MiSİr səFƏrov azərbaycan diLİ



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə4/86
tarix30.10.2018
ölçüsü1,38 Mb.
#76553
1   2   3   4   5   6   7   8   9   ...   86

Misir S
əfərov 
 
 
14 
mütl
əq dinləyicilərə aydınlaşdırmalıdır. Lakin bu və buna 
oxşar  sözlərin mənalarını  ali  mərhələ  dinləyiciləri  üşün 
aydınlaşdırmağa ehtiyac yoxdur. Çünki  onlar bu sözlərin 
m
ənasını bilirlər. 
Bu deyil
ənlərdən aydın olur ki, təbliğatçı olmaq, bu 
v
əzifəni layiqincə yerinə yetirmək, sovet adamlarını siyasi 
c
əhətdən maarifləndirmək olduqca çətin,  lakin  şərəfli 
ictimai v
əzifədir. 
İdeoloji  iş  fəalının  dilini  səlis, ifadəli,  fikrini  başa-
düşülən edən amillərdən biri də  danışılan  məsələnin 
mahiyy
ətinin ona aydın olmasıdır. Belə ki, əgər təbliğatçı 
şərh etdiyi məsələnin mahiyyətini dəqiqliklə  öyrən-
m
əyibsə, o, fikrini izah etməkdə  çətinlik çəkəcək, dinlə-
yicil
ərin diqqətini cəlb edə  bilməyəcəkdir. Təbliğatçı 
haqqında  danışdığı  məsələni nə  qədər dərindən öyrənsə
onun nitqi bir o q
ədər düzgün və sərrast olacaqdır. 
T
əbliğatçının  nitqində  konkret məqsəd  olmalı  və 
mövzular plan 
əsasında  aydınlaşdırılmalı,  əsas məsələyə 
daha çox diqq
ət yetirilməlidir. Məsələn, təbliğatçı iqtisadi 
t
əhsil sisteminsə  “Kənd təsərrüfatında istehsalın səmərə-
liliyini v
ə  işin  keyfiyyətini yüksəltməyin  qabaqcıl  təcrü-
b
əsi”  kursunda  “Qabaqcıl  təcrübə  və  kənd təsərrüfatı 
istehsalının  səmərəliliyi” mövzusunda məşğələ  keçir. O, 
bu sah
ədə qazanılmış  nailiyyətlərdən həvəslə danışır, “ağ 
q
ızıl”  ustalarının  əməyini  əyani təşviqat  vasitələri ilə 
nümayiş  etdirir.  Məlumdur ki, bu zaman nitqin əsasını 
kolxozçuların pambıq toplanışında əldə etdikləri qələbənin 
mahiyy
əti təşkil edir. Təbliğatçı kənd təsərrüfatında isteh-
salın  səmərəliliyinin  artırılmasında  qabaqcıl  təcrübənin 
öyr
ənilib həyata keçirilməsinin mühüm əhəmiyyət kəsb 
etdiyini  respublikanın,  rayonun,  kolxozun,  briqadanın, 


Az
ərbaycan dili məsələləri 
 
15 
manqanın  timsalında  aydınlaşdırır.  Bu  mühüm  məsələni 
dinl
əyicilər  tam  qavradıqdan  sonra,  o,  dövlətə  barama 
satışında,  heyvandarlıq  məhsullarının  təhvilində  və  s. 
qazanılmış  nailiyyətləri  pambıq  yığımındakı    qələbə  ilə 
əlaqələndirməyi  bacarmalıdır.  Aydındır  ki,  məşğələdə 
nitqin 
əsas müddəası  mütləq  ön  planda  durmalıdır.  Əks 
t
əqdirdə konkretlik pozular, dinləyicilər mövzunu dərindən 
d
ərk etməz, məsələnin mahiyyətini  düzgün  başa  düşə 
bilm
əzlər. 
T
əbliğatçının  nitqinin  planlı  olması  mövzunun  
ardıcıl  və  düzgün izah edilməsini  şərtləndirir. Plan təbli-
ğatçıda  öz  fikrini  məntiqi  bir  ardıcıllıqla  ifadə  etmək 
v
ərdişi  yaradır.  Onu    da qeyd edək ki, plan konspekt 
xarakteri  daşımamalı,  qısa,  aydın  və  konkret  olmalıdır. 
Burada  ayrı-ayrı  maddələr, faktlar, misallar, tarixlər, 
sitatlar v
ə sair qeyd olunur. Bu, bir həqiqətdir ki, hətta bəzi 
t
əcrübəli təbliğatçılar  da  məşğələlərə  necə  başlayıb  necə 
qurtaracaqlarını  müəyyənləşdirməkdə  çətinlik çəkirlər. 
Nitqin planlı olması isə bu çətinliyin aradan qaldırılmasına 
yaxından kömək edir. 
T
əbliğatçının  nitqi  sadə,  aydın,  dəqiq və  yığcam 
olmalıdır. Nitqin sadəliyi, hər şeydən əvvəl,  onda istifadə 
edil
ən  dil  materialını  dinləyicilərin  başa  düşməsi ilə 
əlaqədardır.  “Yaxşı  nitq  aydın  və  dəqiq  olmalıdır.  Nitqin 
aydınlığı  həmişə  nitqin sadəliyini, onda istifadə  olunan 
sözl
ərin hamı üçün anlaşılan və aydın olmasını tələb edir. 
Buna gör
ə  də  nitqdə  aydınlığı  gözləmək üçün: dekada 
əvəzinə  ongünlük, doktor əvəzinə  həkim,  əksəriyyət 
əvəzinə  çoxluq,  məxfi  əvəzinə  gizli və  s. kimi sözləri 
işlətmək  məsləhətdir. Nitq o zaman sadə və təmiz hesab 
edil
ə  bilər  ki,  orada  işlədilən bütün sözlər dinləyənlərin 
(y
əni auditoriyanın)  ümumi  səviyyəsinə  və  xüsusiy-


Misir S
əfərov 
 
 
16 
y
ətlərinə  uyğun  gəlsin və  hamı  üçün  aydın  və  anlaşıqlı 
olsun” (A.Abdullayev. Nitq m
ədəniyyəti və  natiqlik 
m
əharəti haqqında. Azərnəşr, 1968, səh.144-145). 
T
əbliğatçının  nitqi  təmiz və  təsirli  olmalıdır.  Nitqin 
t
əmizliyi dedikdə,  hər  şeydən  əvvəl,  onun  ədəbi dil 
normalarına  düzgün  əməl edilərək  qurulmasını  nəzərdə 
tuturuq.  Nİtqdə  ədəbi  dil  normalarının  pozulması  əsasən 
iki yolla  baş verir. Birincisi, uşaqlıqda mənimsənilib dildə 
kök salmış və bir növ, adət şəklinə düşmüş sözlərin nitqdə 
işlədilməsidir.  Buna    şikil,  məsəlçün, miyəllim, labara-
toriya v
ə  s. kimi sözlər  daxildir.  İkincisi,  xarici  mənşəli 
sözl
ərin düzgün tələffüz edilməməsi. Məsələn,  kafedra 
əvəzinə  kafe`dra, akademik əvəzinə  akade`mik və  s. 
deyilir ki,  bu da s
əhvdir. Ona görə də təbliğatyçı məşğələ 
zamanı  nitqində  işlətdiyi sözləri elə  seçməlidir ki, 
dinl
əyiciləri ələ ala bilsin, onların qəlbinə yol tapsın. Belə 
olsa, h
ər bir məşğələ məzmunlu, təsirli keçər. 
Nitqin t
əsirli  olması  üçün  təbliğatçı  intonasiyadan, 
m
əntiqi  vurğudan,  jestlərdən (əl və  qol hərəkətlərindən), 
mimikadan da (üz h
ərəkətlərindən) yeri gəldikcə  istifadə 
etm
əlidir.  
Auditoriyanın  tərkibini, bilik səviyyəsini nəzərə 
almağı  yüksək nitq mədəniyyəti hesab edən  V.İ.Lenin 
yazırdı:  “Hər bir  təbliğatçının...  məharəti məhz ondan 
ibar
ətdit ki, mövcud dinləyicilərə  ən  yaxşı  təsir göstərə 
bilsin, m
əlum  bir həqiqəti bu dinləyhicilərə  mümkün 
q
ədər  daha  inandırıcı  bir  curətdə, mümkün qədər daha 
aydın  və  möhkəm  qavranılan  bir  şəkildə  çatdırsın” 
(V.İ.Lenin. Əsərləri, 17-ci cild, səh.339). 
T
əbliğatçının  dilindən danışarkən düzgün ədəbi 
t
ələffüz  məsələsini xüsusi olaraq qeyd etmək  lazımdır. 


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə