Mirzə Şəfi Nəğmələri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə3/10
tarix23.08.2018
ölçüsü0,89 Mb.
#63875
1   2   3   4   5   6   7   8   9   10

14 

 

malik  olduğu  fəziləti  haqqında  məlumat 



yazılıbdır.  Mən  atalığımın  buyruğu  üzrə  hər 

gün bu şəxsin yanına gedib nəstəliq yazısının 

məşqini  edirdim.  Belə  ki,  get-gedə  mənimlə 

bu  möhtərəm  şəxsin  arasında  ülfət  və 

ünsiyyət  hasil  oldu.  Bir  gün  bu  möhtərəm 

şəxs  məndən  soruşdu:  “Mirzə  Fətəli,  elmləri 

təhsil  etməkdə  məqsədin  nədir?”  Cavab 

verdim ki, ruhani olmaq istəyirəm. 

Dedi:  “Sən  də  onlar  kimi  riyakar  və 

şarlatanmı  olmaq  istəyirsən?”.  Təəccüb  və 

heyrət etdim ki, bu nə sözdür. 

Mirzə  Şəfi  mənim  halıma  baxıb  dedi: 

“Mirzə  Fətəli,  öz  həyatını  bu  qaragüruhun 

içərisində  puç  etmə,  başqa  bir  məşğuliyyət 

qəbul et!” 

Onun ruhaniyə nifrət etməsinin səbəbini 

soruşduqda, o günəqədər mənim üçün örtülü 

qalan  mətləbləri  açmağa  başladı.  Atalığımın 

Həccdən qayıtmasına qədər Mirzə Şəfi bütün 

mətalibi-irfaniyyəni  mənə  təlqin  etdi  və 




15 

 

gözümün 



qabağından 

qəflət 


pərdəsini 

qaldırdı”. 

Göründüyü  kimi,  məhz  Mirzə  Şəfinin 

təsiri 


ilə 

M.F.Axundov 

ruhani 

olmaq 


məqsədindən  imtina  etmiş  və  1832-ci  ildə 

Nuxa (Şəki) qəza məktəbinə daxil olmuşdur. 

1840-cı  ildə  M.F.Axundov  Tiflis  qəza 

məktəbində  Şərq  dilləri  üzrə  müəllim 

işləyirdi.  Həmin  il  o,  bu  vəzifədən  çıxarkən 

öz yerinə Mirzə Şəfini məsləhət görmüşdür. 

Qəza 

məktəbinin 



Azərbaycan 

dili 


müəllimi  vəzifəsini  tutmaq  üçün  xüsusi 

imtahan  verdikdən  sonra  Mirzə  Şəfi  bu 

vəzifəyə  qəbul  edilmiş,  uzun  zaman  Tiflisdə 

yaşamışdır. 

Mirzə  Şəfi  qəza  məktəbində  işləməklə 

yanaşı,  fərdi  dərs  verməklə  də  məşğul  idi. 

Artıq 

Gəncə 


molla 

ruhanilərinin 

hücumundan 

uzaq 


olan 

şair 


burada 

dövrünün  qabaqcıl  adamları  ilə  daha 

yaxından  tanış  olmaq  imkanı  əldə  edir.  O, 



16 

 

Axundov,  Bakıxanov,  Budaqov  və  başqaları 



ilə  yaxın  dostluq  əlaqəsinə  girir.  Mirzə  Şəfi 

alman  səyyahı,  rus  və  Şərq  poeziyasının 

tərcüməçisi  Fridrix  Bodenştedtlə  Tiflisdə 

görüşmüşdür. 

Bodenştedt  Tiflisdə  ikən  Azərbaycan  və 

fars  dillərini  öyrənməyə  başlamışdı.  Mirzə 

Şəfi dərs zamanı ona Firdovsi, Xəyyam, Sədi, 

Hafiz və Füzulinin şeirlərindən oxuyar, daha 

çox öz şeirlərini yazdırardı. 

Bodenştedt yazır: “Həftədə üç dəfə dərs 

keçirdik,  dərsdə  həmçinin  Mirzə  Şəfinin 

digər  tələbələri  iştirak  edirdilər.  Axırda 

“Divan”  başlandı.  Mirzə  Şəfi  öz  nəğmələrini 

oxuyur 


və 

bizə 


izah 

edirdi.  Həmin 

nəğmələrin çox böyük bir hissəsi, demək olar 

ki, mənim gözlərimin önündə yaranmışdır”. 

Bir  dəfə  “Divani-hikmətdən”  sonra 

bağda  Mirzə  Şəfi  ilə  gəzməyə  çıxan 

Bodenştedt onun bədahətən şeir söyləməsinə 

öz  təəccübünü  bildirib  deyir:  “Ey  mənim 




17 

 

müdrik  müəllimim,  necə  olur  ki,  sən  öz 



nəğmələrini  bu  qədər  tez  qoşursan?  Mirzə 

Şəfi  ordaca  topladığı  güllərdən  bir  dəstə 

bağlayıb, Bodenştedtə verir və deyir: “Budur, 

bax,  bu  gül  dəstəsini  mən  bir  an  içində 

düzəltdim.Halbuki, bu güllər bir anda əmələ 

gəlib  açılmamışdır,  mənim  şeirlərim  də 

bunun kimi”. 

Bodenştedt  yazır  ki,  mən  səyahətdən 

qayıtdıqdan  sonra  Mirzə  Şəfi  özünün  şeirlər 

külliyyatını mənə bağışladı. 

O, 

Tiflisdən 



gedərkən 

apardığı 

dəftərlərdən bəhs edərək bunu da göstərir ki, 

həmin  dəftərlər  şairin  tatar  (Azərbaycan)  və 

fars  dillərində  yazdığı  nəğmələrdən  ibarət 

idi. 


XX 

əsr 


rus 

və 


Azərbaycan 

ədəbiyyatşünaslığında  müəyyən  edilmişdir 

ki, 

Almaniyada 



Bodenştedt 

tərəfindən 

“Mirzə  Şəfi  nəğmələri”  və  “Mirzə  Şəfi 

irsindən”  adlı  kitablarda  dərc  edilən  və  XIX 




18 

 

əsrin 70-ci illərində Mirzə Şəfinin ölümündən 



sonra  Bodenştedtin  öz  adına  çıxmaq  istədiyi 

şeirlərin demək olar ki, tam əksəriyyəti Mirzə 

Şəfiyə  məxsusdur.  Qeyd  etmək  lazımdır  ki, 

Mirzə  Şəfi  haqqında  həqiqətin  meydana 

çıxarılması, onun bədii yaradıcılığının təhlili, 

ictimai-fəlsəfi 

fikirlərinin 

öyrənilməsi 

sahəsində 

ədəbiyyatşünaslardan 

Ə.Ə.Seyidzadə,  S.Mümtaz,  E.Enikolopov, 

professorlarımızdan  M.Rəfili,  F.Qasımzadə, 

H.Hüseynov,  M.Qasımov  və  akademik 

A.Makovelskinin 

xüsusi 

xidmətləri 



olmuşdur. 

“Mirzə  Şəfi  nəğmələri”  Almaniyada  ilk 

çapı  böyük  müvəffəqiyyətlə  qarşılanmışdır. 

İlk  dəfə  1851-ci  ildə  nəşr  edilən  həmin 

şeirlərin 1893-cü il 145-ci, 1924-cü ildə isə 170-

ci nəşri çapdan çıxmışdı. İndiyə qədər həmin 

kitab 300 dəfədən artıq təkrar nəşr edilmişdir. 

“Mirzə  Şəfi  nəğmələri”  fransız,  ingilis, 

italyan,  isveç,  holland,  Danimarka,  ispan, 



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə