Mister hemferin xatiRƏLƏRİ



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə7/25
tarix26.08.2018
ölçüsü0,85 Mb.
#64324
1   2   3   4   5   6   7   8   9   10   ...   25

 
30 
xorasanlı  şiə,  özü  də  mərd  bir  adam  idi.  Mənimlə  öz 
oğlu  kimi  davranırdı.  Onun  yanında  olduğum 
müddətdə fürsətdən istifadə edib fars dilini öyrənməyə 
başladım.  Hər  gün  əsr  namazından  sonra  iranlı  şiələr 
onun  yanına  toplaşaraq  siyasətdən,  iqtisadiyyatdan 
danışar  və  bir  çox  mövzularda  söhbətlər  edərdilər. 
Onlar  həm  öz  hökumətlərini,  həm  də  İstambuldakı 
xəlifəni  çox  tənqid  edərdilər.  İçəri  yad  bir  adam  daxil 
olan  kimi  tez  söhbəti  dəyişərdilər.  Lakin  mənə  çox 
e`timad  bəsləyirdilər.  Sonradan  anladım  ki,  türk  dilini 
bildiyim  üçün  mənim  azərbaycanlı  olduğumu  zənn 
edirmişlər.  
Bizim  baqqal  dükanına  bir  dəliqanlı  cavan  gəlib-
getməyə başladı. O, dini dərs oxuyan tələbə qiyafəsində 
idi. Ərəb, fars və türk dilini bilirdi. Adı Məhəmməd ibn 
Əbdülvəhhab  Nəcdi  idi.  Bu  gənc  son  dərəcə  çılğın, 
yüksəkdən  danışan  və  əsəbi  bir  adam  idi.  Osmanlı 
hökumətini pislədiyi halda, İran hökumətinin əleyhinə 
danışmazdı. Onun Abdürriza ilə dostluğunun bir neçə 
səbəbi  var  idi.  Birincisi,  onların  hər  ikisi  İstambul 
xəlifəsinə  müxalif  idilər.  Lakin  sünni  Əbdülvəhhabın 
şiə Abdürriza ilə necə dostluq etməsi mənim üçün çox 
maraqlı  idi.  Sonradan  gördüm  ki,  bu  şəhərin  şiələri 
sünnilərlə  zahirdə  mehriban  davranırlar.  Bu  şəhərin 
əhalisinin  əksəriyyəti  həm  ərəb,  həm  də  fars  dillərini 
bilirdi. Türk dilini bilənlər də az deyildi. Əbdülvəhhab 
Nəcdi  zahirən  sünni  idi.  Sünnilərin  çoxu  bir  yerə 
yığışdıqda,  şiələrin  arxasınca  danışardılar.  O  isə 
öyrəndiyimə  görə,  heç  vaxt  şiələr  haqda  pis  söz 
deməzdi.  Hətta  sünnilərə  qarşı  idi.  O,  əhli  sünnətin 


 
31 
dörd  məzhəbdən  ibarət  olmasını  qəbul  etmirdi  və 
deyirdi  ki,  Allahın  kitabında  məzhəblər  haqda  heç  bir 
dəlil  yoxdur;  o,  həqiqətdə  hədislərə  də  heç  bir 
əhəmiyyət vermirdi.  
Dörd  məzhəb  məsələsinə  gəlincə,  sünnilər  arasında 
Məhəmməd  peyğəmbərin  vəfatından  bir  əsr  sonra  bu 
dörd alim - Əbu Hənifə, Əhməd ibn Həmbəl, Malik ibn 
Ənəs və Məhəmməd ibni İdris Əş-Şafei meydana çıxdı. 
Bə`zi xəlifələr də bu dörd alimdən birinə təqlid etməyi 
vacib  bilmişdilər.  Sünni  məzhəbinə  görə  bu  dörd 
alimdən  başqa  heç  bir  şəxs  Qur`ani-Kərimdə  ictihad 
edə  bilməz.  Yə`ni,  onun  ümumi  qanunlarından 
faydalanmaqla  xüsusi  hökmlər  çıxara  bilməz.  Bu 
fərman  müsəlmanların  elm  və  düşüncə  qapılarının 
bağlanmasına  səbəb  olmuşdur.  İctihada  qoyulan 
qadağa  İslamın  durğunlaşması  səbəbi  kimi  göstərilir. 
Lakin  şiələr  öz  məzhəblərini  yaymaq  üçün  bu 
vasitədən  (ictihaddan)  çox  gözəl  istifadə  etmişlər.  Bir 
zamanlar  şiələrin  sayı  sünnilərin  onda  biri  qədər 
deyildi. Lakin indi onlar da çoxalmış və sünnilər qədər 
olmuşlar. Bu təbii bir məsələdir; Həqiqətən, ictihad bir 
silaha  bənzəyir  ki,  İslam  fiqhini,  yə`ni  şəriət  elmini 
inkişaf  etdirir,  Qur`ani–Kərim  və  Peyğəmbərin 
sünnətində  olan  hökmləri  aşkarlayır.  İctihada  qoyulan 
qadağa  isə  onu  dar  bir  çərçivədə  saxlayır  və  düşüncə 
qapılarını  onların  üzünə  bağlayır.  İctihad  olmadıqda 
İslam  qanunları  zamanın  tələblərinə  cavab  verməz. 
Sənin 
silahın 
çürük, 
düşmənin 
təchizatı 
isə 
mükəmməldirsə,  məğlubiyyət  talehinə  məhkumsan. 
Zənn  edirəm  yaxın  gələcəkdə  sünni  mütəfəkkirləri  də 


 
32 
ictihad  qapısını  açacaqlar,  əks  təqdirdə,  bir  əsirdən 
sonra  onlar  azalacaq,  şiələr  isə  əksəriyyət  təşkil 
edəcəklər.  Dörd  sünni  məzhəbinin  iman  və  inancları 
bir-biri  ilə  eynidir.  Onların  arasında  olan  fərq  yalnız 
ibadətlərin incəliklərindədir.  
Məhəmməd Nəcdi özünə hədsiz dərəcədə qürrələnən 
bir  gənc  idi.  Qur`anı  və  sünnəni  anlamaqda  hissə 
qapılırdı.  Təkcə  öz  zamanındakı  şəxsiyyətlərin  deyil, 
dörd məzhəb alimlərinin baxışlarını və hətta Əbu Bəkr 
və Ömər kimi səhabələrin nəzərlərini də qəbul etməzdi. 
Onun dəlili bu idi ki, Peyğəmbər demişdir: “Mən sizin 
aranızda  Qur`anı  və  sünnəni  əmanət  qoyub  gedirəm”. 
Deməmişdir  ki,  mən  sizin  aranızda  Qur`anı,  sünnəni, 
səhabə və məzhəb alimlərini əmanət qoyub gedirəm. O, 
hər  kəs  mövcud  olan  məzhəbi  baxışlara,  səhabə  və 
alimlərin  söylədiklərinə  nə  qədər  müxalif  olsa  da, 
Qur`ana və sünnəyə tabe olmalıdır! -deyirdi. 
Əbdürrizanın  evində  Məhəmməd  Nəcdi  ilə  orada 
qonaq  olan  Şeyx  Cavad  adlı  qumlu  bir  şiə  aliminin 
arasında mübahisə oldu. Şeyx Cavad dedi: 
Əlinin  müctehid  olduğunu  qəbul  etdiyin  halda,  niyə 
ona  tabe  olmursan?  Həqiqətən,  Əli  də  Ömər  və  başqa 
səhabələr kimidir. Məhəmməd Nəcdi: 
Onların  sözü  höccət  ola  bilməz.  Yalnız  Qur`an  və 
sünnət höccətdir. 
Şeyx Cavad: 
Peyğəmbərimiz, mən elmin şəhəri, Əli isə qapısıdır, -
dediyinə  görə  Əli  ilə  digər  səhabələr  arasında  fərq 
qoymaq lazım deyilmi? 
Məhəmməd Nəcdi: 


 
33 
Əlinin  sözü  höccət  olsaydı,  Peyğəmbər  -  mən  sizin 
aranızda  Qur`anı,  sünnəni  və  Əlini  əmanət  qoyub 
gedirəm - deyərdi.  
Şeyx Cavad: 
Bəli,  məşhur  bir  hədisdə  Peyğəmbər  (s)  -  Allahın 
kitabını  və  əhli-beyti  əmanət  qoyub  gedirəm  –  deyə 
buyurmuşdur. Əli isə əhli-beytin ən böyüyüdür. 
Məhəmməd  Nəcdi  Peyğəmbərin  bu  kimi  bir  hədis 
buyurduğunu  inkar  etdi.  Şeyx  Cavad  da  onu  əsaslı 
dəlillərlə  susdurdu.  Lakin  Məhəmməd  Nəcdi  e`tiraz 
edərək: 
Siz Peyğəmbərin - mən sizin aranızda Allahın kitabını 
və əhli beytimi əmanət qoyub gedirəm, - dediyini iddia 
edirsiniz. Bəs, o həzrətin sünnəsi harada qaldı? 
Peyğəmbərin  sünnəsi  Qur`anın  izahıdır.  O  həzrət  - 
Allahın  kitabını  və  əhli-beyti  əmanət  qoyuram  –deyə 
buyurmuşdur.  Allahın  kitabı  dedikdə,  Peyğəmbərin 
sünnəsi də nəzərdə tutulur.  
Əgər  əhli-beytin  sözləri  Qur`anın  izahıdırsa,  onda 
hədislərin izahına nə ehtiyac vardır?  
Həzrəti  Peyğəmbər  vəfat  etdiyi  zaman  onun  ümməti 
zamanın  ehtiyaclarına  cavab  verəcək  bir  Qur`an 
təfsirinə  ehtiyac  duyurdular.  Buna  görə  də,  Həzrəti 
Peyğəmbər ümmətinə lazım olan Qur`anın əsl mə`nada 
təfsir edən əhli beytə tabe olmağı əmr etmişdir.  
Bu  mübahisə  mənim  çox  xoşuma  gəldi.  Məhəmməd 
Nəcdi  Şeyx  Cavadın  qarşısında  aciz  qalaraq  susdu. 
Mən  axtardığımı  Məhəmməd  Nəcdidə  tapmışdım. 
Həqiqətən  onun  alimlərə  hörmətsizliyi,  dörd  xəlifəyə 
əhəmiyyət  verməməsi,  Qur`anı  və  sünnəni  anlamaq 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə