Mizrakli elmihal



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə3/74
tarix19.10.2018
ölçüsü1,53 Mb.
#75160
1   2   3   4   5   6   7   8   9   ...   74

 
7
 
CƏNNƏT YOLU ELMİHALI 
 
Əlhamdu lilləhilləzi cəalənə minət-talibinə və lililmi minər-raqibi-
nə  vəs-salətu vəs-səlamu alə Muhammədinil ləzi  ərsələhu rahmətən 
lil-aləminə və alə Əlihi və Əshabihi əcmain. 
 
 
İSLAMİYYƏT 
ALLAH VARDIR VƏ BİRDİR 
 
Allah (cəllə cələlühü) bütün varlıqları yaratdı. Hər şey yox idi. Yalnız 
Allah var idi. O, həmişə vardır. Sonradan var olmuş deyildir. Öncədən var 
olmasaydı, Onu var edən bir qüvvənin mövcud olması lazım olardı. Çünki 
var olmayan bir şeyi yaradacaq qüvvə olmazsa, o şey var ola bilməz. Onu 
yaradan qüvvə sahibi həmişə var idisə, onda Allah (cəllə  cələlühü) bu 
qüvvə sahibi olan sonsuz varlıqdır. Yox, əgər bu yaradıcı qüvvə sahibi də 
sonradan var olmuşdursa, onu da var edənin mövcud olması lazım olar. 
Beləcə, sonsuz sayda var edicilərin olması lazım gələr. Bu isə var edicilə-
rin bir başlanğıcının olmaması deməkdir. İlk var edicinin olmaması, onun 
var edəcəklərinin də olmaması deməkdir. Var edici var olmadıqda, yox-
dan var edilmiş olan bu gördüyümüz və ya eşitdiyimiz maddə və ruh alə-
minin də olmaması lazımdır. Maddələr və ruhlar var olduqları üçün bun-
ların yalnız bir yaradıcılarının da olması və həmişə var olması lazımdır. 
Allah (cəllə  cələlühü) hər  şeyin özülü olan bəsit cisimləri, ruhları  və 
mələkləri öncədən yaratdı. Bəsit cisimlər indi element adlanır. Bu gün 105 
növ elementin var olduğu bilinir. Allah (cəllə  cələlühü) hər maddəni, hər 
cismi bu 105 elementdən yaratmışdır və yaratmaqdadır. Dəmir, kükürd, 
karbon, oksigen qazı, xlor qazı bir elementdir. Allah bu elementləri neçə 
milyon il öncə yaratmış olduğunu bildirmədi. Bunlardan meydana gələn 
yerləri, göyləri və canlıları da nə vaxt yaratmağa başladığını bildirmədi. 
Canlı, cansız hər şeyin bəlli bir ömrü vardır. Zamanı gəldikdə yaratmaqda, 
ömrü bitincə yox etməkdədir. Bir şeyi yoxdan var etdiyi kimi, bir şeydən 
yavaş-yavaş və ya birdən-birə başqa bir şeyi yaratmaqda, birincisi yox ol-
maqda, yenisi var olmaqdadır. 
Allah (cəllə cələlühü) ilk insanı cansız maddələrdən və ruhdan meydana 
gətirdi. Bundan əvvəl insan yox idi. Heyvanlar, otlar, cin və mələklər bu ilk 
insandan daha əvvəl yaradıldı. Bu ilk insanın adı Adəm (aleyhissalatü vəssə-
lam) idi. Bundan Həvva adında bir qadın da yaratdı. Bütün insanlar bu ikisin-
dən yarandı. Hər heyvandan da öz cinsləri törədi. Canlı və cansız hər şeyin 
hər zaman dəyişdiyini görürük. Kadim olan, yəni başlanğıcı olmayan şey isə 


 
8
heç dəyişmir. Fiziki hadisələrdə maddələrin halları, formaları dəyişir. Kimyə-
vi reaksiyalarda tərkibi və quruluşu dəyişir. Cisimlər yox olub, başqa cisimlər 
hasil olur. Nüvə reaksiyalarında element yox olaraq enerjiyə çevrilir. Hər şe-
yin bir-birindən hasil olması, sonsuzdan baş verə bilməz, yoxdan var edilmiş 
ilk maddələrdən hasil olmaları lazımdır. Çünki sonsuz, başlanğıcı olmayan 
deməkdir. 
İslam düşmənləri müsəlmanların övladlarını aldatmaq üçün fənn adamı 
cildinə girir, insanların meymundan yaradıldığını deyirlər. Darvin adındakı 
ingilis doktorunun belə söylədiyini deyirlər. Bunlar yalan deyirlər. Darvin 
belə bir şey söyləməyib. O, canlılar arasında həyat mücadiləsini izah etmiş-
dir. “Növlərin mənşəyi” adlı kitabında o, canlıların mühitə uyğunlaşdığını, 
buna görə də kiçik dəyişikliklərə məruz qaldığını yazır. O, bir cinsin başqa 
cinsə döndüyünü deməmişdir.  İngilis elm birliyinin 1980-cı ildə Salfordda 
təşkil etdiyi iclasda Svansea Universitetinin dosenti Prof. Con Dyurant de-
mişdir: “Darvinin insanın mənşəyi ilə əlaqədar fikirləri müasir əfsanə oldu. 
Bu əfsanə elmi və ictimai inkişafımıza zərərdən başqa bir şey vermədi. Tə-
kamül nağılları elmi araşdırmalara məhv edici bir təsir göstərdi. Təhrifə, la-
zımsız münaqişələrə  və elmin böyük ölçüdə sui-istifadəsinə yol açdı.  İndi 
Darvinin nəzəriyyəsi, tikiş yerlərindən partlamış, yerinə acınacaqlı və  səhv 
düşüncə yığını qalmışdır”. Prof. Dyurantın öz vətəndaşı haqqında söylədiyi 
bu sözlər Darvinçilərə elm tərəfindən verilən ən maraqlı cavablardan biridir. 
Günümüzdə  təkamül nəzəriyyəsinin müxtəlif səviyyəli insanlara bildirmək 
istənilməsinin əsl səbəbi ideologiyadır, elm deyildir. Bu nəzəriyyə materia-
list fəlsəfənin yeridilməsi üçün bir vasitə olaraq işlədilir. İnsan, meymundan 
əmələ gəldi, sözü elmi söz deyil. Darvinin də sözü deyil. Elmdən xəbəri ol-
mayan cahil islam düşmənlərinin yalanlarıdır. Elm adamları bu cür cahilcə, 
axmaq söz söyləməz. Universitetdən diplom alan bir kimsə zövqlü və əylən-
cəli həyata başlayıb, öz elmi sahəsində işləməzsə, oxuduqlarını da unudarsa, 
bu şəxs elm adamı ola bilməz. Üstəlik islama düşmənçilik edərək, yalan və 
səhv sözlərini, yazılarını elm olaraq yaymağa başlayarsa, cəmiyyət üçün zə-
rərli, alçaq, xain bir mikroba çevrilər. Onun diplomu, vəzifəsi bir göstəriş, 
gəncləri ovlayan bir tələdir. Yalanlarını, iftiralarını elm olaraq yayan fənn 
təqlidçilərinə “fənn fırıldaqçıları” deyilir. Onlara aldanmaq olmaz. 
Allah insanların dünyada rahat, dinclik içində yaşamaqlarını, axirətdə 
də sonsuz səadətə qovuşmaqlarını istəyır. Bunun üçün səadətə səbəb olan 
faydalı şeyləri əmr etdi. Fəlakətə səbəb olan zərərli şeyləri qadağan etdi. 
İstər dindar, istər dinsiz, istər inanan, istər inanmayan hər hansı bir şəxs 
bilərək və ya bilməyərək, əhkami-islamiyyəyə, yəni Allahın əmrlərinə və 
qadağalarına tabe olduqca dünyada rahat və hüzur içində yaşayar. Bu, fay-
dalı dərman istifadə edən hər kəsin dərddən, sıxıntıdan qurtulması kimidir. 
Dinsiz, imansız bir çox şəxsin və millətlərin müəyyən işlərində müvəffə-


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə