MiSİr səFƏrov azərbaycan diLİ


Az ərbaycan dili məsələləri



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə7/86
tarix30.10.2018
ölçüsü1,38 Mb.
#76553
1   2   3   4   5   6   7   8   9   10   ...   86

Az
ərbaycan dili məsələləri 
 
23 
sind
ə  məzmun və  formanın  dialektik  vəhdəti müəllim 
t
ərəfindən həmişə  diqqət mərkəzində  olmalı,  bir-birini 
tamamlamalıdır.  Bədii  əsərlərin dil xüsusiyyətlərinin 
öyr
ədilməsində  aşağıdakı  məsələlərə  diqqətlə  yanaşmaq 
m
əsləhət görülür. 
T
ədris olunan sənətkarın  bədii  dil  haqqındakı  fikir-
l
ərinin öyrədilməsi,  yazıçının  öz  əsərlərinin dili üzərində 
nec
ə  işləməsi  haqqında  məlumatın  verilməsi, sənətkarın 
proqram v
ə  dərslikdə  olan konkret bir əsərinin dil və 
üslubunun öyr
ədilməsi, bədii  dil  haqqında  şagirdlərdə 
düzgün anlayışın yaradılması, rabitəli nitqin inkişafı və s.
1
 
B
ədii  əsərlərin dili  üzərində  ciddi  işləmək sənət-
karları düşündürən məsələlərdəndir. Bu, müəllifin öz işinə 
m
əsuliyyətlə, tələbkarlıqla  yanaşdığını  sübut  edən bir 
faktdır.  Təsadüfi  deyil  ki,  M.Qorki  yaradıcılıq  prosesini 
“söz 
əzabı”,  S.Yesenin  bunu  “fikirlərin və  hissələrin 
zülmü”, A.Blok 
əsər üzərində işləməyi “cəhənnəm əzabı” 
hesab etmişdir
2
.  
“Əsərin mövzusu haqqında məlumat verərkən, yazıl-
dığı  tarixi  şəraiti izah edərkən  əsərin dili üzərində  sənət-
karın necə işlənməsindən danışmaq lazımdır
3
.  
Əsərin dili üzərində  sənətkarın  necə  işləməsi haq-
qında  məlumatın  verilməsi  şagirdlərdə  yazıçının  yara-
dıcılıq çətinliklərini dərk etmələri ilə yanaşı, onlarda ədəbi 
əsərə marağı, diqqəti də artırır. Bu həm də böyük tərbiyəvi 
əhəmiyyətə malikdir: 
                                                 
1
  Bax: a) D.M
əmmədov.  Ədəbi  əsərlərin sənətkarlıq  xüsusiyyətlərinin 
öyr
ədilməsi metodikası. Maarif nəşriyyatı, Bakı, 1977, səh.51; b) Ədəbiyyat 
t
ədrisi üzrə metodik göstərişlər. Bakı, 1977, səh.10. 
2
  
Bax: Ədəbiyyat tədrisi üzrə metodik göstərişlər. Bakı, 1977, səh.13. 
3
  Yen
ə orada. 


Misir S
əfərov 
 
 
24 
a) şagirdlər hər bir əsərin böyük zəhmətin nəticəsində 
yarandığını dərk edirlər; 
b) s
ənətkarın öz fikrini yüksək bədii dildə necə ifadə 
etdiyini müşahidə edirlər; 
c)  şagirdlər  inşa  yazarkən sözlərə  məsuliyyətlə 
yanaşmağı  sənətkarlardan öyrənməyə  çalışırlar.  Bu  da 
onların yazılı nitqini inkişaf etdirir və səlisləşdirir və s. 
Bu metodik fikir v
ə  mülahizələrimizi  S.Vurğunun 
“Vaqif” v
ə  Ə.Əbülhəsənin  “Dostluq  qalası”  əsərlərinin 
timsalında ümumiləşdirmək istərdik
1

T
əcrübə  göstərir ki, bədii  əsərlərin tədrisi  zamanı 

əllifin sənətkarlıq  xüsusiyyəti, üslubu və  bədii dili 
üz
ərində  zəif  iş  aparanda  şagirdlər  əsərin  ideyasını  yaxşı 
m
ənimsəyə bilmirlər. 

əllim  əsərin  dili  haqqında  danışarkən izah etmə-
lidir ki, b
ədii  əsərlərin dili üzərində  işləmək sənətkarın 
qarşısında  duran  ən mühüm və  çətin vəzifələrdən biridir. 
Bu, s
ənətkardan böyük istedad, canlı xalq danışıq və ədəbi 
dilin bütün spesifik xüsusiyy
ətlərindən  ustalıqla  istifadə 
etm
əyi  tələb edir. Bədii  əsərdəki surətlərin xarakterini, 
savad d
ərəcəsini, ictimai mənşəyini öyrənmək və  obraz-
ların  psixologiyasına  uyğun  söz  seçib    işlətmək sənətkar 
üçün vacib m
əsələlərdən biridir. Bədii  əsərdə  öz yerində 
işlənməyən söz və  ifadə  fikrin oxucuya dəqiq  çatmasına 
mane olur, 
əsərin bədii  qiymətini  azaldır.  Buna  görə  də 

ədəbi  yaradıcılıq  işi  üçün  dilin  əvəzedilməz bir vasitə 
olduğunu  dərindən dərk edən böyük sənətkarlar  –  şair, 
ədib və  dramaturqlar  yaradıcılıqlarında  bədii  dilə  xüsusi 
                                                 
1
 
S.Vurğunun  “Vaqif” pyesinin dili  üzərində  necə işləməsi haqqında əlavə 
m
əlumatı  almaq  üçün  bax:  A.M.Qurbanov.  S.Vurğunun  “Vaqif”  pyesinin 
dili v
ə üslubu. Nam.diss., Bakı, 1961, səh.220-256. 


Az
ərbaycan dili məsələləri 
 
25 
fikir vermiş və əsərlərinin dili üzərində çox düşünmüş və 
çox işləmişlər; dilin bütün zənginliklərini dərindən öyrən-
mişlər
1
.  
“Yazıçının öz əsərlərinin dili üzərində çalışması onun 
şəxsi işi olımayıb ümumxalq işidir”
2

“Vaqif” v
ə “Dostluq qalası” əsərlərinin dili üzərində 

əlliflərin necə işlədiklərinə diqqət edək. Burada: 
1.  Ayrı-ayrı  söz,  ifadə  və  cümlələr daha münasib 
qarşılığı ilə əvəz edilmişdir. 
2.  Əsərin mətninə  yeni söz, ifadə  və  cümlələr  əlavə 
olunmuşdur. 
3.  Əsərin mətnindən söz, ifadə  və  cümlələr  çıxarıl-
mışdır. 
S
ənətkarlar bu əsərlərin dili üzərində işləyərkən  fikri 
d
əqiq ifadə  etməyən sözləri  atıb,  daha  münasib  sözlər 
seçmişdir. Əsərlərin əlyazması ilə sonrakı variantları tutuş-
durduqda külli miqdarda sözl
ərin, ifadələrin, cümlələrin və 
h
ətta  şəkilçilərin daha müvafiq sinonimləri ilə  əvəz 
olunduğunu görürük. Bu da sənətkarların ədəbi-bədii dilə 
n
ə qədər məsuliyyətlə yanaşdığını göstərir. 
Əsərin mətnində aparılan düzəlişlərin bir qismi fikrin 
istiqam
ətini dəyişir,  ona  yeni  məna verir, fikrin dəqiq  
ifad
ə  olunmasına  imkan  yaradır,  təkrara yol vermir, yəni 
üslubi ağırlıq yaranmır və s. 
M
əsələn: “Dostluq qalası”nda. 
1.  Maral gülüms
əyib dedi:  -  Babasi, hələ  ona  oranı 
göst
ərməmişəm (1-ci kitab, I nəşri, səh.192). 
                                                 
1
 
Prof.  Ə.Dəmirçizadə.  C.Cabbarlının  dilə  aid fikirləri,  “İnqilab  və 
m
ədəniyyət” jurnalı, 1952, N 8, səh.136. 
2
 
В.Виноградов. «Вопросы культура речи», М., 1955, səh. 53. 


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə