Mirzə Şəfi Nəğmələri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə2/10
tarix23.08.2018
ölçüsü0,89 Mb.
#63875
1   2   3   4   5   6   7   8   9   10

 

Bu  bizi,  heç  də  geniş  oxucu  kütləsini 



Mirzə Şəfinin irsi ilə tanış etmək arzusundan 

çəkindirməməlidir. 

Oxucularımız 

nəzəri 


kitablardan 

Bodenştedtin 

plagiatorluğu 

haqqında  kifayət  qədər  inandırıcı  məlumat 

almışlar.  Lakin  Bodenştedtin  öz  adına 

çıxarmaq  istədiyi  şeirlər  indiyə  kimi  bir  küll 

halında şairin ana dilinə tərcümə olunub nəşr 

edilməmişdir. 

Bizcə, şeirlərin ana dilindən tərcüməsini 

bu  cəhətdən  gələcəkdə  də  (hələlik  orijinal 

şeirlərin özü tapılana qədər) davam etdirmək 

lazım gələcəkdir. 

Şeirləri  almancadan  tərcümə  edərkən 

biz o dövrün Şərq şeri üslubuna xas ibarə və 

təşbehlərdən,  ərəb,  fars  tərkiblərindən  və 

sairədən  istifadə  edib  oxucuda  illüziya 

yaratmaq  yolu  ilə  ğetmək  istəmədik.  Lakin 

Mirzə 


Şəfini 

üslub 


nöqteyi-nəzərindən 

müasirləşdirmək fikrindən də uzağıq. 




 

Oxucu  bu  kitabçadakı  şeirlərin  alman 



dilindən tərcümə olunduğunu bilir.  

Şairin  əlimizdə  olan  və  həmin  kitabda 

verilən  Azərbaycan,  fars  dillərindəkibir  neçə 

şeiri,  qəzəl  və  müxəmməsi,  rübai  və  beytləri 

isə  onun  üslubunun  aparıcı  meyli  haqqında 

tam təsəvvür yaratmaq üçün azdır. 

Şübhəsiz,  tərcümə  etdiyimiz  şeirlərin 

gələcəkdə  əsli  tapıldıqda,  bunlar  orijinala 

nisbətən solğun görünəcəkdir. 

Bizim  tərcümələr  yəqin  ki,  müəyyən 

qüsurlardan daazad deyildir. Biz öz xeyirxah 

məsləhətləri  və  ağıllı  tənqidi  qeydləri  ilə 

işimizə 

kömək 


edəcək 

 

şeirsevərlərə 



qabaqcadan  təşəkkür  edirik.  Qoy  bu  kiçik 

təşəbbüs böyük şairimizin irsini əməli şəkildə 

aşkara  çıxarmaq  sahəsində  çoxdan  bəri 

dayanmış axtarışları canlandırmağa və sükut 

buzunu qırmağa kömək etsin. 

 

 




10 

 

MİRZƏ ŞƏFİ VAZEH 

 

Mirzə  Şəfi  Vazeh  təqribən  1792-ci  ildə 



Gəncədə  doğulmuşdur.  Mirzə  Şəfinin  atası 

Kərbəlayi  Sadıq  1804-cü  ilə  qədər  Gəncə 

xanının  memarı  olmuşdur.  1804-cü  ildə 

Sisianovun  komandanlıq  etdiyi  çar  ordusu 

Gəncə  şəhərini  işğal  etdikdən  sonra  Gəncə 

xanlığına son qoyuldu. Bu, xanın tikinti işləri 

ilə  məşğul  olan  Kərbəlayi  Sadığı  yeganə    və 

son  gəlir  mənbəyindən  məhrum  etdi,  onun 

maddi vəziyyətinə ciddi təsir göstərdi. 

Kərbəlayi Sadığın iki oğlu var idi. Böyük 

oğlunun  adı  Əbdüləli,  kiçiyinkinin  isə  Şəfi 

idi.  Atası  Əbdüləlinin  öz  sənətini  davam 

etdirmək  üçün  şagirdliyə  vermiş,  Şəfini  isə 

gələcəkdə  ruhani  rütbəsi  almaq  məqsədi  ilə 

Gəncə mədrəsəsinə qoymuşdu. 

Şəfi  mədrəsədə  ərəb,  fars  dillərini  və 

şəriyyət  elmlərini  öyrənməklə  bərabər,  o 

vaxtlar  geniş  yayılmış  olan  Şərq  poeziyası 




11 

 

nümunələri  ilə  də  tanış  olur.  Şəfi  hüsnxətt 



dərslərinə  xüsusi  maraq  göstərir.  Şəfi  hələ 

məktəbdə oxuduğu zaman atası vəfat edir. 

Dövrünün  mədəni  adamlarından  olan 

Hacı 


Abdullanın 

Təbrizdən 

Gəncəyə 

qayıtması  və  gənc  Şəfini  öz  himayəsi  altına 

alması  gələcək şairin inkişafına  mühüm  təsir 

göstərir.  Gəncənin  molla  və  axundları  Hacı 

Abdullaya  düşmən  münasibət  bəsləyirdilər. 

Çünki  Hacı  Abdulla  onlarla  münaqişəyə 

girişir, 

dini 


baxış 

və 


uydurmalarının 

cəfəngiyyat olduğunu göstərirdi. Təlim aldığı 

mollalara  qarşı  çox  soyuq  və  etinasız  olan 

gənc  Şəfi,  onu  himayəsinə  götürən  Hacı 

Abdullaya  dərin  məhəbbət  bəsləyirdi.  Hacı 

Abdulla  isə  gələcək  mütəfəkkir  və  şairdə 

elmə,  mədəniyyətə  böyük  həvəs  oyadırdı. 

Bütün  bunlar  mollaların  diqqətini  cəlb 

etməyə  bilməzdi.  Şəfi,  nəhayət  bir  gün 

gözünü  açıb  özünü  mədrəsədən  kənarda 

gördü. 



12 

 

Hacı  Abdullanın  məsləhəti  ilə  Şəfi 



məğlub  olmuş  Cavad  xanın  qızı  Püstə 

xanımın  yanında  binagüzarlıq  və  yazı-pozu 

işlərini  idarə  etmək  üçün  qulluğa  götürülür. 

Bu zamandan Şəfi Mirzə Şəfi deyə tanınır. 

1826-cı  ildə  İranla  Rusiya  arasında 

müharibə başlayır. 

İranlılar  Gəncəni  işğal  edirlər.  Cavad 

xanın  oğlu  Uğurlu  xanın  itaətinə  verilən 

Gəncə  şəhərində  onlar  ancaq  üç  ay  qala 

bilirlər. 

İranlıların 

Şəmkir 


altında 

məğlubiyyəti 

və 

Gəncədən 



sıxışdırılıb 

çıxarılmasından  sonra  Uğurlu  xan  bacısı 

Püstə xanımı götürüb İrana qaçır. 

Beləliklə,  Mirzə  Şəfi  yenidən  məscidə 

qayıdır, hücrələrin birində müxtəlif kitabların 

üzünü  köçürməklə  məşğul  olur  ki,  birtəhər 

güzəran keçirsin. Mirzə Şəfinin vəziyyəti ona 

bu  vaxta  qədər  köməklik  edən  Hacı 

Abdullanın  1831-ci ildə  vəfat etməsi ilə  daha 

da çətinləşir. Onsuz da az gəlir gətirən gözəl 




13 

 

dəst-xətti  tezliklə  ona  gərəksiz  olur.  İranda 



artıq  litoqrafiyadan  istifadə  olunduğu  üçün 

kitabları  əl  ilə  köçürməyə  daha  ehtiyac 

qalmırdı. 

Mirzə  Şəfi  ərəb  və  fars  dillərində  fərdi 

dərs verməklə dolanmağa məcbur olur. 

Otuzuncu illərin əvvəllərində Mirzə Şəfi 

gənc  Mirzə  Fətəli  Axundov  ilə  tanış  olur  və 

ona  öz  görüşləri  ilə  ciddi,  xeyirxah  təsir 

göstərir.  Özünün  mənəvi  həyatında  böyük 

təbəddülat  yaradan  bu  həyəcanlı  görüşləri 

haqqında  Mirzə  Fətəli  Axundov  ətraflı  bəhs 

etmişdir. 

Böyük  mütəfəkkir  öz  tərcümeyi-halında 

yazır:  “Gəncə  məscidinin  hücrələrindən 

birində bu vilayət əhalisindən Mirzə Şəfi adlı 

birisi 


yaşayırdı. 

Bu 


adam 

növbənöv 

elmlərdən  başqa,  nəstəliq  yazısını  da  çox 

yaxşı yazırdı. 

Bu  həmin  Mirzə  Şəfidir  ki,  Almaniya 

məmləkətində  onun  həyatı  və  farsca  şeirdə 




Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə