3
MİSTER HEMFERİN
XATİRƏLƏRİ
(İNGİLİS CASUSUNUN
E᾿TİRAFLARI)
OOO «Evro-press»
OOO «Mediцina»
ZAO «Slavяnskiй dom kniqi»
Moskva 2003
4
ISBN 5-8550-095-0
İzdatelьstvo
ZFO «Slavяnskiй dom kniqi»,
2003
Liцenziя na izdatelьskuю deяatelьnostь
№ 065171 ot 14.05.97 q.
Podpisano v peçatь 20. 02. 2003. Format 84\108/
32
.
Peçatь vısokaя.
Fiz. Peç. l. 19,0. Tiraj 3000 эkz. Zakaz № 2300.
İzdatelьstvo
ZFO «Slavяnskiй dom kniqi».
129327, q. Moskva, ul. Kominterna, d. 26
Opeçatano v polnom sootvetstvin s kaçestvom predostavlennıx
diapozitivov na izdatelьsko-poliqrafiçeskom predpriяtii
«Pravda Severa».
163002, q. Arxanqelьsk, pr. Novqorodskiй, 32
5
MÜQƏDDİMƏ
Əziz oxucular! Qarşınızda olan bu kitab, vaxtilə
İngiltərənin Müstəmləkələrə Nəzarət Nazirliyi (MNN)
tərəfindən müsəlman ölkələrinə casusluq məqsədilə
göndərilmiş Mister Hemferin xatirələridir. Bu mənfur
xristian casusunun öz e`tiraflarından mə`lum olur ki, o,
öz hökuməti tərəfindən xüsusi məqsədlə İslam
ölkələrinə göndərilərək, oralarda uzun illər təxribatçılıq
işləri ilə məşğul olmuş, müsəlmanları daxildən
parçalayıb dağıtmaq yolunda heç bir murdar və qeyri-
insani işlərdən çəkinməmişdir. Onun gördüyü işləri
ümumi və xüsusi olaraq bir neçə şəkildə xülasə etmək
olar:
Müsəlman cəmiyyətində mövcud olan müsbət və
mənfi cəhətləri öyrənib öz hökumət dairələrinə
çatdırmaq;
Milli, dini və məzhəbi qarşıdurmalar yaratmaq üçün
münasib məkan, zaman və şəraitlərin öyrənilməsi;
Mə`nəvi cəhətdən zəif olan müsəlman dövlət
mə`murları, elm xadimləri, ruhani və sıravi şəxsiyyətlər
tapıb kəşfiyyat orqanları ilə həmkarlığa cəlb etmək;
Sadəlövh tələbə və şagirdləri cəlb edərək, onların
tə`lim-tərbiyə işləri ilə məşğul olmaq, gələcək kadr kimi
hazırlayaraq, onları yüksək dövlət kürsülərində
əyləşdirmək;
Ayrı-ayrı firqə və cərəyanlar yaradaraq onları hər bir
cəhətdən himayə etmək, müsəlman cəmiyyətlərində
kəskin qarşıdurmalar yaratmaq;
6
Vətənpərvər insanları, elm və din xadimlərini gözdən
salmaq, şayiə, töhmət və iftira yaymaqla xalq arasında
onlara qarşı kütləvi e`tiraz yaratmaq;
Hər yerdə dinşünas, islamşünas, şərqşünas və s.
adlarla saxta şəxsiyyətlər yaratmaq, ictimai diqqəti
onlara doğru yönəltmək və müsəlmanların öz dini
mə`lumatlarını məhz onlardan əxz etməsinə şərait
yaratmaq;
Dinin həqiqi və əsas e`tiqadlarını təhrif edərək, azğın
fikirlər və batil əqidələr yaratmaq;
Dini
ayinlərin
həqiqi
mahiyyətini
dəyişmək,
müsəlmanların içərisinə məqsədyönlü şəkildə nüfuz
etmiş şəxslərin vasitəsilə irtica, xurafat və mövhumata
dini rəng verməklə xalq arasında yaymaq;
İslahat,
tərəqqi
və
müasirlik
iddiaları
ilə
müsəlmanların mədəniyyət, mə`nəviyyat, tarix və
gələcəyini məhv etmək.
Mister Hemferin xristian və yəhudi dünyasına
göstərdiyi “misilsiz xidmətlər” arasında təkcə onun
İslam dünyasının kürəyindən sancılan bir xəncər, yə`ni
Vəhhabi məzhəbini tə`sis etməsini misal göstərmək
kifayət edər.
Bu barədə ətraflı mə`lumatı kitabın Məhəmməd
Nəcdi ilə bağlı fəslində oxuya bilərsiniz.
Qeyd etmək lazımdır ki, bu məzhəbin yaranmasından
yüz illər keçməsinə baxmayaraq, hələ də o,
imperializmin əlində paslanmayan bir silah kimi öz acı
tə`sirlərini buraxmaqdadır. Düşmən qüvvələr bu
məzhəb təbliğatçılarını müsəlman cəmiyyətlərinin
içərisinə istiqamətləndirərək, onları hərtərəfli himayə
7
edir, gücləndirirlər; istədikləri vaxt onları silahlı
qiyama, təxribat yönlü işlərə təhrik edir və nəhayət
gözlənilən vaxt gəlib çatdıqda həmin cəmiyyəti
terrorçuluqda ittiham edərək, havadan, qurudan
hücuma keçir; qəzəbdən od püskürür, dünyanı lərzəyə
gətirirlər. Yəqin ki, bu sətirləri oxuyan hər bir şəxs son
illərdə baş verən Əfqanıstan hadisəsini unutmamışdır.
Heç kəsə gizli deyildir ki, “Vəhhabi Taliban” qrupu
Əfqanıstana məhz Amerika, İngiltərə, İsrail və digər
dövlətlərin himayəsi ilə daxil oldu; bir neçə il ən ibtidai
və insani məsələlərə qarşı ifrat mövqe tutaraq
müsəlmanları bütün dünyaya güldürdü; nəhayət
günlərin bir günü “11 sentyarb” adlı beynəlxalq bir
tamaşa hazırlamaqla öz mövqeyini kəskin şəkildə
dəyişdi. Bu dəfə Əfqanıstana xilaskar ordu kimi daxil
olaraq, öz əli ilə böyüdüb boya-başa çatdırdığı
qanunsuz övladını (vəhhabiləri) qırıb məhv etməyə
başladı; çox keçmədi ki, həmin ölkənin fatehinə çevrildi
və
məzlum
əfqan
xalqına
sülh,
azadlıq
və
demokratiyanı ərməğan gətirdi.
Tarixdə nə qədər hemferlərin olması və onların
törətdikləri fitnə-fəsadların dəqiq sayı heç kəsə mə`lum
deyildir. Dəhşətlisi budur ki, onlar bu gün də
müsəlmanların içərisinə soxularaq didib-parçalamaq,
parçalayıb istismar etməklə məşğuldurlar. Qeyd olunan
düşmənlər heç bir vaxt bizim ölkəmizi də gözdən
qaçırmayıblar. Vətənimiz tarix boyu bu namərdlərin
mənfur niyyətlərinin, hiylə və məkrlərinin qurbanı
olmuşdur.
Dostları ilə paylaş: |