Mizrakli elmihal



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə1/74
tarix19.10.2018
ölçüsü1,53 Mb.
#75160
  1   2   3   4   5   6   7   8   9   ...   74


 
 
 
 
 
MİZRAKLI ELMİHAL 
 
 
CƏNNƏT YOLU 
ELMİHALI
 
 
 
 
Muhamməd ibn Qutbuddini İzniki 
 
 
 
 
Tərcümə edən: 
Ramil Xəlilov 
 
 
 
 
 
 
 
NURLAR
 
BAKI – 2012


 
2
 
KƏLİMEYİ TƏNZİH 
 
“Sübhanəllahi və bi-hamdihi sübhanəllahil-azim”.  Bu Kəlmeyi-
tənzih “Məktubat tərcüməsi” kitabının 307 və 308-ci məktublarında ya-
zılmışdır. Bunu səhər və axşam yüz dəfə oxuyanın günahları əfv olunur. 
Dərdlərdən qurtulur. Bir daha günah işləməkdən mühafizə olunur.  
______________________ 
 
İmamı-Rabbani həzrətləri “Məktubat”  kitabının 1-ci cild, 275-ci 
məktubunda buyurur ki: 
Sizin bu nemətə qovuşmağınız  İslamiyyət bilgilərini öyrətməklə  və 
fiqh hökmlərini yaymaqla olmuşdur. Oralara cəhalət yerləşmişdi və bidət-
lər yayılmışdı. Allah (cəllə cələlühü) sevdiklərinin sevgisini sizə ehsan et-
di. İslamiyyəti yaymağa sizi vəsilə etdi. Elə isə din bilgilərini öyrətməyə 
və fiqh əhkamını yaymağa əlinizdən gəldiyi qədər çalışın. Bu ikisi bütün 
səadətlərin başı, yüksəlmənin vasitəsi və qurtuluşun səbəbidir. 
______________________ 
 
 
Azərbaycan Respublikasının Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi 
DK-586/M saylı 30 dekabr 2011-ci il tarixli məktubu ilə 
çap olunmasına razılıq verilmişdir. 
 
 
 
Müəllif: Muhamməd ibn Qutbuddini İzniki 
Tərcümə edən: Ramil Xəlilov 
 
 
MİZRAKLI ELMİHAL 
 
CƏNNƏT YOLU 
ELMİHALI 
 
 
Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2012, 184 səh.
 
 
ISBN: 978 – 9952 – 460 – 23 – 0 
 
©  «NURLAR», 2012 


 
3
 
CƏNNƏT YOLU ELMİHALI 
 
ÖN SÖZ 
 
Allah (cəllə cələlühü) insanların dünyada və axirətdə məsud olmala-
rı, rahat və dinclik içində olmaları və könüllərini birləşdirib, qardaşcası-
na yaşamaları  və özünə qulluq vəzifələrini necə yerinə yetirə bilmək 
üçün, onlara Peyğəmbərlər göndərdi (aleyhimüssəlam).  İnsanların hər 
baxımdan üstünləri olan bu seçilmiş şəxslər vasitəsilə qullarına ən doğru 
yaşamaq yolunu bildirdi. Peyğəmbərlərinin (aleyhimüssalavatü vəttəsli-
mat) ən üstünü və sonuncusu olan Muhamməd əleyhissəlamın dünyanın 
hər yerində qiyamətə  qədər gələcək olan bütün insanların Peyğəmbəri 
olduğunu bildirdi. Allah (cəllə  cələlühü) çox sevdiyi bu Peyğəmbərinə 
mələk ilə iyirmi üç ildə göndərdiyi “Qurani-kərim” adındakı böyük ki-
tabında  əmrlərini və qadağalarını bildirdi. Qurani-kərim  ərəbcə olduğu 
üçün və çox incə bilgiləri və  ağlın çata bilməyəcəyi  şeyləri bildirdiyi 
üçün Muhamməd əleyhissəlam bu kitabın hamısını, əvvəldən sonuna qə-
dər  Əshabına (aleyhimürrıdvan) açıqladı. “Qurani-kərimi mənim bil-
dirdiyimdən başqa  şəkildə açıqlayan kafir olar” dedi. İslam alimləri 
(rahimə-hümullahü təala), Peyğəmbərimizin (sallallahü təala aleyhi və 
səlləm) etdiyi açıqlamaları Əshabi-kiramdan eşidib hər kəsin başa düşə 
biləcəyi kimi genişləndirdilər və  Təfsir kitablarında yazdılar. Bu 
alimlərə  Əhli-sünnət alimləri deyilir. Əhli sünnət alimlərinin (rahimə-
hümullahi təala), Qurani-kərimin açıqlamalarından və ayrıca olaraq Pey-
ğəmbərimizin (sallallahü təala aleyhi və  səlləm) “Hədisi-şərif”  deyilən 
sözlərindən istifadə edərək yazdıqları din kitablarına “Elmihal” kitabları 
deyilir. Allahın bildirdiyi “İslam dini”ni doğru, sağlam öyrənmək 
istəyənlərin bu elmihal kitablarını oxumaları lazımdır.  
İndi təqdim etdiyimiz “Cənnət yolu” elmihalın  əsl adı  “Miftah-ul 
Cənnət”, yəni Cənnət qapısının açarıdır. Hicri qəməri 885 (miladi 1480) 
ilində Ədirnədə vəfat etmiş Muhamməd ibn Qutbüddini İzniki (rahimə-
hullahü təala) yazmışdır.  
Dərin İslam alimi, seyid Abdülhakim Əfəndi (rahimə-hullahü təala), 
Miftah-ul Cənnət  elmihalının müəllifi saleh bir insan idi, oxuyanlara 
faydalı olar” buyurmuşdur. Bunun üçün bu kitabı  nəşr edirik. Bir neçə 
yerinə edilən açıqlamalar bu işarəli mötərizə [ ] içinə qoyuldu. Bu açıq-
lamalar başqa kitablardan seçilərək  əlavə edilmişdir. Bunların heç biri 
şəxsi düşüncələr deyildir. Allah hamımızı pusquda duran islam düşmən-
lərinin və müsəlman adını daşıyan, hətta din adamı kimi görünən 


 
4
pozğunnların, məzhəbsizlərin, dini dəyişdirməyə çalışanların tələlərinə 
düşərək bölünməkdən, parçalanmaqdan qorusun! Hamımızı sevgili Pey-
ğəmbərimizin (sallallahü təala aleyhi və  səlləm) yolunda, izində olan 
Əhli sünnət”  məzhəbində birləşdirsin! Bir-birimizi sevməyimizi, kö-
məkləşməmizi nəsib etsin! Amin!  
[İnsan bir iş görəcəyi zaman, əvvəla qəlbinə bir hatara (fikir, düşün-
cə) gəlir. Bunu etmək istəyər. Bu istəyinə “Niyyət” deyilir. Bu işi etməsi 
üçün üzvlərinə (orqanlarına)  əmr edər.  Əmr verməsinə  “Qəsd, təşəb-
büs” deyilir. Üzvlərin iş görməsinə “Qəsb” deyilir. Qəlbin etdiyi işlərə 
əxlaq (xasiyyət, xarakter)” deyilir. Qəlbə hatara 6 şeydən gələr: Allah-
dan gələn hataralara “Vəhy” deyilir. Vəhy yalnız Peyğəmbərlərin qəlb-
lərinə  gəlir. Mələklərin gətirdikləri hataralara “İlham”  deyilir.  İlham 
Peyğəmbərlərin (aleyhimüssaləvatü vəttəslimat) və saleh müsəlmanların 
qəlblərinə gəlir. Saleh müsəlmanların verdiyi hataralara “Nəsihət” deyi-
lir. Vəhy, ilham və  nəsihət daima yaxşı  və faydalıdır.  Şeytandan gələn 
hataralara “Vəsvəsə”, insanın öz nəfsindən gələn hataralara “Həva”, pis 
yoldaşların təlqin etdiyi (aşıladığı) hataralara “Qəflət”  deyilir. Nəsihət 
hər insana verilir. Vəsvəsə və həva kafirlərin və fasiq (açıq günah işlə-
yən) müsəlmanların qəlblərinə gəlir. İkisi də pis və zərərlidir. Allahın ra-
zı olduğu, bəyəndiyi  şeylərə  “Yaxşı”  deyilir. Bəyənmədiklərinə  “Ya-
man” deyilir. Allah (cəllə cələlühü) çox mərhəmətli olduğu üçün yaxşı 
və yaman şeyləri “Qurani-kərim”də bildirmişdir. Yaxşıları etməyi əmr 
etmiş, yamanları qadağan etmişdi. Bu əmr və qadağalara “Əhkamı-isla-
miyyə” deyilir. Bir qəlb, yaxşı yoldaşların nəsihətlərini və ağlı dinləyib, 
əhkamı-islamiyyəyə tabe olarsa, nurlanır, təmiz olar. Dünyada və axirət-
də  səadətə, dincliyə qovuşur. Yaman insanların, zındıqların (müsəlman 
görünüb insanların imanını pozmağa çalışan) insanları qəflətə salan, al-
dadan sözlərinə, yazılarına və nəfsə, şeytana uyub, əhkamı-islamiyyəyə 
uymayan qəlb qaralır, pozulur. Nurlu, təmiz qəlb pis yoldaşa, nəfsə, şey-
tana uymağı sevər. Allah (cəllə  cələlühü) çox mərhəmətli olduğu üçün 
dünyanın hər yerində yeni doğulmuş  uşaqların qəlblərini təmiz olaraq 
yaradır. Sonradan bunların anaları, ataları və pis yoldaşları korlayır, öz-
ləri kimi edirlər.] 
 
Miladi il 
Hicri şəmsi Hicri 
qəməri 
2011 1389 1432 


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə