Farsca şeirlər 

 

Qəzəllər......................................................... 



 

Rübailər......................................................... 



 

Həsb-hal...................................................... 



 

 

Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə