Mister hemferin xatiRƏLƏRİ



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə8/25
tarix26.08.2018
ölçüsü0,85 Mb.
#64324
1   ...   4   5   6   7   8   9   10   11   ...   25

 
34 
barədə  müstəqil  baxışa  sahib  olması,  onu  ovlayıb  əldə 
saxlamaq  üçün  ən  zəif  nöqtələr  idi.  Bu  məğrur  gənc 
hara, İstambuldakı Əhməd əfəndi hara? O, əzəmətli bir 
dağa  bənzəyirdi  ki,  heç  bir  güc  onu  yerindən  tərpədə 
bilməzdi. O, hər dəfə Əbu Hənifənin adını zikr edəndə 
dəstəmaz  alardı.  Buxarinin  hədis  kitabını  əlinə 
dəstəmazsız  götürməzdi.  (Sünnilər  bu  kitaba  həddən 
artıq  ehtiram  bəsləyirlər).  Məhəmməd  Nəcdi  Əbu 
hənifəyə  çox  yüngül  bir  şəxsiyyət  kimi  baxır  və  “mən 
ondan daha çox bilirəm” deyirdi.  
Mən  onunla  çox  yaxın  və  səmimi  bir  əlaqə  qurdum. 
Daim onu tə`rifləyirdim; bir dəfə dedim: “Sən Ömər və 
Əlidən  daha  böyüksən.  Peyğəmbər  həyatda  olsaydı, 
səni öz canişini tə`yin edərdi. Mən İslamın sənin əlinlə 
yeniləşib yüksələcəyini görürəm. İslam dinini dünyaya 
məhz sən yaya biləcəksən!”  
Mən onunla birgə başqa təfsirlərə müxalif bir Qur`an 
təfsiri yazmaq qərarına gəldim. Qur`anı oxuyaraq, bə`zi 
ayələr  üzərində  bəhs  edirdik.  Bu  işdən  məqsədim  onu 
tam  azdırmaq  idi.  O  da  mənim  e`timadımı  qazanmaq, 
özünü  inqilabçı  kimi  göstərmək  üçün  fikirlərimi 
mə`muniyyətlə qə`bul edirdi. 
Bir dəfə ona dedim: 
Cihad hökmü vacib deyildir. 
-Allah,  ”kafirlərlə  vuruşun”  dediyi  halda,  necə  vacib 
deyildir? 
-Elədirsə,  bəs  nəyə  görə  Allah  “kafirlərlə  və 
münafiqlərlə  cihad  et”  dediyi  halda,  Peyğəmbər 
münafiqlərlə cihad etmədi? Ancaq kafirlərə qarşı iyirmi 
yeddi dəfə cihad etdi. Bu bütün kitablarda yazılmışdır. 


 
35 
Münafiqlər 
isə 
müsəlman 
kimi 
görünürdülər. 
Gündüzləri  Peyğəmbər  məscidində  Rəsuləllahla  bir 
yerdə namaz qılardılar. O həzrət onları tanıyırdı, lakin 
heç vaxt onlara deməmişdi ki, siz  münafiqsiniz. Onları 
öldürsəydi,  özünə  iman  gətirmiş  şəxsləri  öldürmüş 
olardı.  Buna  görə  də  münafiqlərlə  söz  ilə  cihad  edirdi. 
Qu`randa  “Kafirlərlə  və  münafiqlərlə  cihad  edin!” 
deyildikdə, onun mə`nası açıqlanmır. Vacib olan cihad 
mal  və  sözlə  də  həyata  keçirilə  bilər.  Peyğəmbər 
kafirlərlə döyüşdüyü halda, münafiqlərə nəsihət edirdi. 
-Peyğəmbərin  dil  və  ya  qılıncla  cihad  etməsinin  heç 
bir fərqi yoxdur. 
-Bəs onda, vacib olan cihad dil ilə olur, yoxsa qılıncla?  
-Nəzərə  al  ki,  Peyğəmbər  kafirlərlə  müharibə 
etmişdir. 
-Peyğəmbər  cihad  yox,  özünü  müdafiə  etmişdir. 
Kafirlər Peyğəmbəri öldürmək istəyirdilər. 
Bir dəfə də İslamda mübahisəli mövzulardan biri olan 
siğə (müvəqqəti nigah) barədə onun nəzərini öyrənmək 
məqsədi ilə belə dedim: 
Mənim  nəzərimə  görə,  siğə  İslamda  qanuni  bir 
hökmdür. 
Caiz deyildir. 
Nisa  surəsinin  24-cü  ayəsində  Allah-Taala  belə 
buyurmuşdur:  “Onlardan  faydalanacağınız  halda, 
razılaşıb mehriyyələrini verin”. 
Ömər  Peyğəmbər  zamanında  mövcud  olan  iki 
məsələni 
qadağan 
etdi 
və 
”Bu 
işi 
edəni 
cəzalandıracağam!” -dedi. 


 
36 
Sən  həm  özünü  Ömərdən  elimli  sanırsan,  həm  də 
onun  əmrlərinə  tabe  olursan.  Ömər  demişdi  ki, 
Peyğəmbər  bu  işləri  halal  buyurmuşdur,  mən  onları 
qadağan  edirəm.  Peyğəmbərin  əmrini  buraxıb  Ömərin 
sözünü  tutursanmı?  O,  cavab  vermədi.  Anladım  ki, 
məğlub  oldu.  Həmin  ərəfədə  Məhəmməd  Nəcdinin 
qadın  istədiyini  və  onda  cinsi  məsələlərə  qarşı  kəskin 
hisslərin  baş  qaldırdığını  bilirdim.  Özü  də  subay  idi. 
Ona  dedim  ki,  gəl  hər  ikimiz  müvəqqəti  nigahla 
evlənib  özümüzə  bir  qadın  tapaq;  bu  yolla  bir  qədər 
dincəlib rahatlanarıq. O, başını aşağı salmaqla razılığını 
bildirdi. Lakin bu işin aramızda sirr olaraq qalmasını və 
həmin  qadına  adının  bildirilməməsini  xahiş  etdi. 
Bəsrədə  müsəlman  gəncləri  əyləndirib,  azğınlığa  sövq 
etdirmək  üçün  nazirlik  tərəfindən  göndərilən  xristian 
qadınlar  var  idi.  Mən  onların  yanına  getdim.  Məsələni 
birinə  danışdım,  o  da  qəbul  etdi.  Adını  Səfiyyə 
qoydum.  Nəcdini  onun  evinə  gətirdim.  Bir  həftəlik 
müvəqqəti  nigahla  razılaşdılar;  o,  Səfiyyəyə  mehriyyə 
olaraq,  bir  az  qızıl  verdi.  Səfiyyə  onu  çox  ustalıqla  ələ 
aldı.  Həqiqətən,  Məhəmməd  Nəcdli  ictihad  və  fikir 
azadlığı  bəhanəsi  ilə  şəriət  hökmlərinə  qarşı  çıxmağın 
nəfsani istək olduğunu duymuşdu.  
Müvəqqəti  nigahın  üçüncü  günü  şərabın  haram 
olmadığına  dair  uzun-uzadı  mübahisə  etdik.  O,  nə 
qədər  şərabın  haram  olduğuna  dair  Qur`an  ayəsi  və 
hədis gətirdisə də, hamısını qüvvədən salaraq dedim:  
Yezidin,  ümumiyyətlə  əməvi  və  abbasi  xəlifələrinin 
hamısının  şərab  içmələri  hamıya  mə`lumdur.  İndi 
özünü  onlarla  müqayisə  et,  gör  onlar  düz  yoldadırlar, 


 
37 
yoxsa  sən?  Şübhəsiz  ki,  onlar  Qur`anı  və  sünnəni 
səndən  daha  yaxşı  bilirdilər.  Qur`an  və  sünnədən 
şərabın  haram  olduğunu  yox,  məkruh  olduğunu 
anlamışlar.  Yəhudi  və  xristianların  kitablarında  da 
şərabın  halal  olduğu  yazılmışdır.  Bütün  dinlər  Allahın 
əmridir; hətta rəvayətə görə, Ömər şərab haqqında ayə 
nazil  olana  qədər  içmişdir.  Əgər  şərab  haram  olsaydı, 
Peyğəmbər 
onu 
cəzalandırardı. 
Şərab 
haram 
olmadığına  görə  də,  Peyğəmbər  onu  cəzalandırmadı 
(Ömər  şərab  haram  edilməmişdən  əvvəl  şərab  içərdi. 
Ayə nazil olandan sonra isə əsla şərab içmədi).  
Bə`zi rəvayətlərə görə, Ömər şərabı su ilə qarışdıraraq 
içər  və  deyərmiş  ki,  əgər  sərxoş  etmirsə,  haram 
deyildir. 
Ömərin  bu  mövzuda  fikirləri  doğrudur.  Çünki 
Qur`anda  belə  buyurulmuşdur:  “Şeytan  şərab  və 
qumar  ilə  aranıza  ədavət  toxumu  səpər;  sizi  Allahın 
zikrindən  və  namazdan  uzaqlaşdırmaq  istəyər.  Artıq 
bunlardan uzaqlaşmaq vaxtı deyilmi?”  
Düzdür, şərab sərxoş etmədiyi halda, halaldır. 
Məhəmməd  Nəcdi  ilə  olan  bu  mübahisəmizi 
Səfiyyəyə  danışdım  və  ona  bərk-bərk  tapşırdım  ki, 
Məhəmmədə  doyunca  şərab  içirtsin.  Səhərisi  gün 
Səfiyyə  dedi  ki,  o,  şərabı  içdi,  hələ  üstəlik  mənimlə 
oynadı da.  
Beləliklə,  Səfiyyə  ilə  birlikdə  Məhəmməd  Nəcdini 
yaxşıca ələ aldıq. Yaxşı yadımdadır ki, MNN-nin naziri 
ilə  vidalaşdığım  zaman  mənə  belə  demişdi:  “Biz 
İspaniyanı  kafirlərdən  (müsəlmanlardan)  içki  və  zina 
ilə  aldıq.  Bu  vasitələrlə  başqa  torpaqlarımızı  da  azad 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə