MiSİr səFƏrov azərbaycan diLİ



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə9/86
tarix30.10.2018
ölçüsü1,38 Mb.
#76553
1   ...   5   6   7   8   9   10   11   12   ...   86

Misir S
əfərov 
 
 
30 
m
ətnindən  çıxarmaq,  köhnəlmiş  sözləri atmaq məqsədilə 
d
ə  ixtisarlar  edilmişdir.  Əsərin  oxunaqlı  olmasına,  fikrin 
oxucuya tez v
ə aydın çatmasına kömək edən amillərdən də 
t
əkrardan  qaçmaqdır.  Haqqında    danışdığımız  əsərlərdə 
edil
ən ixtisarlar məhz bu məqsədlə  əlaqədardır.  Bu  növ 
ixtisarlar heç d
ə  əsərin ümumi qiymətini  aşağı  salmır, 
əksinə, onun dilini səlisləşdirir,  fikrin mənasını  dolğun-
laşdırır. 
M
əsələn: “Dostluq qalası”nda. 
1. Maral gülüms
əyib ərini arxayın etdi ki, o gedəndən 
bu gün sonra  m
əsələni  komissara  deyib  şəxsən özü bu 
m
əsələni həll edəcək (“Azərb.” jurn., 1967, N 8, səh.38). 
1. Maral gülüms
əyib ərini arxayın etdi ki, o gedəndən 
bu gün sonra  
komissara deyib şəxsən özü bu məsələni həll 
ed
əcək (4-cü kitab, səh.362). 
2. “Vaqif” pyesinin 
əlyazmasında, 1938. 
                     Eldar 
...Aya ay  uşaqlar,  onu düşürün.  Tez  olun, tez olun 
kabab bişirin, kabab bişirin! (səh.43). 
2. “Dram 
əsərləri”ndə, 1955. 
                    Eldar 
Ay
ə,  ay  uşaqlar!  Onu  düşürün.  Tez  olun,  yaxşı  bir 
kaba
b bişirin! (səh.78). 
Birinci nümun
ənin  ilk  variantında  “məsələni” sözü 
iki d
əfə təkrar olunduğundan əsərin dilində ağırlıq yaranır. 
M
əhz buna görə  də  müəllif  üslubi  ağırlığı  aradan 
götürm
ək,  əsərin dilini yığcamlaşdırıb,  səlisləşdirmək 
m
əqsədilə  “məsələni”  sözünü ikinci variantda ixtisar 
etmişdir. 


Az
ərbaycan dili məsələləri 
 
31 
İkinci nümunənin  ilk variantında işlənmiş “tez olun 
kabab  bişirin”  ifadəsinin  ixtisarı  haqqında  da  bu  sözləri 
dem
ək olar. 
1981 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Misir S
əfərov 
 
 
32 
 
 
 
 
“DOSTLUQ QALASI” ROMANINDA SÖZÜN 
SEMANTİK XÜSUSİYYƏTLƏRİ 
 
Sözün semantik imkanları çox genişdir; məcazilik və 
çoxm
ənalılıq,  omonimlik,  sinonim  və  antonimlik bir küll 
halında, leksik vahidlərin məna-semantik xüsusiyyətlərinin 
izahında  mühüm  rol  oynayır.  Tezisdə,  yalnız  romanın 
verdiyi faktlar 
əsasında sinonim və antonimlərdən danışı-
lacaqdır.  
I.  Ədəbi-bədii  əsərlərin dilində  sinonimlər qüvvətli 
b
ədii ifadə  vasitəsi  kimi  mühüm  yer  tutur.  Əsərdə 
sözl
ərdən düzgün, yerli-yerində  istifadə  etmək, üslubi 
ağırtlıq  yaratmamaq,  təkrara yol verməmək üçün sino-
niml
ər mühüm  rol  oynayır.  Sinonimlərdən yerli-yerində 
istifad
ə etmək yazıçıdan yüksək dil mədəniyyəti və istedad 
t
ələb edir. 
Ə.Əbülhəsən  “Dostluq  qalası”  romanında  sözlərin 
m
əna rənginə,  oxunaqlı,  anlaşıqlı  olmasına  xüsusi  fikir 
vermiş,  sinonimlərdən məharətlə  istifadə  etmişdir. 
Ə.Əbülhəsən eyni sinonimik cərgəyə  daxil olan sözlərin 
işlənmə  yerindən  asılı  olaraq    daha  münasibini  seçib 
işlətmiş,  onların  mətn daxilindəki üslubi rolunu düzgün 
qiym
ətləndirmişdir. 
“Dostluq  qalası”  romanının  dilində  sinonimlər 
maraqlı üslubi xüsusiyyətlərə malikdir. 
1. Eyni söz v
ə  ifadənin təkrarına  yol  verməmək, 
yekn
əsəqliyi  aradan  qaldırmaq  üçün  sinonimlər  işlədil-


Az
ərbaycan dili məsələləri 
 
33 
mişdir. Əsərin dilində eyni söz və ifadənin təkrarı oxucunu 
yorur, 
əsərin bədii qiymətini azaldır. 
2.  Ə.Əbülhəsən təsvir olunan surət,  əşya,  hadisə, 
keyfiyy
ət və  s. oxucu və  ya dinləyicinin  gözü  qarşısında 
daha  geniş  canlandırmaq  üçün  eyni  sinonimik  cərgəyə 
daxil olan sözl
ərin bir neçəsini yan-yana, bir-birinin 
ardınca  işlətmişdir.  Məsələn: Kinin, qəzəbin və  nifrət 
hissinin bel
ə  ifadəsi  əsgərlərə  xoş  gəldiyi  üçün  axırıncı 
beyt d
əfələrlə təkrar olundu (1.282). 
II. Qüvv
ətli bədii ifadə vasitəsi olan antonimlər nitqi 
canlandırır,  inandırıcı  və  obrazlı  edir;  ifadənin təsirini 
artırır. Ziddiyyətlərlə dolu həyat hadisələrini bədii şəkildə 
əks etdirmək üçün antonimlər sənətkarın əlində ən dəyərli 
vasit
ədir. Həyatın enişli-yoxuşlu  yolları, ziddiyyətli insan 
xarakterl
əri  yazıçının    təsvir etdiyi bu məsələlər, özünün 
b
ədii həllini antonim sözlərdə tapır. 
“Dostluq  qalası”  romanının  dilində  antonimlərdən 
geniş istifadə edilmişdir. Yazıçının işlətdiyi antonim sözlər 
maraqlı və rəngarəng üslubi xüsusiyyətlərə malikdir. 
1.  “Dostluq  qalası”  romanının  mövzusu ilə  əlaqədar 
olaraq mü
əllif  əmr bildirən antonimlərdən istifadə 
etmişdir.  Burada  sənətkarın  məqsədi cəbhə  şəraitini, bu 
şəraitin qayda-qanunlarını daha ətraflı, bütün dəqiqliyi ilə 
verm
əkdən ibarət olmuşdur. Məsələn: 

Rota, qalx, farağat! – deyə komanda verib, kapitanı 
qarşılayıb raport vermək istədi. Çernışev: 
- Azad, oturun! – dey
ə əmr verdi (1, 13). 
Misallardan göründüyü kimi,  qalxmaq  –  oturmaq 
antoniml
əri  müəllifə yuxarıda dediyimiz məziyyətləri ver-
m
ək üçün lazım olmuşdur. 
2.  Ə.Əbülhəsən  döyüş  səhnələrini  qabarıqlığı  ilə 
verm
ək,  döyüşdə  həlak  olanların  şəklini sözlə  çəkmək 


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə