Mister hemferin xatiRƏLƏRİ



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə9/25
tarix26.08.2018
ölçüsü0,85 Mb.
#64324
1   ...   5   6   7   8   9   10   11   12   ...   25

 
38 
edəcəyik!”.  Onun  bu  sözlərinin  nə  qədər  həqiqət 
olduğunu indi başa düşürəm.  
Bir  gün  Məhəmməd  Nəcdi  ilə  oruc  tutmaq  barədə 
söhbətə başladım:  
-Qur`anda,  “Oruc  tutmanız  sizin  üçün  daha 
xeyirlidir”  yazılmışdır.  Bu  əməlin  vacib  olması  barədə 
heç  bir  şey  yazılmamışdır.  Elə  isə  oruc  İslamda  vacib 
deyil, sünnətdir! 
O, bu fikrimə e`tiraz edərək:  
-Məni dinimdən çıxarmaqmı istəyirsən?  
Din  qəlbin  təmizliyidir,  başqasının  haqqına  təcavüz 
etmək yox. Allah-Taala Qur`ani-Kərimdə də bu barədə 
belə  buyurmuşdur:  “Rəbbinə  həmd  (zikr)  etməklə, 
səcdə edənlərdən ol! Ölüm gəlib çatınca Rəbbinə ibadət 
edənlərdən  ol”.  Bu  ayədən  belə  nəticə  əldə  edilir  ki, 
namazı  qılmaqda  məqsəd  Allahı  anmaqdır.  Namaz 
əvəzinə Allahı yad etmək də olar.  
-Bəli, bə`zi mötəbər şəxslər olubdur ki, namaz əvəzinə 
Allahı  yad  etməklə  məşğul  olmuşlar.  Onun  bu 
sözlərinə  çox  sevindim.  Ona  belə  bir  fikri  aşılamaq 
üçün  çox  çalışmışdım.  Axır  ki,  onun  fikrini  dəyişdirə 
bildim.  Sonralar  gördüm  ki,  o,  namaza  əhəmiyyət 
vermir.  Bə`zən  qılır,  bə`zən  də  qılmırdı.  Xüsusilə  də 
sübh namazlarını qılmazdı. Mən də gecə yarısına qədər 
onu  söhbətə  tuturdum  ki,  sübh  namazına  dura 
bilməsin.  O  da  yorularaq  yatırdı.  Yavaş-yavaş 
Məhəmməd 
Nəcdinin 
iman 
libasını 
çıxarmağa 
başladım.  
Bir  gün  Peyğəmbər  haqqında  da  onunla  bəhs  etmək 
istədim.  Lakin  bu  mövzu  ona  pis  tə`sir  göstərdi. 


 
39 
Əsəbləşərək,  bir  də  bu  mövzuda  söhbət  açsan,  səndən 
uzaqlaşacağam  -dedi.  Buna  görə  də  mən  susdum. 
Qorxdum ki, bir anda bütün müvəffəqiyyətim heç olar. 
Sünnilikdən  və  şiəlikdən  ayrı  bir  yol  tutmağını  təklif 
etsəm  də,  o,  bu  sözümə  əhəmiyyət  vermədi.  Lakin 
Səfiyyənin  vasitəsi  ilə  onu  ələ  almağı  bacardım. 
Aramızdakı  soyuqluğu  aradan  aparmaq  üçün  bu 
hiyləyə əl atdım: 
Peyğəmbərimiz 
səhabələrini 
bir-birinə 
qardaş 
etmişdir, elə deyilmi? 
Bəli, elədir. 
İslamın hökmləri müvəqqətidir, yoxsa davamlı? 
Əlbəttə ki, davamlı. 
Peyğəmbərimizin halalı qiyamətə qədər halal, haramı 
isə haramdır. Elə isə gəl, səninlə qardaş olaq. 
Nəcdi  də  mə`muniyyətlə  razılaşdı.  O  gündən  sonra 
ondan ayrılmadım. Səfərə də birlikdə gedirdik. Ona çox 
hörmətlə yanaşırdım. Gəncliyimin ən dəyərli günlərini 
onunla 
keçirdim.  Yaxşı  ki,  əkdiyim  ağac  öz  bəhrəsini 
verməyə  başlamışdı.  Hər  ay  MNN-ə  fəaliyyətimlə  əlaqədar 
yeni  mə`lumatlar  göndərirdim.  Gələn  cavablar  cəsarətverici 
və təşviqedici idi. Məhəmməd Nəcdi cızdığım  yolla addım-
addım  irəliləyirdi.  Mənim  vəzifəm  ona  istiqlal  və  hürriyyət 
verib,  yeni-yeni  şübhələr  aşılamaq  idi.  Ona  bu  işdə 
müvəffəqiyyət qazanacağını söyləyir və tə`rifləyirdim.  
Bir  gün  ona  yuxu  gördüyümü  söylədim:  “Dünən  gecə 
Peyğəmbərimizi 
yuxuda 
gördüm. 
(Peyğəmbərin 
ruhanilərdən  eşitdiyim  əlamətlərini  təsvir  etdim.)  O,  bir 
kürsüdə  oturmuşdu.  Ətrafında  da  tanımadığım  alimlər  var 
idi.  Siz  içəri  daxil  olduqda  üzünüzdən  nur  saçırdı. 
Peyğəmbərə yaxınlaşanda o, ayağa durub alnınızdan öpərək 


 
40 
belə  dedi:  “Sən  mənim  elmimin  varisisən.  Din  və  dünya 
işlərimdə  vəkilimsən”.  Sən  isə,  “Ya  Rəsuləllah,  mən  elmimi 
insanlara  açmağa  qorxuram”  dedin.  Peyğəmbər  cavabında 
dedi:  “Sən  dahisən,  heç  nədən  qorxma!”  Məhəmməd  Nəcdi 
bu  yuxunu  eşitdikdən  sonra  sevincindən  sanki  uçurdu.  Bir 
neçə  dəfə  doğru  deyib-demədiyimi  soruşdu.  Mən  də  onu 
əmin  edərək,  bu  yuxunu  həqiqətən  gördüyümü  söylədim. 
Zənn  edirəm  ki,  Nəcdi  elə  o  gündən  yeni  bir  məzhəb 
yaratmaq qərarına gəldi. 
 


 
41 
BEŞİNCİ FƏSİL 
Məhəmməd Nəcdi ilə çox səmimi və yaxın olmuşduq. 
Bu günlərdə şiələrin dini-elmi mərkəzi olan Kərbəla və 
Nəcəf  şəhərlərinə  getmək  üçün  Londondan  əmr 
gəlmişdi.  Məhəmmədlə  görüşüb  Bəsrədən  ayrılmaq 
məcburiyyətində  qaldım.  Lakin  bu  cahil  və  yolunu 
azmış  şəxsin  gələcəkdə  yeni  bir  firqə  yaradacağını  və 
onun  İslam  dinini  daxildən  parçalayıb  dağıdacağını 
düşünəndə  hədsiz  dərəcədə  sevinirdim.  Yaranacaq  bu 
azğın  firqənin  inanclarını  şəxsən  özüm  hazırladığıma 
görə fərəhlənirdim.  
Əli  ibn  Əbutalib  Nəcəfdə  dəfn  edilmişdir.  Nəcəfdən 
bir  neçə  kilometr  aralıda  Əlinin  xilafət  mərkəzi  olan 
Kufə  şəhəri  yerləşir.  Həzrəti  Əli  öldürüldükdə, 
oğlanları Həsən və Hüseyn onu Kufədən kənarda, hal-
hazırdakı  Nəcəf  şəhərində  dəfn  etmişdilər.  Bundan 
sonra  Nəcəf  inkişaf  edib  böyüməyə  başlamışdı.  Şiə 
alimləri Nəcəfə toplaşmış,  orada mədrəsələr qurub  ali-
dini  təhsil  ocaqları  yaratmışdılar.  İstambuldakı 
xəlifənin onlara münasibəti bir neçə səbəbə görə pis idi: 
İrandakı şiə hökuməti Nəcəfdəki şiələri dəstəkləyirdi. 
Xəlifə  də  onların  işlərinə  qarışırdı.  Hər  iki  dövlətlər 
arasında  münasibətlər  gərginləşmiş,  hətta  hər  dəqiqə 
belə müharibə baş verə bilərdi.  
Nəcəf  ətrafında  şiələri  dəstəkləyən  çoxlu  silahlı 
tayfalar  var  idi.  Silahları  və  dəstələri  nizamlı  ordu 
şəkilində  olmasa  da,  xəlifənin  ordusu  ilə  döyüşmək 
imkanında idilər.  


 
42 
Nəcəfdəki  şiə  alimləri  Hindistan,  Afrika  və  bütün 
dünyadakı  şiələrin  ən  ali  dini  müraciət  yerləri  idi. 
Bütün dünya şiələri bu şəhərdə yerləşən müctehidlərin 
bircə fətvası ilə ayağa qalxıb üsyana başlaya bilərdilər. 
Peyğəmbərin  qızı  Fatimənin  oğlu  Hüseyn  ibn  Əli 
Kərbəlada  şəhid  edilmişdir.  İraq  əhalisi  Mədinəyə 
məktub  yazaraq  imam  Hüseyni  özlərinə  xəlifə  seçmək 
üçün  bu  şəhərə  də`vət  etmişdilər.  O,  ailəsi  ilə  birlikdə 
Kərbəla  torpağına  yetişdikdə,  iraqlılar  öz  və`dlərinə 
xilaf  çıxaraq,  Şamda  oturan  Əməvi  xəlifəsi  Yezid  ibni 
Müaviyənin əmri ilə ona qarşı vuruşmuşdular. Hüseyn 
(ə) ailəsi ilə birlikdə İraq ordusuna qarşı şəhid oluncaya 
qədər  qəhrəmancasına  döyüşmüşdü.  O  gündən  sonra 
şiələr  Kərbəlanı  ruhani  bir  mərkəz  olaraq,  qəbul  etmiş 
və  hər  yerdən  oraya  gəlib  toplaşmışdılar.  (Təəssüflər 
olsun  ki,  xristian  aləmində  belə  bir  mərkəzin  bənzəri 
yoxdur).  Kərbəla  da  Nəcəf  kimi  şiələrin  dini-elmi 
mərkəzlərindən 
sayılır 
və 
orada 
çoxlu 
sayda 
mədrəsələr  vardır.  Bu  iki  şəhər  həmişə  bir-birinə 
yardımçı olurlar.  
Kərbəlaya  getmək  əmrini  aldıqdan  sonra  Bəsrədən 
Bağdada,  oradan  da  Fərat  çayının  kənarındı  yerləşən 
Hillə  şəhərinə  getdim.  Dəclə  və  Fərat  çayları 
Türkiyədən  gələrək,  İraqdan  keçir  və    sonda  Bəsrə 
körfəzinə  tökülür.  Bu  çaylar  İraq  üçün  həyati 
əhəmiyyət  daşıyır.  Mən  Londona  döndükdən  sonra 
MNN-ə  getdiyim  zaman  İraqla  bağlı  təkliflərimizi 
qəbul  etdirmək  məqsədilə,  bu  çayın  istiqamətini 
dəyişmək  üçün  plan  hazırlanmasını  təklif  etdim.  Əgər 
su  İraqdan  kəsilərsə,  təkliflərimizi  qəbul  etməyə 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə