Mister hemferin xatiRƏLƏRİ



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə3/25
tarix26.08.2018
ölçüsü0,85 Mb.
#64324
1   2   3   4   5   6   7   8   9   ...   25

 
13 
murdar  hesab  edirlər.  Şiəlik  nöqteyi-nəzərindən 
xristianlar  iyrənc  bir  vəziyyətdədirlər.  İnsan  təbiəti  də 
fitri 
olaraq 
murdarlıq 
və 
iyrəncliyi 
özündən 
uzaqlaşdırmağa çalışır. Bir dəfə söz açdığım mövzu ilə 
əlaqədar olaraq şiələrin birindən soruşdum:  
Nəyə görə xristianlara kafir kimi baxırsınız? O, cavab 
verərək  bildirdi  ki,  İslam  peyğəmbəri  çox  dahi  bir 
şəxsiyyət  idi;  o  həzrət  kafirlərə  qarşı  belə  bir  mə`nəvi 
təzyiq tətbiq edərək onların doğru yola yönəlməsinə və 
Allahın  dini  olan  İslama  gəlmələrinə  nail  olmaq 
istəmişdir. Hər bir dövlət real təhlükə ilə qarşılaşdıqda 
və  ya  onun  milli  mənafeyinə  zidd  bir  insan  görəndə, 
onu islah edənə qədər maddi asılılıqda saxlayır. Söhbət 
açdığım  təzyiq  vasitəsi  maddi  deyil,  mənəvi  xarakter 
daşıyaraq, təkcə xristianlara qarşı deyil, bütün kafirlərə 
şamil  edilir.  Hətta  İranın  qədim  dini  olan  məcusiliyin 
ardıcılları da bizim nəzərimizdə pak deyillər.  
Axı  xristianlar  da  Allaha,  peyğəmbərə  və  qiyamət 
gününə  inanırlar?  Bu  halda  nə  üçün  onları  murdar 
hesab edirsiniz? 
Onlar  ilahi  peyğəmbərlərə  iftira  yaxır,  bu  müqəddəs 
şəxslər  haqda  yaramaz  sözlər  söyləyirlər.  Məsələn, 
onlar deyirlər ki, “İsa (ə) şərab içərdi, mə`lun olduğuna 
görə çarmıxa çəkildi” və s. 
Mən dəhşət içində dedim: 
Xristianlar belə deməzlər.  
Sən  heç  nə  bilmirsən,  kitabi-müqəddəsdə  belə 
yazılıbdır.  
Mən  susdum,  mübahisəni  uzatmaq  istəmədim. 
Çünki,  zahirdə  özümü  müsəlman  kimi  göstərdiyim 


 
14 
halda  bu  mövqedən  çıxış  etməklə  şübhə  yarada 
bilərdim.  Məhz  bu  səbəbə  görə  daim  mübahisə  və 
münaqişələrdən uzaq olurdum.  
İslam  dini  bir  zamanlar  hakimiyyət  və  idarəçilik 
məsələsini 
bilavasitə 
öz 
üzərinə 
götürmüşdü. 
Müsəlmanlar da özlərini izzətli və şərəfli hesab edirlər. 
Bu  insanlara  “siz  köləsiniz”  demək  çox  çətindir.  Artıq 
müsəlmanların  parlaq  keçmişi  arxada  qalımışdır.  Bir 
zaman  əldə  etdikləri  yüksəliş  və  məğrurluq  da  bə`zi 
şərtlərlə  bəyənilmişdir.  “O  günlər  artıq  ötüb  getmişdir 
və  bir  dah  geri  dönməz”  sözlərini  söyləmək  də 
sadəlövhlük olardı.  
Osmanlı  imperiyasının  və  eləcə  də  iranlıların  onlara 
qarşı  etdiklərimizi  duyaraq,  planlarımızı  alt-üst 
edəcəklərindən  çox  narahat  idik.  Bu  iki  dövlət 
təsəvvürolunmaz dərəcədə zəifləmişdi. Onların əvvəlki 
iqtidarı  deyil,  yalnız  var-dövlət,  silah  və  hakimiyyət 
sahibi  olmaları  bizim  öz  niyyətlərimizə  əmin  olmağa 
mane olurdu.  
Hər  bir  şeydən  daha  artıq  İslam  alimlərindən 
qorxurduq.  Çünki,  İstambul,  İraq,  Şam  və  “əl-Əzhər” 
alimləri  tədbirlərimiz  qarşısında  keçilməz  bir  sədd 
idilər. Onlar dünyanın keçici zövq və ziynətlərinə qarşı 
çıxan,  Qur`ani-Kərimin  və`d  etdiyi  cənnətə  daxil 
olmağa  özlərini  hazırlayan  qətiyyətli  insanlardır.  Xalq 
onlara  itaət  edir,  hətta  hakim  və  sultanlar  da  onlardan 
qorxurdular.  Sünnilər  şiələr  qədər  alimlərə  bağlı 
deyillər.  Şiələr  kitab  oxumur,  sadəcə  olaraq  alimləri 
tanıyır və onlara hədsiz e`timad göstərirdilər. Hakim və 
sultanlara  layiq  olduğu  hörməti  göstərmirdilər. 


 
15 
Sünnilər  isə  çox  kitab  oxuyur,  alimlərlə  bərabər 
sultanlara da ehtiram bəsləyirlər.  
Bu vəziyyəti araşdırıb lazımi nəticələr çıxarmaq üçün 
bir  neçə  dəfə  yığıncaq  təşkil  etmişdik.  Amma  hər  dəfə 
qarşıya 
həllolunmaz 
problemlər 
çıxırdı. 
Casuslarımızdan  aldığımız  hesabatlardakı  nəticələr  də 
qənaətbəxş  deyildi.  Lakin  yenə  də  ümidsizliyə 
qapılmırdıq.  Çünki  biz,  qarşıya  çıxan  hər  bir  problem 
qarşısında  səbr  edib  dərindən  düşünməyə  adət 
etməliyik.  
Yığıncaqlarımızın birində nazirin özü, yüksək rütbəli 
keşişlər  və  MNN-nin  bir  neçə  təcrübəli  mütəxxəssisi 
iştirak  edirdi.  İclas  iştirakçılarının  sayı  iyirmi  nəfərdən 
artıq  idi.  Üç  saat  davam  edən  bu  toplantıda  heç  bir 
nəticə əldə edə bilmədik. Keşişlərdən biri bizə mə`nəvi 
dəstək verərək belə dedi: “Narahat olmayın, xristianlıq 
üç  yüz  il  zülmə  mə`ruz  qaldıqdan  sonra  yayıldı.  Belə 
nəzərə  çarpır  ki,  İsa  Məsih  qeyb  aləmindən  kömək 
göstərib,  üç  yüz  il  sonra  olsa  da,  kafirləri 
(müsəlmanları) məhv etməyi bizə nəsib edər. Biz güclü 
iman  və  tükənməz  səbirlə  silahlanmalıyıq!  Dünyaya 
hakim  olmaq  üçün  bütün  vasitələrdən  istifadə 
etməliyik. 
Xristianlığı 
müsəlmanların 
arasında 
yaymalıyıq.  Bu  niyyətimizi  bir  əsr  sonra  belə  həyata 
keçirə  bilsək,  çox  yaxşıdır.  Bilin  ki,  atalar  övladlarının 
gələcək rifahları üçün çalışar”. 
Bir  dəfə  MNN-nin  Fransa  və  Rusiyadan  olan 
diplomat  və  din  adamlarının  birgə  konfransı  təşkil 
olundu. Nazir ilə münasibətim yaxşı olduğundan, mən 
də konfransda iştirak etdim. Bu tədbirdə müsəlmanları 


 
16 
parçalayıb,  İspaniya  kimi  onları  da  öz  dinlərindən 
çıxararaq,  imana  gətirmək  (xristianlaşdırmaq)  məsələsi 
müzakirə  olunurdu.  Lakin  əldə  olunan  nəticələr 
istənilən  səviyyədə  deyildi.  Mən  konfransdakı  bütün 
danışıqları  “İla  məkət-ül  Məsih”  adlı  kitabımda 
yazdım. Dərinliyə kök salmış böyük bir ağacı qurudub 
məhv  etmək  çox  çətindir.  Lakin  biz  bu  çətinlikləri 
asanlaşdıraraq  hədəflərimizə  nail  ola  bilərik.  Biz 
dünyaya xristianlığı yaymaq üçün gəlmişik. Bunu bizə 
İsa  Məsih  buyurmuşdur.  Məhəmmədə  Şərqdə  və 
Qərbdə  insanların  vəziyyətinin  ağır  olması  kömək 
olmuşdu.  O,  bu  vəziyyətdən  istifadə  edərək,  kütlələri 
İslama  də`vət  etmiş  və  qüdrətə  yiyələnmişdi.  Bu  gün 
vəziyyətin  tamamilə  dəyişdiyini  müşahidə  edirik. 
Ölkəmizin  və  digər  xristian  hökumətlərinin  sə`yləri 
nəticəsində  müsəlmanlar  geriləməyə  başlamışlar; 
xristianlar  isə  getdikcə  qüvvətlənirlər.  Uzun  əsrlər 
boyunca  itirdiklərimizi  əldə  etmək  zamanı  gəlib 
çatmışdır.  Hal-hazırda  İslamı  məhv  etmək  planına 
Böyük Britaniya dövləti liderlik edir. 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə