Mister hemferin xatiRƏLƏRİ



Yüklə 1,39 Mb.
səhifə9/10
tarix14.04.2018
ölçüsü1,39 Mb.
#38163
1   2   3   4   5   6   7   8   9   10

İKİNCİ HİSSƏ


İngilislərin İslamla düşmənçilikləri
İngilis casusunun birinci hissədəki e`tiraflarını oxuyanlar, ingilislərin dünya müsəlmanları üçün nələr düşündükləri haqqında müəyyən qədər də olsa, mə`lumata malik oldular. Bu hissədə qısa şəkildə MNN-nin casuslara verdiyi əmrlərin dünya müsəlmanları üzərində necə tətbiq edildiyindən və missioner fəaliyyətindən danışacağıq.

İngilislər çox məğrur və təkəbbürlüdürlər. Onlar öz şəxsiyyətlərini və vətənlərini nə qədər üstün və yenilməz görürlərsə, digər insanlara və ölkələrə də bir o qədər yuxarıdan aşağı baxırlar. İngilislərə görə, insanlar üç qismə ayrılırlar: Birinci qismə aid olanlar məhz ingilislərin özləridir. Onlar özlərini Allahın insan olaraq yaratdığı ən gözəl məxluq hesab edirlər. İkinci qismə Amerika və Avropanın digər ağ dərili xalqları aid olunur. Bunları da insan hesab edərək lazımi ehtirama layiq bilirlər. Yerdə qalanlar isə üçüncü növdən olan insanlardır ki, ingilislərə görə, bunlar insanla heyvan arasında olan məxluqdurlar. Hörmətə layiq olmadıqları kimi, hürriyyət, istiqlal və vətən məfhumu da onlara şamil olunmur. Bu insanlar bilavasitə ingilislər tərəfindən idarə olunmaq üçün yaradılmışdır.

İngilislər bu gözlə baxdıqları müstəmləkələrdə yerli əhali ilə bir yerdə yaşamazlar. Müstəmləkələrin hər bir yerində ingilislərə məxsus klublar, kazinolar, hamamlar, hətta mağazalar da vardır. Yerli əhalinin bu kimi yerlərdən istifadə etməsi qadağandır.

XX əsrdə hindistan səyahətləri ilə məhşur olan Marsello Perneal “hindistan səyahəti xatirələri” kitabında belə yazır: “Avropada şöhrət tapmış, hətta bə`zi universitetlərin fəxri professor adını almış bir hind alimi ilə Hindistandakı ingilis klublarının birində görüşmək üçün və`dləşdik. Hindli alim kluba gələn zaman, onun hətta dünya şöhrətli bir şəxsiyyət olmasını da nəzərə almayaraq, içəri buraxmamışdılar. Uzun sürən isrardan sonra onun kluba buraxılmasına nail oldum”. İngilislər özlərindən olmayanlara heyvanlardan da pis münasibət bəsləyirlər. Ən böyük müstəmləkələri olan, illərcə istismar və talan etdikləri Hindistanın Amritsar şəhərində 1919-cu ildə dini ayin səbəbi ilə bir yerə toplaşan hindlilər yaxınlıqlarından keçən bir ingilis qadınına diqqətsizlik edərək, ehtiram göstərməmişdilər. Missioner qadın, o zaman Hindistanda hərbi komandan vəzifəsində çalışan ingilis generalı Dyeri Reqinolda bu haqda şikayət etmişdi. General dərhal əsgərlərinə mə`bədə yollanmağı əmr etmiş və bunun ardınca dəhşətli faciə törənmişdi. Əsgərlər mə`bədə yollanaraq, on dəqiqə ərzində ibadətlə məşğul olan müdafiəsiz xalqa atəş açmış, yeddi yüz nəfər həlak olmuş, min nəfərdən artıq insan isə yaralanmışdı. General bununla kifayətlənməyərək, qalan əhalini üç gün əlləri və ayaqları üzərində heyvan kimi yeriməyə məcbur etmişdi. Bu hadisə ilə bağlı Londona şikayət edilir. İngiltərə hökuməti tədqiqat aparılması üçün fərman verir. Tədqiqat üçün Hindistana gələn müfəttiş dinc əhaliyə atəş açmağın səbəbini soruşanda, general belə cavab vermişdi:

Buranın komandanı mənəm, lazım olan əmri də vermişəm!

Bəs, əhalini əlləri üzərində süründürməyin səbəbi nədir?

Hindlilər öz tanrılarının qarşısında da bu cür sürünürlər. Bu işi görməkdə məqsədim, bir ingilis qadınının da hindu tanrısı qədər müqəddəs olduğunu onlara anlatmaq idi.

Cənab General, əhali alış-veriş üçün küçəyə çıxmağa qorxur. Niyə imkan vermirsiniz?

Çünki bunlar insan olsaydı, əlləri üstə sürünməzdilər. Onsuz da bunların evləri bir-birinə bitişik, damları da düzdür; damlarının üstündə yerisinlər.

* * * *


Generalın bu sözləri qəzetlərdə nəşr olunduqdan sonra Dyeri Reqinold qəhrəman e`lan edildi. Dünya tarixində 13 aprel 1919-cu il ingilis zülmünə mə`ruz qalan hindlilərin qanından meydanda gölməçə əmələ gəlmişdi. Bu qan gölməçəsi general Reqinoldun vəhşiliyinin nəticəsi idi. Bu hadisədən sonra Hindistanın hər bir yerində böyük üsyanlar başlandı. Bu səbəbdən o, general vəzifəsindən azad edilərək təqaüdə göndərildi. Ancaq Londonda onu Lordlar Palatası təmtəraqla qarşıladı. Hələ mükafatlandırmaq qərarına da gəldilər. İngilis lordlarının başqa millətlərə necə baxdıqları burada tam aydın olur.

İngilislər öz müsətəmləkələrini idarə etmək üçün onları iki qrupa bölmüşdülər. Birincisinə, Dominon adı vermişdilər. Bu qrupa ağ dərili avropa xalqları daxildir. Onlar üstün imtiyazlara malik, hətta mədəni muxtariyyata sahib idilər. Ölkədaxili idarəçilik özlərinə məxsus idi. Yalnız xarici əlaqələrdə İngiltərəyə tabe idilər. Misal olaraq Kanada, Avstraliya, Yeni Zellandiya. İkinci qrupa isə ağ dərili olmayan xalqların müstəmləkələri daxil idi. Bu xalqalar daima zülm altında inildəməkdə idilər.

MNN-nin daxilində Hindistana nəzarət üçün ayrıca bir bölüm var idi. Bu nazirliyin əsas mə`sul şəxsi nazirin özü idi. Onun iki müşaviri və dörd müavini var idi. İqtidar dəyişsə də nazirliyin mə`sulları dəyişməzdi. Dörd müavinin biri Kanada, Avstraliya və bə`zi adalar, ikincisi Cənubi Afrika, üçüncüsü Şərqi və Qərbi Afrika, dördüncüsü Hindistanla məşğul olurdu. Düşmənçilik, zülm, istibdad, hiylə və xəyanət üzərində qurulan ingilis imperatorluğu, özünə “üzərində günəş batmayan” ölkə adı vermişdi. Konqo, Kipr, Kanada, Atən, Avstraliya, Fici, Şimali Afrika, Yeni Zellandiya, Tonqa, Pasifik adaları, Paniya, Somali, Saravak, Biruno, Bruney, Banqladeş, Birma, Hindistan, Pakistan, Malta, Malayziya, İndoneziya, İngilis Bəlcustanı, Çinin bir hissəsi, 1882-ci ildən Bostamina, Misir, Sudan, Sinqapur, Siyero-Leone, Niceriya, Uqanda, Quyan, Qambiya, Qana və Tanzaniya kimi dövlətlər ingilislərin hegemonluğu sayəsində alındı. Bu dünya dövlətləri həm dinlərini, həm dillərini, həm də adət-ən`ənələrini itirdilər. Yeraltı-yerüstü sərvətləri ingilislər tərəfindən talan edildi. XIX yüzilliyin sonunda onlar dünya torpaqlarının ¼-nə, dünya xalqlarının isə ¼-dən çoxuna sahib oldular. İngilis müstəmləkələrinin ən mühümü, strateji məqsəd daşıyan Hindistan idi. İngilislər dünyada hakimiyyətlərini tə`min etmək üçün üç yüz milyondan artıq əhalisi olan (hal-hazırda bir milyarda yaxındır) tükənməz sərvətlərə sahib olan Hindistandan I Dünya Müharibəsində bir milyondan artıq əsgər və bir milyard rupi nəğd pul almışdılar. Bu pulların çoxunu Osmanlı dövlətini parçalamağa sərf etmişdilər. Sülh şəraitində də ingilis iqtisadiyyatını yaşadan və maliyyəsini dövr etdirən Hindistan idi. Hindistana çox əhəmiyyət verilməsinin əsas iki səbəbi var idi:

İslamın hindistanda yayılıb genişlənməsi və bu ərazilərdə onun hakim olmaq təhlükəsi;

Hindistanın təbii sərvətləri.

Hindistan üzərində müstəmləkəçilik siyasətini qoruyub saxlamaq üçün ingilislər bu ölkənin yolunun üstündə olan bütün İslam ölkələrinə soxularaq fəsad toxumları səpmiş, qardaşı qardaşa düşmən etmişdilər. Bu yolla təbii sərvətləri öz ölkələrinə daşımış və müsəlmanlara hakim olmuşdular.

Osmanlı imperatorluğunu müxtəlif siyasi oyunlarla Rusiya ilə müharibəyə cəlb etdilər ki, bu dövlət zəifləyib Hindistana əl uzada bilməsin. Parçalayıb işğal etmək ingilis siyasətinin əsasını təşkil edir.

Avropadan ilk dəfə Hindistana ayaq açan, h.q-904, m-1498-ci ildə portuqaliyalılar olmuşdu. Kalkuta şəhərinə gələn portuqaliyalılar ticarətlə məşğul olmuş və tədricən Hindistan ticarətini əllərinə keçirmişdilər. Daha sonra portuqaliyalıları hollandlar, hollandları isə fransızlar üstələdilər və nəhayət, ingilislər meydana çıxaraq nəzarəti ələ keçirdilər.

Hindistanın müsəlman alimlərindən olan əllamə Məhəmməd Fəzli Haqq Hərəbədinin ”Əs-sərvətül Hindiyyə” kitabında yazdığına görə, ingilislər ilk dəfə h.q-1008, m-1608-ci ildə Hindistanın Kalkuta şəhərində ticarət mərkəzləri açmaq üçün Əkbər şahdan izn aldılar. Elə bu illərdə kraliça Yelizavetta Şərqi Hindistan kompaniyasının nizamnaməsini təşkil etdi. Bu nizamnaməyə görə, kompaniya İngiltərədə könüllü əsgər toplayaraq, öz hesabına silahlandırıb donanma təşkil etmək, hərbi və ticarət məqsədi ilə səfərlər etmək imtiyazı aldı. Əkbər şah azğın bir adam idi, bütün dinlərə eyni gözlə baxırdı. Hətta müxtəlif dinlərin alimlərini bir yerə toplayaraq, müştərək bir din qurdu. Onun “İlahi Din” adlandırdığı bu ayin h.q-990, m-1582-ci ildə rəsmi əqidə e`lan edildi. Bu tarixdən başlayaraq onun ölümünə qədər bütün Hindistanda, xüsusilə də Seylonda İslam alimlərinin e`tibarı azalmışdı. Əkbər şahın dininə mənsub şəxslər isə hər yerdə önə keçmişdilər. Məhz bu zamandan ingilislər Hindistana daxil oldular.

İngilislər I Şahi-aləmin zamanında Kalkutiyada torpaq sahələrini satın aldılar. Onları mühafizə etmək üçün ordu gətirdilər. H.q-1126, m-1714-cu ildə Sultan Fərruh Şir şahı taxtdan saldılar. Bundan sonra bütün Hindistanda torpaq sahələrinin satılmasına izn verildi. 1803-cü ildə ingilislər Şahi-aləm Sanini hakimiyyətləri altına aldılar. 1760-cı ildə taxta çıxan Şahi-aləm Saninin zamanında ingilislər öz müstəmləkələrini Benqaldan mərkəzi Hindistana və Rasputaniyaya (İndiki Pakistan) qədər genişləndirdilər. Dehlidə gördükləri bütün işləri şahın adına çıxartdılar. Müsəlman Hind şahlarının adlarının pulların üzərindən götürülməsi ilə ilk dəfə olaraq, Şahi-aləmi Sani ilə İngiltərənin Hindistandakı valisi arasında qarşıdurma yarandı. 1837-ci ildə hakimiyyətə gələn II Şah Bahadır, ingilislərin zülmünə dözməyərək, 1857-ci ildə onlara qarşı ordunun və xalqın birliyi ilə qiyama başladı. İlk mərhələyə öz adına pul kəsdirib, xütbə oxutmaqla başladı. Şahın bu hərəkətinə qarşı ingilislərin reaksiyası çox şiddətli oldu. İngilis əsgərləri Dehliyə daxil olaraq evləri, dükan və mağazaları talan etdilər. Qarşılarına çıxan bütün qoca, cavan, uşaq və qadınları qılıncdan keçirdilər. Dözülməz bir vəziyyət yarandı. II Şah Bahadırın ordu başçılarından olan Batı xan, sultanı ordu ilə birlikdə geri çəkilməyə razı etdisə də, ingilislərin rəğbətini qazanmaq istəyən xain Mirzə İlahi Baxış adlı başqa bir başçı şaha ordudan ayrılıb, təslim olmağı təklif etdi. Onu inandırmaq üçün - ingilislər səninlə yaxşı rəftar edəcəklər və ailənə də toxunmayacaqlar - dedi. Bahadır Şah da ona inanaraq ordunun əsas cinahından ayrılaraq, Dehlinin içərisindəki Kalyayi Müəlladanın 10 km.-də yerləşən Humayun şahın türbəsinə sığındı.

Zalımlığı ilə məşhur olan ingilis zabiti, keşiş Hudson bu məsələni xain Rəcəb Əli adlı birindən öyrənərək, ordu komandanı Vilsona bildirir. O, Bahadır Şahı tutmaq üçün yardımçı qüvvələr istəyir. Vilson verə biləcəyi muzdlu əsgəri olmadığını söylədikdə, Hudson sultanın təslim olması üçün, canına və ailəsinə toxunulmayacağı tə`minatının verilməsi təklifini edir. Vilson bu təklifi əvvəlcədən qə`bul etməsə də, sonradan razılaşır. Bundan sonra Hudson 90 nəfərlik əsgər hey`əti ilə Humayun şahın türbəsinə gələrək, sultana təslim olmağı təklif edir və təslim olduğu təqdirdə ailəsinə toxunulmayacağı tə`minatını da verir. Hudsona aldanan Bahadır Şah təslim olur. Hudson sonradan sultanın iki oğlunu yaxalamaq istəyir. Lakin sultanın oğlanları qalada mühafizə olunduqlarından onlara yaxın düşə bilmir və nəticədə onları da canlarına tə`minat vermək yolu ilə aldadır. Sultanın oğlanları da aldanaraq, təslim olurlar. Onları tutan kimi elə oradaca zəncirləyərək, əli bağlı Dehliyə gətirir. Mərkəzi meydanların birində soyundurub, sinələrinə qurğuşun tökərək şəhid edir. Deyilənlərə görə Hudson onların qanından bir qədər şüşəyə töküb içmişdi. Bu gənclərin cəsədlərini xalqı qorxutmaq üçün qala qapısından asırlar. Bir gün sonra başlarını kəsərək, İngiltərə valisi Henri Bernarda göndərir, ətlərindən isə şorba bişirərək, sultan və xanımının saxlandığı zindana göndərirlər. Onlar ac olduqları üçün əti yeməyə başlayırlar. Lakin çeynəyə bilmirlər. Ətdən şübhələnərək yediklərini də qusur və qabları yerə çırpıb sındırırlar. Bu vəziyyətdə Hudson onlara yaxınlaşaraq, niyə yemədiniz? – deyə iztehza ilə şorbanın onun oğlanlarının ətindən hazırlandığını söyləyir.

1858-ci ildə hiylə ilə hakimiyyətdən uzaqlaşdırılan II Bahadır avropalıları qarşı qiyam və qətldə günahlandırılaraq mühakimə edilir. Həmin ilin mart ayının 29-da ömürlük həbs cəsazına məhkum edilərək, Konqona sürgünə göndərilir. Sultan II Bahadır 1862-ci ildə vətənindən uzaq bir ölkədə vəfat edir. Daha sonra Əllamə Fəzli Haqq 1861-ci ildə Andaman adalarındakı zindanların birində ingilislər tərəfindən şəhid edilir. İngilislər 1877-ci ildə Osmanlı-Rusiya müharibəsi ərəfəsində Hindistanı İngiltərənin ərazisi kimi e`lan etdilər.

İsveç Masson Lojasına bağlı olan Midhad Paşanın əli ilə Osmanlı dövlətinin müharibəyə sürüklənməsi İslama dəyən ən böyük ziyanlardan biri oldu. Sultan Əbdül Əziz xanın öldürülməsində də, ingilislərin əli var idi. İngilislər xüsusi məqsədlərlə yetişdirdikləri şəxsləri yüksək vəzifələrdə əyləşdirmişdilər. Bu dövlət adamlarının adları osmanlı, fikirləri isə ingilis psixologiyası idi. Bu kadrlar içərisində ən tanınmış sima Mutafa Rəşid Paşa olmuşdur. O, Baş Nazir olduğu vaxt 28 oktyabr 1837-ci ildə ingilisləri Hindistan müsəlmanlarına qarşı Dehlidə törətdiyi qətl hadisələri münasibəti ilə rəsmi şəkildə təbrik etmişdi. Hələ bu hadisədən əvvəl Hindistanda ingilis zülmünə qarşı qiyama qalxan müsəlmanları yatırtmaq üçün İngiltərədən gələn yardımın Misirdən keçirilməsi üçün icazə istəmişdi. Onlara massonların vasitəsi ilə icazə verildi.

Hindistanda ingilislər yeni məktəblər açdıqları halda, İslam şəriətini öyrədən bütün mədrəsələri bağladılar. Xalqa rəhbərlik edə biləcək bütün alimlər və din adamlarını şəhid etdilər. Hətta tələbələri də qətlə yetirdilər.

Burada sizlərə, 1971-ci ildə Hindistana və Pakistana səfər edən (adı çəkilməsi məsləhət olmayan) şəxsiyyətlərdən birinin kiçik bir xatirəsini nəql etmək istərdim: ”Hindistanın sərhəd şəhərlərində yerləşən İmam Rəbbani və digər övliyaların məzari-şəriflərini ziyarət etdik. Sonra Paniputi şəhərinə, oradan da Dehliyə getdim. Paniputinin ən böyük məscidində cümə namazını qıldıqdan sonra məscidin imamı bizi evinə qonaq apardı. Yolda, zəncirlə bağlanıb kilidlənmiş böyük bir qapı gördüm. Üzərindəki kitabəni oxuduqda bu yerin həmin əyalətdə ilk məktəb olduğunu anladım və imamdan qapının nə üçün bağlı olduğunu soruşdum. O, cavabında bu məktəbin 1947-ci ildən bağlı olduğunu söylədi. Onun sözlərindən aydın oldu ki, ingilislər hinduları qızışdıraraq, Paniputidəki bütün müsəlmanları – kişi-qadın, qoca-cavan, hətta uşaqları belə, elə buradaca qətlə yetirdilər. Bu zəncir və qıfıl bizə ingilis zülmünü xatırladır. Bizlər isə bu şəhərə sonradan mühacirət etmişik”.

İngilislər hakim olduqlar bütün İslam ölkələrində alimləri, dini ədəbiyyatları və məktəbləri məhv etdilər. Əvəzində, tamamilə cahil, öz dinindən, mədəniyyətindən xəbərsiz olan gənc bir nəsil yetişdirdilər. 1837-ci ildə Kalkutaya gələn bir ingilis mə`muru Lord Makauley fars və ərəb dillərində dini kitabların nəşr olunub yayılmasını qadağan edən bir əmr vermişdi. Onun bu əmri İngiltərə hökuməti tərəfindən bəyənilib təsdiq edilmişdi. Bu qanun ilk dəfə olaraq müsəlmanların çoxluq təşkil etdiyi ərazilərdə, xüsusilə də Benqalda qüvvəyə minmişdi.

İngilislər Hindistanda 8 yaşlı qızlara məxsus 165 kollec açmışdılar. Bu kolleclərdə yetişdirdikləri şagirdələri xüsusi tə`limlərlə öz din və mədəniyyətlərinə düşmən etmişdilər. İngilis ordusunun 2/3-ni beyinləri yad düşüncələrlə doldurulmuş, öz millətinə düşmən kəsilmiş, xristianlaşdırılmış və ya pulla satın alınmış yerli əhali təşkil edirdi. İngilislərin sə`yləri nəticəsində 1833-cü ildə çıxarılan qanun casusların missionerlik fəaliyyətinin genişləndirilməsi və protestant dininin Hindistanda qüvvətlənməsinə şərait yaratmışdır. Hindistan tam şəkildə ingilislərin müstəmləkəsinə çevrilməmişdən əvvəl, orada yaşayan ingilislər müsəlman alimlərinə hörmətlə yanaşırdılar. Məscid və mədərəsələrin tə`mirinə yardım göstərir, hətta dini komplkeslərin tikintisinə aid olan inşaat müəssisələrində çalışırdılar. 1838-ci ildə İngiltərədən gələn əmrlərdən sonra ingilislərin bu fəaliyyəti qadağan olundu. Onların İslam dininə olan hücumlarında tətbiq etdikləri siyasətin iç üzü göründü. Onlar əvvəlcə yardım edərək müsəlmanları sevindirir, İslama xidmət göstərərək gördükləri bu kimi işləri ölkənin hər bir tərəfinə yayırlar. Dünya müsəlmanlarını bu yolla aldadaraq, öz niyyətlərinə müvəffəq olduqdan sonra, İslamın əsaslarını, kitablarını, məktəblərini və alimlərini yavaş-yavaş məhv etməyə başlayırlar. Bu ikiüzlü siyasətlər müsəlmanlar üçün ən böyük düşmənçilik və öldürücü zərbə metodu olmuşdur. İngilislər Hindistanda hakim din və qüdrət olan İslamı həddən artıq acınacaqlı bir vəziyyətə gətirib çıxardılar. Onlar ingilis dilini rəsmi dil e`lan etdikdən sonra, yerli gənclərin xristianlaşdırma prosesinin yeni mərhələsinə başladılar. Bu fəaliyyətləri əsas e`tibarı ilə missionerlərin nəzarəti altında olan məktəblərdə həyata keçirirdilər. Hətta İngiltərənin Baş Naziri Lord Palmerson və bir çox ingilis lordları bu məramlarını açıqcasına bildirirdilər: ”Allah Hindistanı ingilislərə, onların xristianlıqdan faydalanmaları üçün vermişdir”. Lord Makley Hindistanda qan və rəng baxımından hindli, zövq, düşüncə, inanc, əxlaq və zəka baxımından ingilis bir cəmiyyət yetişdirilməsi üçün çox çalışmışdı. Bu işə görə də öz ölkəsinin lazımi dəstəyinə nail olmuşdu. Ona görə də missionerlər tərəfindən açılan məktəblərdə ingilis ədəbiyyatı, dili və xristianlığın öyrədilməsinə xüsusi əhəmiyyət verilirdi. Dəqiq elmlərə - riyaziyyat, kimya, fizika və başqa sahələrə heç bir maraq yox idi. Bu şəkildə ingilislər tərəfindən Hindistanda xristianlaşdırılmış bir nəsil yetişdirilir, sonradan onlar öz ölkələrinin yüksək mə`mur kürsülərində əyləşdirilirdi.

Hindistanda öz dinindən çıxan müsəlmanlar mürtəd hesab olunurdular. Hindulara görə isə, öz dinini tərk edənlər dinsiz hesab edilirdi. Buna görə də, ingilislər tərəfindən xristianlaşdırılan yerli gənclər öz ailələrindən onlara çatacaq hər hansı bir pay və ya mirasdan məhrum olurdular. Missionerlər buna mane olmaq üçün 1832-ci ildə Benqala aid bir qanun çıxararaq, xristian olan yerli mürtəd və dinsizlərin mirasdan pay almalarını tə`min etdilər. Bu səbəbdən, hindlilər Hindistandakı ingilis məktəblərinə “şeytan mərkəzi” adını vermişdilər. 1925-ci ildə Hindistana səfər edən fransız Marsello Pernau nəşr etdiyi kitabında belə yazır: ”Hindistanın birinci şəhəri olan Kalkudadakı səfalətli həyat Paris və Londonun ətrafındakı bataqxana məhəllələri ilə belə müqayisə edilməyəcək səviyyədə idi. Küçələrdə insanlar və heyvanlar bir-birinə qarışmış, uşaqlar ağlayır, xəstələr inildəyirdi. Onların yanında spirtli içki içib məst olmuş insanlar ölü kimi yerdə uzanıb qalmışdılar. İnsan bu qədər ac, zəlil, və zəif vücudları seyr edərkən, istər-istəməz öz-özünə bunların nə iş görə biləcəyini fikirləşir. Nicatlarını fabriklərdə işləməkdə görən insanların ağır iş şəraiti müqabilində aldıqları məvacib, ehtiyaclarının cüz`i hissələrini belə ödəmirdi. Dünyanın heç bir yerində insan həyatına qarşı olan diqqətsizlik burada olduğu qədər deyildi. Fəhlə öldükdə, nə olsun? sabah yerinə başqa birisi gələr-deyirdilər. İngilislərin burada düşündükləri yeganə şey istehsalı çoxaltmaq, maksimum mənfəət əldə etmək və bütün qazancları İngiltərəyə yönəltmək idi”.

ABŞ-ın keçmiş Xarici İşlər Naziri Vilyam Cenninq Brayn ingilis hökumətinin Rusiyadan daha zalım və daha alçaq olduğunu bildirmişdi. O, “Hindistanda ingilis hakimiyyəti” adlı kitabında belə qeyd etmişdir: ”Hindistan əhalisinə rifah və saədət bəxş etdiyini iddia edən ingilislər, hakim olduqları müddət ərzində milyonlarla hindilini məzara göndərmişlər. Məhkəmə və inzibati orqanlarını tə`sis etdiklərini hər yerdə öyünərək söyləyən bu millət, rəsmi bir soyğunçuluqla Hindistanı talan etmişdir. ”Soyğunçuluq” kəlməsi bir az ağır səslənsə də, ingilis idarə üsulunun rəftarını başqa cür izah etmək mümkün deyildir. Xristianlıq adından çıxış edən ingilis qansoranları əsarət zinciri altında inildəyən hind müsəlmanlarının fəryad səsini eşitmək istəmirdi”.

Mister Hodbert Kambton “Hindlinin həyatı” adlı kitabında belə yazır: ”Ağaları (ingilislər) hindliyə zülm edir, o isə hər şeyi yox oluncaya, ölüncəyə qədər işləməkdə, ona xidmət etməkdə davam edir“. Bu sözlər insaflı xristianların ingilis vəhşiliyini aşkar edən yazılardan bir nümunədir. İngilislərin digər müstəmləkələrində işlədilən hindli müsəlman fəhlələrin vəziyyəti daha dözülməz idi. 1834-cü ildən ingilis istehsalçıları afrikalı zəncilərin yerinə hindli işçiləri işlətməyə başladılar. Hindistandan Şimali Afrika müstəmləkələrinə minlərlə hindli müsəlman aparıldı. Qul adı verilən bu işçilərin vəziyyəti kölələrin vəziyyətindən daha ağır idi. Bunlar “razılaşdırılmış iş rejimi” deyilən bir üsul ilə hindliləri işlədirdilər. Buna görə də qul adlanan insanlar beş il müddət ərzində nə evlənə, nə də iş yerlərini tərk edə bilərdilər. Gecə-gündüz qırmanc altında işləmək məcburiyyətində idilər. Bundan əlavə, hər il vergi qismində üç ingilis qızılı verməli idilər. Bu deyilənlər “Labour in India” “Post-Lecturer in the University of New-York” yazıları ilə bütün dünyaya e`lan edilmişdi.



Qandi öz təhsilini İngiltərədə bitirərək, Hindistana dönmüşdü. O, xristianlaşmış bir hindli, Porbandar şəhərinin baş keşişinin oğludur. 1893-cü ildə Hindistandakı bir ingilis şirkəti onu Şimali Afrikaya göndərmişdi. Qandi oradakı hindlilərin nə qədər ağır və dözülməz şəraitdə işlədiklərini müşahidə etdikdən sonra ingilislərlə mübarizəyə başlamışdı. İngilislər tərəfindən yetişdirilmiş, hətta xristianlaşdırılmış bir şəxsin oğlu olduğu halda, ingilis zülmünə qarşı mübarizə aparmaq ona şöhrət qazandırmışdı.

İngilislərin bütün İslam aləmində tətbiq etdikləri siyasətin təməli və əsli bu üç kəlmədən ibarətdir-parçala, dinlərini məhv et və hakim ol! Onlar bu siyasəti həyata keçirmək üçün heç nədən çəkinməmişlər. İngilislərin Hindistanda başladığı ilkin proses özlərinə xidmət göstərə biləcək şəxsləri axtarmaq olmuşdu. Onlar bu şəxsləri tapdıqdan sonra yavaş-yavaş fitnə alovunu alışdırmağa başlamış və müsəlmanların hakimiyyəti altında yaşayan hindulardan istifadə etmişdilər. Hindulara Hindistanın həqiqi sahibi olduqlarını, hindu torpaqlarının müsəlmanlara qurban verildiyini və buna qarşı çıxmaq lazım gəldiyini təlqin edərək, bu yolla onları öz tərəflərinə çəkmişdilər. Onların içərisindən muzdlu əsgərlər götürürdülər. Kraliça Yelizavettanın əmri ilə orduda quruculuq işləri aparılarkən, hindu cəhaləti ilə ingilisləri birləşdirən ümumi bir maraq İslama olan düşmənçilik və sərvət hərisliyi idi. Müsəlman valiləri ilə hindu başçıları arasında döyüşlər başlandı. Müsəlmanların içərisindən mə`nəvi cəhətdən zəif olanlar müxtəlif yollarla satın alındı. Krallıqda müşavir işləmiş (Hindistan təşkilatı üzərində) mə`sul olan ingilis Sir Con Straçey müsəlman-hindu münaqişəsi barəsində bunları demişdir: ”Hakim olmaq və təfriqə salmaq üçün lazım olan hər bir şey hökumətimizin siyasətində mövcuddur. Hindistandakı siyasətimizin ən böyük yardımçısı qarşı-qarşıya duran iki düşmənin mövcud olması idi. Bu düşmənçiliyi qızışdıran ingilislər 1750-ci ildən 1870-ci ilə qədər davamlı olaraq, hinduları dəstəklədilər və onlarla bərabər müsəlmanların kütləvi şəkildə qırılmasında iştirak etdilər. 1858-ci ildə isə hinduları müsəlmanların üzərinə qaldıraraq, bu mənzərəni kənardan yüksək zövqlə izləməyə başladılar. Hindistanda o vaxta qədər inək kəsmək üstündə heç vaxt qanlı hadisələr baş verməmişdi; amma bu hadisədə minlərlə müsəlmanın nahaq qanı axıdıldı, minlərlə ev, məscid və mədrəsələr yandırıldı. Bu qarşıdurmanı qızışdırmaq üçün ingilislər müsəlmanların arasında “Bir inək kəsmək yeddi qoyun kəcməkdən daha üstündür”, hindlilər arasında isə “tanrını (inək) ölümdən qurtarmağın savabı var” fikirini yaymağa başdılar. Bu ixtilaflar ingilislər Hindistandan çəkiləndən sonra da davam etdirilmişdir. Buna misal olaraq, İranda Müsəddiq hərəkatı zamanı nəşr olunan “İttilaat” jurnalından oxuduğum bir məqaləni nəzərinizə çatdırmaq istərdim. “Qurban bayramı günü əmmaməli, əbalı iki müsəlman qurban kəsmək üçün bir inək alırlar. Hinduların məhəlləsindən keçərkən, bir hindu onların qarşısına çıxaraq, inəyi hara apardıqlarını soruşur. Müsəlmanlar isə qurban kəsəcəklərini söyləyirlər. Bunu eşidən hindu tez hay-küy salmağa bşlayır; qışqıraraq əhalini köməyə çağırır: ”Ey camaat! Müsəlmanlar tanrımızı qurban kəsməyə aparırlar”. Müsəlmanlar isə: ”Ey müsəlmanlar hindular qurbanlarımızı əlimizdən alırlar”. Sonra isə daş, ağac və bıçaqla bir-birini qətlə yetirirlər. Bu hadisə zamanı hindu məhəlləsindən olan bir neçə nəfər bə`zi əlamətlərdən bu fitnənin ingilislər tərəfindən hazırladığını başa düşürlər. Sonradan da hamıya mə`lum oldu ki, fitnə salan ingilislərdir”.

Məqaləni yazan müxbir ingilislərə xitabən deyir: ”Biz sizin, qurban bayramında müsəlmanlara necə zəhər içirtdiyinizi çox yaxşı bilirik”. İngilislər bu cür saysız-hesabsız fitnə və zülmlərlə müsəlmanları məhv etməyə çalışırlar.


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə