Mirzə Şəfi Nəğmələri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə5/10
tarix23.08.2018
ölçüsü0,89 Mb.
#63875
1   2   3   4   5   6   7   8   9   10

25 

 

 



“Başa  bəla  gətirən  həqiqətdən  ürək 

sevindirən  yalan  min  dəfə  yaxşıdır”  -  deyən 

Bodenştedtdən  fərqli  olaraq,  Mirzə  Şəfi  öz  

şeirlərində  həqiqət  və  doğruluğun  tərəfində 

durur.  O  deyir  ki,  həqiqəti  müdafiə  etmək 

çətin olsa da,  onu müdafiə etmək lazımdır. 

 

Qoy sən həqiqəti söyləyən zaman



Qopsun min təhlükə, qopsun min tufan. 

Gəl baxma bunlara, ey Mirzə Şəfi

Uca tut daima arı, şərəfi! 

 

Mirzə  Şəfiyə  görə,    həqiqəti  ifadə 



etməyin ən yaxşı yolu şeirdir. Şeirlə  həqiqət, 

həqiqətlə şeir qardaşdır. 

 

Qəlbimin, ruhumun qanadıyla mən, 



Çıxdım aydınlığa zülmət gecədən. 

Gördüm şeriyyətlə həqiqətimi, 

Tapdım həqiqətlə şeriyyətimi. 



26 

 

 



Qadın  azadlığı  məsələsi  Mirzə  Şəfi 

poeziyasında  xüsusi  yer  tutur.  Şair  deyir  ki,  

Şərq  gözəlinin  qara  çadra  altında  gizlənən 

üzündən 


çadranı 

atması 


lazımdır 

ki, 


bəşəriyyət  həyatın  ən  gözəl  nemətlərinin 

birindən  məhrum  olmasın.  Bu  cəhətdən 

“Tulla çadranı” şeiri xarakterdir. 

 

Tulla gəl çadranı... görünsün üzün



Gül də gizlədərmi de, bağda özün? 

Səni qadir Allah, ey incə çiçək

Yaratmış dünyaya verməkçin bəzək. 

De, bunca lətafət, bunca məlahət

Solsun dar qəfəsdə neyçin, nəhayət?! 

 

Şair  yoxsulluğa  dünyada  ən  böyük, 



hətta  ölümdən  də  dəhşətli  bir  hadisə  kimi 

baxır. Mirzə Şəfiyə görə ən ağıllı adamın belə 

qürurunu sındırır, onu elə adamlara tabe edir 

ki,  onların qarşısında boyun əyməkdənsə,  




27 

 

 



 


28 

 

 



 

 



29 

 

 



 

 



30 

 

ölüm 



yaxşıdır. 

Ehtiyac 


şeriyyətin 

düşmənidir. 

Şair 

“yoxsulluq” 



və 

“bədbəxtlik” 

haqqında  danışsa  da,  onlardan  qurtarmağın 

yollarını 

müdriklikdə, 

ağılda, 


insanın 

möhkəm  iradə    və  mənəvi  yüksəkliyində 

görür.  Şair  bəzən  öz  oxucusuna  təsəlli  verir, 

ruhdan  düşməməyə,  gözəl  gələcəyə  ümid 

bəsləməyə  çağırır.  O  deyir  ki,  elə  bir  varlıq 

yoxdur  ki,  əzabdan  azad  olsun.  Lakin  hər 

gecənin  bir  gündüzü  var!  Hər  şeyi  ürəyinə 

salma, çünki hər şey dəyişir. 

Mirzə  Şəfinin  şeirlərində  dini  xurafata 

qarşı mübarizə ideyası mühüm yer tutur. Şair 

göstərir ki, insan bir dəfə dünyaya gəldiyi və 

onun  iki  həyatı  olmadığı  üçün,  o  biri 

dünyaya  ümid  bəsləməməli,  yer  üzündə 

xoşbəxt  olmağa  çalışmalıdır.  Cənnəti  bu 

dünyada  axtarmaq  lazımdır,  xoşbəxtlik 

göylərdə  deyildir  ...  O,  bu  barədə  çoxlu  qısa 

kəlamlar,  aforizmlər  yazır.  Şairin  qənaətinə 



31 

 

görə,  bu  cür  şeirlər  xalqa  asanlıqla  çatır, 



onların  qəlbinə  tez  təsir  edir  və  çox  yaşayır. 

Mirzə Şəfinin hətta ayrı-ayrı din formalarının 

mahiyyətinin  eyniləşdirilməsi  belə,  onun 

düşmənləri  olan  mollaların  xüsusi  nifrətinə 

səbəb olurdu. 

Mirzə  Şəfinin  bədii  yaradıcılığı,  onun 

şeirlərində 

irəli 


sürdüyü 

ictimai-fəlsəfi 

ideyalar  xalqımızın  mədəniyyət  tarixində 

xüsusi  yer  tutur.  Şairin  yaşadığı  dövrdə 

həmin  ideyalar,  bütün  köhnə  cəmiyyətə, 

onun  həyat  tərzi  və  geri  qalmış  görüşlərinə 

qarşı çevrilmişdi. O dövrdə köhnə cəmiyyətə, 

islam  dini  və  şəriət  qaydalarına  qarşı  az 

adam  belə  açıq,  cəsarətlə  çıxış  edə  bilərdi. 

Buna  görə  Mirzə  Şəfi  müəyyən  mənada  tək 

idi. Lakin onun hər halda M.F.Axundov kimi 

bir ardıcılı da var idi. 

Mirzə  Şəfi  öz  ədəbi  fəaliyyəti  ilə 

Azərbaycanda  bütün  sonrakı  ictimai  fikrin 

inkişafına  verdiyi  güclü  təkanın  nəticələrini 



32 

 

görə  bilmədi.  Lakin  onun  ideyaları  getdikcə 



yayıldı. 

M.F.Axundov, 

H.B.Zərdabi, 

S.Ə.Şirvani 

və 

başqa 


ədib 

və 


mütəfəkkirlərimiz  tərəfindən  davam  və 

inkişaf etdirildi. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



33 

 

 



 

 

 

ALMAN DİLİNDƏN 

TƏRCÜMƏLƏR 

 

 

 

 

 

 

 

 

 

 

 


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə