Mirzə Şəfi Nəğmələri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə6/10
tarix23.08.2018
ölçüsü0,89 Mb.
#63875
1   2   3   4   5   6   7   8   9   10

34 

 

 



 

MƏHƏBBƏT TƏRANƏLƏRİ  

 

**** 

Bu kiçik məhəbbət təranələrim,  

Yaranmış ətrindən tər nanələrin.  

Əks-sədasıdır bu səslər, ey dost, 

Eşqin, səadətin və nalələrin...  

 

**** 

Ağlımla qəlbimin özgə yolu var,  

Hər biri bir yolda puç edər məni.  

Birisi sevdadan uzaqlaşdırar,  

O biri sevdaya tuş edər məni.  

 

**** 

Ağlım gecə-gündüz yazıq qəlbimi, 

Daima danlayar, daima söyər. 

Qəlbimsə sevdaya bir həris kimi,  

Daima istəyər, daima sevər.  

 



35 

 

**** 

Şərab məclisində, gül məclisində,  

Dodaq məclisində, dil məclisində, 

Verərkən hurilər şirin busəni,  

Şeytanın lənəti qorxutmur məni.  

 

**** 

 

Günəş işığını yayıb hər yana,  



Min rənglə nur səpir mavi ümmana.  

Onun şöləsindən bərq vuran sular,  

Az qalır alışa, az qalır yana.  

 

**** 

Sənə oxuduğum təranələrin,  

Sonsuz ümmanında günəşsən, pərim! 

Odur ki, bərq vurub yanır, parlayır,  

Çöhrənin şövqündən bu nəğmələrim.  

 

**** 

Yenə gəldi qızıl gülün dövranı,  

İşıq saçıb dörd bir tərəf vurdu bərq.  



36 

 

Cilvələnib yer üzünün hər yanı,  



Dodaqların busəsinə oldu qərq.  

 

**** 

Gül bülbülə, bülbül gülə etdi naz,  

Ürəklərdən uçub getdi kədər, qəm.  

Qocalar da budur, - deyib – gəldi yaz!  

Gülüm, meyin məclisinə oldu cəm.  

 

**** 

Qovuşan zamanda könül-könülə,  

Nəfəslər nəfəsə, çiçəklər gülə. 

Dodaqlar edərkən abi-həyat nuş,  

Ağıl sərxoş olur, başdan çıxır huş.  

Ötərgi hisslərə amma vermə haqq.  

Hər adi cismani nəşədən uzaq!  

Bizim sevdamızın ülvi qüvvəsi,  

Nəcib arzuların səsidir, səsi!  

 

**** 

Sənin dodağından busə almasam,  

İllərlə yanında mehman qalmasam,  




37 

 

Bu fani dünyaya nə etsəm yenə,  



O qismət eyləməz səadət mənə.  

 

**** 

Baxışın qəlbimə işıq, nur çilər,  

Onunla dünyanı ağıl dərk edər.  

Ən nəcib hisslərin açarıdır o,  

Ömrümün-günümün baharıdır o!  

 

**** 

Şirin arzularım göylərdən dərin,  

Mənim sarbanımdır şux nəzərlərin.  

 

**** 

Küləklər işlədir dəyirmanları,  

Maşını tərpədir suyun buxarı.  

Döyüşə sövq edir bu qəlbimizi,  

Coşan hissimizin sərt tufanları.  

 

Lakin min küləkdən, tufandan, sudan, 



Bütün qüvvələrin hamısından inan,  


38 

 

Bir güclü qüvvə var, bir güclü nəsim,  



Sənin məlahətli, incə nəfəsin!  

 

 

ZÜLEYXA  

 

Göy üzünü bəzəyirsə al günəş necə,  

Qəlb evimi bəzəyirsən sən də, eləcə.  

Yetişmişəm sayəndə mən bu səadətə,  

Könlüm bil ki, düçar olar sənsiz zülmətə.  

 

**** 

Bəllidir ki, yerə zülmət düşəndə birdən 

O, gizlədər hər nə varsa gözdən, nəzərdən.  

Amma günəş nur saçanda göylərdən bizə, 

Yerin bütün gözəlliyi görünər gözə.  

 

**** 

Cənnət qapıları günün birində,  

Mömin bəndələrə açılan zaman.  

Günahlı, günahsız hamı yerində  




39 

 

Gözləyər qəlbində şübhəylə, güman.  



 

**** 

 

Bütün günahkarlar içində tək mən,  

Dayanıb duraram qara – qorxusuz.  

Cənnət qapısını bu dünyada sən  

Açmısan üzümə ey nazəndə qız!  

 

**** 

Göydə dövrə vuran ulduzlara bax,  

Yenə nur saçırlar bizlərdən uzaq.  

Başımız üstündə o qızıl çətir,  

Bizim arzumuzdan toxunmuş nədir?!  

 

**** 

Durub bir-birindən uzaqda yanar,  

Gah batar, gah da ki sayrışar onlar.  

Qəmli dursalar da, səmada titrək,  

Onlarda birləşər bu vaxt bizim tək.  

 

**** 




40 

 

Sevinib dolandıq biz aşina tək,  



Yeni bir eşq ilə döyündü ürək.  

Səninlə dost oldum, ey gözəl xilqət, 

Verdi məhəbbətin mənə mərifət.  

 

**** 

İndi dərk edirəm başqa cür, qəti 

Eşqi, səadəti və məhəbbəti.  

Səni istər ikən gətirmək ələ,  

Mən özüm olmuşam qarşında kölə....  

Munis gəncliyinin əzəmətiylə,  

Sən mənim qarşımda saçanda şölə,  

Sanasan önümdə açıldı göylər, 

Mat-məbhut qaldım mən yox oldum kədər.  

 

**** 

Misilsiz nemətdir seyr etmək səni,  

Baxdım, məftun etdi camalın məni.  

Uçdun, qanadlanıb üstümə birbaş,  

Sanki olmuş idik nə vaxtdı sirdaş.  

 

**** 




41 

 

Cəhalət içində olmuşdum sərsəm,  



Qocalıb getmişdim ürəyimdə qəm.  

Gümrah cavan etdi yenidən məni,  

Bir mey, bir məhəbbət, bir də ki, nəğməm. 

 

**** 

Mey iç, Mirzə Şəfi, dayanma gəl boş,  

Ol meylə, sevdayla, nəğməylə sərxoş.  

Yalnız nəşə çağı coşar nəğmələr,  

Odur ki ey nəğməm, nəşələnib coş?  

 

**** 

İstədim ki, bir dəmət düzəldim  

ey mələk, sənə,  

Əfsus ki, tapmadım mən, nə gül, 

nə bir çiçək sənə. 

Dörd yanım indi gül-çiçək,  

dörd yanım indi yasəmən, 

Əlim irişməz əlinə, artıq yoxsan  

yanımda sən...  

 

**** 



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə