Mirzə Şəfi Nəğmələri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə7/10
tarix23.08.2018
ölçüsü0,89 Mb.
#63875
1   2   3   4   5   6   7   8   9   10

42 

 

Qoy o vaxta kimi ömür uzansın,  



Dövranın qanadı düşsün, dayansın.  

Şirin bir həsrətin, xoş xatirənin, 

Qiyməti böyükdür, mənası dərin.  

 

**** 

İnan çatmasa da əlim əlinə,  

Sənin yanındadır xəyalım yenə.  

 

**** 

Biz də qucaqlaşıb, biz də yanaraq,  

Çıxar yadımızdan dərdimiz artıq.  

Qəlbimiz qızınıb hərarət ilə, 

İsidər dünyanı məhəbbət ilə.  

 

**** 

Yerlə göy əyilib qovuşar yenə,  

Busələr verərək biri-birinə.  

Onlar da yetərlər arzuya, kama,  

Onda mən yer ollam, sən isə səma.  

 

**** 



43 

 

Nüfuz eləyərdik yerin təkinə,  



Uçardıq göylərə, ulduza, günə.  

Yuxlamış sirləri salardıq oyaq,  

Şirin nəğmələrə asardıq qulaq.  

 

**** 

Bütün yer üzünün gözəllikləri,  

İlıq yay havası, çəmən gülləri,  

Göydə ulduzlar da güləndə üzə  

Deyərdik hamısı verilmiş bizə.  

 

**** 

Fələyin çərxini saxlamaq olmaz,  

Böyük sevincin də ömrü olar az.  

 

**** 

Gəldim, məsud olam, yanına sənin, 

Döndüm, nəqş oldu ki, qəlbimə əksin. 

Səadət yolunu göstərsin mənə,  

Bir də çatmaq üçün əlim əlinə. 

 

 



44 

 

KÖHNƏ MƏHƏBBƏT 



 

Vaxt var idi güclü, cavan qolumla,  

Səni bərk-bərk qucaqlayıb öpərdim.  

Gənclik getdi... Köhnə eşqin oduyla,  

Vurur qəlbim indiyədək... nə dərdim!  

 

**** 

Mənim həyat üzüyümün qaşısan,  

O üzüyün bəzəyi sən, daşı sən.  

İnan bütün nəğmələrim sənindir,  

Ürəyə bax... neyləyirsən yaşı sən.  

 

 

 



HİKMƏTLİ SÖZLƏR, ZƏMANƏDƏN  

ŞİKAYƏT VƏ ETİRAZLAR  

 

Qəlbimin, ruhumun qanadıyla mən,  

Çıxdım aydınlığa zülmət gecədən.  

Gördüm şeriyyətdə həqiqətimi –  




45 

 

Tapdım həqiqətdə şeriyyətimi.  



 

**** 

Qoy sən həqiqəti söyləyən zaman,  

Qopsun min təhlükə, qopsun min tufan.  

Gəl baxma bunlara, ey Mirzə Şəfi!  



**** 

Uca tut daima arı, şərəfi,  

Həqiqət bir şeydir gözəllik ilə,  

Olarmı gözəllik gəlməsin dilə?  

Cəzadan, təqibdən olmaqçün uzaq,  

Bəzən sözlərini söyləmə çılpaq.  

Asta ol, özünü daim gözlə sən,  

Acı sözünü də de xoş sözlə sən.  

 

**** 

Şahların ziynətli hədiyyəsinə,  

Təriflə vurarıq daha da ziynət.  

Ancaq təbiətin min töhfəsinə,  

İnanın, vermərik bir dəfə qiymət.  

 

**** 




46 

 

Selləri coşdurub, çayları axdıran.  



Göydə buludlara şimşək çaxdıran.  

Sonsuz qüvvələri peyda eyləyən

Bəşər taleyini vəsf edirəm mən.  

 

**** 

İti qılınc sürüşərək düşsə yatağa. 

Üzü yumşaq ipək üstən sıçrar qırağa.  

Bu dünyada kəskinlikdən, zor gücdən artıq, 

Səmər verər xeyirxahlıq və mehribanlıq.  

 

**** 

Düzlüklə alçaqlıq çarpışan zaman, 

Alçaqlıq nədənsə qazanır hər an.  

Çünki alçaqlarçün ən alçaq işlər,  

Alçaqlıq deyildir, hünərdir, hünər.  

 

**** 

Müdriklik adamı çox xoşbəxt edər,  

Lakin elm artdıqca çoxalar kədər.  

Bu dünya üzündə xoşbəxtdir axmaq,  



47 

 

Aqil həsəd etməz ona da ancaq.  



 

****  

Mal-dövlət vərəsəlik olsa da, asan,  

Zəhmət  çəkib  bir  ev  tikmək  müşküldür 

yaman.  


Babaların, nənələrin şanı-şöhrəti,  

Nəvələrin qürurunu artırar qəti!  

Lakin verər insanlara əsl ləzzəti,  

Öz əliylə qazandığı varı-dövləti.  

 

****  

Özünü şux göstər, özünü saxla,  

Getməsin üzündən təravət əsla.  

Amma düşünmə ki, ölüm nə gəzir?  

O, durar qapında bir gün müntəzir.  

 

Bu dünyanın kədərini, qəmini,  



Sorsan, deyər yer üzündə hamıdan,  

Ahu-fəğan çıxararmı bu dərdi, 

Ürəklərin viran qalmış damından?  



48 

 

 



**** 

Fəlakətə, işgəncəyə, kədərə,  

Üstün gəlib qılınc çəkmək gərəkdir. 

Ümid bağla sən bir yolluq hünərə, 

Üləmalar nə desələr, kələkdir. 

 

**** 

Anlaşılmaz möcüzənlə, duanla, 

Sən artırma bu dünyada ələmi.  

Qoy məqsədin bir şey olsun... gəl anla,  

Tez ol qurtar dərdü-qəmdən aləmi!  

 

Şikayətmi edim, gülümmü, bilməm, 



Dünyanın yarısı dərrakədən kəm.  

Edir utanmadan, eyləmədən ar,  

Mini bir axmağın sözünü təkrar.  

 

**** 

Yox! Səni mədh edim, qoy ey yaradan,  

Ki, tutmuş dünyanın bu qədər nadan.  

Etməsəydin bizə bu mərhəməti,  



49 

 

Olmazdı ağlın da qədri, qiyməti.  



Məni sevənlərə məhəbbətim var,  

Nifrət edənlərə min nifrətim var.  

Əgər əl çəksəm də səadətimdən,  

Mən əl götürmərəm bu adətimdən.  

 

**** 

Kişisən, var isə səndə cəsarət,  

Olsun xislətində belə bir adət: 

Yaxşılıq edənə yaxşılıq eylə,  

Cavab ver yamana yamanlıq ilə.  

 

**** 

Türfə gözəlləri sevib duyarlar,  

Qəşəng gül yanağı sığallayarlar.  

Əkib becərərlər münbit tarlanı, 

Əzib öldürərlər əfi ilanı. 

 

**** 

Namusa, qeyrətə sataşanları, 

Əfv edən, əslində zəif adamdır.  

Yumşaqlıq yaraşar qadın qəlbinə, 




Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə