Mirzə Şəfi Nəğmələri


****  Nəğməsindən məscid havası gələn şairlərin,  Başları boşdur yəqin, ağılları deyil dərin.    ****



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə9/10
tarix23.08.2018
ölçüsü0,89 Mb.
#63875
1   2   3   4   5   6   7   8   9   10

57 

 

**** 

Nəğməsindən məscid havası gələn şairlərin

Başları boşdur yəqin, ağılları deyil dərin. 

 

**** 

 

Qulağı oxşayan boş hecalardan, 



Min cürə uydurma macəralardan, 

Cənnət, cəhənnəmdən, dənizdən, çaydan, 

Güldən və bülbüldən, günəşdən, aydan, 

Hicrandan, vüsaldan, qəmdən, kədərdən, 

Min dəfə çeynənmiş qafiyələrdən, 

Şeir quraşdırıb mızıldayanlar! 

Sizə şair kimi min nifrətim var! 

Çünki tutduğunuz bu yol asandır, 

Təkcə axmaqlarçün “ürəkaçandır”. 

Şeriniz ürəyi gətirməz cuşa

Qanan kəslər üçün bəladır başa! 

 

 



SƏRV AĞACI 


58 

 

 

Azadlıq rəmzidir şux sərv ağacı, 

Əyilib budağı toxunmaz yerə. 

Ardınca cəzb edib o, nəzərləri 

Daima ucalar nurlu göylərə. 

 

Fırtınamı qopdu, küləkmi əsdi, 



Tökülməz yarpağı, əyilməz qəddi. 

Bilməz bu dünyada riyakarlığı, 

Ülvidir, nəcibdir onun varlığı. 

 

Qarışıq həyatın qəmindən uzaq, 



Sakit məzarlıqdan göylərə qalxar. 

Sərin kölgəsinə kim gəlsə qonaq 

Dalınca göylərə boylanar, baxar. 

 

Bir yaşıl qüllədir-ümid qülləsi, 



Ucalıb təpəsi ərşə dayanar. 

Altında gəmirər qurdlar məzarı, 

Üstündə ulduzlar sayrışıb yanar. 

 



59 

 

**** 



Tulla gəl çadranı ... görünsün üzün 

Gül də gizlədərmi de bağda özün?! 

Səni qadir Allah, ey incə çiçək

Yaratmış dünyaya verməkçün bəzək. 

 

De, bunca lətafət, bunca məlahət, 



Solsun dar qəfəsdə neyçün, nəhayət! 

Tulla gəl çadranı ... bilsin ki, dünya 

Yoxdur yer üzündə sənin tək afət. 

 

Qoy sənin nəzərin hər yana baxsın, 



Baxışın qəlbləri yandırıb yaxsın. 

Pəmbə dodaqların təbəssümləri 

Ətrafa nur yaysın, açsın səhəri. 

 

Sənə, çadra kimi ey incə mələk



Tək gecə zülməti olsun bürüncək. 

Tulla gəl çadranı ... hüsnün tək hüsnü 

İstanbul soltanı görməmiş belə! 

 



60 

 

Uzun sıx kirpiklər arasındakı, 



O aydın gözlərin-nurlu piyalə. 

Aç qara gözünü, çadranı tulla! 

Həyatda cəsur ol, yaşa qürurla. 

 

Bir Mirzə üz tutub soruşdu məndən: 



“Bizim şah haqqında nə fikirdəsən? 

Söylə genişdirmi ondakı ürək, 

Sazdırmı ağlı da qulaqları tək?” 

 

**** 



“O da bir adamdır qalanlar kimi, - 

Əba, əmmaməsi olanlar kimi. 

Xalqın cahil, qorxaq, kor olduğunu 

Bilib cəhalətdə saxlayar onu”. 

 

 

ŞAH ABBAS 



 

Şah Abbasın bir vaxt zülmü yetmirdi sona, 

Kim gəldi tullayırdı bir-bir zindana. 



61 

 

Məsləhətə qulaq asmaz, fikri qan idi



Tanrısından üzü dönmüş hökmran idi. 

 

**** 



Sığmayırdı yerə-göyə şahlıq vüqarı, 

Vəhşi kimi parçalardı qulluqçuları. 

O müstəbid hökm eləyib yerin üzünə, 

Allah kimi baxırdı o, özü-özünə. 

 

**** 


Düşüb müdrik adamlardan tamam uzağa, 

Çevirirdi qulağını yalnız yaltağa. 

Baxsa kəskin bir nəzərlə o, bir insana 

Bil ki, onun ömrü o gün yetərdi sona. 

 

**** 


Şahdan xeyli zülm çəkmiş müğənni Səlim, 

Dedi bir gün yuxarıya qaldırıb əlin: 

Ay camaat, dözürsünüz neyçün bu qədər

Şah axmaqdır, siz özünüz ondan beşbetər! 

 

**** 



62 

 

Hədə-qorxu bəsdir daha! Bir nəfər murdar, 



Bu qədərin əl-qolunu bağlayar?!“ 

“Şah-güclüdür! Biz neynəyək özün de barı” 

“Ələ salın, sınıb getsin tamam vüqarı, 

 

**** 



Siz dəyişin, qorxub sizdən o da dəyişər, 

Yoxsa ona heç bir tədbir eyləməz əsər”. 

Dünyagörmüş müğənninin haqlı sözləri, 

Açdı sanki birdən-birə bağlı gözləri. 

 

**** 


Səhəri gün şah yenə də təkəbbür ilə, 

Tərk eləyib sarayını çıxarkən çölə 

Baxıb ona qəhqəhəylə güldü camaat, 

Şah bu işə heyrət etdi, donub qaldı mat. 

Hiddətindən alnı oldu tamam qapqara, 

Baxdı odlu gözləriylə o, adamlara. 

Xalqa onun kar etmədi qəzəbi bir an, 

Güldü hərə bir tərəfdən daha ucadan. 

 

**** 



63 

 

Dörd tərəfdən qəh-qəh çəkən rəiyyət ilə, 



Pıçıldaşıb gülüşürdü məiyyət belə. 

Şah özü də birdən-birə qalıb çarəsiz, 

Güldü bütün camaatla, göstərib xoş üz. 

 

**** 



Düz deyiblər, gülmək açar donuq məcazı 

Həmin gündən şah dəyişdi, xalq qaldı razı. 

Camaatın şikayəti azaldı, kəsdi, 

Şahın adı dildən-dilə dolaşdı gəzdi. 

 

**** 


Tulla Mirzə Şəfi, boş niyyətini, 

Əl çək sərsəmlikdən, sərvaxt ol, sərvaxt! 

Sən öz hünərini, fərasətini, 

Ağıllı bir işə sərf eylə hər vaxt. 

 

**** 


Bax gör, Mirzə Hacı Ağası

*

 birdən 



İranda nə böyük bir cənab olub! 

Əvvəl seçilməzdi heç birimizdən, 

İndisə sinəsi nişanla dolub! 



64 

 

 



Sərf eylə qüvvəni dövlətə sən gəl

Xeyir verməmisən ona heç zaman. 

-

 

Axı, mən neyləyim: vəzir, vəkillər 



Əksərən olurlar ən böyük nadan. 

 

ŞAH MANİFEST YAZDIƏLİYLƏ 

 BİR GÜN 

 

Şah manifest yazdı əliylə bir gün, 



Küllü İran xalqı mat qaldı bütün. 

“Necə müdriknamə gözəl kəlamlar!” 

Bir-bir sevindilər bütün adamlar. 

 

Hamı bayram etdi: “Dünyada təksən, 



Ey böyük şahımız, sənə min əhsən!” 

Baxdı Mirzə Şəfi bir xeyli müddət, 

Bu səslər qəlbində doğurdu heyrət: 

 

“İran camaatı İranda, aman 



Gör necə baxır ki, şah ilə xana; 


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə