Mirzə Şəfi Nəğmələri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə4/10
tarix23.08.2018
ölçüsü0,89 Mb.
#63875
1   2   3   4   5   6   7   8   9   10

19 

 

portuqal, rus, çex, macar, yəhudi vəs. dillərdə 



dəfələrlə  çap  olunub  geniş  yayılmışdır. 

Buradan  da  Bodenştedtin  özünü  bu  şeirlərin 

tərcüməçisi  kimi  deyil,  müəllifi  kimi  qələmə 

verməsinin səbəbi aydındır. 

Bodenştedt  1847-ci  ildə  Tiflisi  tərk  edir. 

Bundan  bir  il  sonra,  yəni  1848-ci  ildə  Mirzə 

Şəfi Tiflisdən köçüb Gəncəyə gəlir. O, burada 

qəza  məktəbində  Azərbaycan  dili  müəllimi 

vəzifəsində  işləyir. Lakin Mirzə Şəfi iki ildən 

sonra 


yenidən 

Tiflisə 


qayıdır, 

Tiflis 


gimnaziyasında 

Azərbaycan 

və 

fars 


dillərindən  dərs  deyir.  Ölümündən  bir  az 

əvvəl  Mirzə  Şəfi  həmin  gimnaziyanın 

müəllimi İ.İ.Qriqoryevlə birlikdə Azərbaycan 

dilini 


öyrənənlər 

üçün 


dərslik 

yazıb 


hazırlamışdır. 

Mirzə Şəfi 1852-ci ildə vəfat etmişdir. O, 

professor  M.Rəfilinin  yazdığı  kimi,  “...tənha, 

unudulmuş,  soyulub  talan  edilmiş  bir  halda 

vəfat  etdi.  Lakin,  onun  bəzi  şeirləri  xalqın 



20 

 

hafizəsində,  həmçinin  əlyazmaları  şəklində 



qalaraq,  Avropa  dillərinə  tərcümə  edilərək 

şairə dünya şöhrəti qazandırdı”. 

Mirzə  Şəfinin  ədəbi  yaradıcılığını,  onun 

ictimai-siyasi  və  fəlsəfi  görüşlərindən  ayrı 

təsəvvür etmək olmaz. 

Şairin  ictimai-fəlsəfi  görüşlərinin  onun 

bədii  yaradıcılığında  nə  qədər  kəskin  ifadə 

olunduğunu  təsəvvür  etmək  üçün  əldə  olan 

iki  misralı  orijinal  bir  şeirini  misal  çəkmək 

kifayətdir.  Bu  şeirdə  şairin  din  və  din 

xadimlərinin  iç  üzünü  böyük  bir  məharət  və 

cəsarətlə açıb ifşa etməsinə heyran qalmamaq 

olmur. O, üzünü mollalara tutub deyir: 

 

Min ev yıxıb, tikirsiniz bir boş minarə



Ərşə çıxıb qonaq gedin Pərvərdigarə! 

 

Mirzə  Şəfinin  vaxtı  ilə  ədəbiyyatşünas 



Salman  Mümtaz  tərəfindən  əldə  edilən 

orijinal  şeirlərinin  əsas  hissəsini  məhəbbət 




21 

 

lirikası  təşkil  edir.  Mirzə  Şəfinin  əldə  olan 



qəzəl, müxəmməs və rübailəri onun nə qədər 

zəngin  yaradıcılıq  təcrübəsinə  və  yüksək 

istedada  malik  olduğunu  göstərir.  Bu  şeirlər 

klassik  poeziyanın  ən  gözəl  nümunələri 

hesab  oluna  bilər.  Lakin  bunlar  şairin 

məhəbbət 

lirikası, 

dil 


və 

üslub 


xüsusiyyətlərinin  bəzi  mühüm  cəhətləri 

haqqında  müəyyən  təsəvvür  yaratmağa 

kömək etsə də, ümumi dünyagörüşü, ictimai-

siyasi  və  fəlsəfi  əqidəsini  aydınlaşdırmaq 

üçün zəngin məlumat verir. 

Buna 


görə 

də 


həmin 

məsələləri 

aydınlaşdır-maq  məqsədilə  “Mirzə  Şəfi 

nəğmələri” və xüsusən “Mirzə Şəfi  irsindən” 

adlı  kitablara  müraciət  etmək  lazımdır. 

Bodenştedtin tərcümə zamanı şairin şeirlərini 

bəzən  forma  və  ya  məzmun  cəhətdən  nə 

qədər  təhrif  etmiş  olduğunu  nəzərdə  tutsaq 

belə, biz bu şeirlərə müraciət etməli olacağıq. 

Mirzə 


Şəfinin 

müəlliflik 

hüququnu 



22 

 

sonralarinkar  edən  Bodenştedt,  özü  də 



boynuna alırdı ki, həmin şeirlərdə şərh edilən 

fikirlər bütünlüklə Mirzə Şəfiyə məxsusdur. 

Mirzə  Şəfinin  bu  əsərlərində  feodal 

quruluşunun  mənfi  cəhətlərinin  kəskin 

tənqidi mühüm yer tutur. O öz əsrinin bir çox 

demokratik ruhlu mütəfəkkir şairləri kimi bu 

tənqidi əxlaq və etika mövqeyindən edir. 

Xoşbəxtliyə  can  atmaq  təşəbbüsü  – 

Mirzə  Şəfi  şeirlərində  irəli  sürülən  etik 

fikirlərin 

əsas 

amilidir. 



Şairin 

diqqət 


mərkəzində  duran  yalnız  insandır  –  bütün 

iztirab  və  sevinci,  xoşbəxtlik  və  bədbəxtliyi, 

məhəbbət  və  nifrəti  ilə  birlikdə  götürülən 

insan.  Xoşbəxtlik  uzaqda  deyil.Lakin  onu 

görmək,  əldə  etmək  lazımdır!  Dindar 

fırıldaqçılar  isə,  var  qüvvələri  ilə  buna 

maneçilik  törədir.  Çünki  onlar  yaxşı  bilirlər 

ki,  xoşbəxtliyə  çatan  kəs  onların  məscidinə 

ayaq  basmaz.  Şair  göstərir  ki,  xalqın  böyük 

bir  kütləsi  savadsızdır.  Buna  görə  də  onların 




23 

 

gözünü  açmaq  lazımdır.Xalq  ancaq  öz 



bədbəxtliyini 

dərk 


etdikdən 

sonra 


bədbəxtlikdən xilas olmaq uğrunda mübarizə 

apara bilər. 

Mirzə Şəfiyə görə, bu sahədə əsas vasitə 

xalqı maarifləndirməkdir. 

Bu  işdə  Mirzə  Şəfi  poeziyasının  ictimai 

rolunu 


unudan, 

qulağı 


oxşayan 

boş, 


məzmunsuz  qafiyəpərdazlıqla  məşğul  olan, 

ömrü  boyu  güldən,  bülbüldən,  hicran  və 

vüsaldan,  günəşdən  və  aydan,  cənnət  və 

cəhənnəmdən  “mızıldayan”  şairləri  lağa 

qoyur: 

“Sizin tutduğunuz bu yol asandır. Fəqət 



axmaqlarçün  “ürəkaçandır”. 

 

Şeriniz ürəyi gətirməz cuşa



Qanan kəslər üçün bəladır başa! 

 

Mirzə  Şəfi  şeirlərində,  eyni  zamanda 



həyatdan zövq almağa çağırır. Lakin bu onun 


24 

 

əxlaqi  görüşlərinin  yeganə  məğzini  təşkil 



etmir.  Şair  özünün  maarifçilik  ideyalarında 

insanı  mənən,  ruhən  təmizləyən  məhsuldar 

əməyin  roluna  da  böyük  əhəmiyyət  verir. 

Mirzə  Şəfi  əməyə,  əsasən  əxlaqi  bir 

kateqoriya kimi baxır. 

Məhəbbətə  himn,  onun  şeirlərində 

əməyə  himnlə  ahəngdar  bir  şəkildə  səslənir. 

Şair insan əməyinə müraciət edərək deyir: 

 

Ey bəşərin xilasına edilən kömək



Ey göylərin ilk töhfəsi sevimli mələk! 

Sənə xidmət edənlərə təsəllisən sən

Müdriklərin ilk arzusu, ilk istəyisən. 

 

**** 



Ancaq nadan çətin işdən qaçar asana

Məhv  olardım  dirənmədən  min  yol 

əsana! 

Ey göylərin ilk vergisi!... İnan ki, sənə 



Daim sadiq qalasıyam gedincə sinə. 


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə