Mister hemferin xatiRƏLƏRİ



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə1/9
tarix27.09.2023
ölçüsü0,95 Mb.
#124050
  1   2   3   4   5   6   7   8   9
2 5215586530805940580




MİSTER HEMFERİN 
XATİRƏLƏRİ 
(İNGİLİS CASUSUNUN 
E᾿TİRAFLARI) 
OOO «Evro-press» 
OOO «Mediцina» 
ZAO «Slavяnskiй dom kniqi» 
Moskva 2003 



ISBN 5-8550-095-0
İzdatelьstvo 
ZFO «Slavяnskiй dom kniqi»,
2003 
Liцenziя na izdatelьskuю deяatelьnostь 
№ 065171 ot 14.05.97 q. 
 
Podpisano v peçatь 20. 02. 2003. Format 84\108/
32

Peçatь vısokaя. 
Fiz. Peç. l. 19,0. Tiraj 3000 эkz. Zakaz № 2300. 
 
İzdatelьstvo 
ZFO «Slavяnskiй dom kniqi». 
129327, q. Moskva, ul. Kominterna, d. 26 
 
Opeçatano v polnom sootvetstvin s kaçestvom predostavlennıx 
diapozitivov na izdatelьsko-poliqrafiçeskom predpriяtii 
«Pravda Severa». 
163002, q. Arxanqelьsk, pr. Novqorodskiй, 32



MÜQƏDDİMƏ 
Əziz oxucular! Qarşınızda olan bu kitab, vaxtilə 
İngiltərənin Müstəmləkələrə Nəzarət Nazirliyi (MNN) 
tərəfindən müsəlman ölkələrinə casusluq məqsədilə 
göndərilmiş Mister Hemferin xatirələridir. Bu mənfur 
xristian casusunun öz e`tiraflarından mə`lum olur ki, o, 
öz hökuməti tərəfindən xüsusi məqsədlə İslam 
ölkələrinə göndərilərək, oralarda uzun illər təxribatçılıq 
işləri ilə məşğul olmuş, müsəlmanları daxildən 
parçalayıb dağıtmaq yolunda heç bir murdar və qeyri-
insani işlərdən çəkinməmişdir. Onun gördüyü işləri 
ümumi və xüsusi olaraq bir neçə şəkildə xülasə etmək 
olar: 
Müsəlman cəmiyyətində mövcud olan müsbət və 
mənfi cəhətləri öyrənib öz hökumət dairələrinə 
çatdırmaq; 
Milli, dini və məzhəbi qarşıdurmalar yaratmaq üçün 
münasib məkan, zaman və şəraitlərin öyrənilməsi; 
Mə`nəvi cəhətdən zəif olan müsəlman dövlət 
mə`murları, elm xadimləri, ruhani və sıravi şəxsiyyətlər 
tapıb kəşfiyyat orqanları ilə həmkarlığa cəlb etmək; 
Sadəlövh tələbə və şagirdləri cəlb edərək, onların 
tə`lim-tərbiyə işləri ilə məşğul olmaq, gələcək kadr kimi 
hazırlayaraq, onları yüksək dövlət kürsülərində 
əyləşdirmək; 
Ayrı-ayrı firqə və cərəyanlar yaradaraq onları hər bir 
cəhətdən himayə etmək, müsəlman cəmiyyətlərində 
kəskin qarşıdurmalar yaratmaq; 



Vətənpərvər insanları, elm və din xadimlərini gözdən 
salmaq, şayiə, töhmət və iftira yaymaqla xalq arasında 
onlara qarşı kütləvi e`tiraz yaratmaq; 
Hər yerdə dinşünas, islamşünas, şərqşünas və s. 
adlarla saxta şəxsiyyətlər yaratmaq, ictimai diqqəti 
onlara doğru yönəltmək və müsəlmanların öz dini 
mə`lumatlarını məhz onlardan əxz etməsinə şərait 
yaratmaq; 
Dinin həqiqi və əsas e`tiqadlarını təhrif edərək, azğın 
fikirlər və batil əqidələr yaratmaq; 
Dini 
ayinlərin 
həqiqi 
mahiyyətini 
dəyişmək, 
müsəlmanların içərisinə məqsədyönlü şəkildə nüfuz 
etmiş şəxslərin vasitəsilə irtica, xurafat və mövhumata 
dini rəng verməklə xalq arasında yaymaq; 
İslahat, 
tərəqqi 
və 
müasirlik 
iddiaları 
ilə 
müsəlmanların mədəniyyət, mə`nəviyyat, tarix və 
gələcəyini məhv etmək. 
Mister Hemferin xristian və yəhudi dünyasına 
göstərdiyi “misilsiz xidmətlər” arasında təkcə onun 
İslam dünyasının kürəyindən sancılan bir xəncər, yə`ni 
Vəhhabi məzhəbini tə`sis etməsini misal göstərmək 
kifayət edər. 
Bu barədə ətraflı mə`lumatı kitabın Məhəmməd 
Nəcdi ilə bağlı fəslində oxuya bilərsiniz. 
Qeyd etmək lazımdır ki, bu məzhəbin yaranmasından 
yüz illər keçməsinə baxmayaraq, hələ də o
imperializmin əlində paslanmayan bir silah kimi öz acı 
tə`sirlərini buraxmaqdadır. Düşmən qüvvələr bu 
məzhəb təbliğatçılarını müsəlman cəmiyyətlərinin 
içərisinə istiqamətləndirərək, onları hərtərəfli himayə 



edir, gücləndirirlər; istədikləri vaxt onları silahlı 
qiyama, təxribat yönlü işlərə təhrik edir və nəhayət 
gözlənilən vaxt gəlib çatdıqda həmin cəmiyyəti 
terrorçuluqda ittiham edərək, havadan, qurudan 
hücuma keçir; qəzəbdən od püskürür, dünyanı lərzəyə 
gətirirlər. Yəqin ki, bu sətirləri oxuyan hər bir şəxs son 
illərdə baş verən Əfqanıstan hadisəsini unutmamışdır. 
Heç kəsə gizli deyildir ki, “Vəhhabi Taliban” qrupu 
Əfqanıstana məhz Amerika, İngiltərə, İsrail və digər 
dövlətlərin himayəsi ilə daxil oldu; bir neçə il ən ibtidai 
və insani məsələlərə qarşı ifrat mövqe tutaraq 
müsəlmanları bütün dünyaya güldürdü; nəhayət 
günlərin bir günü “11 sentyarb” adlı beynəlxalq bir 
tamaşa hazırlamaqla öz mövqeyini kəskin şəkildə 
dəyişdi. Bu dəfə Əfqanıstana xilaskar ordu kimi daxil 
olaraq, öz əli ilə böyüdüb boya-başa çatdırdığı 
qanunsuz övladını (vəhhabiləri) qırıb məhv etməyə 
başladı; çox keçmədi ki, həmin ölkənin fatehinə çevrildi 
və 
məzlum 
əfqan 
xalqına 
sülh, 
azadlıq 
və 
demokratiyanı ərməğan gətirdi. 
Tarixdə nə qədər hemferlərin olması və onların 
törətdikləri fitnə-fəsadların dəqiq sayı heç kəsə mə`lum 
deyildir. Dəhşətlisi budur ki, onlar bu gün də 
müsəlmanların içərisinə soxularaq didib-parçalamaq, 
parçalayıb istismar etməklə məşğuldurlar. Qeyd olunan 
düşmənlər heç bir vaxt bizim ölkəmizi də gözdən 
qaçırmayıblar. Vətənimiz tarix boyu bu namərdlərin 
mənfur niyyətlərinin, hiylə və məkrlərinin qurbanı 
olmuşdur. 



Qeyd olunan xəyanətlərin ən sonuncusu isə Qarabağ 
adlı dərdimiz, bütün vətən övladlarından öz həllini 
gözləyən ən ağır problemimizdir. Təcavüzkar erməni 
quldurları torpaqlarımızı 
işğal edib, 
xalqımıza, 
vətənimizə sağalmayan yaralar vurublar. 
Başda Amerika və Avropa ölkələri daxil olmaqla bir 
çox dünya dövlətləri, o cümlədən beynəlxalq təşkilatlar 
guya neçə illərdir ki, bu məsələnin həlli yollarını 
arayıb-axtarırlar. Amma həqiqətdə onlar bu hadisəni 
xalqımıza unutdurmaq və faktiki olaraq işğal olunmuş 
ərazilərin qanuni şəkildə ermənilərə bağışlanması 
yollarını araşdırırlar. 
Böyük qüdrətlər vasitəçi missiyası ilə hər dəfə 
danışıqlar stoluna əyləşdikdə hər iki tərəfin sözünü 
eşitməkdə, qərar çıxarmaqda son dərəcə “ehtiyatlı” 
olurlar; heç bir dövlətin daxili işlərinə qarışmaq 
istəmirlər. 
Amma 
lazım 
gəldikdə, 
müsəlman 
Əfqanıstan, İraq və digər dövlətlərdə “demokratiyanı” 
bərpa etmək üçün təpədən-dırnağadək silahlanırlar; bir 
dövlətin daxili işinə qarışmaq nədir, onun köksündə od 
qalayırlar. Görəsən təcavüzkar və işğalçı bir dövlətlə, 
öz ölkəsində diktatorluq edən hakimiyyətlərin məntiqi 
fərqi nədədir?! Əlbəttə, onlardan birincisinin xristian, 
ikincisinin isə müsəlman dövləti olmasında!!! 
Əziz həmvətənlilər! Artıq qəflət yuxusundan ayılmaq 
vaxtıdır. Düşmənlər daxildən və xaricdən ayağımızın 
altını qazmaqda və bizi sonu görünməyən quyuya 
doğru yuvarlamaqdadırlar. Hər gün öz din və 
mədəniyyətimizə qarşı xaricdə hazırlanıb ölkəmizdə 
icraya qoyulan qadağan və məhdudiyyətləri müşahidə 



etməkdəyik. 
Bir tərəfdən 
ardı-arası kəsilməyən 
missioner hücumları, digər tərəfdən isə İslami inkişafı 
boğmaq üçün hazırlanmış qanun layihələri, müxtəlif 
təşkilat və qurumlar. Qəbul olunmuş hər hansı bir 
qanunun missioner hərəkatına tə`sir edəcəyi və ya 
onların fəaliyyətini donduracağı çox gülünc bir 
məsələdir. ABŞ səfirinin bircə ultimatumu ilə nəinki 
mə`murlarımız onlara yaxınlaşa bilməz, hətta öz 
səhvlərini 
düzəltmək 
üçün 
kilsəyə 
gedib 
boyunlarından xaç da asarlar. 
Görəsən 
Ermənistan 
dövləti 
bir 
müsəlman 
ruhanisinin Yerəvana daxil olub bircə, təkrar edirəm, 
yalnız bir ermənini müsəlman etməsi halına dözə 
bilərmi?! Əlbəttə yox! Bəs bizdə olan bu “humanistlik” 
və “insanpərvərlik” haradan qayanaqlanır? Dəfələrlə 
sübut olunub ki, Azərbaycanda fəaliyyət göstərən 
missioner keşişlər Ermənistanın kəşfiyyat orqanları ilə 
gizli əlaqə saxlayır, onlar üçün casusluq edirlər; hətta 
xristianlığı qəbul etmiş həmvətənlilərimizdən bir 
çoxlarının dolayı yollarla Ermənistana göndərildiyi, 
Eçmiadzin xristian məktəblərində dini təhsil alması 
faktı da aşkarlanıb. Başa düşmək olmur ki, bu qədər 
dəhşətli faktlardan sonra, qapıları taybatay açıb 
keşişləri ölkəmizə buraxan mə`murlar nə fikirləşirlər?! 
Belə çıxır ki, biz torpaqlarımızın işğal olunmasına 
dözməliyik, 
düşmənlərimizin 
yurdumuza 
ayaq 
açmasına dözməliyik, ağzımızın, gözümüzün içinə 
girib təşkilat qurmalarına dözməliyik və nəhayət 
dözməliyik və yenə də dözməliyik... 
İ.Əliyev 


10 
Moskva - 2003 


11 

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə