Mister hemferin xatiRƏLƏRİ



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə2/25
tarix26.08.2018
ölçüsü0,85 Mb.
#64324
1   2   3   4   5   6   7   8   9   ...   25

 

Qeyd  olunan  xəyanətlərin  ən  sonuncusu  isə  Qarabağ 
adlı  dərdimiz,  bütün  vətən  övladlarından  öz  həllini 
gözləyən  ən  ağır  problemimizdir.  Təcavüzkar  erməni 
quldurları  torpaqlarımızı  işğal  edib,  xalqımıza, 
vətənimizə sağalmayan yaralar vurublar. 
Başda  Amerika  və  Avropa  ölkələri  daxil  olmaqla  bir 
çox dünya dövlətləri, o cümlədən beynəlxalq təşkilatlar 
guya  neçə  illərdir  ki,  bu  məsələnin  həlli  yollarını 
arayıb-axtarırlar.  Amma  həqiqətdə  onlar  bu  hadisəni 
xalqımıza unutdurmaq və faktiki olaraq işğal olunmuş 
ərazilərin  qanuni  şəkildə  ermənilərə  bağışlanması 
yollarını araşdırırlar. 
Böyük  qüdrətlər  vasitəçi  missiyası  ilə  hər  dəfə 
danışıqlar  stoluna  əyləşdikdə  hər  iki  tərəfin  sözünü 
eşitməkdə,  qərar  çıxarmaqda  son  dərəcə  “ehtiyatlı” 
olurlar;  heç  bir  dövlətin  daxili  işlərinə  qarışmaq 
istəmirlər. 
Amma 
lazım 
gəldikdə, 
müsəlman 
Əfqanıstan,  İraq  və  digər  dövlətlərdə  “demokratiyanı” 
bərpa etmək üçün təpədən-dırnağadək silahlanırlar; bir 
dövlətin daxili işinə qarışmaq nədir, onun köksündə od 
qalayırlar.  Görəsən  təcavüzkar  və  işğalçı  bir  dövlətlə, 
öz  ölkəsində  diktatorluq  edən  hakimiyyətlərin  məntiqi 
fərqi  nədədir?!  Əlbəttə,  onlardan  birincisinin  xristian, 
ikincisinin isə müsəlman dövləti olmasında!!! 
Əziz həmvətənlilər! Artıq qəflət yuxusundan ayılmaq 
vaxtıdır.  Düşmənlər  daxildən  və  xaricdən  ayağımızın 
altını  qazmaqda  və  bizi  sonu  görünməyən  quyuya 
doğru  yuvarlamaqdadırlar.  Hər  gün  öz  din  və 
mədəniyyətimizə  qarşı  xaricdə  hazırlanıb  ölkəmizdə 
icraya qoyulan qadağan və məhdudiyyətləri müşahidə 


 

etməkdəyik.  Bir  tərəfdən  ardı-arası  kəsilməyən 
missioner  hücumları,  digər  tərəfdən  isə  İslami  inkişafı 
boğmaq  üçün  hazırlanmış  qanun  layihələri,  müxtəlif 
təşkilat  və  qurumlar.  Qəbul  olunmuş  hər  hansı  bir 
qanunun  missioner  hərəkatına  tə`sir  edəcəyi  və  ya 
onların  fəaliyyətini  donduracağı  çox  gülünc  bir 
məsələdir.  ABŞ  səfirinin  bircə  ultimatumu  ilə  nəinki 
mə`murlarımız  onlara  yaxınlaşa  bilməz,  hətta  öz 
səhvlərini 
düzəltmək 
üçün 
kilsəyə 
gedib 
boyunlarından xaç da asarlar. 
Görəsən 
Ermənistan 
dövləti 
bir 
müsəlman 
ruhanisinin  Yerəvana  daxil  olub  bircə,  təkrar  edirəm, 
yalnız  bir  ermənini  müsəlman  etməsi  halına  dözə 
bilərmi?! Əlbəttə yox! Bəs bizdə olan bu “humanistlik” 
və  “insanpərvərlik”  haradan  qayanaqlanır?  Dəfələrlə 
sübut  olunub  ki,  Azərbaycanda  fəaliyyət  göstərən 
missioner  keşişlər  Ermənistanın  kəşfiyyat  orqanları  ilə 
gizli  əlaqə  saxlayır,  onlar  üçün  casusluq  edirlər;  hətta 
xristianlığı  qəbul  etmiş  həmvətənlilərimizdən  bir 
çoxlarının  dolayı  yollarla  Ermənistana  göndərildiyi, 
Eçmiadzin  xristian  məktəblərində  dini  təhsil  alması 
faktı  da  aşkarlanıb.  Başa  düşmək  olmur  ki,  bu  qədər 
dəhşətli  faktlardan  sonra,  qapıları  taybatay  açıb 
keşişləri  ölkəmizə  buraxan  mə`murlar  nə  fikirləşirlər?! 
Belə  çıxır  ki,  biz  torpaqlarımızın  işğal  olunmasına 
dözməliyik, 
düşmənlərimizin 
yurdumuza 
ayaq 
açmasına  dözməliyik,  ağzımızın,  gözümüzün  içinə 
girib  təşkilat  qurmalarına  dözməliyik  və  nəhayət 
dözməliyik və yenə də dözməliyik... 
İ.Əliyev 


 
10 
Moskva - 2003 


 
11 
BİRİNCİ FƏSİL 
Böyük  Britaniyamızın  əhatə  etdiyi  ərazilər  çox 
genişdir.  Günəş  dənizlərin  üzərində  doğduğu  kimi, 
dənizlərin  üzərində  də  batar.  Dövlətimizin  Hindistan, 
Çin  və  Orta  Şərq  hissələrində  hakimlik  nəzarəti 
nisbətən zəifdir. Bu ölkələr tam mə`nada idarəçiliyimiz 
altında  deyil.  Lakin  bu  ərazilərdə  çevik  və  fəal  siyasət 
tətbiq  edirik;  onların  hamısı  əlimizə  keçmək  üzrədir. 
Burada  iki  mühüm  amil  diqqət  mərkəzindədir:  İşğal 
etdiyimiz  əraziləri  əldə  saxlamaq  və  əldə  edə 
bilmədiyimiz yerləri işğal etmək. 
Müstəmləkələrə  Nəzarət  Nazirliyi  (MNN)  bu  iki 
vəzifəni  yerinə  yetirmək  üzrə  bu  dövlətlərin  hər  biri 
üçün ayrıca komisiya təşkil etmişdir.  
MNN-ə  işə  götürüldükdə,  nazir  e`timad  göstərərək 
mənə  Şərqi  Hindistan  şirkətində  bir  vəzifə  verdi.  Bu 
birlik  zahirdə  bir  ticarət  şirkəti  idi.  Lakin  əsl  vəzifəsi 
Hindistanın  geniş  və  zəngin  torpaqlarına  hakim 
olmağın  yolllarını  araşdırmaq  idi.  Hindistanda 
fəaliyyət  göstərmək  üçün  hökumətimizin  heç  bir 
çətinliyi  yox idi. Çünki, Hindistan müxtəlif millətlərin, 
ayrı-ayrı din və ziddiyyətli əqidə ardıcıllarının yaşadığı 
bir ölkədir. Çindən də elə bir qorxumuz yoxdur. Çünki, 
Çinə  hakim  olan  Buddizm  və  Konfuizm  dinlərinin 
canlanması  və  cəmiyyətə  əsaslı  tə`sir  göstərməsi 
mümkün  deyildir.  Bunlar  həyatla  uyğunlaşmayan, 
artıq  öz  dövranını  keçirmiş  iki  qədim  və  ölü  dinlərdir. 
Bu iki ölkə xalqlarında vətənə bağlılıq və sevgi hissləri 
də  aradan  getməkdə  idi;  onlar  bizim  İngiltərə 


 
12 
hökumətinə rahatlıq vermirdi. Bu ölkələrə sahib olmaq 
üçün, 
biz 
hər 
bir 
vasitədən 
istifadə 
etmək 
məcburiyyətində idik; həmin ərazilərdə təfriqə, cəhalət, 
yoxsulluq,  hətta  yoluxucu  xəstəlikləri  yaymaq  üçün 
ardıcıl  planlar  hazırlayırdıq.  Onların  adət-ən`ənələrini 
təqlid  etməklə  öz  həqiqi  niyyətimizi  rahatca  gizlədə 
bilirdik. 
 
İslam ölkələri isə bizi həddən artıq narahat edir, 
planlarımızı  alt-üst  etməkə  əleyhimizə  çıxırdı.  Xəstə 
qoca ilə (Osmanlı dövlətini nəzərdə tutur) bir neçə dəfə 
danışıq  aparmışdıq.  MNN-nin  təcrübəli  mütəxəssisləri 
bu  xəstənin  az  bir  zamanda  can  verəcəyini 
söyləyirdilər.  Bu  barədə  İran  hökuməti  ilə  də  bir  neçə 
dəfə  gizli  danışıqlar  aparmışıq.  Bu  iki  ölkədən 
massonluğa  cəlb  etdiyimiz  ayrı-ayrı  şəxsləri  dövlət 
kürsülərində yerləşdirmişik. Rüşvətxorluq və idarəçilik 
qabiliyyətinin 
olmaması, 
öz 
dini 
elmlərindən 
xəbərsizlikləri, 
gözəl 
qadınlarla 
məşğul 
olub, 
vəzifələrini  unutmaları  bu  ölkələrinin  belini  qırırdı. 
Lakin  buna  baxmayaraq,  aşağıda  saydığım  səbəblər 
ucbatından 
gözlədiyimiz 
nəticələri 
əldə 
edə 
bilmədiyimizi e`tiraf edirəm: 
Müsəlmanlar İslama son dərəcədə bağlıdırlar. Hər bir 
müsəlman  keşiş  və  rahiblərin  xristianlığa  bağlılığı 
qədər,  hətta  onlardan  da  artıq  dərəcədə  İslam  dininə 
bağlıdır.  Məsələn,  keşiş  və  rahiblərin  haqqında  belə 
deyirlər:  ”Keşiş  və  rahiblər  öz  canlarından  əl  çəkər, 
amma xristianlıqdan əl çəkməzlər”. 
Müsəlmanlar  içərisində  ən  təhlükəli  dəstə  İrandakı 
şiələrdir.  Onlar  başqa  dinlərin  ardıcıllarını  kafir  və 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə