MiSİr səFƏrov azərbaycan diLİ



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə3/86
tarix30.10.2018
ölçüsü1,38 Mb.
#76553
1   2   3   4   5   6   7   8   9   ...   86

Misir S
əfərov 
 
 
10 

əllim: Bəs birləşmənin  ikinci tərəfi hansı şəkilçi 
il
ə düzəlib? 
Şagird:  Birləşmənin ikinci tərəfi mənsubiyyət 
şəkilçisi ilə düzəlib. 

əllim:  İndi  kim  üçüncü  növ  təyini söz birlə-
m
əsinin necə düzəldiyini söyləyər? 
Şagirdlərdən bir neçəsi tərifi  başa  düşdükləri kimi 
söyl
ədikdən sonra özüm tərifi olduğu kimi deyir və bunu 
uşaqların bir-ikisindən də soruşuram.  Sonra yenə də sinfə 
müraci
ət edərək üçüncü növ təyini söz birləşməsinin tərəf-
l
ərinin  hansı  nitq  hissələrindən düzəldiyini  soruşuram. 
Bel
əliklə, şagirdlər yeni dərsin tərifini və xüsusiyyətlərini 
özl
əri deyirlər. 
Qrammatik t
ərifin  öyrənilməsində  müqayisədən də 
istifad
ə  edirəm. Tutaq ki, isim  və  sifətin  fərqini  aydın-
laşdırmaq  lazımdır.  Bunun  üçün  hər iki nitq hissəsinin  
t
ərif və  xüsusiyyətlərini  şagirdlərdən    soruşuram.  Sonra 
uşaqlar  həmin nitq hissəslərini müqayisə  edirlər.  Aydın 
olur ki, isim 
əşyanın  adını,  sifət isə  əşyanın  əlamətini 
bildirir.  İsim  kim?,  nə?, hara?, sifət isə  necə?, nə  cür?, 
hansı?  suallarından  birinə  cavab  verir.  İsimlər mübtəda, 
sif
ətlər təyin vəzifəsində işlənir və s. 
Bu müqayis
ənin köməyi ilə  şagirdlər həm isim və 
sif
ətin təriflərini şüurlu surətdə mənimsəyir, həm də həmin 
nitq hiss
ələrini bir-birindən asanlıqla ayırırlar. Lakin etiraf 
etm
ək  lazımdır  ki,  bəzi  şagirdlər tərif  və  qaydaları  dərk 
etm
ək  əvəzinə  şüursuz  olaraq  əzbərləyir, tərifdə  söylə-
nil
ən xüsusiyyətləri işdə tətbiq etməyi bacarmırlar. 
Deyil
ənlərdən  aydın  olur  ki,  qrammatik  tərif və 
qaydanı  şüurlu  surətdə  mənimsəməyin  əhəmiyyəti bun-
dadır  ki,  şagird  bir  dil  hadisəsini digərindən  ayırmaqla   


Az
ərbaycan dili məsələləri 
 
11 
onu  başqalarından  fərqləndirir, qrammatik məfhumların, 
qarışıq mühakimələrin  dolaşıq  salınmasının qarşısını alır, 
t
əfəkkürün aydınlığını təmin edir. 
 
1974  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Misir S
əfərov 
 
 
12 
 
 
 
 
TƏBLİĞATÇININ NİTQİ 
 
Xalqımızın    mədəni səviyyəsi durmadan yüksəlir, 
t
əfəkkürü getdikcə  genişlənir. Bununla həmahəng dil və 
sür
ətlə  inkişaf  edir.  Böyük  siyasi    kampaniyalar,  tarixi  
nailiyy
ətlər  dövründə  xalq  arasında  canlı  sözə  tələbat 
xüsusil
ə artır. Hər bir ideoloji cəbhə döyüşçüsü “inandırıcı 
t
əbliğat  işi”  (L.İ.Brejnev)  aparmaq  üçün  başqa  amillərlə 
yanaşı, şifahi nitqini də düzgün qurmalı, dil materialından 
yerli-yerind
ə  istifadə  etməyi  bacarmalıdır.  Hər bir təbli-
ğatçı məşğələyə  hazırlaşarkən özünə tələbkarlıqla yanaş-
malı, böyük rus yazıçısı A.P.Çexovun dediyi kimi, bilmə-
lidir  ki,  “ziyalı  adam  üçün  yaxşı  oxuyub  yazmağı  bacar-
mamaq n
ə dərəcədə layiqsiz, yaramaz bir işdirsə, səliqəsiz 
v
ə pis danışmaq da bir o qədər nöqsandır”. 
Bu bir h
əqiqətdir ki, hər bir təbliğatçıya    nüfuz 
qazandıran  amillərdən biri, bəlkə  də,  birincisi onun dil 
materialından  necə  istifadə  etməsidir. Təbliğatçı  qüdrətli 
söz silahına nə qədər  yaxşı yiyələnsə, dinləyicilərlə daha 
tez ünsiyy
ətə  qoşular  və  partiyanın  ona  etibar  etdiyi 
ictimai v
əzifəni bir o qədər müvəffəqiyyətlə  yerinə  yetir-
miş  olar.  Bütün  bunları  nəzərə  alaraq partiya  fəallarına 
köm
ək məqsədilə  şifahi  nitq  mədəniyyətinə, xüsusilə 
t
əbliğatçının  dilinə  aid tələbləri,  qısaca  da  olsa,  aydın-
laşdırmağı lazım bilirik. 
Respublikamızda marksizm-leninizm təhsili sistemin-
d
ə minlərlə təbliğatçı çalışır. Onlar dinləyicilərə partiya və 


Az
ərbaycan dili məsələləri 
 
13 
hökum
ətimizin siyasətini izah edir, öyrədir, müdavimləri 
daha  yaxşı,  daha  məhsuldar  işləməyə  ruhlandırırlar.  Bu, 
sevindirici haldır. 
Qeyd etm
ək lazımdır ki, təbliğatçıların hamısı məşğə-
l
ələri yüksək səviyyədə  təşkil  edə  bilmir, çətinlik çəkir. 
Ona gör
ə  passiv keçən məşğələlərdə  müdavimlər tez-tez  
saata  baxır,  əsnəyir, təbliğatçını  dinləmək  əvəzinə  yol-
daşları  ilə  söhbət edirlər. Məşğələ  zamanı  yaranan  bu 
v
əziyyət nə  ilə  əlaqədardır?  Niyə  qabaqcıl  təbliğatçıların 
nitqin
ə  maraqla  qulaq  asır,  vaxtın  belə  necə  keçdiyini 
bilmirik, b
əzilərinin çıxışlarına isə candərdi, necə deyərlər, 
n
əzakət xatirinə qulaq asır, çox vaxt təbliğatçının nə haqda 
danışdığını belə unuduruq? 
Bütün bunlar,  h
ər şeydən əvvəl, ondan irəli gəlir ki, 
t
əbliğatçıların  hamısı  auditoriya  qarşısında  çıxış  etmək 
bacarığına eyni dərəcədə malik deyil. Dinləyiciləri maraq-
landırmaq,  onların  diqqətini cəlb etmək və  lazımi  istiqa-
m
ətə  yönəltmək üçün nitq mədəniyyətinə  yiyələnmək, 
natiqlik m
əharətini daim təkmilləşdirmək tələb olunur. 
M
əlumdur ki, siyasi və  iqtisadi təhsil sistemlərində 
çalışan təbliğatçılar üç mərhələdə - ibtidai, orta və ali mər-
h
ələdə məşğələ aparırlar. Ona görə də təbliğatçı auditoriya 
da  bu m
ərhələlərin hər birinin xarakterinə  uyğun 
danışmalı,  dinləyicilərin həm bilik dairəsini, həm də 
dünyagörüşünü  mütləq nəzərə  almalıdır.  Elə  danışmaq 
lazımdır ki, fikir dinləyicilərə tamamilə aydın olsun. Tutaq 
ki, t
əbliğatçı  ibtidai  və  ya orta mərhələdə  dinləyicilərlə 
m
əşğələ  keçir.  Əgər o, öz nitqində  məsələn,  “    danışıq” 
(ümumi c
əbhədən  ayrılaraq  danışıq  aparmaq),  “eqoist”  
(xudbin, özünü sev
ən), “maoizm” (antikommunizmin ən 
mürt
əce cərə-yanı), “şovinizm” (hakim millətin millətçilik 
siyas
əti) kimi sözlər  işlədirsə, bu ifadələrin mənasını 


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə