Mister hemferin xatiRƏLƏRİ



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə14/25
tarix26.08.2018
ölçüsü0,85 Mb.
#64324
1   ...   10   11   12   13   14   15   16   17   ...   25

 
59 
Aralarında anlaşılmazlıq olan millətlər arasına ədavət 
toxumu  səpərək,  bir-birinə  qarşı  qərəzli  və  şübhəli 
mövqelər  yaratmaq.  İxtilaf  yaradan  kitablar  nəşr 
etməklə qarşıdurmaları qızışdırmaq. 
Dini  mədrəsələrin  açılmasına  və  əqidəvi  kitabların 
nəşr  olunmasına  maneçilik  törətmək,  mövcud  dini 
ədəbiyyatların məhv edilməsi üçün mümkün yollardan 
istifadə  etmək.  Alimlər  haqqında  müxtəlif  iftira  və 
şayiələr  yaymaq,  müsəlmanların  uşaqlarını  məktəbə 
qoymaqdan  çəkindirmək  və  bu  yolla  onların  kütləvi 
savadsızlığına nail olmaq.  
Müsəlmanlar  üçün  dünya  həyatının  faniliyindən 
danışmaq,  cənnəti  mədh  etməklə  onları  sufiliyə  də`vət 
etmək; bu məqsədlə sufilik haqda yazılmış Mövləvinin 
“Məsnəvi”,  Qəzzalinin  “Əhya-ül  Ulumid-din”  və 
Muhyiddin  Ərəbinin  əsərlərini  oxumağa  təşviq  etmək, 
onları  dünyəvi  işlərdən  uzaqlaşdırmaq  üçün  bütün 
imkanlardan istifadə etmək. 
Aşağıdakı  fikirləri  daha  qabarıq  şəkildə  yaymaq:–Siz 
Allahın  yer  üzərindəki  sayəsisiniz.  Məgər  Əbu  Bəkr, 
Ömər,  Osman,  Əli,  əməvilər  və  abbasilərin  hər  biri 
qılınc  gücünə  hakimiyyət  başına  gələrək  hökuməti 
təkbaşına  idarə  etmədilərmi?  Məsələn,  Əbu  Bəkr 
Ömərin qılıncı ilə Fatimə  kimi itaət etməyənlərin evini 
yandırmaqla iqtidara gəldi. Ömər Əbu Bəkrin tövsiyəsi, 
Osman  isə  Ömərin  əmri  ilə  xəlifə  tə`yin  olunmuşdur. 
Əli üsyançıların seçimi ilə, Müaviyə isə qılınc gücünə iş 
başına  gəlmişdir.  Əməvilər  və  Abbasilər  sülaləsi  isə 
hakimiyyəti  irsi  yolla  bir-birinə  ötürmüşlər.  Bunlar 
İslam 
aləmində 
hökmdarların 
icbari 
yolla 
və 


 
60 
diktatorluq  əsasında  rəhbərlik  etməsinin  ən  bariz 
nümunəsidir.  
Qatillərin  e`dam  olunması  maddəsini  qanundan 
çıxarmaq.  Çünki,  cinayətkarlığın  qarşısını  alan  ən 
böyük  maneə  yalnız  və  yalnız  e`dam  hökmüdür. 
E`dam  hökmü  olamasa,  anarxiya  yaranar  və  bu  halda 
hərc-mərclik artar.  
Quldur və yol kəsənləri silahlandırmaq. 
Müsəlmanları  xəstəlik  içərisində  saxlamaq.  Hər  şey 
Allahın  qəza  və  qədəri  ilə  olur  -  deyin.  Qur`anda  belə 
buyurulur:  “Rəbbim  məni  yedizdirir  və  içizdirir,  xəstə 
olduğum  zaman  da  O,  mənə  şəfa  verir.  Məni  öldürən 
və dirildən Odur”. Elə isə, Allahın iradəsindən xaricdə 
kimsə nə şəfa tapar, nə də ölümdən qurtula bilər. 
Zülmün  vüs`ət  tapıb  genişlənməsi  və  islamın  ictimai 
sahələrə  dəxalətinin  qarşısını  almaq  üçün  aşağıdakı 
fikri  yaymaq  lazımdır:  İslam  dini  ibadət  ayinlərindən 
ibarətdir.  Din  qəti  şəkildə  ictimai-siyasi  məsələlərdən 
uzaq 
olmalı, 
dövlət 
işlərinə 
qarışmamalıdır. 
Məhəmmədin  və  xəlifələrin  qanunları  ölkənin  idarə 
olunmasında istifadə edilməməlidir. 
İqtisadi  tənəzzül  bütün  görülən  ziyanlı  işlərin  təbii 
nəticəsidir.  Buna  nail  olmaq  üçün  ticarət  gəmilərini 
batırmaq,  məhsulları  zay  etmək,  körpüləri  və  su 
bəndlərini  dağıtmaq,  sənaye  mərkəzlərini  işdən 
salmaq, içməli su şəbəkələrini isə zəhərləmək lazımdır. 
Dövlət mə`murlarını rüşvətxorluğa sövq etmək, fitnə-
fəsada  səbəb  olacaq  əməllərə  şirnikləndirmək;  spirtli 
içkilərə,  qumara,  eyş-işrət  və  arvadbazlığa  adət 
verdirmək. 
Onları 
xalq 
və 
dövlət 
əmlakını 


 
61 
mənimsəməyə  alışdırmaq,  bizim  mənafeyimimzə 
xidmət edənləri mükafatlandırmaq. 
Sələmçiliyi  kütləvi  şəkildə  yaymaq;  bu  məsələ  milli 
iqtisadiyyata  ziyan  vurduğu  kimi,  müsəlmanları 
Qur`anın  qanunlarına  qarşı  qoyur.  İnsan  qanunun  bir 
maddəsini  pozduqda,  digərlərini  də  pozmağa  cəsarətli 
olur. Burada çox incə bir məqam vardır. Müsəlmanlara 
sələmçiliyin  haram  olduğunu  deyin,  lakin  onun  başqa 
formasını  yayaraq  bu  formanın  riba  olmadığını 
söyləyin. 
Alimlər  haqqında  şayiələr  yayın,  onları  yaramaz 
işlərdə  ittihamlandırın  və  bu  yolla  müsəlmanları 
onlardan  uşaqlaşdırın.  Casuslarımızın  bir  qisminə 
onların  qiyafəsində  pis  işlər  gördürün.  Bu  casusları 
“Əl-əzhər”,  İstambul,  Nəcəf  və  Kərbəla  hövzələrinə 
daxil  etmək  zəruridir.  Müsəlmanları  alimlərdən 
uzaqlaşdırmaq  üçün  məktəblər  və  kolleclər  açın.  Bu 
məktəblərdə 
yunan 
və 
erməni 
uşaqlarını 
müsəlmanlarla  bir  məktəbdə  oxutdurun.  Müsəlman 
uşaqlarına  əcdadlarının  cahil  olduğunu  deyin.  İslami 
şəxsiyyətlərə  nifrət  yaratmaq  üçün  onların  xəta  və 
qüsurlarını  hədsiz  dərəcədə  qabarıq  göstərin;  alim  və 
müctehidlərə  iftira  yaxaraq  onların  daim  qadınlarla 
əyləndiklərini,  vaxtlarını  eyş-işrətdə  keçirdiklərini, 
xalqın  malını  pis  işlərə  sərf  etdiklərini,  Peyğəmbərin 
yolundan azdıqlarını söyləyin.  
Məscidlərdə imansız, pulgir və şəxsiyyətsiz insanların 
çalışmasına,  axund  və  rəislərin  qorxaq  və  fasiq 
şəxslərdən seçilməsinə çalışın; bu məsələ xalqın məscid 
və  digər  dini  mərkəzlərə  nifrət  bəsləməsi,  əhalinin 


 
62 
camaat  namazından  uzaqlaşması  üçün  ən  gözəl 
vasitədir. 
Ən  qorxulu  amil  insanların  arzuladığı  şeylərə  nail 
olmadığı 
təqdirdə 
yaranan 
hərislik 
hissidir; 
Müsəlmanların  öz  əqidələrindən  doğan  məsələlərə 
qarşı  həris  olmasına  imkan  yaratmaq  lazım  deyildir; 
müxtəlif  formalarda  və  müxalif  formalarda  azğın 
əqidələri  yaymaqla  onların  susuzluğunu  yatırmağa 
çalışın.  
Müsəlmanların 
əməllərini 
təhrif 
etmək 
üçün 
görülməsi tövsiyə olunan işlər aşağıdakılardır: 
Müsəlmanların  arasında  irqçilik  və  millətçilik 
təəssübünü qabartmaq; ərəb-türk, ərəb-fars, ərəb-əcəm, 
türk-fars və digər milli qarşıdurmalar yaratmaq. Xəyali 
düşmənlər  yaratmaqla  onların  diqqətini  həqiqi 
düşmənlərdən  yayındırmaq.  İslamdan  əvvəlki  dinləri 
dirçəltmək,  dini  şəxsiyyətləri  milli  qəhrəmanlarla  əvəz 
etmək.  Misirdə  fironçuluğu,  İranda  məcusçuluğu, 
İraqda  babiliyi,  Osmanlıda  Atilla  və  Çingiz  zamanının 
vəhşiliklərini təlqin etmək.  
Aşağıda  adı  çəkilən  əməlləri  az  bir  müddət  ərzində 
İslam  ölkələrində  yaymaq:  şərab,  qumar,  zina,  donuz 
əti və vəhşi idman növləri. Bu işləri görmək üçün İslam 
ölkələrində  yaşayan  xristian,  yəhudi,  məcusi  və  qeyri-
müsəlmanlardan 
istifadə 
etmək 
və 
MNN-nin 
büdcəsindən onlar üçün yüksək maaş ayırmaq. 
Cihad  haqqında  müsəlmanları  şübhəyə  salmaq. 
Cihadın müəyyən olunmuş dövr üçün vacib olduğunu, 
artıq onun qüvvədən düşdüyünü iddia etmək.  


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə