Mister hemferin xatiRƏLƏRİ



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə6/25
tarix26.08.2018
ölçüsü0,85 Mb.
#64324
1   2   3   4   5   6   7   8   9   ...   25

 
26 
keşişlərdən  birinə  bu  mövzu  ilə  əlaqədar  sual  verdim. 
Cavab  təəssübkeşlik  və  qərəzli  mövqedən  verildiyi 
üçün  qane  olmadım.  Türkiyədə  olduğum  müddətdə 
Əhməd  əfəndiyə  də  bu  sualı  vermişdim.  Lakin  o  da 
qənaətbəxş  cavab  verməmişdi.  Məndən  şübhələnərək 
casus  olduğumu  bilməsinlər  deyə,  əlavə  sual  da  verə 
bilməmişdim. Mən Məhəmmədə məhəbbət bəsləyirəm. 
Şübhəsiz  o,  kitablardan  oxuduğumuza  görə,  Allahın 
peyğəmbəridir.  Lakin  mən  xristian  olduğuma  görə, 
hələ  də  onun  peyğəmbərliyinə  iman  gətirməmişəm. 
Sözsüz o, mənim tanıdığım dahilərin ən dahisidir.  
Sünnilər  isə  peyğəmbərin  vəfatından  sonra  xilafətə 
Əbu Bəkr, Ömər, Osman və Əlini layiq görməkdədirlər. 
Bu  ixtilaflar  bütün  dinlərdə,  xüsusən  də  xristianlıqda 
çoxdur. 
Sünnilərin 
nəzərlərinə 
görə, 
xəlifələrin 
vəfatında 
sonra 
xilafət 
mövzusunda 
mübahisə 
aparmağın heç bir əhəmiyyəti yoxdur. Mənim fikrimcə 
müsəlmanlar 
keçmiş 
günlərini 
yox, 
bu 
günü 
fikirləşməlidirlər.  
Bir  gün  MNN-də  sünni  və  şiə  ixtilaflarından  söz 
açaraq  dedim:  “Müsəlmanlar  həyatdan  bir  şey 
anlasaydılar,  aralarındakı  sünni-şiə  ixtilaflarını  aradan 
aparıb,  birləşərdilər”.  Əməkdaşlarımdan  biri  sözümü 
kəsərək,  sənin  vəzifən  bu  ixtilafları  qızışdırmaqdır. 
Onları birləşdirmək haqqında düşünmək yox! -dedi.  
İraq 
səfərindən 
əvvəl 
katib 
mənə 
ixtilaflar 
mövzusunda  öz  fikirlərini  izah  edərək  dedi:  “Cənab 
Hemfer,  unutma  ki,  Allah-Taala  Habil  və  Qabili 
yaratdıqdan  sonra  insanlar  arasında  təbii  ixtilaflar 
vardır. Bu ixtilaflar İsa Məsihin zühuruna qədər davam 


 
27 
edəcəkdir.  Növbəti  səfərdəki  vəzifən  bu  ixtilafları 
mükəmməl  şəkildə  öyrənib,  topladığın  mə`lumatları 
nazirliyə 
ötürmək 
və 
çalışıb 
bu 
ixtilafları 
qızışdırmaqdır.  Bu  işləri  görə  bilsən,  İngiltərəyə  ən 
böyük  xidməti  etmiş  olarsan.  Biz  ingilislər  rifah  və 
səadət  içində  yaşamağımız  üçün  bütün  dünya  dövlət-
lərində və xüsusilə müsətəmləkələrimizdə bu cür fitnə-
fəsad  və  təfriqələr  salmaq  məcburiyyətindəyik. 
Osmanlı  dövlətini  də  yalnız  bu  üsullarla  yıxa  bilərik. 
Belə etməsək, sayı az olan bir millət sayca yüksək olan 
xalqlara  necə  hökmranlıq  edə  bilər?  Var  gücünlə 
müsəlmanların  zəif  nöqtələrini  araşdır  və  tap!  Bil  ki, 
Osmanlı  və  İran  dövləti  hal-hazırda  ən  zəif  dövrlərini 
yaşayırlar.  Bunun  üçün  sənin  vəzifən  xalqı  ədalətlə 
idarə  edənlərə  qarşı  üsyana  sövq  etdirməkdir.  Tarix 
boyu bütün inqilablar xalqın ayağa qalxması ilə həyata 
keçmişdir.  Müsəlmanların  vəhdətini  pozub  zəiflət-
dikdən sonra onları asanlıqla məğlub edə bilərik”. 


 
28 
DÖRDÜNCÜ FƏSİL 
Bəsrəyə  gəldikdən  sonra  bir  məsciddə  yerləşdim. 
Məscidin  axundu  sünni  məzhəbindən  olan  Şeyx  Ömər 
Tai adlı bir ərəb idi. Onunla tanış olub söhbət etdikdə, 
məndən 
şübhələnərək 
sorğu-suala 
tutdu. 
Mən 
vəziyyətdən  çıxmaq  üçün  -  türkiyəliyəm,  İğdır 
bölgəsindən.  Əhməd  əfəndinin  tələbəsiyəm,  -dedim. 
Bir neçə cümlə də türk dilində danışdım. O, gözləri ilə 
işarə edərək kənarda dayanmış bir şəxsi yanına çağırdı. 
O  da  mənimlə  türk  dilində  bir  az  danışdı  və  bu  dili 
yaxşı 
bildiyimi 
dedi. 
Onu 
şübhəli 
fikrindən 
döndərdiyim  üçün  çox  sevindim.  Lakin  bir  neçə 
gündən  sonra  hiss  etdim  ki,  o  mənim  türk  casusu 
olduğumu  zənn  edir.  Daha  sonra  həmin  ruhani  ilə 
xəlifə  tərəfindən  tə`yin  olunan  vali  arasında  kəskin 
ədavət olduğunu öyrəndim. Şeyx Ömərin məscidindən 
uzaqlaşmaq  məcburiyyətində  qaldım.  Yaxınlıqda  olan 
bir  mehmanxanaya  köçdüm.  Mehmanxananın  sahibi 
Mürşid  adlı  axmaq  bir  adam  idi.  Hər  səhər  azan  vaxtı 
olmamış  gəlib  qapını  möhkəm-möhkəm  döyəcləyirdi. 
Mən  də  durub  azan  verildikdən  sonra  namazımı 
qılırdım. Bir gün də gəlib belə dedi: 
Namazdan sonra mütləq bir saat Qur`an oxumalısan. 
Dedim:  Qur`an  oxumaq  İslamda  vacib  əməl  deyil, 
niyə israr edirsən? 
Cavabında  dedi:  Namazdan  sonra  yatmaq  mülk 
sahibinə bədbinlik gətirər.  
Onun  bu  əmrini  yerinə  yetirmək  məcburiyyətində 
qaldım.  Belə  etməsəydim,  yəqin  ki,  o  məni 


 
29 
mehmanxanadan çıxara bilərdi. Odur ki, hər gün sübh 
namazından  sonra  bir  saatdan  çox  Qur`an  oxumalı 
olurdum.  
Başqa bir gün də əsəbi halda otağıma gələrək dedi:  
Sən  bu  evə  gələndən  sonra  mənim  işlərim  düz 
gətirmir.  Sən  çox  uğursuz  adamsan.  Sənin  bu  cür 
olmağın,  evli  olmadığına  görədir.  Ya  evlənəcəksən,  ya 
da mənim mehmanxanamı tərk edəcəksən. 
Dedim:  Mənim  evlənmək  üçün  lazım  olan  miqdarda 
pulum yoxdur.  
Əhməd  əfəndi  üçün  gətirdiyim  bəhanəni  Mürşidə 
deyə  bilmədim.  Çünki  o,  həqiqətən  məni  soyundurub 
yoxlaya biləcək dərəcədə kobud adam idi. Sonra o,  bir 
Qur`an  ayəsi  ilə  sözünü  davam  etdirdi:  Ey  zəif  imanlı 
insan!  “Sən  yoxsulsansa,  Allah  səni  öz  lütfi  ilə 
zənginləşdirər.”
(Nur  surəsi,  ayə  32
).  Sən  məgər  bu  ayəni 
oxumamısan? Mən lap çaşıb qaldım: 
Bəli eşitmişəm. Mən evlənəcəyəm, lakin sən mənə bu 
iş üçün lazım olan miqdarda pul verməyə hazırsanmı? 
Və ya mənim üçün çox xərc tələb etməyən bir qız tapa 
bilərsənmi? 
Mürşid bir az fikirləşdikdən sonra dedi: 
Mən heç nə bilmirəm, ya rəcəb ayının əvvəlinə qədər 
evlənəcəksən, ya da buranı tərk etməlisən! 
Rəcəb ayının əvvəlinə isə 25 gün qalmışdı. Bir baqqal 
dükanında işə düzəldim və Mürşidin mehmanxanasını 
tərk  etdim.  Yemək-içmək  və  yatacaq  yerim  dükan 
sahibinin  üzərinə  düşdü;  çox  az  bir  məvaciblə 
razılaşdım.  Rəcəb  ayı  gəlməmişdən  əvvəl  əşyalarımı 
həmin dükana gətirdim. Baqqalın adı Abdürriza idi. O, 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə