MiSİr səFƏrov azərbaycan diLİ



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə2/86
tarix30.10.2018
ölçüsü1,38 Mb.
#76553
1   2   3   4   5   6   7   8   9   ...   86

Misir S
əfərov 
 
 

 
 
 
QRAMMATİK TƏHLİL VƏ 
 YEKUN 
TƏKRAR 
 
Az
ərbaycan dili tədrisində  istifadə  edilən metodik 
yollardan biri d
ə  qrammatik təhlildir.  Qrammatik təhlil 
orta m
əktəbdə  Azərbaycan dili üzrə  aparılan  bütün  təlim 
növl
əri ilə sıx əlaqədardır. Bu təhlildən yalnız qrammatik 
qaydaların öyrənilməsində deyil, orfoqrafiya, durğu işarə-
l
əri, leksika, üslubiyyat üzrə  aparılan    məşğələlərdə  də 
geniş istifadə edilməlidir. 
Qrammatik  t
əhlilin böyük təlim əhəmiyyətindən biri 
d
ə  Azərbaycan dilindən  keçilmiş  materialların  təkrarı 
zamanı ondan istifadə etməkdir. Aydın məsələdir ki, orta 
m
əktəbdə təkrarın bir sıra növlərindən istifadə edilir. Dərs 
ilinin 
əvvəlində aparılan təkrar, cari təkrar, ümumiləşdirici 
v
ə sistemləşdirici təkrar, dərs ilinin axırında aparılan təkrar 
V-VII sinifl
ərdə  imtahanların    aparılması  ilə  əlaqədar 
hazırda  dərs  ilinin  sonunda  aparılan  təkrardan məktəblə-
rimizd
ə  geniş  istifadə  olunur.  Məlumdur ki, bu təkrar 
zamanı müəllim keçmişdə öyrədilmiş materialların şagird-
l
ərin zehnində  yenidən bərpasına  çalışır.  Mən təkrar 
zamanı  qrammatik  təhlilin bütün növlərində  istifadə 
edir
əm. V sinifdə  qrammatikanın  morfologiya  hissəsinin 
əsasən  keçilib  qurtarmasını  nəzərə  alaraq fonetik, morfo-
loji t
əhlildən istifadə edirəm. Dilin  öyrənilməsində fonetik 
t
əhlilin böyük praktik əhəmiyyəti  vardır.  Fonetik  təhlil  
şagirdlərə  orfoqrafiya və  tələffüz    qaydalarını,  eləcə  də 
morfologiyanı yaxşı  öyrənməkdə kömək edir. Təhlil  iki 


Az
ərbaycan dili məsələləri 
 

m
ərhələdə  -  şifahi  və  yazılı  aparılır.  Mən təhlil üçün, 
əsasən, yazılışı çətin olan sözləri seçirəm. Məsələn,  tutaq 
ki, “aerodrom” sözünü fonetik t
əhlil etmək  lazımdır. 
Bunun üçün birinci növb
ədə  şagirdlərə  şifahi  olaraq 
aşağıdakıları çatdırıram: “Aerodrom” sözünü təhrif edərək 
“ayrıdırom”  və  yaxud təyyarə dayanan yer kimi deyirik. 
Bel
əliklə,  sözün  yazılı    şəklindəki 8 hərfdən çox səs 
eşidirik və işlədirik. Sözdə dörd sait vardır, bunun üçün də 
söz  dördhecalıdır.  Vurğu  əsasən  axırıncı  hecada  eşidilir. 
Ah
əng qanunu pozulur. 
Sonra yazılı təhlil başlayır. Yazılı təhlildə sait, samit 
s
əslər  araşdırılır.  Göründüyü  kimi,  fonetik  təhlil üsulu 
fonetika b
əhsində keçilmişlərin  bütünlükdə yenidən yada 
salınması və möhkəmləndirilməsində əsas vasitədir. 
Yekun  t
əkrarların  aparılmasında  morfoloji  təhlildən 
istifad
ə  etmək də  böyük  əhəmiyyətə  malikdir. Morfoloji 
t
əhlil  iki formada aparılır: sözün quruluşuna görə və nitq 
hiss
ələridə  görə. Bu təhlildən dərs ilinin  sonunda  aşağı-
dakı şəkildə  istifadə edirəm: V sinifdə yuxarıda dediyimiz 
kimi, 
əsas  nitq hissələri tədris  olunub  qurtarır.  İsim 
b
əhsinin təkrarı  zamanı  şagirdlərə  ismin təhlil sxemini 
xatırladıram.  Eləcə  də  sifətin,  sayın,  əvəzliyin, feil və 
z
ərfin təhlil sxemlərini həmin nitq hissələrinin təhlili və 
t
əkrarı  zamanı  əlaqəli  şəkildə  yada  salıram.  Sonra  təhlil 
üçün cüml
ə seçirəm. Tutaq ki, “Köpüklü dalğalar qayalara 
çırpılırdı”  cümləsini morfoloji təhlil etmək  lazımdır. 
Bununla 
əlaqədar şagirdləri növbə ilə yazı taxtasında ayrı-
ayrı  nitq hissələrinin təhlili üzərində işlədirəm. Əvvəl yazı 
taxtasına  çağırılmış  şagird  cümləninin  intonasiya ilə 
oxuduqdan sonra ilk söz üzr
ə  təhlilə  başlayır.  Şagirdlər 
ayrı-ayrı  nitq  hissələrinə  aid bütün xüsusiyyətləri təhlil 
zamanı  bir  daha  yada  salırlar. Sonra təhlilin ikinci  vari-


Misir S
əfərov 
 
 

antına  müraciət edirəm.  Sözün  quruluşuna  görə  təhlili 
üçün f
ərz edək  ki,  aşağıdakı  sözü  təhlil etmək  lazımdır. 
Bunun üçün şagirdlərə aşağıdakı kimi izahat verirəm: 
Köpüklü  –  köp v
ə  yaxud köpük –  sözün köküdür. 
“Lü” sözdüz
əldici şəkilçidir. Sözün quruluşuna görə təhlili 
sxem üzr
ə də aparmaq olar. 
 T
əkrar dərslərində  aparılan  əsas təhlillərdən biri 
sintaktik t
əhlildir. Təhlilin bu növündən  əsasən VI-VIII 
sinifl
ərdə  istifadə  olunur. Sintaktik təhlil  zamanı  da 
şagirdlər hər hansı bir cümləni  yazıb həm şifahi, həm də 
yazılı  izahat  aparırlar.  Mən cümlə  üzvlərinə  görə  təhlilə 
başlamazdan  əvvəl sadə cümlənin ümumi xarakteristikası 
haqqında  şagirdlərə  aşağıdakı  cəhətləri bildirirəm: 
S
eçilmiş cümlənin  intonasiyaya görə növləri, müxtəsər və 
geniş, şəxsli və şəxssiz, bütöv və ya yarımçıq cümlələr. 
Sintaktik t
əhlilin  başqa  növlərindən də  (mürəkkəb 
cüml
ənin təhlili)  yuxarıdakı  formalara  uyğun  şəkildə 
istifad
ə  edirəm.  Ayrı-ayrı  siniflərdə  təhlilin  bu  yolları 
t
əkrar edilərsə,  şagirdlər  keçmiş  bilikləri daha səmərəli 
şəkildə qavrayıb öz düşüncələrində möhkəmlətmiş olarlar. 
 
1974 
 
 
 
 
 
 
 
 
 


Az
ərbaycan dili məsələləri 
 

 
 
 
 
QRAMMATİK TƏRİF VƏ QAYDALARI 
ŞAGİRDLƏRƏ NECƏ MƏNİMSƏDİRƏM 
 
 
Orta m
əktəbdə  Azərbaycan dili təliminin müvəf-
f
əqiyyəti  şagirdlərin öyrəndikləri qrammatik tərif və 
qaydaları  şüurlu  surətdə  mənimsəmələrindən  çox  asılıdır.  
Bunu n
əzərə  alaraq Azərbaycan dilinin tədrisi  zamanı 
çalışıram  ki,  şagirdlər öyrəndikləri  tərifin məzmununu 
şüurlu  surətdə  mənimsəsinlər. Mənimsədikləri biliyi isə 
möhk
əm  yadda  saxlasınlar.  Onların  tərif  və  qaydalardan 
düzgün istifad
ə  etməyi  bacarmaları  isə  əsas  şərtlərdən 
biridir.  
Bunun  üçün keçdiyim d
ərsdə  təlimin müxtəlif üsul 
v
ə  priyomlarından  istifadə  edirəm. Yeni dərsə  başla-
mazdan 
əvvəl  keçmiş dərs barədə uşaqlarla müsahibə apa-
rıram. Sonra yeni dərsin adını elan edirəm. Yeni dərsə aid 
nümun
ələr  yazılmış  əyani vəsaiti lövhədən  asıram.  Fərz 
ed
ək ki, yeni dərsimiz  üçüncü növ təyini söz birləş-
m
əsidir.  Mən  şagirdlərdən birinə  deyirəm ki, əyani 
v
əsaitdə yazılmış III növ təyini söz birləşmələrini oxuyub 
t
ərəflərini müəyyənləşdirsin. Müsahibəni  aşağıdakı şəkil-
d
ə davam etdirirəm: 

əllim:  Üçüncü növ təyini söz birləşməsinin 
birinci t
ərəfindəki şəkilçi ismin hansı halının şəkilçisidir? 
Şagird: Birləşmənin birinci tərəfindəki  şəkilçi ismin 
yiy
əlik halının şəkilçisidir. 


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə